Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3198/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı İbrahı̇ mov Zaur Əbülfət oğlunun cavabdehlər İbrahı̇ mov Əzəmət Əbülfət oğlu və Rüstəmlı̇ Alı̇ yə Tahı̇ r qızına qarşı əmlak tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi,ev 1, m 2 (Yeni qaydalarla AZ1089, ünvan 1 ünvanında yerləşən mənzildən özlərinin şəxsi vəsaiti hesabına onlara məxsus əşyalarla birlikdə çıxarılması, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi,ev 1, m 2, (Yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi., 15, M4, m2) ünvanında yerləşən daşınmaz əmlakda iddiaçıya məxsus olmuş paltaryuyan, kombi, mətbəx mebeli və hamam aksessuarlarına vurulmuş zərərin əvəzi olaraq 2000 (iki min) manat məbləğində vəsaitin, habelə hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində xidmət haqqının və 19,75 (on doqquz manat 75 qəpik) manat etibarnamənin verilməsi ilə çəkilmiş vəsaitin əvəzinin, iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması və İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi,ev 1, m 2 (Yeni qaydalarla AZ1089, ünvan 1 ünvanında yerləşən mənzildən özlərinin şəxsi vəsaiti hesabına onlara məxsus əşyalarla birlikdə çıxarılması və hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 240 manat məbləğində xidmət haqqının və 19,75 manat etibarnamənin verilməsi ilə çəkilmiş vəsaitin əvəzinin, iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 359.75 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması və İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
3. 15 iyul 2020-ci il tarixli MİDA-026/20/001 saylı Güzəştli Mənzilin Alqı-Satqı və İpoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, m 2, Yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 15, M4, m2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı tərəfindən ilkin ödəniş qismində 3300 (üç min üç yüz) manat məbləğində vəsait ödənilməklə əldə edilmişdir. 15 iyul 2020-ci il tarixli MİDA-026/20/001 saylı kredit müqaviləsinin preambulasından bəlli olur ki, həmin müqavilənin tərəfləri qismində “Borcalan”lar kimi ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və X3 çıxış etmişdir. Həmin kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kreditor (Bank "xxxx" ASC) bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalanlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 29 680 (iyirmi doqquz min altı yüz səksən) manat məbləğində illik 4 (dörd) faiz dərəcəsi ilə 360 (üç yüz altmış) ay müddətinə ipoteka krediti verir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Kredit Borcalanlara Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi,ev 1, m.2, Yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi., 15, M4, m2 ünvanında yerləşən və mülkiyyət hüququları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “23 aprel 2020-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********69-05301-093214 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın (bundan sonra-yaşayış sahəsi) alınmasına verilir. 15 iyul 2020-ci il tarixli MİDA-026/20/001 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən bəlli olur ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2050-ci il tarixi də daxil olmaqla kreditin aylıq ödənişi 141,70 (bir yüz qırx bir manat 70 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********69-05301-093214 olan çıxarışdan bəlli olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 2 (Yeni qaydalarla: AZ1089, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 38.80 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Texniki pasportdan bəlli olur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 2 (Yeni qaydalarla: AZ1089, ünvan 1 ünvanında yerləşən mənzil 4-cü mərtəbədə yerləşməklə, 1 otaqdan ibarətdir, ümumi sahə 38.8 kv.m, yaşayış sahəsi isə 14.9 kv.m təşkil edir. Cavabdehlərdən Cavabdeh1 iddiçı İddiaçıin oğlunun qardaşı, digər Cavabdeh2 isə Cavabdeh1 həyat yoldaşıdır. 2022-ci ilin yanvar ayından etibarən Cavabdeh1 şəxsi mülki olmadığından İddiaçı təsviri göstərilmiş mənzili müvəqqəti olaraq cavabdeh İddiaçı əvəzsiz istifadəsinə vermişdir. Nəticədə Cavabdeh1 rəsmi həyata yoldaşı Cavabdeh2 ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Lakin hazırda iddiaçı cavabdehlərin mənzildən könüllü qaydada çıxarılmasını tələb etsə də, cavabdehlər mənzildən çıxmamaqla bərabər iddiaçı hədələməkdə, eyni zamanda həmin mənzilin onlara məxsus olduğunu bildirməkdədir. Hazırda həmin mənzildən qanunsuz və əsassız olaraq cavabdehlər istifadə edir. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildən təkbaşına istifadə etməklə kifayətlənməyərək, iddiaçının bir mülkiyyətçi kimi mülkiyyət hüququnu kobud surətdə pozmaqdadır. Belə ki, onun qanuna zidd hərəkətləri nəticəsində iddiaçı mülkiyyətində olan mənzilindən nəinki istifadə edə bilmir, ümumiyyətlə mənzilinə daxil ola bilmir. Cavabdehlərin iddiaçının razılıq verməməsinə baxmayaraq hər hansı hüquqi əsas, o cümlədən onun razılığı olmadan iddiaçının mülkiyyətində olan mənzildə yaşaması sonuncunun öz mülkiyyətində istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu isə iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün Cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və onlar mənzildən çıxarılmalıdır. Cavabdehlərin ayrı yaşayış ünvanları olsa da, tamam ayrı ünvanlarda qeydiyyatda olsalar da, həmin mənzili hazırda zəbt edərək orada yaşamaqdadırlar və könüllü şəkildə çıxmaq istəmirlər. İddiaçı mülkiyyət hüququndan məhrum edilib. İddiaçının mənzili boşaltmaq barədə tələbinə cavabdehlər əhəmiyyət vermir və mənzili boşaltmaqdan imtina edirlər. Məsələni sülh yolu ilə nizama salmaq mümkün olmamışdır. Bundan başqa cavabdehlər tərəfindən yaşayış sahəsindən istifadə zamanı iddiaçıya məxsus əmlaklara zərər vurulmuş, normal köhnəlmə vəziyyətindən əlavə qəsdən həmin əşyalara zərər vurulmuşdur ki, həmin zərərin məbləği ümumilikdə 2 000 (iki min) manat təşkil edir. Zərər vurulan əşyaların konkret siyahısı və dəyəri mənzilə baxış keçirildikdən sonra dəqiq müəyyən edilə bilər ki, cavabdehlər hazırda iddiaçını mənzilə buraxmamaqla bərabər mənzilin giriş qapsının açarlarını özbaşına dəyişdirmişdir. Qeyd edilən səbəbdən həmin dəymiş ziyanın ümumi məbləği ortalama 2 000 (iki min) manat dəyərində müəyyən edilir ki, bu zaman əvvəlki zamanlarda iddiaçıya münasibətdə məhdudiyyətlərin olmadığı zaman iddiaçının vizual olaraq gördüklərinə əsasən müəyyən edilmişdir. Mənzilə baxış keçirilən zaman dəymiş ziyanın məbləği tam olaraq müəyyən edilə bilər. Qeyd edilməlidir ki, mənzil cavabdeh İddiaçı müvəqqəti istifadəsinə verilən zaman mənzildə iddiaçıya məxsus əşya qismində paltaryuyan, kombi, mətbəx mebeli və sanitar qovşaqdakı bütün zəruri vasitələr tam işlək vəziyyətdə olmuş, lakin sonradan cavabdehlər tərəfindən iddiaçıya məxus əşyalara ziyan vurulmuşdur. Cavabdehlərdən Cavabdeh1 İddiaçı qardaşı olsa da, habelə əvvəlki dövrlər üzrə mübahisəli əmlakda iddiaçının razılığı ilə yaşasa da, hər-hansı formada Cavabdeh1 istifadə hüququ tanınmamış, eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun olaraq “ailə üzvü” sırasına daxil deyildir. Belə ki, Cavabdeh1 yetkinlik yaşına çatmaqla bərabər tam əmək qabiliyyətlidir, eyni zamanda iddiaçı tərəfindən onun qeydiyyata salınması və ya istifadə hüququnun tanınması ilə bağlı heç bir razılığı mövcud deyildir. Mübahisələndirilən mənzil 15 iyul 2020ci il tarixində alınsa da, iddiaçı tərəfindən məhz qardaşı-Cavabdeh1 yaşayış sahəsinin olmaması səbəbindən müvəqqəti istifadəsinə verilmiş, kredit ödənişləri iddiaçı tərəfindən ödənilmiş, Cavabdeh1 mübahisələndirilən mənzilə 2022-ci ilin yanvar ayından, digər cavabdeh X4 isə 2022-ci ilin mart ayından istifadə etməyə başlamışdır. Mənzildən istifadə ilə bağlı ailə münasibətlərindən irəli gələn razılaşma olmuş, lakin bu razılaşmanın əvəzi hər-hansı formada iddiaçı tərəfindən gəlir kimi əldə edilməmişdir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 21620 №-li qəbzdən bəlli olur ki, Şəxsiyyət vəsiqəsinin seriyası AA ******* olan İddiaçı tərəfindən vəkil xərci kimi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2023cü il tarixli birbank mobil tətbiqi ilə tətbiq edilmiş ********** №-li qəbzdən bəlli olur ki, iddiaçı tərəfindən etibarnamənin verilməsi məqsədi ilə notariat xərci kimi 19,75 (on doqquz manat 75 qəpik) manat ödəniş həyata keçirilmişdir.
Tərəflərin izahatları.
4. Cavabdehlər İbrahı̇ mov Əzəmət Əbülfət oğlu və Rüstəmlı̇ Alı̇ yə Tahı̇ r qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
İş materialları.
6. 15 iyul 2020-ci il tarixli, MİDA-026/20/001 saylı Kredit müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, kreditor "xxxx" ASC tərəfindən borcalanlar İddiaçı və X1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, m 2, Yeni qaydalarla AZ1089, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, 15, M4, m2 ünvanında yerləşən daşınmaz əmlakın alınması məqsədilə illik 4 faiz dərəcəsi, aylıq ödəniş 141.70 manat olmaqla 360 ay müddətinə 29 680 (iyirmi doqquz min altı yüz səksən) manat ipoteka krediti verilmiş və borcalanlar bu müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış sahəsini Kreditorun xeyrinə ipoteka ilə yüklü edilməsini öhdələrinə götürmüşdürlər.
7. 15 iyul 2020-ci il tarixli, MİDA-026/20/001 Sazişdən görünür ki, 15 iyul 2020-ci il tarixli, MİDA-026/20/001 saylı Kredit müqaviləsinə dəyişiklik edilmiş – kredit müddəti 360 aydan 60 aya endirilmiş və illik faiz dərəcəsi 4 faizdən 24 faizə artırılmışdır.
8. 15 iyul 2020-ci il tarixli, MİDA-026/20/001 saylı Güzəştli Mənzilin Alqı-Satqı və İpoteka Müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi,ev 1, m 2 (Yeni qaydalarla AZ1089, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 38.80 kv.m, yaşayış sahəsi 14.90 kv.m olan 1 otaqlı mənzil alıcı – ipoteka qoyan İddiaçı satılmışdır. Mənzilin satış qiyməti 32.980 (otuz iki min doqquz yüz səksən) manat müəyyən edilmişdir. Mənzilin satış qiymətinin 3300 manat məbləğində olan hissəsi alıcı – ipoteka qoyan İddiaçı özü tərəfindən, qalan 29 680 (iyirmi doqquz min altı yüz səksən) manat hissəsi isə kreditor-ipoteka saxlayan "xxxx" ASC tərəfindən alıcı – ipoteka qoyan İddiaçı verilmiş kredit vəsaiti hesabına ödənilir. Eyni zamanda alıcı – ipoteka qoyan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, Kredit müqaviləsi üzrə öhdəlyinin icrasının təmini məqsədilə ipoteka predmeti qismində Kreditor- İpoteka saxlayana ipotekaya verir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 2 (Yeni qaydalarla: AZ1089, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 38.80 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir.
10. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 21620 №-li qəbzdən görünür ki, Şəxsiyyət vəsiqəsinin seriyası AA ******* olan İddiaçı tərəfindən vəkil xərci kimi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində vəsait ödənilmişdir.
11. xx.xx.2023-cü il tarixli birbank mobil tətbiqi ilə tətbiq edilmiş ********** №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən etibarnamənin verilməsi məqsədi ilə notariat xərci kimi 19,75 (on doqquz manat 75 qəpik) manat ödəniş həyata keçirilmişdir.
İşin faktiki halları.
12. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 2 (Yeni qaydalarla: AZ1089, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 38.80 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. Hazırki iş üzrə Cavabdeh1 onun qardaşı, digər Cavabdeh2 isə qardaşının - Cavabdeh1 yoldaşıdır. İddiaçı öz mülkiyyətində olan həmin mənzili müvəqqəti olaraq əvəzsiz qaydada yaşamaq üçün cavabdehlərə vermişdir. Hazırda iddiaçı cavabdehlərin qeyd olunan mənzili öz əyşaları ilə birlikdə tərk etmələrini tələb edir. Tələbini onunla əsaslandırır ki, cavabdehlərdən onun mülkiyyətində olan mənzili tərk etmələrini tələb etməsinə baxmayaraq, cavabdehlər onun mülkiyyət hüququnu kobud surətdə pozmaqla mənzili tərk etmirlər. Tələbin hüquqi əsasını mülkiyyət hüququ təşkil edir. Cavabdehlər tərəfindən iddia tələbinə dair ərizə yaxud etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
16. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
17. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
Məhkəmənin mövqeyi
19. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
20. Məhkəmə ilk öncə cavabdehlərin mübahisə obyekti olan mənzilə istifadə hüquqlarının olub-olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ ailə və ya mülki qanunvericiliyin normaları əsasında yarana bilərdi.
21. Hazırki iş üzrə Cavabdeh1 İddiaçı qardaşı, digər Cavabdeh2 isə qardaşının - Cavabdeh1 həyat yoldaşıdır. İddiaçı öz mülkiyyətində olan mənzili müvəqqəti yaşamaları üçün cavabdehlərə təqdim etmişdir.
22. AR Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından cavabdehlər İbrahı̇ mov Əzəmət Əbülfət oğlu və Rüstəmlı̇ Alı̇ yə Tahı̇ r qızının mübahisəli mənzilə istifadə hüququ yoxdur. Çünki, həmin maddəyə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. (Maddə 30.2) Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Göründüyü kimi, cavabdehlər iddiaçının mənzilinə istifadə hüquqları olan ailə üzvləri kateqoriyasına aid deyillər.
23. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, ailə qanunvericiliyinin müddəaları ilə yanaşı, mülki qanunvericiliyin normaları əsasında da cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması halı müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən cavabdehlər İbrahı̇ mov Əzəmət Əbülfət oğlu və Rüstəmlı̇ Alı̇ yə Tahı̇ r qızına notarial qaydada mübahisəli mənzilə istifadə hüququ verilməsi halı müəyyən edilmir.
24. Beləliklə, cavabdehlər İbrahı̇ mov Əzəmət Əbülfət oğlu və Rüstəmlı̇ Alı̇ yə Tahı̇ r qızının iddiaçıya məxsus mənzildə qalmasını şərtləndirən hüquqi əsaslar olmadığına görə, iddia təmin edilməli və cavabdehlər həmin mənzildən əşyaları ilə birlikdə öz şəxsi vəsaitləri hesabına çıxarılmalıdır.
Məhkəmə xərcləri
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia tələbi hüquqi yardımın göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 240 manat məbləğində xidmət haqqının və 19,75 manat etibarnamənin verilməsi ilə çəkilmiş vəsaitin əvəzinin, iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 359.75 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması və İddiaçı ödənilməsi hissəsində də əsaslıdır.
27. Məhkəmə hazırki mülki işin həcmini, vəkilin hüquqi yardım üçün sərf etməli olduğu vaxtı da nəzərə alaraq tələb edilən 240 manat məbləği ağlabatan hesab edir. Eyni zamanda məhkəmə hazırki iddia tələbinin təmin edildiyini nəzərə alaraq, 19,75 manat etibarnamənin verilməsi ilə çəkilmiş vəsaitin əvəzi və iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
28. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər İbrahı̇ mov Əzəmət Əbülfət oğlu və Rüstəmlı̇ Alı̇ yə Tahı̇ r qızı iddiaçı İbrahı̇ mov Zaur Əbülfət oğlunun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 2 ( Yeni qaydalarla : AZ 1089, ünvan 1 ünvanından şəxsi vəsaitləri hesabına əşyaları ilə birlikdə çıxarılmalı və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 240 manat xidmət haqqı, etibarnamənin verilməsi üçün ödənilmiş 19.75 manat xidmət haqqı və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu olmaqla cəmi 359.75 manat pul vəsaiti cavabdehlər İbrahı̇ mov Əzəmət Əbülfət oğlu və Rüstəmlı̇ Alı̇ yə Tahı̇ r qızından müştərək qaydada tutularaq iddiaçı İbrahı̇ mov Zaur Əbülfət oğluna ödənilməlidir.
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdehlər İbrahı̇ mov Əzəmət Əbülfət oğlu və Rüstəmlı̇ Alı̇ yə Tahı̇ r qızı iddiaçı İbrahı̇ mov Zaur Əbülfət oğlunun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 2 ( Yeni qaydalarla : AZ 1089, ünvan 1 ünvanından şəxsi vəsaitləri hesabına əşyaları ilə birlikdə çıxarılsınlar. Hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilən 240 manat xidmət haqqı, etibarnamənin verilməsi üçün ödənilmiş 19.75 manat xidmət haqqı və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu olmaqla cəmi 359.75 manat pul vəsaiti cavabdehlər İbrahı̇ mov Əzəmət Əbülfət oğlu və Rüstəmlı̇ Alı̇ yə Tahı̇ r qızından müştərək qaydada tutularaq iddiaçı İbrahı̇ mov Zaur Əbülfət oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.