Məhkəmə qərarları › İş №e-2(010)-3300/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3300/2023

13.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3300/2023 13.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla əmlak və pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh2 qarşı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Mercedes Benz E240” markalı, **-RC-*** nömrə nişanlı avtomobilin, həmin avtomoil olmadıqda isə onun dəyəri olan 13216.87 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

2. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya məxsus “Mercedes Benz E240” markalı, **-RC-*** nömrə nişanlı avtomobilin, həmin avtomoil olmadıqda isə onun dəyəri olan 13216.87 manat pulun cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh2 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 3.İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək, X2 cavabdehlər sırasından çıxarılmasını və tələbin digər cavabdehlərə münasibətdə təmin edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Nikoyl” X5 ilə bağladığı 15 aprel 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bankdan kredit götürüb özünə “Mercedes Benz E240” markalı avtomobil almış və həmin “Mercedes Benz E240” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə bank qarşısında yüklü etmişdir. Bundan sonra, o, Cavabdeh2 adlı şəxslə şifahi razılığa gələrək, avtomobili onun etibarnaməli idarəçiliyinə vermişdir. Şifahi razılıq belə olmuşdur ki, avtomobili verdiyi şəxs onun kredit müqaviləsinə əsasən hər ay ödəməli olduğu kredit məbləğini kredit müqaviləsinin müddəti bitənədək ona və ya bilavasitə Banka ödəməli və kredit müqaviləsinin müddəti bitəndən sonra avtomobili alqı-satqı müqaviləsinə əsasən onun adına rəsmiləşdirməlidir. Lakin, bir müddət ödənsə də, hazırda cavabdeh öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən iddia qaldırmaq zərurəti yaranmışdır.

Tərəflərin izahatları

5. Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə baxış və baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə razı olmadığını bildirdi və qeyd etdi ki, avtomobil alınan vaxtdan sonra bir müddət onun istifadəsində olmuşdur. Daha sonra, avtomobili 1800-1900 dollar ilkin ödəniş alaraq Cavabdeh1 satmışdır. O, özü də avtomilin tapılmasını istəyir.

İş materialları

8. “Nikoyl” X3 xx.xx.2013-cü il tarixli, 17-A-2-0-1463-13 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “Nikoyl” X5 tərəfindən İddiaçı illik 22 faizlə 36 ay müddətə istifadə etmək üçün 9250 manat kredit verilmişdir. müqavilənin 1.4cü bəndinə görə, kreditin təminatı 1999-cu il istehsalı olan Mercedes Benz markalı E240 model avtomobil olmuşdur.

9. “Nikoyl” X3 xx.xx.2013-cü il tarixli, 17-A-2-0-1463-13 nömrəli ipoteka müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən “Mercedes Benz E240” markalı avtomobil “Nikoyl” X3 xeyrinə ipoteka ilə yüklü edilmişdir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-107532/20 nömrəli məktubundan görünür ki, “Mercedes Benz E240” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən İddiaçı mülkiyyətindədir.

11. xx.xx.2012-ci il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, mülkiyətçi İddiaçı Cavabdeh2 etibarlılıq müddəti xx.xx.2015-ci ilədək olmaqla “Mercedes Benz E240” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə etmək hüququ vermişdir.

12. xx.xx.2013-cü il tarixli “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, mülkiyətçi İddiaçı Cavabdeh2 etibarlılıq müddəti xx.xx.2018-ci ilədək olmaqla etibarnamə səlahiyyətlərinin digər şəxsə verə bilməsi hüququ vermişdir.

13. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 4675/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı “Nikoyl” X3 xeyrinə 9044.19 manat əsas borc, 3798.27 manat faiz borcu və həmin günə hesablanmış 374.41 manat dəbbə pulu, ümumilikdə 13216.87 manat, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-nə qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumun tutulması, tutmanın kreditin təminatı kimi cavabdeh İddiaçı məxsus 1999-cu buraxışlı, “Mercedes Benz E240” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı WDB21006111A888400 ban nömrəli, qara metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçı “Nikoyl” X3 xeyrinə ödənilməsi, kredit borcu tam bağlandıqdan sonra, ipoteka predmetinin satışdan artıq qalan pul vəsaitinin İddiaçı qaytarılması qət edilmişdir.

14. "xxxx" MMC-nin 06 dekabr 2023-cü il tarixli, 76 nömrəli rəyindən görünür ki, “Mercedes Benz E240” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi hazırki tarixə bazar dəyəri 9800 manat təşkil edilmişdir. Məhkəmə mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir və rəyə tənqidi yanaşılması üçün hər hansı əsas görmür.

15. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid bildirdi ki, o, Cavabdeh2 həm dostu, həm kirvəsidir. İddiaçı Cavabdeh2 görə tanımışdır. Cavabdeh2 ilkin ödəniş olaraq 1800-1900 manat alaraq maşını adını bilmədiyi başqa adama etibarnamə ilə satdığının şahidi olmuşdur. İşin faktiki halları

16. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, mübahisə obyekti olan avtomobil iddiaçının adına alınmış, sonra Cavabdeh2 etibarnaməli idarəçiliyinə verilmişdir. İddiaçının tələbinin faktiki əsaslandırması ondan ibarətdir ki, onun adına alınan atomobil bankda ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2lə aralarında olan sövdələşməyə əsasən avtomobildən o istifadə etməli, banka ipoteka ödənişlərini də o etməli idi. Lakin, ödənişləri Cavabdeh2 etmədiyinə görə məhkəmə qətnaməsi əsasında bank borcunun ondan tutulması qət edilib. Cavabdeh2 də, öz növbəsində onun avtomobilini başqa şəxsə satıb. İddiaçı mülkiyyət hüququnu tənzimləyən maddi hüquq normalarına əsaslanaraq, avtomobilin ona qaytarılmasını, olmadığı təqdirdə dəyərinin cavabdehlərdən tutulmasını xahiş edir. Cavabdeh2 iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, düzdür avtomobildən o istifadə etməli idi və ödənişləri də o etməli idi, lakin, işləri planlaşdırdığı kimi getmədiyinə görə avtomobili digər Cavabdeh1 satmışdır. (etibarnaməli idarəçiliyə verilib) Tətbiq edilən hüquq.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Mülkiyyət hüququ 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə.152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Azərbaycan Respublikası Konstitusiyası

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır.

19. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu

Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20.Mülki Prosessual Məcəllə

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.

22. İşin halları ilə müəyyən edilir ki, mübahisə obyekti olan avtomobil alındığı 2012-ci il tarixindən hal-hazıradək iddiaçının mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh2 arasında avtomobilin istifadəsi və ona görə ipoteka ödənişlərinin edilməsi ilə bağlı şifahi sövdələşmə olmuşdur. Nəticə olaraq avtomobil 2013-cü ildə cavabdeh Erkin Dosduyevin etibarnamə ilə istifadəsinə verilmişdir. İşin halları ilə o da müəyyən edilir ki, Cavabdeh2 avtomobili pul müqabilində digər Cavabdeh1 etibarnamə ilə vermişdir. Sonradan, avtomobil üçüncü şəxsə eyni qayda ilə verilmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, mübahisə obyekti olan avtomobil iddiaçının mülkiyyətindədir, yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələbləri baxımından iddiaçının Cavabdeh2 mülkiyyətində olan avtomobili geri tələb etmək hüququ vardır. Belə ki, avtomobili iddiaçı məhz Cavabdeh2 etibarnamə ilə vermiş, Cavabdeh2 isə həmin avtomobili başqa şəxsə pul müqabilində vermişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 alınıb iddiaçıya qaytarılması qət edilən avtomobilin mövcud olmayacağı təqdirdə, onun dəyəri Cavabdeh2 tutulmalıdır. İş üzrə icraat zamanı avtomobilin qiymətləndirilməsi qərara alınmış və mütəxəssis rəyinə əsasən mübahisə obyekti olan avtomobilin hazırki tarixə bazar dəyəri 9800 manat təşkil edir. Məhkəmə həmin mütəxəssis rəyini sübut kimi qəbul etmişdir. Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qiymətləndirmə xərci olaraq göstərilmiş 400 manat məbləğ görülən işə mütənasib deyildir. Ona görə də, məhkəmə hesab edir ki, bu məbləğ ağılabatan məbləğdə müəyyən edilməlidir. Görülən işin həcmini, işə sərf edilən zamanı və əməyi nəzərə alaraq, məhkəmə hesab edir ki, qiymətləndirmə xərcinin 150 manat müəyyən edilməsi ədalətli və ağılabatandır.

24. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə keçirilmiş qiymətləndirmə dəyəri olan 150 manat pul vəsaiti Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Dostuyev Erkı̇ n Fazı̇ l oğlundan "Mercedes Benz E240" minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobil olmadıqda isə həmin avtomobilin dəyəri olan 9800 manat pul vəsaiti tutularaq iddiaçı Babayev Yusı̇ f İlham oğluna verilməli, iş üzrə ödənilmiş 130 manat dövlət rüsumu cavabdeh Dostuyev Erkı̇ n Fazı̇ l oğlundan tutularaq iddiaçı Babayev Yusı̇ f İlham oğluna ödənilməli, iş üzrə keçirilmiş qiymətləndirmə dəyəri olan 150 manat pul vəsaiti cavabdeh Dostuyev Erkı̇ n Fazı̇ l oğlundan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

26. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh Dostuyev Erkı̇ n Fazı̇ l oğlundan "Mercedes Benz E240" minik markalı, **- RC-*** dövlət qeydiyyat nişanlı avtomobil, avtomobil olmadıqda isə həmin avtomobilin dəyəri olan 9800 manat pul vəsaiti tutularaq iddiaçı Babayev Yusı̇ f İlham oğluna verilsin. İş üzrə ödənilmiş 130 manat dövlət rüsumu cavabdeh Dostuyev Erkı̇ n Fazı̇ l oğlundan tutularaq iddiaçı Babayev Yusı̇ f İlham oğluna ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmə dəyəri olan 150 manat pul vəsaiti cavabdeh Dostuyev Erkı̇ n Fazı̇ l oğlundan tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar