Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3487/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iclas katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Bakı şəhəri 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi maraqlı şəxs olmaqla, “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi *. Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Osmanova (Adıgözəlova) Göyçək Qasım qızının bacısı 02.**.*952-ci il tarixdə Gədəbəy rayonu, Orconikidze kəndində anadan olmuş X7 02.**.*953-cü il tarixdə həmin ünvanda ev şəraitində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri
2. Tələb onuna əsaslandırılmışır ki, ailə bu şəxslərdən ibarət olmuşdur: X2 (*924), anası Məmmədova (Adıgözəlova) Əzət Qədir qızı (*925), bacıları - X4 (*0.04.*954), X8 (28.03.*957), Osmanova (Adıgözəlova) Göyçək Qasım qızı (xx.xx.*959), X6 (06.03.*963), X*5 (04.*0.*965), qardaşları - X*7 (**.03.*968), X*8 (*5.05.*97*). X2 anası X2* ilə *950-ci ildə faktiki nikaha daxil olmuş, tərəflər arasında rəsmi nikah *2.02.*960-cı il tarixdə Gədəbəy rayonu Orconikidze kənd sovetliyi tərəfindən qeydə alınmış, anası Adıgözəlova soyadını götürmüşdür. Tərəflər arasında rəsmi nikah qeydə alınana qədər birgə faktiki nikahdan uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafası boş saxlanılmış, rəsmi nikah *2.02.*960-cı il tarixdə qeydə alındıqdan sonra isə yeni doğulmuş uşaqların ata qrafasında mərhum atasının adı yazılmışdır. X2 09.08.20*3-cü il tarixdə, anası X2* isə *6.07.2024-cü il tarixdə, nəhayət qardaşı X*8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X* xx.xx.2024-cü il tarixdə vəfatından sonra vərəsəlik işinin açılması üçün 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etdilər. Qeyd edir ki, digər vərəsələr, yəni qardaş və bacıları mərhum X* mirasına münasibətdə miras paydan onun xeyrinə imtina edir və vərəsələr arasında miras əmlaka dair mübahisə yoxdur. Miras əmlak isə KİA SPORTAGE minik markalı ** GH *** nömrə nişanlı 09.*2.202*-ci il buraxılışlı avtonəqliyyat vasitəsindən ibarətdir. Ata və anasının isə miras əmlakı yoxdur. Onu da qeyd edir ki, vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət edərkən notariat ofisində ona bildirildi ki, 02.**.*952-ci il tarixdə anadan olmuş Məmmədova Qumaş adlı bacısı barədə qeyd vardır və bu barədə elektron sistemdən çıxarış təqdim edildi. O, notariat ofisinin əməkdaşına həmin bacısının doğulduqdan qısa müddət sonra vəfat etdiyini bildirdi, lakin oradan bildirildi ki, ya həmin şəxsin ölməsi barədə müvafiq qeydiyyat şöbəsinin arayışı, ya da şəxsin ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. Bundan sonra bacısının ölümünün qeydə alınması barədə qeydiyyat şöbəsinə müraciət etdi. Həmin müraciətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 4 saylı Bakı “ASAN Xidmət” X5 2*.*0.2024-cü il tarixli məktubu ilə cavab verilərək imtina edildi və şəxsin ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edildi. Həmin imtina onunla əsaslandırılmışdır ki, şəxsin ölüm haqqında həkim şəhadətnaməsi - yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edir ki, notariat ofisindən ona təqdim edilmiş elektron sistemdən çıxarışdan da göründüyü kimi, valideynlər arasında rəsmi nikah qeydə alınana qədər birgə faktiki nikahdan doğulmuş digər uşaqlar kimi, mərhum bacısı Qumaşın da ata qrafası boş saxlanılmış, soyadı isə anasının soyadı, yəni “Məmmədova” qeyd edilmişdir. Onu da qeyd edir ki, valideynlərinın bildirdiyinə görə mərhum bacısı Qumaş ailənin ilk uşağı olmuş, doğulduqdan cəmi 3 ay sonra doğulduğu Gədəbəy rayonu Orconikidze kəndində yaşadıqları evdə ölmüşdür. Bu faktı bütün bacı-qardaşlar və qohumlar eşitsələr də, mərhumun doğumunun qeydə alınmasından məlumatsız olmuşlar. Belə ki, hətta mərhumun yaşayış yeri üzrə qeydiyyatı olmamış, onun adına keçmiş SSRİ nümunəli pasport da verilməmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, bacısının ölməsi faktını təsdiq edən lazımi sənədləri, o cümlədən ölüm haqqında tibbi şəhadətnaməni başqa qaydada ala bilmir və nəzərə alınsa ki, 7* il bundan əvvəl, yəni doğulduqdan cəmi 3 ay sonra doğulduğu evdə vəfat etmişdir, həmin sənədin əldə edilməsi, ümumiyyətlə, mümkün deyildir. Halbuki, bir daha qeyd edir ki, həmin faktın müəyyən edilməsi mərhum qardaşının mülkiyyətində olan mirasdan pay almaq məqsədi daşıyır, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edə bilməyi üçün isə məhkəmə tərəfindən onun ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi zərurəti yaranmışdır.
Tərəflərin izahatları
3. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
Şahid ifadələri
6. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən X6 bildirdi ki, ərizəçinin bacısıdır. O, kiçik yaşlarında olanda eşitmişdir ki, bacısı Qumaş vəfat etmişdir. Eyni zamanda bildirir ki, anasının soyadı nikaha daxil olmazdan əvvəl Məmmədova olmuşdur, nikaha daxil olduqdan sonra Adıgözəlova soyadı verilmişdir.
7. Məhkəmə baxış iclasında şahid qismində ifadə verən X*0 bildirdi ki, ərizəçinin bacısıdır. Kiçik yaşlarında olanda valideynləri ona demişdir ki, Qumaş adlı bacısı körpə vaxtında vəfat etmişdir. Eyni zamanda bildirir ki, anasının nikahdan əvvəlki soyadı Məmmədova olmuşdur.
İş materialları
8. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*4 ilə X2* arasında *2.02.*960-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Nikaha daxil olduqdan sonra arvada Adıgözəlova soyadı verilmişdir.
9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** xx.xx.*959-cu il tarixdə anadan olmuşdur. X2, anası X*2r. *0. Gədəbəy Rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X*9 02.**.*952-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında qeyd aparılmamış, ana qrafasında X2* qeyd edilmişdir. **. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X35 Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli, *8-*-38/2-323-/025 nömrəli məktubundan görünür ki, Gədəbəy rayonu Orconikidze kəndində 02.**.*952-ci il tarixdə doğulmuş X7 ( X2, anası Məmmədova (Adıgözəlova) Əzət Qədir qızı) doğulması və ölməsi barədə heç bir məlumat tapılmadı. *2. Gədəbəy Rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 ölümü barədə Gədəbəy Rayon Nərimankənd İƏD-si üzrə *952-*982-ci illər üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. *3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X5 Ərizəçi ünvanlanmış 2*.*0.2024-cü il tarixli məktubundan görünür ki, X7 ölümünün qeydə alınması ilə əlaqədar bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
İşin faktiki halları
*4. İşin faktiki halları ondan ibarətdir ki, ərizəçinin bacısı X*9 02.**.*953-cü il tarixdə vəfat etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında akt qeydini tərtib etmək mümkün olmamışdır. Eyni zamanda ərizəçi bacısının soyadının Məmmədova olmasına münasibətdə bildirir ki, ata və anası əvvəlcə faktiki nikah münasibətində olduğundan və onlar arasında *960-cı il tarixdə rəsmi nikah bağlandığından 02.**.*952-ci il tarixdə anadan olmuş bacısı Qumaş anasının soyadı ilə qeydə alınmışdır.
Tətbiq edilən hüquq
*5. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar *59.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər.
*6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 3* oktyabr tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”
8.5. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi
*8. İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. *9. Məhkəmə hesab edir ki, ərizəçinin bacısı X7 02.**.*953-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal həm işin halları ilə, həm də şahid ifadələri ilə təsdiq olunur. Ərizəyə tənqidi yanaşılması üçün hər hansı əsas yoxdur. Digər tərəfdən, göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmiş və onun bacısının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin digər qaydada mərhum bacısı barəsində ölüm haqqında şəhadətnaməni ala bilmək imkanı yoxdur.
Məhkəmə xərcləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 2*. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi bacısı 02.**.*952ci il tarixdə Gədəbəy rayonu, Orconikidze kəndində anadan olmuş X7 02.**.*953-cü il tarixdə həmin ünvanda ev şəraitində ölməsi faktı müəyyən edilməli və iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu Ərizəçi özünə aid edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı 02.**.*952-ci il tarixdə Gədəbəy rayonu, Orconikidze kəndində anadan olmuş X7 02.**.*953-cü il tarixdə həmin ünvanda ev şəraitində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov