Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3575/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla ikinci tərəf Cavabdeh1 və üçüncü tərəf Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2025-ci il tarixdə 13 saylı mediasiya təşkilatında bağlanmış MŞB/13/2025-00338 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin əsaslandırıldığı hallar. Ərizə onunla əsaslandırılmışdır ki, o, maraqlı şəxs Cavabdeh1 ilə nikaha daxil olmuş, həmin nikahdan 3 uşaqları dünyaya gəlmişdir. Sonradan onunla ailə münasibəti bitdiyindən, o, Cavabdeh2 ilə faktiki nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2021-ci ildə bir oğlu və xx.xx.2024-cü ildə bir qızı dünyaya gəlmişdir. O, Cavabdeh1 ilə olan nikaha xitam vermədiyindən Cavabdeh2la faktiki nikahdan anadan olan övladlarına Cavabdeh1 atalığı verilməsin deyə doğum haqqında şəhadətnamə almadı. Belə ki, maraqlı şəxs Suraxanı RQŞ uşaqların atasının Cavabdeh2 yazılmasından imtina etdilər. Bundan sonra onlar məcbur qalaraq bioloji identifikasiya qohumluq testi etdirdilər. Lakin, buna baxmayaraq, maraqlı şəxs uşaqların atasının Cavabdeh2 yazılmasından imtina etdi. Daha sonra məcbur qalaraq xx.xx.2025-ci ildə 13 saylı mediasiya təşkilatında MŞB/13/2025-00338 saylı barışıq sazişi imzaladılar. Lakin, həmin sazişə baxmayaraq maraqlı şəxslər uşağa ad və ata adı verilməsini təmin etmədi. Həmin sazişə əsasən birinci tərəf kimi o, ikinci tərəf Cavabdeh1 ilə birgə nikah dövründə dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü Seyidov XXX Azad oğlunun və xx.xx.2024cü il təvəllüdlü Kazımova XXX XXX qızının atalarının ikinci tərəf Cavabdeh1 olmadığını etiraf edir və bu barədə razılığa gəlməklə aralarında mübahisə olmadığını təsdiq edirlər. Üçüncü tərəf Cavabdeh2 və birinci tərəf kimi ərizəçi, nikahda olduğuqları dövrdə dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü Seyidov XXX Azad oğlunun və xx.xx.2024-cü il təvəllüdlü Kazımova XXX XXX qızının üçüncü tərəf Cavabdeh2 övladları olmasını etiraf edirlər. Tərəflər, birinci tərəf kimi ərizəçi, ikinci tərəf Cavabdeh1 və üçüncü tərəf Cavabdeh2 xx.xx.2021-ci il təvəllüdlü Seyidov XXX Azad oğlunun və xx.xx.2024-cü il təvəllüdlü Kazımova XXX XXX qızının üçüncü tərəf Cavabdeh2 övladları olmasını etiraf edirlər və bu barədə aralarında hər hansı bir mübahisə olmadığını təsdiq edirlər. Lakin, cavabdeh sazişin üzərindən xeyli müddət keçməsinə və dəfələrlə pulu tələb etməsinə baxmayaraq sazişin icrasından yayınaraq pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən, hüquqi savadı olmadığından ərizəçi onun yaşayış yeri üzrə Xətai Rayon Məhkəməsinə müraciət etsə də iddia geri qaytarılmışdır. Təxminən 2 ilə yaxın müddətdir ki, cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən həmin sazişin təsdiq edilməsinə dair məhkəməyə müraciət etməli oldu. Tərəflərin izahatları. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin təmin edilməsini xahiş edərək bildirmişdir ki, ərizəçi Cavabdeh1 ilə nikahda olmuşdur. Sonradan onunla faktiki ailə münasibətləri bitdiyindən ərizəçi Cavabdeh2 faktiki nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2021-ci ildə bir oğlu və xx.xx.2024-cü ildə bir qızı dünyaya gəlmişdir. Cavabdeh1 ilə olan nikaha xitam verilmədiyindən uşaqlara Cavabdeh1 atalığı verilməsin deyə doğum haqqında şəhadətnamə almayıblar. Belə ki, Suraxanı Rayon Qeydiyyat Şöbəsi uşaqların atası Cavabdeh2 yazılmasından imtina edir. Bundan sonra onlar bioloji identifikasiya qohumluq testi etmişdilər. Lakin, buna baxmayaraq maraqlı şəxs uşaqların atasının Cavabdeh2 yazılmasından imtina etdi. Daha sonra məcbur qalaraq xx.xx.2025-ci ildə 13 saylı mediasiya təşkilatında MŞB/13/2025-00338 saylı barışıq sazişi imzalanmışdı, lakin həmin sazişə də baxmayaraq maraqlı şəxslər uşağa ad və ata adı verilməsini təmin etmədi. Maraqlı şəxslər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İş materialları. Bakı 13 saylı Mediasiya Təşkilatının X1 vasitəsilə Ərizəçi, Cavabdeh1 və Cavabdeh2 arasında aşağıdakı məzmunda xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00338 nömrəli Barışıq Sazişi bağlanmışdır: “Mübahisənin həlli istiqamətində Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1) 1-ci tərəf Ərizəçi 2-ci tərəf X3 ilə birgə nikah dövründə dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü Seyidov XXX Azad oğlunun və xx.xx.2024-cü il təvəllüdlü Kazımova XXX XXX qızının atalarının 2-ci tərəf Cavabdeh1 olmadığını etiraf edirlər və bu barədə razılığa gəlməklə aralarında mübahisə olmadığını təsdiq edirlər. 2) 3-cü tərəf Cavabdeh2 və 1-ci tərəf Ərizəçi, Ərizəçi nikahda olduğu dövrdə dünyaya gələn xx.xx.2021-ci il təvəllüdlü Seyidov XXX Azad oğlunun və xx.xx.2024-cü il təvəllüdlü Kazımova XXX XXX qızının 3-cü tərəf Cavabdeh2 övladları olmasını etiraf edirlər. 3) Tərəflər, 1-ci tərəf Ərizəçi, 2-ci tərəf Cavabdeh1 və 3-cü tərəf Cavabdeh2 xx.xx.2021ci il təvəllüdlü Seyidov XXX Azad oğlunun və xx.xx.2024-cü il təvəllüdlü Kazımova XXX XXX qızının 3-cü tərəf Cavabdeh2 övladları olmasını etiraf edirlər və bu baradə aralarında hər hansı mübahisə olmadığını təsdiq edirlər. Mediasiya Xidmətlərinin Göstərilməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/13/2025-00338 nömrəli Müqavilədən görünür ki, tərəflər - Ərizəçi, Cavabdeh1 və Cavabdeh2 arasında atalığın müəyyən olunması və etirafına dair mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin **********42 nömrəli xx.xx.2021-ci il tarixli doğum haqqında tibbi şəhadətnaməsindən görünür ki, Ərizəçi doğduğu xx.xx.2021-ci il təvəllüdlü, FİN: 8YPİXGD olan oğlan uşağının atası barədə məlumat hissəsində Cavabdeh2 adı qeyd edilmişdir. Uşaq hamiləliyin 38-ci həftəsində doğulub. AR SN 7 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 121 saylı xx.xx.2022-ci il tarixli tibbi arayışdan görünür ki, Ərizəçi oğlu xx.xx.2021-ci ildə Qusar rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin **********95 nömrəli xx.xx.2024-cü il tarixli doğum haqqında tibbi şəhadətnaməsindən görünür ki, Ərizəçi doğduğu xx.xx.2024-cü il təvəllüdlü, FİN: KCEK5VG olan qız uşağının atası barədə məlumat hissəsində heç bir məlumat qeyd edilməmişdir. Uşaq hamiləliyin 37-ci həftəsində doğulub. Şəfa MDM müalicə Diaqnostika Mərkəzi tərəfindən tərtib olunmuş bioloji identifikasiya qohumluq testindən görünür ki, bioloji ata namizəd (Cavabdeh2) ilə uşaq (Seyidov Azay) arasında bioloji uyğunluq aşkar olunmuşdur. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır... Maddə 47. Atalığa, analığa dair mübahisə açma 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Maddə 49. Uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25. Ərizəyə baxılma qaydası və qətnamənin qəbul edilməsi 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: Maddə 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33. Barışıq sazişi 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34. Barışıq sazişinin icrası ...34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, Ərizəçi xx.xx.2021-ci ildə bir oğlan və xx.xx.2024-cü ildə bir qız övladı dünyaya gəlmişdir. Uşaqların atalığın müəyyən edilməsi məqsədilə o, Cavabdeh1 və Cavabdeh2 ilə mediasiya vasitəsilə barışıq sazişi bağlanmışdır. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi tərəflərin iradə ifadələrini əks edirsə də, maddi və prosessual hüquq normalarının tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, uşaqların atalığın müəyyən edilməsi üçün qanunvericilikdə xüsusi prosedurlar müəyyən edilmişdir. Tərflərin razılaşması ilə - mediasiya vasitəsilə bağlanmış barışıq sazişi ilə bu məsələlərin həll edilməsi qanuna uyğun deyil. Məhkəmə hesab edir ki, bu barışıq sazişinin təsdiqindən imtina olunması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericiliyə əsasən, barışıq sazişi qanuna zidd olduqdan və saziş mediasiyada iştirak etməyən üçüncü şəxslərin, yəni yetkinlik yaşına çatmayan uşaqların qanunla qorunan hüquq və maraqlarına toxunduqdan, bu barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi onunla ikinci tərəf Cavabdeh1 və üçüncü tərəf Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixdə 13 saylı mediasiya təşkilatında bağlanmış MŞB/13/2025-00338 saylı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-20 – 355-25, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi onunla ikinci tərəf Cavabdeh1 və üçüncü tərəf Cavabdeh2 arasında xx.xx.2025-ci il tarixdə 13 saylı mediasiya təşkilatında bağlanmış MŞB/13/2025-00338 saylı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-3575/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3575/2025
19.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver