Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-3724/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X8 qızının katibliyi, Cavabdeh1 Ağaməli oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Ağaməli oğlu və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Ağaməli oğlu və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1750,00 manat məbləğində sığorta ödənişinin, 37.50 məbləğində dövlət rüsumunun və və 0.40 məbləğində xidmət haqqının, cəmi 1787,90 manat məbləğində pul vəsaitinin tutulub "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh1 Ağamalı oğlunun mülkiyyətində olan “Vaz 21013 minik” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Cavabdeh2 idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə hadisə zamanı X6 tərəfindən idarə olunan “Opel Astra minik” markalı **-OH- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. AR DİN Bakı şəhər Sabunçu rayon DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokoluna və TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən, “Vaz 21013 minik” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələrinə əsasən 100.00 (bir yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. AR DİN Bakı şəhər Sabunçu rayon DYPŞ tərəfindən “Vaz 21013 minik” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan və TP ******* saylı inzibati tənbehvermə haqqında saylı qərardan məlum olur ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və hadisə yerindən yayınmışdır. xx.xx.2021 -ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş “VAZ 21013 minik” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 Bakı şəhəri Sabunçu RPİ DYPŞ-ya verdiyi izahatında sözügedən avtomobili etibarnamə olmadan idarə etdiyini və hadisə baş verən anda tələsdiyi üçün hadisə yerində dayanmadığını, hadisə yerindən yayındığını etiraf etmişdir. VAZ 21013 markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə “Bakı Sığorta" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Opel Astra minik” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1750.00 manat məbləğində müəyyən edilmişdir. 1174 saylı sığorta aktına və xx.xx.2022-ci il tarixli, № AZ0011434 saylı ödəniş tapşırığına əsasən 1750.00 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Opel Astra minik" markalı. **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 Etibarnamə üzrə nümayəndəsi X3 “Accesbank" ASC-dəki hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli, BS-S-22/0354 saylı Geriyə tələb (subroqasiya) məktubları ilə Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 1750.00 manat məbləğində ödənilmiş sığorta ödənişinin 5 gün müddətində Cavabdeh2 və Cavabdeh1 Ağamalı oğlundan geri ödənilməsi tələb edilmişdir. BA №132449 saylı Nəqliyyat Vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən hadisə anında X6 tərəfindən idarə olunan "Opel Astra minik” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X5 mülkiyyətində(sahibliyində) olmuş, AD №048054 saylı Nəqliyyat X1 göründüyü kimi isə hadisə anında “Vaz 21013 minik” markalı ** FO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 Ağamalı oğlunun mülkiyyətində (sahibliyində) olmuşdur. X2 verilməsi haqqında ƏN-Vİ1 408234 saylı Etibarnamədən məlum olur ki, Cavabdeh1 Ağamalı oğlu “VAZ 21013 minik” markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmək, bağışlamaq və s. səlahiyyətləri xx.xx.2021-ci il tarixədək (11 ay 3 gün) Cavabdeh2 ötürmüşdür. "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddanın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Ağaməli oğlu iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, “VAZ 21013” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə zamanı onun mülkiyyətində olsa da, o, həmin avtomobili etibarnamə əsasında satmışdır. Hətta həmin avtomaşının sığortalanması da digər şəxs tərəfindən həyata keçirilmişdir. Ona görə də, onun iddia tələbində qeyd olunmuş yol-nəqliyyat hadisəsi ilə hər hansı bağlılığı olmadığına görə, eləcə də hadisə ilə əlaqədar iddiaçı təşkilat ona heç bir məlumat verməmiş və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməmişdir. Ona görə də, iddianın ona aid hissədə rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə idiaçı Cavabdeh1 Ağamalı oğlunun izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 1174 saylı sığorta aktından görünür ki, 10 dekabr 2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “OPEL ASTRA” minik markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1750.00 manat zərər təyin olunmuşdur. Həmin sığorta aktında sığortalı qismində Cavabdeh2 kimi göstərilmiş və “VAZ 21013” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 iyul 2021-ci il tarixdən sığortalanmışdır. İş materiallarına əlavə edilmiş 1174 saylı sığorta aktından görünür ki, 10 dekabr 2021-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “OPEL ASTRA” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1750 manat zərər təyin olunmuşdur. İş materiallarında olan DYPŞ-nin İXP ******* saylı inzibati xəta haqqında protokolundan və TP ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, Cavabdeh2 05 dekabr 2021-ci ildə Bakı şəhər, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yolunda etibarnamə olmadan avtomobili idarə edərkən “OPEL ASTRA” markalı **-OH-*** dövlət qeydiyya nişanlı avtomobil ilə toqquşmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6 və 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “OPEL ASTRA” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 Etibarnamə üzrə nümayəndəsi X4 1750.00 manat məbləğində sığorta ödənişi verilmişdir. İş materialları ilə müəyyən edilir ki, “VAZ 21013” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Ağaməli oğlunun mülkiyyətində olsa da, 1174 saylı sığorta aktı ilə müəyyən olunur ki, həmin avtomobil PBA********** saylı “İcbari sığorta müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi avtomobil Cavabdeh2 tərəfindən sığortalanmışdır. Beləliklə də, yuxarıda təsvir olunanlarla 10 iyul 2021-ci ildə "xxxx" Sığorta Şirkəti ASC-də icbari sığorta ilə sığortalanmış, Cavabdeh1 Ağaməli oğluna məxsus olan, Cavabdeh2 tərəfindən etibarnamə olmadan idarə olunan “VAZ 21013” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar iddiaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən cəmi 1750.00 manat məbləğində pul vəsaitinin (sığorta ödənişinin) ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Beləliklə də, yuxarıda təsvir olunanlarla "xxxx" Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış “VAZ 21013” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə sığortaçı "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 1750.00 manat məbləğində pul vəsaitinin (sığorta ödənişi) zərərçəkmiş şəxsə ödənilməsi ona dəlalət edir ki, iddiaçı həmin məbləğdə pulu tələb etmək hüququna malikdir. Bununla belə məhkəmə iddia tələbini qismən və yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab etməklə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 Ağaməli oğlu barəsində irəli sürülmüş tələb iddia ərizəsində ümumiyyətlə əsaslandırılmamış, iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh2 05 dekabr 2021-ci il tarixdə yol-nəqliyyat hadisəsini törədərkən idarə etdiyi “VAZ 21013” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət hüququ ilə Cavabdeh1 Ağaməli oğluna məxsus olmuş bu hal isə sonuncunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən mülki məsuliyətə cəlb olunması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, işin materiallarında olan 1174 saylı sığorta aktı ilə müəyyən olunur ki, PBA********** saylı “İcbari sığorta müqaviləsi” üzrə sığortalı Cavabdeh1 Ağaməli oğlu deyil, məhz Cavabdeh2dur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 Ağaməli oğlunun hazırki iddia ilə əlaqədar yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olması ilə əlaqədar məsuliyyəti istisna edilir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 37.50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 37.50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 1750.00 manat məbləğində sığorta ödənişi və 37.50 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı olmaqla - cəmi 1787.90 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(010)-3724/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-3724/2022
14.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver