Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4282/2024 08.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 49143.32 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 238 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “mülki iş üzrə icraatların birləşdirilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan İddiaçı ASCnin Cavabdeh qarşı pul tələbinə dair e-2(010)-4282/2024 saylı mülki işin iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı borcun silinməsi tələbinə dair e-2(010)-3928/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi və işlərə birgə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin icraatında İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2(010)-4282/2024 saylı mülki iş vardır. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında Cavabdeh İddiaçı ASC-yə qarşı borcun silinməsi, pul tələbinə dair e-2(006)-3928/2024 saylı mülki iş vardır. Nəzərə alınsa ki, hər iki iş üzrə tərəflər, predmet eynidir və iddialar bir-birinə qarşı yönəlib, həmin işlərin bir icraatda birləşdirilməsi mübahisənin obyektiv, qanuni və vaxtında həlli üçün zəruridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında işlərin birləşdirilməsinə razı olmadıqlarını bildirmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi “işlərin bir icraatda birləşdirilməsi” haqqında ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin “işlərin bir icraatda birləşdirilməsi” haqqında ərizəsi təmin edilməli və hazırki işə baxılması üçün aidiyyat qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3928/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh İddiaçı ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi icraata mümkün hesab edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-2(010)-4282/2022 saylı iş xx.xx.2024-ci il tarixdə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə görə, Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 44.2.6-cı maddəsinə əsasən, bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hər iki iş üzrə tərəflər, predmet eynidir və iddialar bir-birinə qarşı yönəlib, bununla da, həmin işlərin bir icraatda birləşdirilməsi mübahisənin obyektiv, qanuni və vaxtında həlli üçün məqsədəmüvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2(010)-4282/2024 saylı mülki iş Cavabdeh İddiaçı ASC-yə qarşı pul tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3928/2024 saylı mülki işi ilə bir icraatda birləşdirilsin və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4282/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4282/2024
08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver