Məhkəmə qərarları › İş №e-2(010)-433/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-433/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-433/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borc tələbi, borcun ipoteka predmetinə yönəldilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5013.28 (beş min on üç dollar, 28 sent) ABŞ dolları əsas borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, kredit, sonrakı ipoteka müqavilələrinin, daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 17 (on yeddi) manat notariat xərcinin tutulub iddiaçı LPO Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin cavabdehə məxsus Hyundai Azera markalı avtomobilə (qeydiyyat nömrəsi: ** FZ ***; mühərrik: G4KEDA335742, ban: KMHFH41B6EA313061) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Ləğv prosessində olan İddiaçı ASCyə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə Ləğv prosessində olan İddiaçı ASC arasında bağlanmış 26 iyul 2017-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə «Hyundai Azera» markalı avtomobilin alınması üçün 48 ay müddətinə 14500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi kredit hesabına alınmış «Hyundai Azera» markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə yüklü ediməklə ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əməl etməyərək öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onun 27 yanvar 2016-cı il tarixə 1796,41 ABŞ dolları məbləğində əsas borc, 5748 ABŞ dolları məbləğində kreditə görə faiz borcu, «Kredit müqaviləsinin 5.4-cü bəndinə görə 200 manat məbləğində cərimə borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq, sonuncu öhdəliklərini icra etməmişdir. Bunlara əsasən Cavabdeh 5013.28 (beş min on üç dollar, 28 sent) ABŞ dolları əsas borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, kredit, sonrakı ipoteka müqavilələrinin, daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 17 (on yeddi) manat notariat xərcinin tutulub iddiaçı LPO Ləğv prosessində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin cavabdehə məxsus Hyundai Azera markalı avtomobilə (qeydiyyat nömrəsi: ** FZ ***; mühərrik: G4KEDA335742, ban: KMHFH41B6EA313061) yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı Ləğv prosessində olan İddiaçı ASCyə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 13 aprel 2021-ci il tarixdə məhkəmə iclasında iddia tələbləri ilə qismən razılaşaraq göstərmişdir ki, 26 iyul 2017-cü il tarixli kredit müqaviləsini imzalasa da, yaranmış maddi çətinliklərə görə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Lakin o, vaxtaşırı ödənişlər edir və buna görə iddia tələbində qeyd olunan borcun məbləği ilə razılaşmır. Hesab edir ki, onun tərəfindən aparılmış ödənişlər nəzərə alınmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 4347/1SAK saylı, 26 iyul 2017-cü il tarixli kredit müqaviləsindən görünür ki, kredit verən (iddiaçı) kredit alana (cavabdehə) «Hyundai Azera» markalı avtomaşının alınması məqsədilə 48 ay müddətində illik 14% ödəmək şərti ilə 14500 ABŞ dolları məbləğində kredit verilməsini, kredit alan isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizələri ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə «Kredit alan» tərəfindən 30 gün müddətində gecikdirilərsə çəkilmiş xərclərlə əlaqədar sonuncudan 200 manat miqdarında cərimə tutulur. İş materiallarında olan Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 4347/1SAK saylı, 26 iyul 2017-cü il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 26 iyul 2017-cü il tarixli 4347/1SAK saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka müqaviləsi bağlanmış, həmin ipoteka müqaviləsinin predmeti – «Hyundai Azera» markalı avtomobildir (buraxılış ili 2013, mühərrik nömrəsi G4KEDA335742). Həmin müqavilənin 5-cı bəndi ilə müəyyən edilmişdir ki, ipoteka ilə təmin edilən öhdəliklər ipoteka qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüquq aranır. İş materiallarındakı Bildirşlərdən görünür ki, cavabdehə 26 iyul 2017-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin yerinə yetirilməsi təklif olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən əlavə olunmuş 14 aprel 2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 26 iyul 2021-ci il tarixli 4347/1SAK №-li kredit müqaviləsi üzrə 06 aprel 2021-cı il tarixə banka 1796,41 ABŞ dolları məbləğində əsas borcu qalmışdır. Cavabdeh tərəfindən öhdəliyin icra edilməsinə dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh 26 iyul 2017-cü il tarixli kredit müqaviləsi əsasında iddiaçı Ləğv prosessində olan İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmasına baxmayaraq öhdəliyini lazımınca icra etməmiş, krediti müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun 1796,41 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır. Bu halları nəzərə alaraq məhkəmə Cavabdeh qarşı yönəlmiş pulun tutulmasına dair iddia tələblərini əsaslı hesab edir. Bununla belə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasına təqdim olunmuş 14 aprel 2021-ci il tarixli maliyyə arayışına görə Cavabdeh banka olan borcu 1796,41 ABŞ dolları təşkil etdiyindən məhz həmin həcmdə iddia tələbi əsaslı hesab edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmetinə yönəldilməsinə dair hissəsini də araşdıraraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddələrinin tələblərini rəhbər tutmaqla, hesab edir ki, iddia bu hissədə də əsaslı olduğuna görə təmin edilməli və tələb ipoteka ilə yüklü edilmiş kredit borcunun təminatı – «Hyundai Azera» markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən 17 manat notariatda çəkilmiş xərclər və dövlət rüsumuna ödənilmiş 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ləğv prosessində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 iyul 2017-cı il tarixli kredit müqaviləsinə görə 1796,41 ABŞ dolları məbləğində borc ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 17 (on yeddi) manat notariat xərci və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh tutularaq Ləğv prosessində olan İddiaçı ASC xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus və ipotekaya qoyulmuş «Hyundai Azera» markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilsin. Həmin avtomobil açıq hərracdan satılsın, avtomobilin satışından əldə olunan vəsaitdən kredit müqaviləsindən irəli gələn borc, daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 17 manat notariat xərci və 30 manat dövlət rüsumu Ləğv prosessində olan İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar