Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4500/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Ərizəçinin tələbi
1. Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq
2.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa.
Məhkəmənin mövqeyi
3. İş üzrə məhkəmə baxışı iclası 13 sentyabr 2024-cü il tarixə, saat 10:40-a təyin edilmişdir.
4. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasında ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini və mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmənin gəldiyi nəticə
6. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi"nə dair ərizəsi baxılmamış saxlanılmalıdır.
7. İş materiallarından görünür ki, ərizəçi tərəfindən ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
8. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığı üçün ödənilmiş dövlət rüsumu da ərizəçiyə tam olaraq qaytarılmalıdır.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) "barışıq sazişinin təsdiq edilməsi"nə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona tam qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.