Məhkəmə qərarları › İş №e-2(010)-4811/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4811/2021

05.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4811/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçının vəkili Vəkil iştitakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən iddiaçı X1 “VAZ 2107” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “İddiaçı X4 ilə Cavabdeh arasında bağlanan şifahi razılaşmaya görə iddiaçı X6 3500 manat pulu Cavabdeh verməyi, Cavabdeh pulu qəbul edib özünün mülkiyyətində olan “VAZ 2107” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçı X2 mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Bakı şəhəri 43 saylı notariat kontorunda Cavabdeh tərəfindən iddiaçı X2 adına verilmiş 22 avqust 2020-ci il tarixli, 5 il müddətinə olan etibarnamədə göstərilir ki, bu etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, cavabdehə məxsus rəsmi reyestrdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müvəqqəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün sənədləri, alqı, satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s. bağlamağı, bütün gömrük orqanlarında təmsil etməyi, nəqliyyat vasitələrini gömrükdən keçirməyi, cavabdehə çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh iddiaçı X3 etibar etmişdir. Bu zaman Cavabdeh “VAZ 2107” markalı, ** GH *** dövlət qeydiyyat nişanı olan avtomobili, avtomobilin texniki pasportunu iddiaçı X3 vermişdir. Nizami Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31.07.2015ci il tarixli, 2(008)-4158/2015 saylı icra sənədi üzrə borclu Cavabdeh mülkiyyətində olan “VAZ 2107” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Eyni zamanda, 20.08.2020-ci il tarixdə “VAZ 2107” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhdudiyyət qoyulmuşdur. Göründüyü kimi iddiaçı X6 vicdanlı alıcıdır. Bu səbəbdən “VAZ 2107” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilə onun mülkiyyət hüququ tanınmalıdır”. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh və iddiaçı X6 arasında artıq on beş ildir ki, avtomobilin faktiki alqı-satqısı baş tutmuş, cavabdeh iddiaçının adına etibarnamə verərək avtomobilin faktiki satışını həyata keçirmişdir. Tərəflər arasında faktiki alqı-satqının baş tutduğunu təsdiq edən şahid ifadəsi də mövcuddur. Bu səbəbdən hesab edir ki, avtomobilin faktiki sahibi olan iddiaçının avtomobil üzərində mülkiyyət hüququ tanınmalıdır. Nəzərə alınmalıdır ki, avtomobilin rəsmi mülkiyyətçisi olan cavabdeh məhkəmə qətnaməsini icra etmədiyinə görə avtomobilin üzərinə həbs qoyulmuşdur. Bundan isə avtomobilin faktiki sahibi olan iddiaçının məlumatı olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının vəkilinin izahatını və şahid ifadəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 22.08.2020-ci il tarixli, AR-İİ 122341 nömrəli etibarnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh “bu etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı, bütün gömrük orqanlarında təmsil etməyi, nəqliyyat vasitələrini gömrükdən keçirməyi, ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi” X3 etibar etmişdir. Etibarnamə 22.08.2025-ci il tarixədək qüvvədədir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.02.2020-ci il tarixli, 8(007)-26/2020 saylı qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31.07.2015-ci il tarixli, 2(008)-4158/2015 saylı icra sənədi üzrə borclu Cavabdeh mülkiyyətində olan “VAZ 2107” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır (Elektron imza əsasında qərardadın həqiqiliyi yoxlanılmışdır). Məhkəmə iclasında şahid kimi ifadə verən X8 bildirmişdir ki, iddiaçı X6 onun tanışıdır. Mübahisəli avtomobil 2006-cı ildən bəri Mirzağadadır. Avtomobili ilk dəfə onda 2007-ci ildə rayona gedəndə görmüşdür. Bildiyinə görə iddiaçı avtomobili etibarnamə əsasında almış, avtomobil barədə son danışıqlarında da etibarnamənin vaxtına hələ üç il altı ay olduğunu demişdir. Həmçinin, demişdir ki, avtomobili aldığı şəxsin borcuna görə avtomobil üzərinə həbs qoyulmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “VAZ 2107” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Cavabdeh 22.08.2020-ci il tarixdə X3 beş illik etibarnamə vermişdir. Lakin avtomobilin mülkiyyətçisi olan Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə əmrini icra etmədiyinə görə məcburi icra tədbiri kimi məhkəmə qərardadı ilə avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda avtomobilin on beş ildir ki, etibarnamə əsasında faktiki sahibi və istifadəçisi olduğunu iddia edən iddiaçı X6 bu avtomobil üzərində mülkiyyət hüququnun tanınmasını tələb edir. Göründüyü kimi iddiaçı X6 avtomobil etibarnamə ilə idarəsinə verilərkən əslində avtomobilin faktiki alqı-satqısının baş tutduğuna və məhz bu səbəblə avtomobil üzərində mülkiyyət hüququnun tanınmalı olduğuna istinad edir. Məhkəmə isə bununla razılaşmır. Belə ki, Azərbaycan Respublikasında nəqliyyat vasitələrinin qeydiyyatı, eləcə də alqı-satqısı ilə bağlı istənilən hərəkət "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun həyata keçirilir. Bu aktların heç birində avtomobili idarə etmək üçün verilən etibarnamənin avtomobilin etibar edilənin adına qeydiyyata alınması üçün əsas olduğu – yəni etibar edilənə avtomobil üzərində mülkiyyət hüququ verdiyi təsbit edilməmişdir. Çünki bunun üçün tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmalıdır. Yəni, əgər iddiaçı avtomobili on beş ildir ki, idarə edirsə (hərçənd, iş materiallarında yalnız 2020-ci ildə verilmiş etibarnamə mövcuddur), bu ona ixtiyar vermir ki, özünü avtomobilin mülkiyyətçisi hesab etsin. Nəzərə alınmalıdır ki, avtomobili faktiki olaraq alan, yəni satış qiymətini ödəyib satıcıdan alan şəxs avtomobili faktiki olaraq almış olmasına baxmayaraq, satıcı ilə avtomobilin alqı-satqısı müqaviləsi bağlayıb avtomobili öz adına qeydiyyata aldırmaq əvəzinə, avtomobilin yalnız etibarnamə əsasında idarəsinə verilməsi ilə kifayətlənirsə, rəsmi olaraq reallaşmayan alqı-satqı müqaviləsi üzrə bütün riskləri (avtomobili ona satan şəxsin rəsmi olaraq avtomobilin mülkiyyətçisi kimi qalmaqda davam etməsi, həmin şəxsin öhdəliklərinə görə avtomobilin yüklü edilməsi, avtomobilin üzərinə həbs qoyulması və s.) öz üzərinə götürmüş olur. Çünki bu şəxs avtomobili faktiki olaraq almış olmasına baxmayaraq, etibarnamə ilə idarə etməyə başladığı ilk gündən alqı-satqı müqaviləsinin bağlanmadığını, dolayısı ilə avtomobilin mülkiyyətçisi ilə bağlı dövlət qeydiyyatının dəyişmədiyini bilirdi (bilməli idi). Odur ki, bu “qeydiyyatsızlıq” vəziyyətinin yaranmasında iddiaçı vicdanlı hesab edilə bilməz. Hansı ki, hazırkı işdə avtomobilin faktiki alqı-satqısının baş tutduğu belə müəyyən edilmir. Çünki iddiaçı mübahisəli avtomobili aldığını, avtomobilə görə hansısa məbləğdə pul ödədiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmiş, avtomobilin rəsmi mülkiyyətçisi olan cavabdeh isə məhkəmə iclasına gələrək alqı-satqı faktını qəbul etməmişdir. Məhkəmə iddia ərizəsində özünü “vicdanlı alıcı” kimi təqdim edən iddiaçının diqqətinə çatdırır ki, onun “alıcı” olması belə iş materialları ilə təsdiq edilmir, nəinki “vicdanlılığı”. İddiaçı məhkəməyə yalnız cavabdeh tərəfindən ona verilmiş etibarnaməni və mübahisəli avtomobili etibarnamə əsasında sürdüyünü təsdiq edən şahid ifadəsini təqdim etmişdir ki, işin bu halı onsuz da mübahisələndirilmir. Məhkəmə yalnız o halda iddiaçını avtomobilin mülkiyyətçisi hesab edə bilərdi ki, onun avtomobili faktiki olaraq aldığı iş materialları ilə sübut edilsin. Avtomobilin etibarnamə əsasında qeyri rəsmi “alqı-satqısı”nın ölkə ərazisində geniş yayılması o demək deyil ki, məhkəmə avtomobili etibarnamə əsasında idarə edən istənilən şəxsi avtomobilin mülkiyyətçisi kimi tanımalıdır. Bunun üçün iddiaçı ən azından avtomobilin faktiki alqısatqısının reallaşdığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi, iddiаçı X6 iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Lakin iddiaçı avtomobilin mülkiyyətçisi olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Yəni, iddia tələbinin əsaslılığını təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı X2 Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar