Məhkəmə qərarları › İş №e-2(010)-52/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-52/2023

13.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-52/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İlkin iddia üzrə İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 X1 iştirakı ilə İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib sürətdə bölüşdürülməsi tələbinə dair ilkin iddia tələbi, qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh tam payda vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin mütənasib şəkildə paylara bölünməsi tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin və Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD524450 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WVGBV7AX2AW507930 və buraxılış ili 2009-cu il olan VOLKSWAGEN TİGUAN MİNİK markalı 99TN711 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin paylara mütanasib şəkildə naturada ayrılıb iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD524450 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WVGBV7AX2AW507930, buraxılış ili 2009-cu il olan "VOLKSWAGEN TİGUAN" minik markalı, **-TN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, 5557V nömrəli şəhadətnaməyə əsasən, Çhurçi İ markalı, 1 lüləli, 12 çaplı, 12211732 nömrəli ov silahı və AR DİN tərəfindən verilmiş 9678-B nömrəli şəhadətnaməyə əsasən LJ-7 markalı, 16 kalibrili C-07589 nömrəli yivsiz, 1 lüləli ov silahının açıq hərracda satılması və satışdan əldə olunan vəsait ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib şəkildə bölüşdürülməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 4 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat Ofisinin notariusu X11 tərəfindən təsdiq edilmiş 06 avqust 2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri – arvadı İddiaçı1 və oğlu İddiaçı2dur. Miras əmlak isə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 30.6 kv.m olan miras qoyana məxsus 1 otaq – 16.5 kv.m hissədən və AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD524450 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi WVGBV7AX2AW507930 və buraxılış ili 2009-cu il olan VOLKSWAGEN TİGUAN MİNİK markalı **-TN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Həmin Qanun üzrə Vərəsəlik haqqında Şəhadətnaməyə əsasən daşınmaz miras əmlak olan Bakı şəhəri, ünvan 1 Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 hər birinin 1/3 hissədə payı onların xüsusi mülkiyyətindədir. İddiaçılardan İddiaçı2 oglu, digər İddiaçı1 övladıdır. İddiaçı2 eyni zamanda qanun üzrə vərəsədir. İddiaçı2 yetkinlik yaşma çatmadığına görə iddia tələbinin qanuni nümayəndəsi anası vasitəsilə təmsil olunur. İddiaçılar qanunvericiliyə əsasən onların mülkiyyətinə verilmiş paylar əsasında cavabdehdən əmlaklarını tələb edirlər. Həmin mənzildə iddiaçılarla cavabdehin birgə yaşayışı mümkün olmadığından hazırki iddia tələbi ilə əlaqədar məhkəmə müraciət etmək qərarına gəlmişdirlər. Qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vərəsəlik aktının etibarsız hesab edilməsi və əmlaka vərəsəlik hüququnun tam şəkildə tanınması tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 2V-798 və 2V-799 nömrə ilə qeydiyyata alınmış vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh tam payda vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X12 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Oğlunun ölüm haqqında şəhadətnaməsini cavabdeh vermədiyindən məcbur qalaraq Qeydiyyat Şöbəsinə təkrarının alınması üçün müraciət etmiş, 23,01.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamənin təkrarını alaraq mirasın qəbulu üçün notariusa müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə 6 ay tamam olmasına baxmayaraq xx.xx.2020-ci il tarixdə İddiaçı1 isə mirasın açılmasından 6 ay keçdikdən sonra notariusa ərizə ilə müraciət edərək miras əmlakın qəbul edilməsi ilə bağlı ərizə yazmışdır. Cavabdeh faktiki olaraq ünvan 3 ünvanında yaşamamış, ünvan 4şdır. Bununla belə qeyd edilən müddət aralığında faktiki qəbulla bağlı hər hansı hərəkət edilməmişdir. Belə ki, 2019-cu ilin dekabr ayında oğlu vəfat etdikdən sonra həmin otaqda ümumiyyətlə yaşayış olmamış, hətta Babayev Rövşənin adına olan qaz sayğacında göstərilən sərfiyyata diqqət yetirilən zaman aydın şəkildə görünür ki, həmin otaqda ümumiyyətlə qaz sərfıyyatı olmamış, heç bir ödəniş edilməmişdir. Bununla belə payların naturada bölgüsünə dair verilmiş iddia ərizəsindən də göründüyü kimi, yaşayış ünvanı kimi, ünvan 5mlakda isə ümumiyyətlə yaşayış olmamışdır, qeyd edilən hal iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən də aydın görünür. Həmçinin qeyd edilir ki, o, 2006-cı il tarixdə qeyd edilən mənzili oğullarına bağışlamışdır ki. bir ünvan kimi qeydiyyatda qalsa da, hər iki hissənin özünün ayrıca giriş-çıxışı, eyni zamanda qaz, işıq, su xətləri və sayğacları olmuşdur. Rövşən Babayevin əmlakına gedən işıq xətti onun adına olmuş, 2018-ci ildən həmin evdə olan işıq ödənişləri hər ay 1-2 manat təşkil etmişdir ki, o da oğlu vəfat etdikdən sonra keçirdiyi sarsıntı ilə bağlı olaraq oğlunun nəfəsini həmin otaqda hissə etmək istəyi ilə bağlı olaraq onun hər gün ən az 2 saat orda olması olmuşdur. Həmin mənzildə başqa kommunal xərclər olmamışdır. Həmçinin qeyd edilir ki, qanununvericiliklə mirasın qəbulu müddəti 3 ay nəzərdə tutulmasına baxmayaraq İddiaçı1 və də İddiaçı2 nə faktiki olaraq yaşayaraq həmin mirası qəbul etmiş, nə də qanunvericiliklə nəzərdə tutulan müddət ərzində mirasın qəbulu üçün notariusa müraciət etməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək bildirdi ki, daha əvvəl də tərəflər arasında vərəsəlik işi ilə bağlı məhkəmə mübahisəsi olmuş və iş kassasiya instansiyasına qədər davam etmiş və sonda İddiaçı1 qanun üzrə vərəsəlik hüququndan məhrum edilməmişdir. Qeyd edir ki, miras əmlak olan mənzilə münasibətdə ilkin iddiaçının payı müəyyən edilmişdir və onun həmin mənzildə yaşamaması onu həmin pay hüququndan məhrum etmir. Odur ki, ilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilə eyni məzmunlu izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 bildirdi ki, mərhum qardaşı X12 ilə münasibətləri yaxşı olmuşdur. O, vəfat etdikdən sonra arvadı İddiaçı1 onun demək olar ki, yas mərasimlərində iştirak etməmişdir. Həmçinin, qeyd edir ki, İddiaçı1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə yaşamamışdır. Həmin mənzilə aid kommunal sənədlərdən də görünür ki, hər hansı bir sərfiyyat olmamışdır. Onu da qeyd edir ki, İddiaçı1 uzun müddət idi ki, qardaşı X12 ilə birlikdə yaşamamış, eyni zamanda qardaşı da başqa ünvanda yaşamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan: - AZ-İİ 058599 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə “ürəyin aterosklerotik xəstəliyi” səbəbilə vəfat etmişdir. -xx.xx.2020-ci il tarixli, 8İ-2364 reyestr nömrəli mirasın qəbul edilməsi barədə ərizədən görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış və xx.xx.2019cu il tarixdə vəfat etmiş oğlu X3 miras qalan əmlakı qəbul etdiyini qeyd etmişdir. Miras əmlak isə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil və nəqliyyat vasitəsindən ibarətdir. Bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - xx.xx.2020-ci il tarixli, 8İ-11031 və 8İ-11032 reyestr nömrəli ərizələrdən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 adına olan mənzil və nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. - 2V-26 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri – arvadı İddiaçı1 və oğlu İddiaçı2dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak isə AR DİN Suraxanİ RPİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, 5557-V nömrəli, şəhadətnaməyə əsasən, Çhurçill markalı, 1 lüləli, 12 çaplı, 12211732 nömrəli ov silahından və AR DİN Suraxanİ RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 9678-B nömrəli şəhadətnaməyə əsasən, İj-17 markalı, 10 kalibrli, C-07580 nömrəli, yivsiz, 1 lüləli ov silahından ibarətdir. - 2V-565 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi – anası Cavabdehdır və o, miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak isə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD524450 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi WVGBV7AX2AW507930 və buraxılış ili 2009-cu il olan VOLKSWAGEN TİGUAN MİNİK markalı **-TN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. - 2V-566 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi – anası Cavabdehdır və o, miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak isə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 30.6 kv.m olan miras qoyana məxsus 1 otaq – 16.5 kv.m hissədən ibarətdir. - 2V-798 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri – arvadı İddiaçı1 və oğlu İddiaçı2dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak isə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 30.6 kv.m olan miras qoyana məxsus 1 otaq – 16.5 kv.m hissədən ibarətdir. - 2V-799 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsələri – arvadı İddiaçı1 və oğlu İddiaçı2dur və onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak isə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD524450 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən, ban nömrəsi WVGBV7AX2AW507930 və buraxılış ili 2009-cu il olan VOLKSWAGEN TİGUAN MİNİK markalı **-TN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. - AR DƏDRX-nin Çıxarışının surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən və ümumi sahəsi 119.30 kv.m olan 17 nömrəli mənzilə münasibətdə X9 1 otaq (y/s-13.6 kv.m), (qeydiyyat tarixi xx.xx.2012) Cavabdeh 1 otaqdan (y/s 16.9 kv.m) 1/3 hissə, (qeydiyyat tarixi xx.xx.2021) İddiaçı1 1 otaqdan (y/s 16.9 kv.m) 1/3 hissə (qeydiyyat tarixi xx.xx.2021) və İddiaçı2 1 otaqdan (y/s 16.9 kv.m) 1/3 hissədə mülkiyyət hüququ rəsmiləşdirilmişdir. - AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 2860/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı1 qarşı qanun üzrə vərəsəlik hüququndan məhrum etmə tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı1 mərhum X12 ilə ailə münasibətlərinə faktiki xitam verilməsi və xüsusən də, bu halın miras açılmasından azı üç il əvvəl baş verməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(103)-2344/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2860/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərarı ilə isə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(103)-2344/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli və 10/4176 nömrəli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı1 və İddiaçı2 aid 16.9 kv.m hissəsinin tərəflərin paylarına uyğun olaraq ½ hissələrə təcrid mənzillər şəklində iki hissəyə bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyələrin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması qeyd olunmuşdur. Məhkəmə ekspert rəyinə tənqidi yanaşılması üçün əsas görmür və rəyi sübut kimi qəbul edir. Məhkəmə iclasında X1 iştirakı ilə şahid qismində dindirilən X5 bildirdi ki, Cavabdeh qonuşusudur və münasibətləri yaxşı olmuşdur. Eyni zamanda, İddiaçı1 uzun müddətdir ki, həmin evdən çıxıb getdiyini, orada yaşamadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, Cavabdeh qonuşusudur və onun mərhum oğlu Rövşənlə yaxın dostluq münasibətləri olmuşdur. Əlavə olaraq qeyd etdi ki, İddiaçı1 həmin mənzildə ilk vaxtlar yaşamış, lakin sonradan həmin mənzildən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, Cavabdeh qonşusudur. Səmayənin övladları – Rövşən və Azər arasında heç bir mübahisə olmamış və mehriban yaşamışdırlar. İddiaçı1 həmin evi çoxdan tərk edib getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirdi ki, Cavabdeh qonşusudur. İlahəni uzun müddətdir ki görməmiş, yalnız mərhumun yas mərasimində görmüşdür. İlahə həmin mənzildə yaşamamış, sadəcə müəllim kimi hazırlıq dərsləri keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirdi ki, Cavabdeh qonşusudur, İlahə qeyd olunan mənzildə yaşamır, çox nadir hallarda həmin mənzilə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 bildirdi ki, Cavabdeh qonşusudur, İlahə ilə Rövşənin toy mərasimində iştirak edib. İlahə həmin mənzildə yaşamır, yalnız ora şagirdlərə hazırlıq dərsləri kecməyə gəlirdi. İlahə mərhumun yas mərasimində iştirak edib, daha sonra onu görməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı1 ilə X12 nikaha daxil olmuş və bu nikahdan bir övladları İddiaçı2 dünyaya gəlmişdir. X12 xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış əmlaklara münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Miras əmlaklar daşınmaz əmlak, avtomobil və iki ədəd ov silahından ibarətdir. İlkin iddiaçının tələbinin əsaslandırması ondan ibarətdir ki, onun və azyaşlı oğlunun mərhum həyat yoldaşının vərəsələri olması halı qanunla müəyyən edilmişdir və nə qədər ki, paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi mümkün deyil, eləcə də, avtomobilin və ov silahlarının naturada bölgüsü fiziki cəhətdən mümkünsüzdür, həmin əmlaklar hərraca çıxarılaraq satılmalı və satış pulu tərəflər arasında bölünməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Allahverdi qızı isə mərhum oğlu ilə İddiaçı1 arasında faktiki olaraq nikah münasibətlərinə xitam verildiyini, onların ümumiyyətlə birgə yaşamadığını, o cümlədən ilkin iddia tələbində qeyd olunan mənzildə ilkin iddiaçının yaşamadığını, eləcə də qanununvericiliklə mirasın qəbulu müddəti 3 ay nəzərdə tutulmasına baxmayaraq İddiaçı1 və İddiaçı2 qanunvericiliklə nəzərdə tutulan müddət ərzində mirasın qəbulu üçün notariusa müraciət etmədiyini qeyd edərək ilkin iddia tələbinin rədd edilməklə, yuxarıda qeyd və ilkin iddia üzrə iddiaçıların miras əmlaka münasibətdə 1/3 hissədə pay hüququnu müəyyən edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini və mərhum oğlundan miras qalmış əmlaklara münasibətdə tək vərəsə olaraq tanınmasını xahiş etmişdir. Məhkəmə mübahisəyə mahiyyəti üzrə münasibət bildirməzdən əvvəl qeyd edir ki, işin hallarından göründüyü kimi ilkin iddiaçılardan İddiaçı1 oğlu İddiaçı2 azyaşlıdır. Mülki Prosessual Məcəllənin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Hazırkı işdə ilkin İddiaçı1 digər ilkin iddiaçı Babayev Rəadın həm də qanuni nümayəndəsidir. Beləliklə, mübahisənin mahiyyəti ondan ibarətdir ki, ilkin iddiaçı öz tələbində qanun üzrə vərəsəlik şəhadətnamələrinə və bu şəhadətnamələr əsasında daşınmaz əmlakla bağlı verilən çıxarışa əsaslanaraq hesab edir ki, onların tələbi qanuni və əsaslıdır. Eyni zamanda, əmlaklar naturada bölünə bilmədiyinə görə və tərəflərin münasibətləri gərgin olduğuna görə əmlakların hərraca çıxarılaraq satılması tələb edilir. Qarşılılıqlı iddiaçı isə əmlaklarla bağlı verilmiş vərəsəlik şəhadətnamələrinin etibarlılığını mübahisələndirərək, ilkin iddiaçının müəyyən edilmiş müddət ərzində miras əmlakı qəbul etmədiyini, ona görə də, həmin şəhadətnamələrin etibarsız hesab edilməsini və özünün yeganə vərəsə kimi tanınmasını xahiş edir. Məhkəmə bildirir ki, hazırkı mübahisəyə qiymət verərkən, ilk növbədə qarşılıqlı iddiaçı tərəfindən mübahisələndirilən vərəsəlik şəhadətnamələrinin etibarlı olubolmaması məsələsinə aydınlıq gətirilməlidir. Qarşılılıqlı iddiaçı əmlaklarla bağlı verilmiş vərəsəlik şəhadətnamələrinin etibarlılığını mübahisələndirərkən ona əsaslanır ki, mərhum oğlu ilə İddiaçı1 arasında faktiki olaraq nikah münasibətlərinə xitam verilmiş, onlar ümumiyyətlə birgə yaşamamış, o cümlədən ilkin iddia tələbində qeyd olunan mənzildə İlahə və oğlu Rəşad yaşamamış, eləcə də, İddiaçı1 və İddiaçı2 qanunvericiliklə nəzərdə tutulan müddət ərzində mirasın qəbulu üçün notariusa müraciət etməmiş, ona görə də, onlara verilən vərəsəlik şəhadətnamələri etibarlı ola bilməz. Məhkəmə qarşılıqlı iddiaçının bu dəlilini əsaslı saymır. Belə ki, işin müəyyən edilən hallarından göründüyü kimi, tərəflər arasında əvvəl də miras əmlakla bağlı məhkəmə mübahisəsi olmuşdur. Daha dəqiq desək, Babayeva X2 İlahə İlham qızına qarşı qanun üzrə vərəsəlik hüququndan məhrum etmə tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, onun bu tələbi məhkəmə instansiyalarında uğurlu olmamışdır. Məhkəmələr ona əsaslanmışlar ki, İddiaçı1 mərhum X12 ilə ailə münasibətlərinə faktiki xitam verilməsi və xüsusən də, bu halın miras açılmasından azı üç il əvvəl baş verməsi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası özünün xx.xx.2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 may 2019-cu il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarətdir ki, Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir. Tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi, - ər-arvadın ayrı yaşamaları, qeyd edilən halların mirasın açılmasından azı 3 il əvvəl baş verməsi. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd olunan maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı. Göründüyü kimi, yuxarı instansiya məhkəməsi İddiaçı1 mərhum X4 vərəsəsi kimi qəbul etmişdir. Bunun davamı olaraq qeyd edilməlidir ki, iddia ərizələrinə mahiyyəti üzrə qiymət verərkən, məhkəmə şahid ifadələrini mübahisə üzrə ümumi mənzərənin müyyən edilməsi baxımından nəzərə alır, lakin qeyd edir ki, şahid ifadələri qarşılıqlı iddianın əsaslı hesab edilməsi üçün tutarlı sübut ola bilməz. Çünki, artıq qeyd edildiyi kimi, qarşılıqlı iddiaçının sübut etməyə çalışdığı xüsusatlara tərəflər arasında əvvəl olmuş məhkəmə çəkişmələri zamanı qiymət verilmişdir və ilkin iddiaçı vərəsə kimi qəbul edilmişdir. Bundan başqa, işin hallarından görünür ki, miras qoyan X12 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə, yəni miras qoyanın vəfatından 6 ay 5 gün sonra miras əmlakların qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etmişlər. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Göründüyü kimi, ilkin iddiaçı tərəfindən miras əmlakı qəbul etmək üçün nəzərdə tutulmuş müddətin ötürüldüyü barədə qarşılıqlı iddiaçının dəlili formal əsas olmaqla, işin halları ilə öz təsdiqini tapmır və maddi hüquq normaları baxımından əsaslı hesab edilə bilməz. Beləliklə, müəyyən edilir ki, miras əmlaklar Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019cu il tarixli AD524450 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WVGBV7AX2AW507930 və buraxılış ili 2009-cu il olan VOLKSWAGEN TİGUAN MİNİK markalı 99TN711 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Çhurçill markalı, 1 lüləli, 12 çaplı, 12211732 nömrəli ov silahı və AR DİN Suraxanİ RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 9678-B nömrəli şəhadətnaməyə əsasən, İj-17 markalı, 16 kalibrli, C- 07580 nömrəli, yivsiz, 1 lüləli ov silahından ibarətdir, tərəflərin miras əmlaklara münasibətdə hər birinin 1/3 hissədə pay hüquqları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, miras əmlakların hərraca çıxarılaraq satılması və satış pulunun tərəflərin paylarına mütənasib bölünməsi barədə ilkin iddia tələbi tam şəkildə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş üzrə alınmış ekspert rəyi ilə müəyyən edilmişdir ki, daşınmaz əmlak naturada bölünə bilməz. Tərəflərin münasibətləri kifayət qədər gərgindir və bu münasibətlər münaqişəli adlandırıla bilər. Məhkəmə iclasları zamanı tərəflərin hər hansı şəkildə barışığa gəlmələri və ya əmlaklarla bağlı razılığa gəlmələri mümkün olmamışdır. Belə ki, qarşılıqlı iddiaçı hesab edir ki, ilkin iddiaçılar ümumiyyətlə vərəsə sayılmamalıdırlar. Mülki Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə görə, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. AR Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli “AR Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair qərarına əsasən, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmə hesab edir ki, mənzilin, o cümlədən miras əmlaka daxil olan digər əmlakların açıq hərracda satılmaqla əldə olunan pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib şəkildə bölünməsi daha məqsədəmüvafiqdir. AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir, yəni ilkin iddia tələbi təmin edildiyindən, ilkin iddia tələbinin qaldırılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən həmin iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilməli, o, cümlədən iş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti qarşılıqlı iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İlkin iddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil, Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AD524450 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WVGBV7AX2AW507930, buraxılış ili 2009-cu il olan "VOLKSWAGEN TİGUAN" minik markalı, **-TN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, 5557V nömrəli şəhadətnaməyə əsasən, Çhurçi İ markalı, 1 lüləli, 12 çaplı, 12211732 nömrəli ov silahı və AR DİN tərəfindən verilmiş 9678-B nömrəli şəhadətnaməyə əsasən LJ-7 markalı, 16 kalibrili C-07589 nömrəli yivsiz, 1 lüləli ov silahı açıq hərracda satılsın və satışdan əldə olunan vəsait ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara mütənasib şəkildə bölüşdürülsün. İlkin iddia tələbinin qaldırılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilərək ləğv edilməsi, Cavabdeh tam payda vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbinin qaldırılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti qarşılıqlı iddiaçı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar