Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-6424/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq məhkəmə müəyyən etdi. Ərizəçilərin xahişi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00686 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və eləcədə Maraqlı şəxs aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin mediasiya vasitəsi ilə həlli üçün Bakı şəhəri 10 saylı Mediasiya təşkilatına müraciət etmişlər. xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Bakı şəhəri 10 saylı Mediasiya təşkilatının mediatoru X1 mediatorluğu ilə keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli MŞB/10/2025-00686 saylı "Barışıq Sazişi" hazırlanaraq hər iki tərəfin iştirakı ilə imzalanmışdır. Qeyd olunan xx.xx.2025-ci il tarixli, MŞB/10/2025- 00686 saylı "Barışıq Sazişi"-dən görünür ki, tərəflər, yəni və hazırki ərizə üzrə ərizəçilər olan Ərizəçi1, Ərizəçi2 bir tərəfdən və eləcədə Maraqlı şəxs qarşı tərəfdən aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: “1.Tərəflər - (Ərizəçi2, Ərizəçi1 və Maraqlı şəxs) razılığa gəldilər ki, Maraqlı şəxs anası Ərizəçi2 və atası Ərizəçi1 saxlanılması üçün, onların yaşayış və təminat ehtiyaclarını ödəmək məqsədi ilə ilk ödəniş xx.xx.2025-ci il tarixdə ödəməklə, hər ayın 25-dən 30-u aralığında əmək haqqının 90 faizini həcmində aliment ödəməyi öhdəsinə götürür. 2. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs sazişin 1-ci bəndində qeyd olunanları bir ay icra etmədiyi təqdirdə barışıq sazişinin icrası ilə əlaqədar olaraq yaranacaq bütün hüquqi problemlərin həlli üçün şikayət və ərizələrlə (iddia ərizəsi) Suraxanı rayon Məhkəməsinə müraciət ediləcəkdir. 3. Tərəflər bu sazişin şərtlərini könüllü, sərbəst imzaladıqlarını təsdiq edirlər”. xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00686 saylı "Barışıq Sazişi"-nin şərtlərinə uyğun olaraq Maraqlı şəxs tərəfindən hər hansı addım atılmayaraq, xx.xx.2025-ci il tarixdə ödənilməli olan aliment məbləği ərizəçilərə ödəməmişdir. Bu səbəbdən, sözü gedən "Barışıq Sazişin"-nin müvafiq məhkəmə aktı ilə təsdiq edilməsinə zərurət yaranıb. Tərəflərin izahatları Ərizəçilərin nümayəndəsi (vəkili) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə razı olduğunu, heç bir etirazının olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları xx.xx.1988-ci il tarixli, İV-JQ seriyalı, 405987 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 və X3 arasında xx.xx.1988-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 06 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Zamanov, arvada Zamanova soyadı verilmişdir. xx.xx.1988-ci il tarixli, XİV-JQ seriyalı, 339005 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs (atası Ərizəçi1, anası Ərizəçi2) xx.xx.1988-ci il tarixdə Yevlax rayonunda doğulmuşdur. Ərizəçi1 və Ərizəçi2 (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00686 nömrəli barışıq sazişi bağlanmışdır: “1. Tərəflər - (Ərizəçi2, Ərizəçi1 və Maraqlı şəxs) razılığa gəldilər ki, Maraqlı şəxs anası Ərizəçi2 və atası Ərizəçi1 saxlanılması üçün, onların yaşayış və təminat ehtiyaclarını ödəmək məqsədi ilə ilk ödəniş xx.xx.2025-ci il tarixdə ödəməklə, hər ayın 25dən 30-u aralığında əmək haqqının 90%-i həcmində aliment ödəməyi öhdəsinə götürür.
2. Tərəflər razılaşırlar ki, Maraqlı şəxs sazişin 1-ci bəndində qeyd olunanları bir ay icra etmədiyi təqdirdə barışıq sazişinin icrası ilə əlaqədar olaraq yaranacaq bütün hüquqi problemlərin həlli üçün şikayət və ərizələrlə (iddia ərizəsi) Suraxanı rayon Məhkəməsinə müraciət ediləcəkdir.
3. Tərəflər bu sazişin şərtlərini könüllü, sərbəst imzaladıqlarını təsdiq edirlər”. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçilərin nümayəndəsi (vəkili) tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Hazırda ərizəçilər mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdirlər.
Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi ilə maraqlı şəxsin ərizəçilər olan valideynlərinin saxlanılması, onların yaşayış və təminat ehtiyaclarının ödənilməsi üçün hər ay əmək haqqının 90%-i həcmində aliment ödənilməsi barədə razılıq əldə edilmişdir. Sazişin 1-ci bəndi ilə Maraqlı şəxs anası Ərizəçi2 və atası Ərizəçi1 saxlanılması üçün, onların yaşayış və təminat ehtiyaclarını ödəmək məqsədi ilə ilk ödəniş xx.xx.2025-ci il tarixdə ödəməklə, hər ayın 25-dən 30-u aralığında əmək haqqının 90%-i həcmində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilsə də, razılaşdırılmış qaydada aliment məbləği ödənilməmişdir. Nəticədə sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçilər sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində barışıq sazişinə verilən anlayışa əsasən, barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma kimi təsbit edilmişdir. Qanunvericiliklə bir sıra hallarda mediasiya prosesi nəticəsində bağlanmış, tərəflərin hüquq və vəzifələrini müəyyən edən və etibarlı hüquqi nəticələrə səbəb olan yazılı razılaşma kimi barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi imkanı nəzərdə tutulmuş və bu imkan bir sıra şərtlərin eyni anda mövcudluğundan asılı edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Müvafiq prosessual hüquq normasının tələblərindən göründüyü kimi qanunla iki halda məhkəmələrə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi imkanı verilmişdir – 1) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya 2) barışıq sazişinin könüllü icrasından imtina olunduqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından imtina dedikdə isə tərəflərin barışıq sazişi ilə öz üzərlərinə götürdükləri öhdəlikləri şəxsi seçim əsasında icra etməmələri və bu icradan könüllü şəkildə yayınmaları başa düşülür. Barışıq sazişinin təsdiq edilməsi barədə ərizənin məzmununda maraqlı şəxs tərəfindən aliment ödənilməsi ilə bağlı öhdəliklərin könüllü icrasından imtina edilməsinə və bu öhdəliklərin tam şəkildə yerinə yetirilməməsinə istinad edilsə də, məhkəmədən barışıq sazişinin alimentə dair hissəsinin deyil, məhz bütövlükdə barışıq sazişinin təsdiq edilməsi xahiş edilmişdir. Müvafiq sazişinin ikinci bəndi və üçüncü bəndi birinci bənddə nəzərdə tutulmuş hərəkətlərin icra qaydası və şərtlərini, eləcə də birinci bənddə nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsi halında sonrakı hərəkətləri ehtiva edir ki, həmin bəndin əlavə olaraq məhkəmə tərəfindən təsdiqi qanunla müəyyən edilmiş zərurətdən irəli gəlmir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin birinci bəndinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin müvafiq bəndləri məcburi icranın təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəməyə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi yalnız prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. İradə ifadəsi zədələnmiş, yaxud barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ümumi qaydada iddia qaldırmaq hüququna malikdir.
Məhkəmə xərcləri İş materiallarından görünür ki, ərizəçi hazırkı ərizəçilər məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq müştərək qaydada ərizəçilərə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ərizəçi və maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00686 nömrəli barışıq sazişinin birinci bəndi təsdiq edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq müştərək qaydada ərizəçilərə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə qismən təmin edilsin. Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00686 nömrəli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: “1.Tərəflər - Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs razılığa gəldilər ki, Maraqlı şəxs anası Ərizəçi2 və atası Ərizəçi1 saxlanılması üçün onların yaşayış və təminat ehtiyaclarını ödəmək məqsədilə ilk ödənişi xx.xx.2025-ci il tarixdə ödəməklə, hər ayın 25-dən 30-u aralığında əmək haqqının 90%-i həcmində aliment ödəməyi öhdəsinə götürür”. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi1 və Ərizəçi2 müştərək qaydada ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəridə Rzayeva