Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-991/2022 06.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı qarşı birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin və bağ evinin bölünməsi, müqavilənin etibarsızlığı və avtomobilə dair payların müəyyən edilməsi tələbinə dair ilkin iddiaya, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş avtomobillər üzrə payların müəyyən edilməsi mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı bağ evinin və torpaq sahəsinin bölünməsinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikah dövründə əldə etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəlli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx-2019-cu il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin bərabər paylar əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 12 dekabr 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-5973/2021 saylı qətnaməsi İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsində 1850 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2021-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları Cavabdeh himayəsində saxlanılmış, iddiaçıdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Nikah pozulsa belə, nikah dövründə əldə etdikləri əmlaklar hələ də bölünməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş 12 oktyabr 2021-ci il tarixli məktubdan göstərilir ki, Cavabdeh adına ünvan 1 ünvanı 46 saylı NK-nın 4ə 389 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi 12 saylı Nk-nın 4ə-1514 reyestr nömrəli, xx.xx-2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx-2019-cu il tarixdə; ünvan 3 bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestr nömrəli, 08.102019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Nikah dövründə əldə etdikləri yuxarıda göstərilən bəzi əmlakların bölünməsində cavabdehlə ümumi razılığa gəlmişlər. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və 12 saylı Nk-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx-2019-cu il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 saylı bağ evini bölünməsində cavabdehlə razılığa gəlməmişlər. Ona görə də qeyd edilən daşınmaz əmlaklar aralarında qanuna müvafiq olaraq bölünməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğuna görə, həmin tələbə riayət olunmuşdur. Nikah dövründə əldə etdikləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yenəsən 0,0500 ha torpaq sahəsi və 12 saylı Nk-nın 4ə-1514 reyestr nömrəlli, xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin bərabər paylar əsasında bölünməsi barədə qətnamə qəbul edilməlidir. Araryışdan da görünür ki, nikah dövründə bir neçə daşınmaz əmlak əldə edilmişdir. Həmin əmlaklar bərabər paylar əsasında bölünməlidir. Bununla əlaqədar, nikah dövründə əldə etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləsən 0,0500 ha torpaq sahəsi və 12 saylı Nk-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019cu il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin bərabər paylar əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə müvafiq olaraq iddianın həcminin artırılması barədə ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə müvafiq olaraq, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və Bakı şəhəri Hövsan qəsəbəsi, Kondisioner” b/y, 1502 ünvanında yerləşən bağ evinin bərabər paylar əsasında yəni 1/2 hissədə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında bölünməsi, həmin əmlakların qiymətləndirilərək, açıq hərracdan satılması və əldə edilmiş pul vəsaitinin aralarında bərabər paylar əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın azaldılmasına dair ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və Bakı şəhəri Hövsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 ünvanında yerləşən bağ evinin bərabər paylar əsasında yəni 1/2 hissədə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın artırılmasına dair iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə eldiyi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsinin və ünvan 3 ünvanında yerləşən bağ evinin bərabər paylar əsasında yəni 16 hissədə E.X2 arasında bölünməsi, Cavabdeh ilə atası X10 arasında xx.xx-2021-ci il tarixdə “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətə qaytarılaraq birgə əmlak hesab edilməsi və aralarında 1/2 pay nisbətilə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh nikah dövründə əldə etdikləri avtomaşını İddiaçı razılığı olmadan satmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 118277-1221 saylı məktubunda göstərilir ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh adına xx.xx-2014-cü il tarixdə “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış, xx.xx-2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Habelə, sorğunun cavabına əlavə edilmiş kompüter çıxarışından görünür ki, Cavabdeh “HYUNDAİ ACCENT” markalı avtomobili 07 avqust 2021-ci il tarixdə atası X1. Həmin ərəfədə tərəflərin münasibətləri pisləşdiyi üçün cavabdeh qeyd edilən nəqliyyat vasitəsini İddiaçı razılığı olmadan atası X1. İddiaçı 2021-ci ilin sentyabr ayında “nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zeynalov Yaşar həmin ərəfədə münasibətlərin pisləşdiyini və nəqliyyat vasitəsinin satılmasına razılığın olmadığını bildiyi üçün vicdanlı alıcı hesab edilə bilməz. Bununla əlaqədar İddiaçı Cavabdeh ilə X10 arasında bağlanmış müqavilə etibarsız edilməsini, nəqliyyat vasitəsi əvvəlki vəziyyətə qaytarılaraq birgə əmlak hesab edilməli və aralarında ½ pay nisbətilə bölünməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, birgə mülkiyyətdə olan, cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350 markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və KİA Picanto markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin 1/5 hissəsinin cavabdehə, 4/5 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bölünməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ilin may ayından etibarən cavabdehlə ailə münasibətləri pozulmağa başladı və faktiki ayrılmışlar. Həmin ilin avqust ayında cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdi. Proses bir neçə ay davam etsə də, sonradan Cavabdeh məlum oldu ki, cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılması tələb etmiş və ərizəsini geri götürmüşdür. Ayrıldığı dövrdə qardaşının dəstəyi ilə uşaqlarının gələcək mənzil təminatını təmin etmək üçün 2018-ci ilin noyabr ayında ipoteka ilə ilkin ödəniş 15000 manat ödəməklə, ünvan 4 ünvanında yerləşən mənzili almışdır. Bu zaman qardaşı ilə birgə borcalan kimi çıxış etmişlər. Həmin ipoteka üzrə aylıq ödənişi 463 manat təşkil edir. Bu günədək cəmi ödəniş 10646 manat olmuşdur. 2019-cu ilin oktyabr noyabr aylarında Hövsan qəsəbəsi 1501-1502 ünvanda yerləşən torpaq sahəsi və bağ evini almışdır. Qeyd edilən əmlaklar birgə təsərrüfat aparmadığı dövrdə, qarşılıqlı iddia üzrə iddiaçının vəsaiti hesabına alındığı üçün, onlar qarşlıqlı iddia üzrə iddiaçının öz əmlakı hesab olunur və əmlak bölgüsü zamanı nəzərə alınmamalıdır. Cavabdehin mülkiyyətində “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli iki avtomobil var. Həmin nəqliyyat vasitəsi birgə nikah dövründə, ailənin ümumi vəsaiti hesabına əldə edildiyindən, birgə mülkiyyəti hesab olunur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1812/2022 saylı iş üzrə 31 mart 2022-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılıb və birgə nikahdan doğulan Leyla və Nərgiz adlı qızların Cavabdeh yanında qalması müəyyən edilmişdir. Bunu nəzərə alaraq, hesab edir ki, əmlak payları 1/5 və 4/5 nisbətində ( qarşılqlı iddia üzrə iddiaçının payı 4/5 olmaqla) bölünməlidir. Bu qızlarının gələcək maddi təminatının daha yaxşı təmin edilməsinə kömək edə bilər. Bununla əlaqədar birgə mülkiyyətdə olan, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin 1/5 hissəsinin cavabdehə, 4/5 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bölünməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinə uyğun olaraq izahatını vermiş, qarşılıqlı iddiaya isə etirazını bildirərək, ilkin iddianın təmin edilməsini və qarılıqlı iddiasını isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 ilkin iddia ərizəsinə uyğun olaraq izahatını vermiş, qarşılıqlı iddiaya isə etirazını bildirərək, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddiasını isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 verdiyi izahatında ilkin iddianı və ilkin iddiaya dair əlavəni müdafiə edərək, göstərilən dəlillərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsinə yazılı və şifahi şəkidə etiraz edərək, mübahisəli bağ evinin əsas ödənişlərinin onun tərəfindən edildiyini qeyd etmişdir. Vaqif Əhmədovun etiraz ərizəsi aşağıdakı səbəblərə görə əsassızdır: 1. etiraz ərizəsinin 1-ci bəndinə qeyd edilir ki, guya Cavabdeh məhkəmə iclasında hazırda ipoteka ilə yüklü olan mənzilin ilkin ödənişinin edilməsi üçün Vaqif Əhmədovdan 20000 manat pul vəsaiti aldığını etiraf etmişdir. Halbuki, Vaqif Əhmədov tərəfindən bu məsələ qaldırılarkən, o buna etiraz edərək, belə vəsaitin onun tərəfindən verilmədiyini bildirmişdir. Bir daha qeyd edir ki, həmin mənzilin alınması üçün ilkin ödənişi Cavabdeh və qardaşı öz vəsaiti hesabına almışlar. Bununla yanaşı, ilkin ödənişdən sonrakı aylıq ödənişlərin hamısı tərəfindən həyata keçirilmiş və bununla bağlı müvafiq qəbzlərin surəti məhkəməyə təqdim olunmuşdur. 2. Vaqif Əhmədov bildirir ki, nikahın pozulması və aliment tələbinə dair tələb üzrə məhkəmədə Cavabdeh İddiaçı yüksək gəlirli əmək fəaliyyəti ilə məşğul olması və mülkiyyətində iki ədəd avtomobil olması ilə bağlı fikirlər səsləndirmişdir. Lakin, məhkəməyə bununla bağlı sübutlar təqdim etmədiyindən, həmin işdə daha yüksək aliment təyin edilməmişdir. Həmin məhkəmə iclaslarında İddiaçı özü etiraf edib ki, aylıq gəliri 319 manat təşkil edir, bağın kredir borcunu Cavabdeh ödəyir. (Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsində İddiaçı izahatının əks olunduğu səhifə əlavə olunur). Elnur heç vaxt atasının ona maddi köməklik göstərməsi barədə bildirməmişdir. Əgər qarşı tərəf İddiaçı yüksək gəlirli bizneslə məşğul olduğunu təsdiq edirsə, o halda Cavabdeh buna istinad edib, alimentin artırılması və biznesin bölünməsi ilə bağlı iddia tələbi ilə çıxış edəcəkdir. Əlavə olaraq, əgər İddiaçı yüksək qazancı varsa, niyə illər öncə Cavabdeh 20000 AZN və 3500 ABŞ dolları məbləğində borc alıb (20000 AZN borc notarial qaydada təsdiq edilən müqavilə əsasında verilib). 3. Hazırda atasının mülkiyyətində olan avtomobillə bağlı qaldırılan iddiaya münasibəti odur ki, həmin avtomobil Cavabdeh adına atasının vəsaiti hesabına alınıb, ilk andan da, onun idarə olunması üçün yalnız atasına etibarnamələr verilib. Maşının iddiaçının adına alınması formal xarakter daşıyıb. 4. Bağ evinin təmirinə dair Vaqif Əhmədovun təqdim etdiyi xərclər cədvəlinə dair onu bildirmək istəyir ki, onun tikinti işləri barədə məlumatı olduğu üçün, təmir siyahısını tərtib etmişdir. Təmirə o heç bir vəsait xərcləməmişdir. 5. Nəhayət, Vaqif Əhmədov arvadı X3 bank hesabından çıxarış təqdim edərək, guya həmin hesabdan pul vəsaiti çıxararaq bağ evinin ilkin ödənişi üçün pul verdiyini bildirir. Halbuki, iddiaçıda olan məlumata əsasən, bu vəsait hesabına kiçik oğluna şəhərin mərkəzində mənzil alıb. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olur ki, hazırkı işdə bölgü zamanı cavabdehin xeyrinə hərəkət edilməsi üçün heç bir diqqətəlayiq hal yoxdur. Əksinə, həmin əmlakların alınmasında Cavabdeh öz gəlirilə iştirak etdiyi üçün, habelə, nikahın pozulmasında sonra uşaqların Cavabdeh yanında qalması, onların gələcək normal həyat şəraitinin təmin edilməsi tələbi bölgü zamanı Cavabdeh mənafeyinin daha artıq təmin edilməsi üçün diqqətəlayiq hal kimi qəbul edilməlidir. Mülki işin materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixi qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia tələbi təmin edilməklə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2011ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları Cavabdeh himayəsində saxlanılması, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsiini 12 oktyabr 2021-ci il tarixli məktubuna əsasən Cavabdeh adına ünvan 5 ünvanı 46 saylı NK-nın 4ə- 389 reyestr xx.xx.2018-ci ıl tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri. Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner" b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestı s 08.10,2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh adına ölkə ərazisi üzrə qeydiyyatda alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsi tərəfindən verilmiş 09 aprel 2022-ci il tarixli məktubuna əsasən DİN-in Baş X19 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına gorə xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh adına xx.xx.2014-cü il tarixdə «HYUNDAİ ACCENT» markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış. xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdırilmışdir. hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsi tərəfindən verilmiş 09 aprel 2022-ci il tarixli məktubuna əsasən DİN-in Baş X19 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1983-cü il təvəllüdlü İddiaçı adında xx.xx.2016-cı il tarixdən “KİA PİCANTO” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı və xx.xx.2018-ci il tarixdən “Lexus ES350” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı nqliyyat vasitələri qeydiyyatdadır. xx.xx.2021-ci il tarixlə nəqliyyat vasitənin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh tarixdə «HYUNDAİ ACCENT» markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilX7 10000 manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 08 noyabr 2019-cu il tarixli çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1502 saylı “Kondisioner” B\y-in 159 kv m olan torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına 08 noyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1- ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında AR Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqe olaraq qeyd etmişdir ki, “Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). ” Məhkəmə araşdırılması zamanı müəyyən edimişdir ki, İddiaçı Cavabdeh ilə 12 dekabr 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixi qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 1850 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları Cavabdeh himayəsində saxlanılmış, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə zəruri qeyd etməyi hesab edir ki, istər ilkin, istərsə də qarşılıqlı iddianın predmeti birgə nikah dövründə əldə edilmiş əmlakın birgə mülki olaraq hesab edilməklə, paylara bölünməsidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, mülki işin materiallarını və hər iki tərəfin məhkəmə iclasında verilmiş izahatlarını, o cümlədən qarşılıqlı iddianın dəlillərini və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatını nəzərə alaraq qarşılıqlı iddianın predmeti olan xx.xx.1983-cü il təvəllüdlü İddiaçı adına xx.xx.2016-cı il tarixdən keçirilmiş “KİA PİCANTO” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobil və müvafiq olaraq sonuncunun adına xx.xx.2018-ci il tarixdən qeydiyyatda keçirilmiş “Lexus ES350” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlakdır və bu artıq mülki işin mübahisələndirilməyən hallarına aiddir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddiaya dair etirazında, məhkəmə iclaslarında verilmiş izahatlarında ilkin iddianın mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və Bakı şəhəri Hövsan qəsəbəsi, “Kondisioner” b/y, 1502 ünvanında yerləşən bağ evinin birgə nikah dövründə əldə edilməsi mübahisələndirsə də, müəyyən edilmişdir ki, qeyd olunan əmlaklar əvəzli əqdlər əsasında alınmış, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi 12 saylı NK-nın 4ə-1514 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Kondisioner" b/y, 1502 saylı bağ evi 12 saylı NK-nın 4ə-1515 reyestri xx.xx.2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bundan əlavə əldə etdiyi zaman ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ayrı yaşadıqlarını, boşanma ərəfəsində olduqları bildirsə və həmin əmlakların birgə nikah dövründə birgə gəlirlər əsasında əldə etmədiyini, yalnız ona məxsus olduğunu iddia etsə belə, bununla bağlı, o cümlədən qeyd olunan torpaq sahəsinin və bağ evinin əldə etdiyi dövrdə birgə təsərrüfat aparmadıqları, birgə yaşamaması barədə hər hansı sübut təqdim etməmişdir. Əksinə Cavabdeh öz izahatında bildirmişdir ki, həmin dövrdə aralarında mübahisələr olsa belə, tərəflər birgə təsərrüfat aparırdılar (İddiaçı bazarlıq etmiş və digər xərcləri ödəyirdi). Bundan əlavə həmin hal həmçinin də Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddiada göstərilən tələbin əsasını təşkil edən “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə edilməsini təsdiq edilməsi, həmin nəqliyyat vasitəsinin İddiaçı adına 24 noyabr 2018-ci il tarixdə qeydiyyata alınması və bununla da dolayı yolla həmin tarixlərin tərəflərin birgə təsərrüfat apardıqları, birgə yaşadıqları dövrü kimi təsdiq edilməsi, “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzrə İddiaçı tərəfindən Cavabdeh adına verildiyi etibarnamənin müddətlərinin xx.xx.2016-xx.xx.2020-ci ilədək, xx.xx.2020-xx.xx.2030-cu ilə qədər, xx.xx.2021-xx.xx.2022-ci ilə qədər uzadılması ilə sübuta yetirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. - 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Qeyd olunmalıdır ki, qarşılıqlı iddianın predmetini təşkil edən “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitələrini qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu mübahisələndirməsə belə, paylara bölünməsinə dair məsələdə onun diqqətəlayiq mənafelərinin, o cümlədən məhkəmə tərəfindən azyaşlı uşaqların onun himayəsində saxlanılmasını nəzərə alınmaqla cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350 markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və KİA Picanto markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin 1/5 hissədə ilkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı, 4/5 hissədə isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə bölünməsini tələb etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Ailə Məcəlləsinin 37.1-ci maddəsində ər-arvadın ümumi əmlaklarındakı paylarının bərabər olması prinsipi öz əksini tapmış və bu da ər-arvadın hüquq bərabərliyi prinsipinə uyğun olmaqla həmin Məcəllənin 2-ci maddəsində ifadə olunmuşdur. Bununla belə, qanunverici müəyyən hallarda ər-arvadının birgə mülkiyyətinin bölünməsi zamanı paylarının bərabər bölünməməsinin mümkünlüyünü ifadə etmişdir. Bu cür hallar Ailə Məcəlləsinin 37.2-ci maddəsində öz əksini tapmış və onlardan biri kimi valideynlərdən birinin yanında qalmış yetkinlik yaşına çatmayan uşaqların mənafeyi göstərilmişdir. Bunun mahiyyəti ondan ibarətdir ki, ərin və ya arvadın (valideynlərin) biri ilə qalan uşaqların həm maddi cəhətdən təmin etmək, həm də onların yaşaması və inkişaf olunması üçün həmin valideyn real imkanlara malik olmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi, valideynlərin əsas vəzifələridir.Qeyd olunan maddi hüquq normasının dispozisiyasına əsaslanaraq qanunverici dövlət orqanlarına, bütün fiziki və hüquqi şəxslərə öz fəaliyyətlərində uşaqların mənafelərinin üstün tutmalı olmalarını, onların hüquqlarının təmin olunmasına şərait yaratmalı olduqlarını tapşırmışdır. Normativ hüquqi aktlar və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir (həmin Qanunun 5-ci maddəsi). Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddianın əsası kimi gətirdiyi uşaqlarının gələcək maddi təminatının daha yaxşı təmin edilməsi, onların mənafelərini nəzərə alınması üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350 markalı, 99HH660 dövlət qeydiyyat nişanlı və KİA Picanto markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsinin 1/5 hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, 4/5 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsinə dair Cavabdeh hər hansı mötəbər sübut təqdim etməmiş, həmin əsasların mövcud olması sübuta yetirilməmişdir. Əksinə məhkəmə tərəfindən aparılmış araşdırılma zamanı müəyyən edilmişdir ki, Xətai Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixi qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları Cavabdeh himayəsində saxlanılması, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz izahatında bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alimentlə əlaqədar borcu tam olaraq, o cümlədən 5400 manat ödəmişdir. Bundan əlavə məhkəmə iclas zalında Cavabdeh verdiyi izahatında yüksək gəlirə malik olduğunu, mübahisə predmeti olan əmlakların alınmasında iştirak edilməsini bildirmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən Lexus ES350 markalı, 99HH660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və KİA Picanto markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində 1/2 hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, 1/2 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddənin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Bu, həmçinin həmin Məcəllənin 325.3-cü maddəsində də öz əksini tapmışdır. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Eyni Məcəllənin 340.1-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıq-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Cavabdeh ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, nəqliyyat vasitəsi əvvəlki vəziyyətə qaytarılaraq birgə əmlak hesab edilməli və aralarında ½ paylara bölünməsinə dair ilkin iddiaya olan əlavəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflərin birgə nikah dövründə, o cümlədən xx.xx.2014-cü il tarixdə xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh adına “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Cavabdeh X10 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adından qeydiyyatdan çıxarılaraq 10 000 (on min) manat məbləğinə özgəninkiləşdirilmişdir. Həmin vaxt tərəflər artıq bir yerdə yaşamamış və İddiaçı nikahın pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 2021-ci ilin iyul ayında iddia ərizəsi baxılmamış saxlanılsa da, sonradan iş üzrə icraatın təzələnməsi ilə əlaqədar müraciət edilmiş, və nikahın pozulması barədə iddiaya baxılmış, həmin hal tərəflərin izatahatında da öz təsdiqini tapmış, məhkəmə qətnaməsi ilə alimentin hesablanması xx.xx.2021-ci il tarixdən qət edilmişdir. Göründüyü kimi, qeyd olunan alqı-satqı müqaviləsi formal bağlanmış və onun hər hansı hüquqi nəticə yaratması arzu olunmamışdır. Belə olan halda bağlanmış əqd uydurma əqd hesab edilməli və bağlandığı andan etibarsız sayılmalıdır. Odur ki, məhkəmə müəyyən edilmiş həqiqi hallara və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia bu hissədə də təmin olunmalı, Cavabdeh X10 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısı zamanı Cavabdeh ödənilmiş 10 000 manat X7 geri qaytarılmalı, “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh avtomobilin ona atası verdiyi pula əldə edilməsi ilə bağlı mülahizələri ilə əlaqədar qeyd edir ki, Cavabdeh bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, əksinə həmin avtomobilin birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ilkin iddia təmin edildiyindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməli, qarşılıqlı iddia qismən təmin edildiyindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 62,5 manat məbləğində hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1501 saylı bağ sahəsində yerləşən 0,0500 ha torpaq sahəsi və Bakı şəhəri, Hövsan qəsəbəsi, “Kondisioner" b/y, 1502 saylı bağ evinin Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünsün. Cavabdeh X10 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqı müqaviləsinə əsasən ödənilmiş 10 000 (on min) manat Cavabdeh tutularaq X7 ödənilsin. “HYUNDAİ ACCENT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili birgə nikah dövründə əldə edilmiş maşın hesab edilməklə, Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə mülkiyyət hüququ əsasında paylara bölünsün. Qarşılıqlı iddia qismən təmin edilsin İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına rəsmiləşdirilən “Lexus ES350” markalı, 99HH660 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “KİA Picanto” markalı, 99FF660 qeydiyyat nömrəli nəqliyyat vasitəsi üzərində 1/2 hissəsinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı idda üzrə cavabdeh İddiaçı, 1/2 hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İlkin iddia təmin edildiyindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilsin. Qarşılıqlı iddia qismən təmin edildiyindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 62,5 manat məbləğində hissəsi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-991/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-991/2022
06.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver