Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-11/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya (bundan sonra - MTK) qarşı “müqavilənin etiabarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə MTK arasında xx.xx.2006-cı il tarixdə nömrəsiz müqavilə bağlanmışdır. Müqaviləyə görə Bakı ŞİH-nin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən MTKin üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 və A2 girişlərinin 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən qeyri-yaşayış sahəsini (bundan sonra - Qeyri-yaşayış sahəsi) iddiaçıya (payçıya) verilməsini, iddiaçı (payçı) isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə tərəflərin razılığı ilə Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 700.000 manat müəyyən edilmişdir. Həmçinin, Qeyri-yaşayış sahəsinə dair xx.xx.2006-cı il tarixdə verilmiş Maliyyə arayışı İddiaçı məxsus olması və Qeyri-yaşayış sahəsinin 700.000 manat pay dəyərinin iddiaçı tərəfindən ödənilməsi, qalıq borcun olmaması barədə MTK tərəfindən xx.xx.2006-cı il tarixdə maliyyə arayışı verilmişdir (işə əlavə edilmiş iddiaçı ilə MTK arasında xx.xx.2006-cı il tarixdə bağlanmış müqavilə və ona uyğun xx.xx.2006-cı il tarixli Maliyyə arayışı sonradan ləğv edilmiş və həmin müqavilənin və Maliyyə arayışının üzərində “iptal” qeydi də edilmişdir).
2. Qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsindən imtina etdiyi üçün iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-4488/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, «X3» Qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bundan saonra, iddiaçının qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (Qeydiyyat nömrəsi: **********), bu barədə ******* nömrəli Çıxarış verilmişdir.
3. Həmçinin də, MTK ilə digər Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilədətə əsasən Bakı ŞİH-nin 267 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən MTK üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən və 1-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbənin ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbənin ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbənin ümumi sahəsi 300 kv.m. təşkil edən, ümumilkdə 860 kv.m.təşkil edən qeyri-yaşayış sahəsini (Cavabdeh1 (payçıya) verilməsini, sonuncu (payçı) isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə görə təhvil veriləcək sahənin 1 kv.m.-nin qiyməti 1500 manat olmaqla, ümumi sahənin dəyəri 1.290.000 manat müəyyən edilmişdir.
4. Bu səbəbdən, Cavabdeh1 iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılan iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, onun ərizəsi həmin məhkəmə tərəfindən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir. Sonda Cavabdeh1 AR Ali Məhkəməsinə verdiyi şikayət təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İİK-nın xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. İşə ikinci dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından verdiyi şikayət təmin edilərək, həmin qərardad ləğv edilmiş, Cavabdeh1 Ağaəli oğlunun 2-1(82)-4488/2017 saylı inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi və eyni zamanda 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2017 il tarixli 2-1(82)-4488/2017 saylı qərarının ləğv edilərək həmin inzibati işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4189/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh1 və MTK) “hüququn qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2465/2021 saylı qərarına əsasən təmin edilməmişdir.
6. Qeyd edilən hallardan başqa, işdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 MTK-ya qarşı qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilərək aralarında bağlanmış xx.xx.2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 860 kv.m., o cümlədən, 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m. olan qeyri-yşayış sahəsinə Cavabdeh1 sahiblik və istifadə hüququnun tanınması, həmin müqaviləyə əsasən göstərilən sahədə qeyri-yaşayış sahəsinin Cavabdeh1 istifadəsinə və sahibliyinə verilməsinin MTK-ya həvalə edilməsi, xx.xx.2007-ci il tarixli 32 saylı müqaviləyə əsasən eyni ünvanda inşa edilmiş yaşayış binasının A1 blokunun 10-11-12-ci mətəbələrində yerləş ümumi sahəsi 1770 kv.m. olan yaşayış sahəsinə Cavabdeh1 sahiblik və istifadə hüququnun tanınması, həmin yaşayış sahəsinin sonuncunun sahiblik və istifadəsinə verilməsinin MTK-ya həvalə edilməsi, qət edilmişdir. Həmin iş üzrə MTK tərəfindən verilmiş apllyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan 2(011)-5834/2015 saylı iş üzrə iddiaçı hər hansı tərəf qismində işə cəlb edilməmiş, onun həmin iş üzrə Bakı Apellysiya Məhkəməsinin MK-nın 2(103)-1496/2016 nömrəli, xx.xx.2026-cı il tarixli qətnaməsindən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi işə cəlb edilməsinə dair ərizəsi AR Ali Məhkəmədinin 2(102)3290/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
8. İddiaçı cavabdehlər arasında Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 130 kv.m. olan hissəsinə dair 19 dekabr 2007-ci tarixdə bağlanılmış 11 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdə onunla MTK arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həmin MTK-ya payçı qəbul olunaraq MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m. olan qeyriyaşayış sahəsi ona təhvil verilmişdir. Həmin tarixdə MTK-ya 700.000 manat pay dəyəri tam şəkildə ödənilmişdir. Bu barədə MTK tərəfindən ona maliyyə arayışı verilmişdir. Bundan sonra Qeyri-yaşayış sahəsində əsaslı təmir işləri aparılmış, mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin DƏDRX tərəfindən ona imtina cavabı verilmişdir. Bundan sonra iddiası əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qərarı ilə Qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarış verilmişdir. Üzərindən üç il müddət keçdikdən sonra Cavabdeh1 üçüncü şəxs qismində cəlb edilməsi barədə verdiyi ərizə və şikayəti 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən təmin edilməsə də, AR Ali Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qərarı ilə təmin edilmiş və müvafiq olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, nəticədə onun iddiasına yenidən baxılaraq Bakı İnzibati Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarı ilə DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası yalnız bir əsasla, inşa edilmiş bina istismara təhvil verilmədiyindən təmin edilməmişdir. İnzibati iş üzrə MTK-nın nümayəndəsi izahat verərkən bildirmişdir ki, istifadəsində olan qeyri-yaşayış sahəsini yalnız iddiaçıya satmış, eyni zamanda məhkəmə prosesində MTK-nın sədri Hikmət Yigitdöl dindirilmiş, ifadəsində göstərmişdir ki, həmin qeyri-yaşayış sahəsini İddiaçı satmış, iddiaçı tərəfindən pay dəyəri tam ödənilmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə Cavabdeh1 pul ödəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və sonuncu qərardan vediyi kassasiya şikayəti yalnız bir əsasla (inşa edilmiş bina istismara təhvil verilmədiyindən) təmin edilməmişdır. Eyni zamanda Ali Məhkəmənin qərarının 26-cı bəndində qeyd edilmişdir ki, “məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı ilə MTK arasında 22 avqust 2006-cı tarixdə bağlanılmış müqaviləyə əsasən, Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra binanın A blokunun 1-ci mərtəbəsində 220 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin MTK payçıya verilməsini, payçı isə həmin qeyri-yaşayış sahəsinin tam dəyərini ödəməyi öhdəsinə götürmüş, 22 avqust 2006-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yerləşən binanın A blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 kv.m. olan qeyri-yaşayış sahəsinə aid pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir və 22 avqust 2006-cı il tarixdən həmin qeyri-yaşayış sahəsi ilə ifadə olunan pay xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur.” İnzibati iş üzrə Cavabdeh1 iddia edirdi ki, xx.xx.2007-ci il tarixli 11 saylı müqavilə ilə 860 kv.m. qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya ödəyərək, almış və aldığı binanın 1-ci mərtəbəsində yerləşən 130 kv.m. olan qeyri-yaşayış sahəsi iddiaçının MTK-dan aldığı 220 kv.m. olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür və həmin sahə ona məxsus olduğu üçün boşaldılmalıdır. Cavabdeh1 ilə MTK-a arasında məhkəmə mübahisəsi olmuş, Cavabdeh1 iddia tələbi təmin edilmiş, həmin məhkəmə mübahisəsi artıq bitdikdən sonra, iddiaçı həyat yoldaşı ilə birlikdə Azərbaycanda olmadığı müddət ərzində Cavabdeh1 qeyri-yaşayış sahəsinə daxil olmuş, xüsusi icazə olmadan istifadəsində olan qeyri-yaşayış sahəsinin tavanından yuxarı mərtəbələrə çıxış açmağa başlamış, binanın lahiyəsinə zidd olaraq rekonstruksiya işləri aparmağa başlamış, bununla da ona ziyan vurmuşdur. Eyni zamanda, həmin müddət ərzində MTK-nın sədri Hikmət Yigitdöl barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Cinayət işinin ibtidai istintaq müddətində qeyri-yaşayış sahəsi yenidən ona qaytarılmış və əvvəlki vəziyyətə qaytarmaq üçün yenidən təmir işləri aparılmışdır. Hazırki iş üzrə Cavabdeh1 icazəsi olmadan binada rekonstruksiya işləri apardığı üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən xx.xx.2018-ci il tarixli tikinti işlərinin dayandırılması barədə 0612 N°-li qərar qəbul edilmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə tərəfindən və borclu MTK-a tərəfindən verilmiş şikayətlər təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş üzrə yeni qərardad qəbul edilmişdir. Qərardadda göstərilmişdir ki, “məhkəmə kollegiyası hesab edir ki, MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A blokunun 1-ci mərtəbəsində 203,1 kv.m. ibarət qeyri-yaşayış sahəsi maraqlı şəxs İddiaçı mülkiyyətindən olduğundan, tələbkar Cavabdeh1 və digər şəxslər tərəfindən həmin mülkiyyətə qanunsuz müdaxilə edilməsi yolverilməzdir”. Daha sonra, cinayət işinin ibtidai araşdırması zamanı Cavabdeh1 şahid qismində dindirilmiş və istintaq zamanı bildirmişdir ki, MTK ilə bağlanılmış müqavilələrə dair pul ödəməmişdir. Bu hal Bakı Ağır Cinayətlər Məhkəməsinin X1 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmdə də öz əksini tapmış və hüquqi qiymət verilmişdir. Başqa sözlə, həm ibtida istintaq, həm də məhkəmədə müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sahələr Hikmət Yigitdöl tərəfindən Cavabdeh1 satılmamış, sahələr girov məqsədi ilə sonuncunun adına rəsmiləşdirilmiş, Cavabdeh1 ilə H.Yigitdöl razılaşma baş tutmaması səbəbindən sonuncu həmin müqavilələrin əsillərini cıraraq məhv etmiş, lakin həmin müqavilələrin müvafiq qaydada ləğv olunmasını rəsmiləşdirməmişdir”. Qeyd olunan hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi üzrə təyin olunmuş auditor (mütəxəssis) tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli aktın surətində göstərilmişdir ki, təqdim edilmiş sənədlərdən və həmin qeyri-yaşayış sahəsinə baxış keçirərkən müəyyən olunmuşdur ki, lahiyə-smeta sənədlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında tikilmiş çoxmərtəbəli yaşayış kompleksin A1 blokunun birinci mərətəbəsindəki, xx.xx.2006-cı il tarixli müqaviləyə, 14 noyabr 2017-ci il tarixli çıxarış sənədinə əsasən İddiaçı məxsus 220 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin göstəriciləri faktiki olaraq həmin kompleksin A1 blokunun 1-ci mərtəbəsindəki 1ci oxdan 4-cü oxa qədər, A oxu ilə L oxu və 4-cü oxdan 5-ci oxa qədər, D oxu ilə E oxu arasındakı 220 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsinin göstəriciləri ilə həqiqətən də üstüstə düşür və həmin sahə həqiqətən də iddiaçıya məxsusdur. Bundan əlavə 04 may 2017ci il tarixdə Cavabdeh1la 130 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanılmış, həmin müqavilədə də və eskiz planında tələbkar Cavabdeh1 imza etmiş və həmin qeyri-yaşayış sahəsi binanın digər bir nöqtəsində mövcuddur. Qeyd etdilən 130 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi də eskiz planına əsasən tələbkar tikintiyə gəldiyi zaman Cavabdeh1 təqdim ediləcək.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
10. Cavabdeh1 vəkili və nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Cavabdeh1 MTK ilə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli 11 saylı müqaviləyə əsasən MTK-nın Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m (o cümlədən 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m, 3-eü mərtəbədə ümumi sahəsi 300 kv.m, 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m olan) qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya ödəyərək almışdır. MTK həmin müqavilə üzrə qeyd olunan qeyri-yaşayış sahələrinin təhvil verilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, Cavabdeh1 iddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-5834/2015 saylı qətnaməsinə əsasən MTK-nın göstərilən ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4cü mərtəbələrində yerləşən, ümumi sahəsi 860 kv.m olan qeyri-yaşayış sahəsinə Cavabdeh1 sahiblik və istifadə hüququ tanınmış və həmin 860 kv.m qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi MTK-ya həvalə edilmiş və qətnamə qüvvəyə minmişdir. Bundan sonra Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-5834/2015 saylı qətnaməsi icraya yönəldilmiş, qətnamənin icrası ilə bağlı Xətai rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017 ci il tarixli, xx/xx-3173/10 saylı məktubu əsasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyindən xx.xx.2017-ci il tarixli rəy alınmışdır. Həmin rəylə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin müqaviləyə görə MTK tərəfindən Cavabdeh1 təhvil verilməli olan Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa olunmuş yüksək mərtəbəli binanın Al blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m olan qeyri yaşayış sahəsinin dəqiq yerləşmə koordinatları, o cümlədən hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 130 kv.m-dən ibarət hissənin 1-4 oxları ilə D-L oxları arasında yerləşməsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan 860 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1 təhvil verilmiş və Xətai rayon İcra şöbəsinin xx.xx.2017 ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh1 tərəfindən həmin qeyriyaşayış sahəsində zəruri təmir tikinti və rekonstruksiya işləri aparılmışdır. Sözügedən məhkəmə qərarı icraya yönəldikdən və faktiki olaraq icra edilərək sözügedən qeyriyaşayış sahəsi (hazırda mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən 130 kv.m dən ibarət qeyri-yaşayış sahəsi də daxil olmaqla) Cavabdeh1 təhvil verildikdən sonra, 2017-ci ilin sentyabr ayında İddiaçı MTK-nın Bakı şəhəri Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 blokunun 1-ci mərtəbəsində yerləşən 220 kv.m qeyri-yaşayış sahəsinin DƏDR-də onun adına qeydiyyata alınması və həmin qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmiş və iddia ərizəsi cəmi 20 gün müddətində təmin edilmişdir. Qeyd olunan qərarın mövcudluğundan Cavabdeh1 məlumatı olmayıb. Cavabdeh1 bu barədə məlumat aldıqdan dərhal sonra xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş, sonda Cavabdeh1 2-1(82)-4488/2017 saylı inzibati iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmiş və iddiaçının “çıxarışın verilməsi barədə” iddiası rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-5834/2015 saylı qətnaməsi ilə Cavabdeh1 iddiasına baxılarkən mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilənin etibarlılığı məhkəmə tərəfindən müəyyən edilmiş və müqavilə predmeti olan əmlakların Cavabdeh1 sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
11. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
12. Cavabdehin nümayəndəsi (vəkili) sonuncu məhkəmə iclasının təxirə salınması barədə vəsatət gğndərs də gəlməməyinin üzürlü olması barədə sübut təqdim etmədiyindən Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respubikasının Konstitusiyası:
13. Maddə 13, İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
17. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
18. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
19. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
20. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
23. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
24. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
25. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə tərəflərin izahatlarını dinləyiv iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
31. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
32. İddiaçının iddia tələbi Cavabdeh1la Cavabdeh2 MTK arasında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 130 kv.m. olan hissəsinə dair xx.xx.2007-ci il tarixdə başlanmış 11 saylı müqavilənin etibarsız edilməsi ilə bağlıdır.
33. AR Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında göstərmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
34. Məhkəmə qeyd edir ki, müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz azad iradə seçimləri ilə uzlaşan razılaşmasıdır. Müqavilənin bağlanması əqli (süuru) iradəyə dayanır və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu, şərtlərini, habelə görmək istədiyi (arzuladığı) hüquqi nəticəni sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). İradə ifadəsi əqli dərketməyə dayanmalı və müqavilə tərəflərinin görmək istədiyi (arzuladığı) hüquqi nəticə ilə üst-üstə düşməlidir (uzlaşmalıdır). Əks halda iradə ifadəsi ya ümumiyyətlə olmayacaq, ya da natamam (zədələnmiş) olacaqdır. Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) zədələnməsi, yaxud mövcud olmaması isə əqdin etirbarsızlığı üçün ən əsas ştdir.
35. Yuxarıda qeyd edilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
36. Məhkəmə hesab edir ki, Qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında xx.xx.2007-ci il tarixdə bağlanmış 11 saylı müqavilənin (Bakı şəhəri, ünvan ünvanda inşa edilən yüksək mərtəbəli binanın A1 girişinin 1-ci mərtəbəsində yerləşən 130 kv.m. olan qeyriyaşayış sahəsinə aid hissədə yalan əqd) etibarlılıq şərtləri müqaviləyə qədər onlar arasındakı bütün münasibətlər və müqavilənin bağlanması ilə bağlı bütün hərəkətlər nəzərə alınmaqla yoxlanılmalıdır. Başqa sözlə, istənilən müqavilənin etibarlılıq şərtlərinin yoxlanılması zamanı ilk hüquqi addım tərəflərin iradə ifadəsinin həqiqi mənasının müəyyən edilməsindən ibarətdir. Tərəflərin iradə ifadəsinin həqiqiliyi (müqavilə üzrə iradə ifadəsinə dayanmaqla arzuladığı hüquqi nəticə), eyni zamanda həm onların müqaviləyə qədərki hüquqi hərəkətləri, münasibətləri və bununla bağlı danışıqları, həm də müqavilədən sonrakı davranışları ilə uzlaşmalıdır. Əks halda, iradə ifadəsinin həqiqliyi şübhə doğurmuş olacaqdır.
37. Məhkəmə işdə olan sübutları, tərəflərin tələb və etirazlarının dəlillərini nəzərdən keçirərək, habelə məhkəmə baxşı zamanı verilən izahatları dinləyərək belə qənatə gəlir ki, cavabdehlər arasında bağlanmış müqavilə Mənzilin əldə edilməsinə dair həqiqi müqavilə yox, yalan əqd olmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Hikmət Yigitdöl barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, həmin cinayət işi üzrə şahid qismində cəlb edilmiş Eldəniz Axudov ifadəsində bildirmişdir ki, Hikmət Yigitdölü qohumu Rövşən və Cehyun (Hikmətin dostu) adlı şəxlərin vasitəsi ilə tanımışdır və Hikmətin etibarlı şəxs olaraq Bakı şəhəində bina tikintisi ilə məşğul olmasını bildirmişlər. Sonra ona demişlər ki, Ceyranbatan qəsəbəsində 10 ha torpaq sahəsi var, Hikmət oranı almaq istəyir. Hikmətlə görüşdükdə həmin torpaq sahəsini almağa imkanı olmadığını, bu səbəbdən həmin torpaq sahəsini onun əvəzindən almağı, qarşılığında Bakı şəhəri, Xocalı prospektində tikdiyi binada mənzillər və qeyri-yaşayış sahəsi verəcəyini, sonradan bankdan pul götürüb torpaq sahəsini ondan geri alacağını, topaq sahəsinin qiymətindən əlavə ona 400 000 manat mənfəət də verəcəyini bildirmiş, təklifin sərfəli olduğunu görüb Hikmətlə razılaşmış, Hikmətə özünə torpaq sahəsi lazım olmadığını, torpaq sahəsinin qiymətindən əlavə mənfəət, yaxud da adına sənədləşdirilən mənzil və qeydi-yaşayış sahəsinin ona verilməsini bildirmişdir. Hikmətin razılığı ilə 4 000 000 ABŞ dollarını Ceyhuna vermiş, sənəd əvvəlcə Ceyhunun adına olmuş, lakin sonradan Hikmətin düz adam olmadığını gördükdə torpağı öz adına sənədləşdirmişdir. Hikmət həmin torpaq müqabilində ona Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən hündür mərtəbəli binasının A1 girişində 1-2-3-4-cü mərtəbələrdə yerləşən 860 kv.m. qeyri-yaşayış sahəsi, 10-11-12 mərtəbələrdə yerləşən 1770 kv.m. yaşayış sahəsini adına sənədləşdirmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmişdir. Daha sonra, binanın tikilmədiyini görmüş, təxminən 2010-cu ildə Hikmət torpaq sahəsini ona verməsini, adına sənədləşdirilmiş yerlərin də onun olmasını təklif etmiş, lakin bu təklifi qəul etməmiş, sənədləri Hikmətə qaytarmışdır. 2014-cü ildə Hikmət şəriki Qabil adlı şəxslə onun yanına gəlmiş, Hikmət ondan 850 000 manat pul istəmiş, hissə-hissə qaytaracağına söz vermişlər. Pulun müqabilində ona verilmiş mənzillərin yanında qonşu blokdan 300 kv.m. qeyri-yaşayış sahəsi, 900 kv.m yaşayış sahəsini adına notarial qaydada sənədləşdilməsini təklif etmişlər. 300 kv.m qeyri-yaşayış sahəsi və 900 kv.m yaşayış sahəsi adına sənədləşdirilmiş, bu barədə ona müqavilə və maliyyə arayışı verilmişdir. Lakin sonuncu pul vəsaiti də tam olaraq ona qaytarılmamışdır.
38. Bundan başqa, sözü gedən hökmdə məhkəmə qeyd etmişdir ki, həm ibtidai istintaqla, həm də məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, qeyd olunan sahələrə dair məhkəmə qərarı ilə Cavabdeh1 iddiası təmin olunsa belə, sonuncu həmin sahələrə görə pul ödənişi etməmiş, Hikmət Yigitdöl 2007-ci ilin qış aylarında Cavabdeh1 Abşeron rayonu, Saray qəsəbəsində 10 ha torpaq sahəsinin alınması, sonradan həmin torpaq sahəsinin pulunu ödəyərək sonuncudan geri alıb həmin yerdə yaşayış binası tikəcəyi barədə razılaşmalarına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181- ci məhəllədə inşa etdiyi həmin yaşayış binasının A1 girişində 1-ci mərtəbədə ümumi sahəsi 130 kv.m., 2-ci mərtəbədə ümumi sahəsi 130 kv.m., 3-cü mərtəbədə ümumi sahəsi 300 kv.m., 4-cü mərtəbədə ümumi sahəsi 300 kv.m. olmaqla, cəmi 860 kv.m. qeyri-yaşayış, həmin binanın A1 giriş 10, 11 və 12-ci mərtəbəsində yerləşən 1.770 kv.m. yaşayış sahəsi, ümumilikdə isə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olan cəmi 2.630 kv.m. sahənin xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 2 müqavilə üzrə faktiki girov kimi Cavabdeh1 adına alqı-satqı müqaviləsi formasında rəsmiləşdirilməsini həyata keçirmiş, sonuncu ilə aralarında razılaşdırılmış həmin birgə təsərrüfat fəaliyyətinin baş tutması sabəbindən xx.xx.2007-ci il tarixli həmin alqı-satqı müqavilələrinin ləğvini müvafiq qaydada həyata keçirməmiş, girov məqsədi ilə Cavabdeh1 adına rəsmiləşdirdiyi sahələri sonradan və ya əvvəldən müxtəlif şəxslərə satmışdır.
39. Şərh edilənlərdən də görünür ki, cavabdehlər arasında xx.xx.2007-ci il tarixdə bağlanmış Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasının A1 girişinin 1-ci mərtəbəsində yerləşən 130 kv.m. qeyri-yaşayış sahəsinə aid hissədə əslində alqı-satqı (yaxud ödənilmiş pay haqqı) məqsədilə deyil, Ceyranbatan qəsəbəsində sonradan Cavabdeh1 adına sənədləşdirilməsi bildirilən 10 ha torpaq sahəsində Hikmət Yigitdöl tərəfindən hündürmərtəbəli binanın tikilməsi üçün sonuncunun torpaq sahəsinin dəyərinin qaytaracağının təminatı olaraq bağlanmışdır. Hikmət Yigitdöl barəsində başlanmış cinayət işi üzrə istinad edilən hökmdə Cavabdeh1 verdiyi ifadəsindən də görünür ki, cavabdehlər arasında mübahisəli qeyri-yaşayış sahəsinin satılmasına dair heç bir münasibət yaranmamış, müqavilə bağlanana qədər bununla bağlı heç bir danışıqlar aparılmamış, müqavilə bağlandıqdan sonra da onların belə bir niyyəti olmamışdır. Cinayət işi üzrə hökmdə yer almış Cavabdeh1 ifadəsindən görünür ki, o, Hikmət Yigitdölün doğru danışmadığını görüb əvvəlcə torpaq sahəsini öz adına keçirmiş, sonradan isə onunla görüşərkən “sən ev tikən deyilsən” deyə iradın bildirərək qeyri-yaşayış sahəsinə dair sənədləri Hikmət Yigitdölə qaytarmışdır.
40. Göründüyü kimi, xx.xx.2007-ci il tarixli müqavilə nə bağlanana qədər, nə də bağlandıqdan sonra cavadehlərin həmin müqavilə üzrə həqiqi iradə ifadəsi mübahisəli qeyri-yaşayış sahəsinin alınması, yaxud pay dəyərinin ödənilməsi yolu əldə edilməsi məqsədi daşımamışdır. Qeyri-yaşayış sahəsinə görə (alqı-satqı, yaxud pay dəyəri olaraq) hər hansı pul vəsaitinin ödənilməməsi və müqavilənin cavabdehlərin həqiqi iradə ifadələrini əks etdirməməsi ilə bağlı işin mühüm faktiki halı Bakı Ağır Cinayətlər Məhkəməsinin Hikmət Yigitdölün CM-nin 178.3.2, 29,178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2020-ci il tarixli hökmündə işə baxan məhkəmənin gəldiyi nəticə kimi də qeyd olunmuşdur.
41. Göstərilənlərdən əlavə, məhkəmə qeyd edir ki, xx.xx.2007-ci il tarixli müqavilə həm də ona görə etibarsız olmuşdur ki, həmin müqavilə bağlanan vaxt Qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə mövcud olmuşdur. İşə əlavə edilmiş sənədlərdən də müəyyən edilir ki, həmin müqavilə üzrə iddiaçı da Qeyriyaşayış sahəsinin dəyərini (700 000 manat) ödəmiş, buna dair ona maliyyə arayışı verilmiş, hətta Qeyri-yaşayış sahəsi iddfiaçı tərəfindən təmir edilərək əmlaka dair faktiki sahibliyi həyata keçirmişdir. Hal-hazırda da iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış həmin müqavilə qüvvədədir. Göründüyü kimi, iddiaçının Qeyri-yaşayış sahəsi üzərində müqavilə üzrə sahiblik və istifadə hüququ olduğu halda, həmin əmlaka dair digər bir müqavilə bağlana bilməzdi.
42. Göstərilənlərdən əlavə məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 MTK-ya qarşı “yaşayış və qeyri-yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiası təmin edilərək xx.xx.2007-ci il tarixli 11 saylı müqavilə üzrə MTK-nın Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A1 girişinin 1-2-3-4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 860 kv.m. qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 sahiblik və istifadə hüququnun tanınması, həmin müqaviləyə əsasən göstərilən sahədə qeyri-yaşayış sahəsinin Cavabdeh1 istifadəsinə və sahibliyinə verilməsinin MTK-ya həvalə edilməsi qət edilsə də, həmin iş üzrə iddiaçı tərəf olaraq (cavabdeh, yaxud üçüncü şəxs) cəlb edilmədiyinə görə həmin qətnamə hazırkı mübahisədə məcburi xarakter daşıya bilməz.
43. Beləliklə, şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə Bakı şəhəri, ünvan ünvanda inşa edilən yüksək mərtəbəli binanın A1 girişinin 1-ci mərtəbəsində yerləşən 130 kv.m olan qeyri-yaşayış sahəsinə aid hissədə yalan əqd olmaqla əhəmiyyətsizdir. Qanunvericiliyin müəyyən etdiyi imperativ qaydaya görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
44. Beləliklə, şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında 19.12 2007-ci tarixdə bağlanılmış 11 saylı müqavilə Bakı şəhəri, ünvan ünvanda inşa edilən yüksək mərtəbəli binanın A1 girişinin 1ci mərtəbəsində yerləşən 130 kv.m. olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız əqd hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı