Məhkəmə qərarları › İş №e-2(011)-119/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-119/2023

10.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-119/2023 10.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi barədə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Mercedes Benz C180 markalı **-ZY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə verilməsi öhdəliyinin qoyulması və Cavabdeh iddiaçıya dəymiş ziyana görə 5000 manat real zərər, 9 aylıq icarə haqqının əvəzi kimi 4500 manat, 2000 manat mənəvi zərər və 150 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11.650 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə elektron qaydada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Mercedes Benz C180 markalı **-ZY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş real zərərə görə 3500 manat, 7 aylıq icarə haqqının əvəzi kimi 3500 manat, İddiaçı dəymiş mənəvi zərərə görə 2000 manat və 150 manat dövlət rüsumu olmaqla, ümumilikdə 9150 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.2021 tarixində Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 1i ünvanında olan X4 etibarnamə vermişdir, həmin etibarnamə əsasında X2 Benz C180 markalı **-ZY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə Cavabdeh istifadəsinə vermişdir, xx.xx.2021-ci il tarixində Bakı şəhəri 51 saylı notariat ofisinə X4 verdiyi etibarnamənin qüvvəsinə xitam verilməsi barədə ərizə ünvanlamışdır, ərizə informasiya sisteminə daxil edilmişdir, Mercedes Benz C180 markalı **-ZY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir və nəqliyyat vasitəsinin əvəzində heç kimdən heç bir vəsait əldə etməmişdir, Cavabdeh hətta iddiaçıya və digər cavabdeh X4 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəmsinə müraciət edərək avtomobil satışına görə ödədiyi 8550 manat, avtomobilin təmiri üçün xərclədiyi 1200 manat, hüquqi yardım üçün vəkilə ödədiyi 461 manat, əldən çıxmış faydaya görə 2400 manat və məhkəmə üçün ödənilən 143 manat məbləğində pul vəsaitinin məndən və digər cavabdeh X3 tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir, Abşeron Rayon Məhkəməsinin 2(012)-1513/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 maddi ziyana görə 8550 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin iddiaçının vəkili məhkəmə iclasında bildirdi ki, avtomobil Balakişiyevə satılsa da, son olaraq Fərhadda olmuşdur, avtomobilə zərəri o vurmuşdur, ona görə də pul ondan istənilir, avtomobil 2021-ci ilin mart ayından iddiaçıda olmamışdır, 1 ildən çox müddətə cavabdeh tərəfindən istifadə edilmişdir, nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə real zərər dəymişdir, avtomobil yararsız hala salınmışdır, bu barədə qüsur aktı tərtib edilmiş, ekspertiza keçirilmişdir. Sonda İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, avtomobili Balakişiyev Talehdən almışdır, avtomobilin 8550 manata satıldığı 3-cü şəxsdir, o da avtomobili etibarnamə ilə alıb, ona etibarnamə ilə satılıb, istifadəsində olan zaman avtomobilin heç bir qüsuru olmamışdır, necə almışdırsa elə də olmuşdur, sadəcə avtomobili dayanacağa qoyanda onun karteri zədənib, amma motor işlək vəziyyətdə olmuşdur, karterin əzilməyi ilə mühərrik sıradan çıxa bilməz, avtomobil 1998-ci ilindir, avtomobilin karteri zədələndiyi zaman avtomobili saxlamışdır, heç yağ da axmamışdır, karteri düzəltmək asandır, avtomobil istifadəsində olan zaman sadəcə karteri zədələnib, avtomobilə görə ona da ziyan dəymişdir, vaxtı itmişdir, Balakiyev Talehdən pulunu tələb etmişdir, İddiaçı tanımır, o da onu tanımır, avtomobili iddiaçıdan almamışdır, Balakişiyev Taleh avtomobili İddiaçı 8200 manata alıb, qətnamə ilə 8500 manat və diğər xərclər öz xeyrinə tutulmuşdur, istifadəsində olan zaman karterə ziyan dəyib, bunu etiraf edir, o da 100 manatdır, bunu ödəməyə razıdır, lakin karterə görə 400 manat çoxdur, bunu qəbul etmir, həmçinin iddia ərizəsində icarə, mənəvi ziyan barəsində pul tələbi də yazılıb, iddianı həmin hissələrdə də qəbul etmir, 8550 manat pul verib avtomobili almışdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X6 bildirmişdir ki, onun tərəfindən verilən rəydə avtomobilin dövlət qeydiyyat nişanı texniki səhv nəticəsində elə qeyd edilmişdir, ekspertiza zamanı avtomobil onlara təqdim olunmamış, iş materialları əsasında ekspertiza aparmışdırlar, ekspertiza zamanı iş materiallarında təqdim olunan qüsur aktında verilən qiymətlərin bazar qiymətlərinə uyğun olub olmaması, bazar dəyərindən aşağı və ya yuxarı olması müəyyən edilir, avtomobilin karterinin əzilməsi və ya zədələnməsi avtomobilin motoruna bu qədər ziyan vura bilə bilməz, avtomobilin karterinin zədələnməsi, onun motorunun sıradan çıxmasına gətirib çıxarmır, gərək nə dərəcədə zədə olsun ki, yüksək təsirdən motor sıradan çıxsın, burada karterin çatlaması bu cür fəsadlara yol verə bilməz, əgər karter zədələnir, yağ buraxırsa, avtomobilin motoru işlək vəziyyətə gətirilməsə, heç bir fəsad verə bilməz, amma avtomobil yağ buraxan halda idarə olunursa, onda motoru sıradan çıxarar, avtomobilin hansı hissəsinin dəyişib-dəyişilməməsi ilə bağlı isə ekspertiza növü yoxdur. Məhkəmə, iddiaçının vəkilinin, cavabdehin izahatlarını və şahid ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1984-cü il təvəllüdlü X5 şahid qismində ifadə verərək bildirdi ki, İddiaçı tanıyır, maşını ondan 8200 manata almışdır, avtomobili 2 ay 8 gün özü istifadə etmiş, sonra internet vasitəsilə Fərhada satmışdır, alanda maşın pis vəziyyətdə olmuşdur, onu düzəltmiş, mühərrik yağını, yağını dəyişdirib, karopkasını yığdırmışdır, avtomobilin diskində çat var idi, ön və arxa bufer yaxşı idi, onlara əl dəyməmişdir, avtomobilin krlosunda çürük olmuş, onu təmir etmişdir, boya olunub və cilalanıb, salon hissəsi yığılıb, akkumlyator zəif olduğundan, onu dəyişmişdir, avtomobili alanda tam yararsız vəziyyətdə idi, onu düzəldib Fərhada satmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1986-cı il təvəllüdlü X8 şahid qismində ifadə verərək bildirdi ki, İddiaçı avtomobil almışdır, Fərhadı tanıyır, avtomobili Talehin adına almışdırlar, özü Talehin dostudur, avtomobili saytda görmüş, bəyənmişdirlər, Elçin etibarnamə vermişdir, sonra ehtiyac yarandığından Fərhada satmışdırlar, avtomobili alanda təmir etdirmişdirlər, lakin satılanda fotolardakı kimi onun cızığı, əziyi var idi. İş materiallarında olan 854480 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz C180” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan "Elektron notariat" X1 çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı Notariat Ofisində mülkiyyətçi İddiaçı adından etibarnamə əsasında çıxış edən X5 “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək barədə Cavabdeh səlahiyyətlər vermişdir. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri 51 saylı Notariat Ofisinə verdiyi 07 oktyabr 2021-ci il tarixli **********657 saylı ərizədən görünür ki, o, X4 verdiyi reyestrdə 7E-3470 nömrə ilə qeyd olunmuş etibarnamənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Binəqədi RYPİ 6-cı Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh X5 barəsində etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan görünür ki, aparılmış araşdırma nəticəsində hər iki şəxs izahat vermişdir. İş materiallarında olan Binəqədi RYPİ 6-cı Polis Bölməsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli 062-35042-1221 saylı məktubun surətindən görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nə etibarnamə ilə idarə etdiyi Mercedes C 180 markalı avtomaşının əlindən alınması ilə bağlı daxil olmuş müraciəti əsasında təhqiqat araşdırılması aparılmış və toplanmış material üzrə cinayət tərtkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrinə əsasən, cinayət işi başlanmasının rəsdd edilməsi barədə qərar qəbul edildiyi bildirilmiş, qərarla razı olmadığı halda şikayət vermə hüququnun olduğu qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 maddi ziyana görə 8550 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh verilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin Qətnamə ilə işinin müəyyən olunmuş hallarından görünür ki, “Mercedes C- 180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı olmuşdur və o, bu avtomobil barədə bəzi səlahiyyətləri Bakı şəhəri 51 saylı Notariat Ofisində reyestrdə 7E-3470 nömrə ilə qeyd olunmuş etibarnamə əsasında X4 vermişdir. T.T.Balakişiyev isə bu səlahiyyətlərdən istifadə edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı Notariat Ofisində mülkiyyətçi İddiaçı adından etibarnamə əsasında çıxış edərək “Mercedes C-180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək barədə Cavabdeh səlahiyyətlər vermişdir. Bu zaman Cavabdeh T.T.Balakişiyevə 8550 manat pul ödəmişdir. Bu fakt onun Bakı şəhəri Binəqədi RYPİ 6-cı Polis Şöbəsində verdiyi izahatla təsdiq olunur. Belə ki, Cavabdeh X5 barəsində etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, mübahisəli avtomobilə dair etibarnamə verilərkən X5 xx.xx.2021-ci il tarixdə ondan nağd şəkildə 8550 manat pul almışdır. İşdən görünür ki, avtomobilin mülkiyyətçisi İddiaçı sonradan, yəni 07 oktyabr 2021-ci il tarixdə T.T.Balakişiyevə verdiyi etibarnaməni ləğv etdirmiş, bundan sonra isə həmin etibarnamədən sonra verilmiş etibarnamələr də ləğv olunduğundan avtomobili Cavabdeh idarə edə bilməmiş, yəni hazırda mübahisəli avtomobilin iddiaçı tərəfindən idarə olunmasına heç bir hüquqi əsas qalmamışdır. Başqa sözlə, avtomobilə görə iddiaçı tərəfindən verilmiş vəsaitlə T.T.Balakişiyev əsassız varlanmış, Cavabdeh maddi ziyan dəymişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Bakı şəhər BPİ DYPİnin rəisinə və surəti İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, “Mercedes” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılmasına köməklik göstərilməsi barədə vət. E.X11 Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciət materiallara əlavə edilməklə müvafiq tədbir görülməsi üçün göndərilmiş, BDYPİ-nin müşahidə kameralarının yaddaş məlumatlarına baxış zamanı qeyd olunan avtomobilin Bakı şəhəri ərazisində mütəmadi olaraq idarə olunması müəyyən edildiyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 046-084646H-4222 saylı məktubun surətindən görünür ki, qanunsuz idarə olunan “Mercedes Benz C180” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək, qısa müddətdə tapılması istiqamətində Bakı şəhər BPİ DYPİ-nin şəxsi heyəti təlimatlandırılmış, eyni zamanda Bakı şəhərinin küçələrində quraşdırılmış nəzarət kameralarında BPİ DYPİnin X12 Şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq izləndiyi qeyd edilmiş, müsbət nəticə olarsa, əlavə məlumat veriləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh məlumatı üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 05 dekabr 2022-ci il tarixli 9/7663 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, “Mercedes Benz C180” minik markalı, 10TJ591 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən – mühərrikin alt karteri 400 manat, akkumlyator 180 manat, mühərrikin tam təmiri 1300 manat, ön və arxa buferin təmiri 290 manat, ön sol qapı və krılo təmiri 350 manat olmaqla, ümumilikdə 2520 manat müəyyən edilir. Həmin Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2023-cü il tarixdə aparıcı ekspert E.N.Qəhrəmanov 9/7663 saylı ekspert rəyini tərtib etdiyini, həmin rəy üzrə “Mercedes Benz C180” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olduğu halda texniki səhv olaraq nömrənin 10TJ591 qeydiyyat nişanlı qeyd edildiyini bildirmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 150 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, “Mercedes C- 180” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdur, o, avtomobil barədə bəzi səlahiyyətləri etibarnamə əsasında X4 vermişdir, T.T.Balakişiyev isə bu səlahiyyətlər əsasında xx.xx.2021-ci il tarixdə mülkiyyətçi İddiaçı adından etibarnamə əsasında çıxış edərək, nəqliyyat vasitəsinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və s. barədə Cavabdeh səlahiyyətlər vermişdir, bu zaman Cavabdeh T.T.Balakişiyevə 8550 manat pul ödəmişdir, avtomobilin mülkiyyətçisi İddiaçı 07 oktyabr 2021-ci il tarixdə T.T.Balakişiyevə verdiyi etibarnaməni ləğv etdirmiş, bundan sonra isə həmin etibarnamədən sonra verilmiş etibarnamələr də ləğv olunmuşdur, vurulmuş zərərin əvəzinin ödənilməsi məqsədilə Cavabdeh məhkəməyə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-1513/2022 saylı xx.xx.2022-ci il tarixli Qətnaməsi T.T.Balakişiyevdən maddi ziyana görə 8550 manat, hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh verilməsi qət edilmişdir, avtomobil hazırda İddiaçı istifadə və sahibliyindədir, hazırki iddia tələbi Cavabdeh mübahisəli avtomobilə vurulmuş real zərərə görə 3500 manat, 7 aylıq icarə haqqının əvəzi kimi 3500 manat, mənəvi zərərə görə 2000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədədir, avtomobilin təmir-bərpa xərci kimi mühərrikin alt karterin zədələnməsinə görə 400 manat, akkumlyator üçün 180 manat, mühərrikin tam təmiri üçün 1300 manat, ön və arxa buferin təmiri üçün 290 manat, ön sol qapı və krılo təmiri üçün 350 manat olmaqla, ümumilikdə 2520 manat tələb edilir, cavabdeh iddia tələbini qismən qəbul edərək avtomobilin onun tərəfindən istifadəsi zamanı karterinə zərərin dəyməsini etiraf edir, karterə vurulmuş ziyana görə 100 manat ödəməyə razıdır, qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Bununla belə, avtomobilin digər hissələrinə (akkumlyator, mühərrik, ön - arxa bufer, ön sol qapı və krılo) vurulmuş zərərə görə cavabdehin təqsirini təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, avtomobilə vurulmuş zərərin əvəzinin tutulmasına münasibətdə qeyd edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır və belə sübutlar, avtomobildə yaranmış qüsurun bilavasitə avtomobilin cavabdehə təhvil verilməsindən sonra cavabdehin ixtiyarında olduğu və avtomobilin iddiaçıya verildiyi tarixə qədər yaranmış hallarla bağlıdır, lakin iş materialları ilə belə hallar məhkəmə tərəfindən müəyyən olunmur, bununla belə, Cavabdeh avtomobil onun istifadəsinə olarkən onun karterinə zərər vurulduğunu etiraf edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilin karter hissəsinə dəymiş zərərin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə (akkumlyator, mühərrik, ön və arxa bufer, ön sol qapı və krılo hissələrinə vurulmuş ziyan) rədd edilməlidir. Məhkəmə, iddia tələbini həmin hissədə rədd edərkən avtomobilin cavabdehdən öncə qanunla nəzərdə tutulmuş qaydada başqa şəxslərin istifadəsində olması hallarını da nəzərə alır. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək sübut kimi qəbul edir və karterin qiyməti barədə həmin rəy üzrə ekspertin gəldiyi nəticə ilə razılaşır. Belə olan halda məhkəmə, avtomobilin karterinə dəymiş maddi zərərinin miqdarını 400 manat məbləğində müyyən edir. Məhkəmə, iddia tələbinin “7 aylıq icarə haqqının əvəzi kimi 3500 manat, mənəvi zərərə görə 2000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissələrinə münasibətdə qeyd edir ki, bu hallar da sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin onun tərəfindən iş materiallarına buna dair mötəbər sübutlar (habelə, avtomobilə dair 3-cü şəxslə icarə müqaviləsinin bağlanması və s.) əlavə edilməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə əsaslı deyildir və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 400 manat alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edildiyindən, tərəflərin dövlət rüsumu ödəməkdən azad olması halları müəyyən edilmədiyindən, iddia tələbinin təmin edilmiş hissəsi, habelə onun 1000 manatdak olması nəzərə alınmaqla, cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30 alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq 16 manat hissədə cavabdehə, 84 manat hissədə iddiaçıya aid edilməklə, onlardan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 400 (dörd yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri kimi 84 (səksən dörd) manat İddiaçı, 16 (on altı) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar