Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-162/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyn üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. ünvan 1 ünvanında xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ ilə məxsus olan 12 kv-dən ibarət 1 otaqlı mənzilimi cavabdeh tərəfindən 2021-ci ilin mart ayında sökülmüşdür və bu günə qədər iddiaçıya mənzil veriləcəyi ilə vəd verməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya mənzil verilmir. Həmin binada 1 otaqlı mənzilləri sökülən sakinlərə 2 otaqlı təmirli mənzil vermişdir, lakin bu günə qədər iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, iddiaçıya mənzil verməyi müxtəlif bəhanələrlə yubadır.
2. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, hal-hazırda o kirayələrdə yaşayır, ailəsinin sosial vəziyyəti günü gündən pisləşir, kirayə pulunu ödəyə bilmir. Bu günə qədər də cavabdeh bir çox sakinlərə mənzil verib lakin iddaçıya mənzili təhvil vermir. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozmaqda davam edir.
İddiaçının tələbi:
3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC tərəfindən sökülən ünvan 1 ünvanında iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 12 kv-dən ibarət 1 otaqlı mənzilin əvəzi olaraq 2 otaqlı mənzilin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddia tələbinə münasibəti:
4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatı:
5. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, İddiaçı 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 42, 519B nömrəli mənzilə dair çıxarış əldə etmişdir. 2021-ci ilin mart ayında həmin binada Cavabdeh MMC tərəfindən söküntülərə başlanılmış və bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamına əsasən söküntü aparılmalıdır və vətəndaşlar evlə təmin olunacaqlar. Söküntüdən müəyyən müddət keçdikdən sonra digər vətəndaşlar kimi mənzil verilməsi üçün müraciət edilsə də mənzil təhvil verilməmişdir. Sözügedən binada bir blokda 10 mənzil olmuş, təxmini 8-9 ailəyə mənzil verilmişdir, mənzillə təmin olunmayan bir-iki nəfər vardır ki, bunlardan da biri İddiaçıdır.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, onların yaşadıqları bina qəzalı vəziyyətdə olmuşdur, bina sakinləri binanın təmir edilməsi ilə bağlı müraciət etmişlər, lakin binaya baxıldıqdan sonra binanın sökülməsi ilə bağlı qərar qəbul edilmişdir. İddiaçı bildirmişdir ki, mənzilə dair çıxarış olmasa da, 1985-ci ildən sərəncam olmuşdur. İddiaçı özü də 1982-ci il tarixdə həmin ünvanda dünyaya gəlmişdir. Əvvəllər həmin bina “kondisioner” zavodu kimi fəaliyyət göstərmiş, iddiaçının atası da həmin zavodda işləmişdir, daha sonra atasına həmin binadan 2 otaq verilmişdir. Atası 1999-cu il tarixdə vəfat etmiş, həmin tarixə qədər mənzillərə dair sərəncam atasının adına rəsmiləşdirilmişdir, atasının vəfatından sonra 2 otağın hər ikisinin sərəncamı onun qardaşının adına rəsmiləşdirilmişdir. İddiaçı qeyd etmişdir ki, binanın sökülməsinə dair razılığını öz imzası ilə təsdiq etmişdir. Bağışlama müqaviləsi bağlanarkən mənzillərin yerləşdiyi binanın söküləcəyi ilə bağlı məlumatı olmuşdur. Qardaşı ilə ona birlikdə 2 otaq üçün 30 min manat təklif edilmişdir. Binada başqa sakinlər eyni qaydada iki mənzil almışdılar, onun atası hamıda əvvəl orda işləmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru X6 öz izahatında qeyd etmişdir ki, onlar podratçı şirkətdir, sözügedən binanın sifarişçisi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti olmuşdur, həmin ərazidə əvvəlki dövrlərdə kondisioner zavodunun yataqxanası yerləşmişdir. Bina sakinləri binanın qəzalı vəziyyəti ilə bağlı vaxtaşırı müraciətlər etmişdirlər. Binaya yoxlanış keçirilərkən Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən, binanın qəzalı vəziyyətdə olması təsdiq edilmişdir. Həmin binada 146 ailə məskunlaşmışdır, hər mənzilə görə 30 kvadrat metrə qədər hər kvadrat metr üçün 30 min manat, 30 kvadrat metrdən artıq sahəsi olan mənzillər üçün hər kvadrat metr üçün əlavə 1000 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. Lakin daha sonra sakinlər bu məbləğlə razılaşmamış, yenidən müraciət etmişlər və İcra Hakimiyyətinin sifarişi əsasında həmin ərazidə 12 mərtəbədən ibarət 3 binanın tikintisi həyata keçirilmişdir. 30 min manat kompensasiyanın müqabilində hər bir ailəyə 50 kv.m-dən az olmamaq şərtilə təmirli 2 otaqlı mənzil verilməsi qərara alınmışdır. İcra hakimiyyəti həmin binanı boşaltmış və boş vəziyyətdə RFM MMC-yə təhvil vermişdir, podrat müqaviləsinə əsasən, RFM MMC öz vəsaiti hesabına bina kompleksini tikmişdir və 146 ailəyə mənzilləri təqdim etmişdir. İddiaçının qardaşı Zeynalov Zeynala da mənzil təqdim edilmişdir. Siyahıya alınma həyata keçirilmiş, 2018-ci ildə binanın qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilmişdir, 146 mülkiyyətçi olduğu müəyyən edilmişdir. Siyahıya alınma həyata keçirildikdən sonra artıq həmin binada bir çox ailələr otaqlardan hər hansını digər ailə üzvlərinə - məsələn, bacı-qardaşa, qardaş-bacıya, ana və ata övladlarına bağışlama etməyə başlamışdırlar. Evin sökülməsi və Zeynalov Zeynala kompensasiyanın verilməsi ilə bağlı onun ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş ərizələri mülki iş materiallarına əlavə edilmişdir. Hər iki otağın İddiaçı da razılıq ərizəsi mövcuddur. 30 min manat məbləği Maliyyə Nazirliyi cavabdeh RFM MMC-yə ödəmiş, bunun qarşılığında hər bir ailəyə 54,5 kv.m sahəsi olan təmirli mənzil təhvil verilmişdir. Sadəcə qardaşı Zeynalov Zeynal bir otağı bacısının adına bağışlama etmişdir ki, bir mənzil də əldə etsinlər. Həmçinin, cavabdeh RFM MMC-nin direktoru həmçinin bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi yönəldilməlidir, cavabdeh RFM MMC yalnız podratçı şirkətdir.
8. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X8 öz izahatında qeyd etmişdir ki, müxtəlif vətəndaşlarla müqavilələr bağlanmışdır, həmin müqavilələr mülki iş materiallarına əlavə edilmişdir. Sökülən mənzillərlə bağlı siyahı tərtib edilmiş, 30 kvadrat metrə qədər hər kvadrat metr üçün 30 min manat, 30 kvadrat metrdən artıq sahəsi olan mənzillər üçün hər kvadrat metr üçün əlavə 1000 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. İddiaçının sözügedən mənzilinin (hər iki otağın) ümumi sahəsi 28 kv.m olmuşdur. 2019-cu ildə siyahı Nazirlər Kabinetinə göndərilmişdir, Nazirlər Kabineti tərəfindən bütün məbləğ Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin balansına yüklənmişdir ki, mənzillər üçün ödənişlər həyata keçirilsin. 2021-ci il tarixdə iddiaçının qardaşı ilə müqavilə bağlanmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentin tərəfindən verilmiş 2011-ci il tarixli Sərəncama əsasən, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 42 saylı evin, yaşayış sahəsi 28.8 kv.m olan 2 otaqlı 519 sayı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və bacısı) X2 adına icarə müqaviləsinin bağlanılması və həmin mənzilin icarədarı hesab olunması, qeyd olunan mənzilə Z.A.Zeynalovun adına şəxsi maliyyə hesabının açılmasının 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 122 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılması qərara alınmışdır.
10. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən başçının birinci müavini Rafiq Quliyevə ünvanlanmış 2019-cu il tarixli məktuba əsasən, Prezidentin köməkçisi Əli Əsədovun xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktubunu nəzərə alaraq ünvan 2 ünvanda yerləşən və qəzalı vəziyyətdə olan binada yaşayan ailələrə ayrılan bir dəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətinin müvafiq komissiyasının yaradılıb nəticəsi barədə 08 may 2019-cu il tarixindən gec olmayaraq Bakı şəhər İcra Hakimiyyətinə məlumat verilməsi tapşırılmışdır.
11. xx.xx.2019-cu il tarixli Podrat müqaviləsinə əsasən, sifarişçi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, podratçı Cavabdeh MMC olmuşdur. Müqaviləyə əsasən, ünvan 3 ünvanında qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binasının, qəzalı binada yaşayan və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına ehtiyacları olan sakinlərin yaşayış binasının tikilməsi üçün müraciətlərini, həmçinin tikinti işlərinin vaxtında başa çatdırılması məqsədilə vəsaitin (büdcə) çatışmazlığını nəzərə alaraq podratçı tərəfindən mənzil satışından əldə edilən gəlirlər hesabına sökülməsi və həmin binanın yerində yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi tapşırılmışdır.
12. 09 iyun 2020-ci il tarixli Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi 42 ünvanında yerləşən 4 girişli 5 mərtəbəli yataqxana binasının mövcud vəziyyəti haqında texniki rəyə əsasən, yataqxana binası texniki vəziyyəti qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki cəhətdən məqsədəuyğun hesab edilmir. Yataqxana binası ümumiyyətlə, mövcud tikinti norma və qaydalarına, müasir tələblərə, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yataqxana binasının istismarı dayandırılmalı, bütün kommunikasiya xətlərinin (su, kanalizasiya, qaz və elektrik təchizatı) istismarı dayandırılmalı, binaya giriş məhdudlaşdırılmalı və binanın ətrafı çəpərlənməlidir. Yataqxana binasında yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur.
13. xx.xx.2020-ci il tarixli obyektin tikintisinə 63 nömrəli icazəyə əsasən, tikinti obyektinin ünvanı ünvan 4na tikintisi nəzərdə tutulmuşdur.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 12 kvadrat metrdən ibarət mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
15. xx.xx.2021-ci il tarixli İddiaçı tərəfindən Bakı şəhəri 18 saylı Notariat Ofisində verilmiş **********271 nömrəli ərizəyə əsasən, X3 məxsus olan- ünvan 5 ünvanında yerləşən evin sökülməsinə və kompensasiyanın X3 verilməsinə etirazı olmadığını və öz razılığı əsasında imza etdiyini qeyd etmişdir.
16. xx.xx.2021-ci il tarixli Razılaşma aktına əsasən, X1 işində iştirak etmiş, təklif olunan 30.000 manat bir dəfəlik maddi yardımın məbləği ilə razı olduğunu və alacağı təzminat məbləğinin bankda şəxsi hesabına köçürüldükdən 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağını qeyd etmişdir. İddiaçı bununla razı olduğunu bildirmiş və aktı qardaşı X4 ilə birgə imza etmişdir.
17. Bakı şəhəri Xətai rayonu G.Şıxlinski küçəsi bina 42, 519 nömrəli mənzilin bölgü sxeminə əsasən, İddiaçı məxsus 1 otaq 12.0 kvadrat metr, Zeynalov Zeynala məxsus 1 otaq 16.8 kv.m-dən ibarətdir.
18. 29 oktyabr 2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən X4 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 42, mənzil 519 ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.m olan mənzilin tam mülkiyyət üzrə özünə məxsus ½ hissəni bacısı İddiaçı bağışlamışdır.
19. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Başçısının Aparatı yanında Hüquq şöbəsinin müdiri Teymur Əzizov tərəfindən hakim Samirə Eyvazovaya ünvanlanmış məktuba əsasən, iddia tələbinin hüquqi əsası olmadığından iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər .
405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: 22.Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
23. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
24. İddiaçı cavabdehdən ünvan 6 ünvanında tikiləcək yeni binadan digər mənzil sakinlərinə təqdim edilmiş formada ona mənzil verilməsini tələb edir.
25. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasının düzgün müəyyən edilməsi baxımından tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının müəyyən edilməsi zəruridir.
26. Yuxarıda adı çəkilən müddəaların məzmunundan göründüyü kimi öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hansısa bir hüquq münasibəti yaranmalı və bu münasibət qanunla müəyyən edilmiş qeyd edilən əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər, müqavilədən əmələ gələn öhdəliklər, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür.
27. Adından da göründüyü kimi digər iki öhdəlik növündən fərqli olaraq, müqavilə öhdəliyinin yaranması üçün onun tərəfləri arasında müqavilənin bağlanması (qanun müəyyən etdiyi halda yazılı, yaxud şifahi formada) mütləq şərtdir. Qanun tərəflərə imkan verir ki, onlar müqavilə bağlayaraq bununla özlərinin əmlak mənafelərini, hüquq və vəzifələrini, onların yaranması, dəyişməsi və xitamı qaydasını, habelə azad surətdə onun məzmununu, şərtlərini, icra edilməsi məsələlərini müəyyən etsinlər (§ 20).
28. Digər iki növ (müqavilədən kənar və qanundan irəli gələn öhdəliklər) öhdəliklər isə hər hansı müqavilə ilə deyil, onun iştirakçısı olan şəxlərin qanuna zidd müəyyən hərəkətləri və ya hərəkətsizliyinin nəticəsi olaraq yaranır.
29. İşin yuxarıda qeyd edilən faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında hər hansı bir öhdəlik münasibəti yaranmamışdır. Belə ki, iddiaçının da mənzilinin olduğu ünvan 6 ünvanında yerləşən yataqxana qəzalı vəziyyətdə olduğu üçün dövlət proqramı çərçivəsində sökülməsi barədə rəy verilmiş, bu işlərin görülməsi üçüncü şəxsə həvalə edildiyindən, onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə müəyyən edilir ki, cavabdehin üçüncü şəxs qarşısındakı öhdəliyi göstərilən ünvanda qəzalı vəziyyətdə olan yataqxana binasının sökülərək yerində yeni yaşayış binasının tikilməsi və həmin yataqxanada mənzili olan olan şəxslərə ödənilmiş kompensasiyanın sonradan cavabdehə ödənilməsi müqabilində onlara yeni tiklilmiş yaşayış binasında mənzilin verilməsi məsələləri ilə bağlı olmuşdur.
30. Cavabehlə üçüncü şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsində cavabdehin ünvan 6 ünvanında yerləşən qəzalı yataqxanın sökülərək yerində tikilmiş yeni yaşayış binasından mənzıillərin verilməsi ilə bağlı öhdəliyi müəyyən edilmişdir. Həmin müqavilənin 2.3.4-cü bəndində cavabdehin öhdəliyi, sözügedən qəzalı yataqxanada yaşayan ümumilikdə 146 mənzil sahibinin hər birinin bank hesabına üçüncü şəxs tərəfindən köçürülmüş 30000 manat kompensasiya vəsaitinin sonradan onlar tərəfindən cavabdehə qaytarılması müqabilində (yeni inşa ediləcək yaşayış binasında tikinti işləri başlayan ərəfədə) yataqxananın yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasında 146 mənzil sahibinin hər birinə 50 kv.m sahədən az olmamaq şərtilə təmirli mənzil təqdim etməsindən ibarət olmuşdur.
31. Göründüyü kimi cavabdehin sözügedən ünvanda qəzalı vəziyyətdə olan yataqxananın yerində inşa etdiyi yeni yaşayış binasında sakinlərə 50 kv.m sahədən az olmamaq şərtilə təmirli mənzil vermək öhdəliyi o halda yarana bilərdi ki, 30 kv.m və daha az mənzil sahəsi üçün ayrılmış 30000 manat, 30 kv.m-dən çox olan mənzilin ümumi sahəsinin 1 kv.m üçün 1000 manat olmaqla ayrılmış birdəfəlik maddi yardımı alan ailələr (mülkiyyətçilər) sonradan aldıqları vəsaiti cavabdehə qaytarmaqla, onunla ünvan 6 ünvanında yeni tikilən yaşayış binasından mənzil verilməsi barədə müqavilə bağlamış olsunlar.
32. Lakin işin hallarından, eləcə də iş materiallarından görürünür ki, qəzalı vəziyyətdə olan mənzilinin sökülməsi ilə bağlı iddiaçıya ayrıca olaraq nə hər hansı məbləğdə kompensasiya ödənilməmiş, nə də iddiaçı ilə cavabdeh arasında qeyd edilən Kooperativ binada mənzil tikintisi haqqında müqavilə bağlanmamışdır.
33. Üçüncü şəxsin komissiya üzvləri, iddiaçı və iddiaçının qardaşı X4 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli Razılaşma aktına əsasən, X1 işində iştirak etmiş, təklif olunan 30.000 manat bir dəfəlik maddi yardımın məbləği ilə razı olduğunu və alacağı təzminat məbləğinin bankda şəxsi hesabına köçürüldükdən 3 gün müddətində yaşadığı mənzilin boşaldılaraq sökülməsi üçün şərait yaradacağını qeyd etmişdir. İddiaçı bununla razı olduğunu bildirmiş və aktı qardaşı X4 ilə birgə imza etmişdir. (§ 16).
34. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmadığından, bununla da cavabdehin iddiaçı qarşısında ona ünvan 6 ünvanında tikiləcək yeni binadan mənzil verilməsi ilə bağlı öhdəliyi yaranmadığından iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
1. İddia rədd edilsin.
2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova