Məhkəmə qərarları › İş №e-2(011)-1625/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-1625/2023

09.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-1625/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi, xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2022-ci tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1957-ci il təvəllüdlü X2 ərizəçinin xalası olmuşdur. O,2 4.11.2022-ci il tarixdə 1saylı Şəhər Klinik Xəstəxanasında vəfat etmişdir. О, Ramana qəsəbəsi ərazisində olan qəbiristanlıqda dəfn edilmişdir. Mərhumun ölümünü rəsmiləşdirmək üçün Maraqlı şəxsnə müraciət etmişəm. X5 mərhumun ölüm faktını təsdiq edən tibb müəssisəsi tərəfindən verimiş arayış olmadığı üçün şəhadətnamə verməkdən imtina etmişdir. Hazırda ölüm şəhadətnaməsini almaq ərizəçi üçün vacibdir. Belə ki, bu hal bəzi hüquqi və sosial problemlərimə təsir edir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2023-cü il tarixli X3 və Şahid2 tərəfindən imzlanmış aktın surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri X9inin xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.1957ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi, “Subtropik” qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarında olan “X9” X10 xx.xx.2023-cü il tarixli arayışına əsasən xx.xx.1957ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə, saat 17:34-də 5 saylı X11 Stansiya Briqadasının müşayəti ilə X8 gətirilmişdir. Xəstə xx.xx.2022-ci il tarixində saat 16:50-də aparılan reanimasiya tədbirlərinə baxmayaraq xəstədə bioloji ğlüm qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 34 05/15 saylı, xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mahal qızı izahatında qeyd etmişdir ki, mərhum Mahirə onun həyat yoldaşının xalası olub. O, 2022-ci ilin noyabrın ayının 24-u xəstəxanada rəhmətə gedib. Vəfat etdikdən sonra onu Maştağa qəsəbəsi, “Subtropik” qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında qeyd etmişdir ki, o ərizəçinin anasıdır. Mərhum Mahirə onun bacısı idi. Mərhum vəziyyəti xx.xx.2022-ci il tarixdə pisləşdi. Onun xəstəxanaya yerləşdirdilər, lakin buna baxmayaraq o, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onu Maştağa qəsəbəsi, “Subtropik” qəbiristanlıqda dəfn etmişlər. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə X1 xx.xx.2022ci il tarixdə ölməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı ilə və işin digər mötəbər sübutlar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə anadan olmuş X1 xx.xx.2022-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar