Məhkəmə qərarları › İş №e-2(011)-2205/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2205/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2205/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin halları: İşin ərizədə göstərilən faktiki hallarına görə, ərizəçinin mərhum həyat yoldaşı İran İslam Respublikasının vətəndaşı X13 Rasool xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. Ərizəçi ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar. Həyat yoldaşı qəfildən yaşadıqları ünvanda vəfat etmişdir. Mərhum həyat yoldaşının ölməsi faktı çağrışa gəlmiş ünvan 2 Təcili və X10 Stansiyası tərəfindən verilmiş “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsi ilə təsdiq olunur. Vəfatından sonra həyat yoldaşını Bakıda qəbiristanlıqda dəfn etmişlər. Mərhum həyat yoldaşının ölməsi faktı qəbiristanlığın arayışı, təqdim edilən fotoşəkillər və dəfndə iştirak etmiş yaxın insanların, yəni ərizəçinin qardaşı X15 (Ş/V AZE ********) və qohumumuz X19 (DYİ 0025596) şahidliyi ilə öz təsdiqini tapır. Ölüm haqqında şəhadətnamə alınması üçün ərazi üzrə Maraqlı şəxsnə müraciət edilsə də, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığı üçün ərizəçiyə mərhum həyat yoldaşı üçün ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda həyat yoldaşı üçün ölüm haqqında şəhadətnamə alınması bir sıra sənədləşmə və miras məsələlərinin həlli üçün zəruridir. Ərizəçinin tələbi: Ərizəçi xx.xx.1976-cı il təvəllüdlü həyat yoldaşı X13 Rasoolun xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.1976-cı il təvəllüdlü həyat yoldaşı X13 Rasool (X2) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Maraqlı şəxsin etirazı: Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi birdirmişdir ki, həyat yoldaşı olan Cabbarzadə Rəsul qəflətən vəfat etmişdir və buna səbəbdən də üç gün ərzində aidiyyati qrumlara müraicət edə bilməmişdir. Buna görə də həyat yoldaşı X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X7 izahat verərək bildirdi ki, mərhum Cabbarzadə Rəsul bacısının yoldaşı olmuşdur. Ona zəng olunduqdan sonra səhər saat 05:00 radələrində gəlmiş və artıq vəfat etdiyini görmüşdür. Mərhum Hövsan qəbiristanlığında dəfn edilmişdir. X9 izahat verərək bildirdi ki, mərhum, yeznəsi olmuşdur. Rəsulun halının pisləşməsi barədə səhər 04:00 radələrində zəng gəlmiş və o gəlib çatdıqda isə yeznəsi yenicə vəfat edibmiş. Dəfn mərasimində də iştirak etmişdir. X16 Omid izahat verərək bildirdi ki, tərcüməçiyə ehtiyacı yoxdur. Mərhum onun 23 illik dostu olmuşdur. Səhər saatlarında onlara getmişdir. Mərhum ürək problemi ilə bağlı vəfat etmişdir. Dəfndə və digər işlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2020-ci tarixli DYİ №0031926 saylı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə Vəsiqəsindən görünür ki, X13 X27 Respublikası vətəndaşıdır, doğulduğu yer İran İslam Respublikasıdır, doğulduğu tarix xx.xx.1976-cı ildir, yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 93, mənzil 56-dır. - AZ-İİ 974004 №-li nikah haqqında şəhadətnaməyə əsasən X2 və Ərizəçi xx.xx.2004cü il tarixdə Səadət Sarayında (Bakı Nikah evi) rəsmi nikaha daxil olmuşlar və bu barədə 588 №-li akt qeydi aparılmışdır; - Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, X11 adına tərtib edilmiş ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün ölümün qeyd edilməsinin mümkün olmaması qeyd edilmişdir; - Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, vətəndaş X12 ərizəsinə əsasən mərhum X3 xx.xx.2022-ci il tarixdə Dədə Qorqud qəbiristanlığında yer ayrılaraq dəfn olunub; - Bakı şəhər Təcili və X10 stansiyasının 13 saylı böməsinin №13/480, xx.xx.2022-ci il tarixli sorğuya (ərizəyə) cavabında qeyd edilir ki, xx.xx.2022-ci il 12:25-də ünvan 3 ünvanına X11 adına çağırış daxil olmuş, “həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında hüquqi yardım haqqında 1 dekabr 1998-ci il Müqaviləsi 19.1. Əgər bu müqavilə ilə digər qayda müəyyən edilməmişsə, cavabdehin X14 birinin ərazisində yaşayış yeri olduqda, o Tərəfin məhkəmələri mülki və ailə işlərinə baxmağa səlahiyyətlidir. 23.2. X14 birinin idarəsi onun ərazisində yaşayan şəxslərin vəsatətinə görə, digər X21 vətəndaşına, əgər onların hüquq və mənafeləri bu X8vericiliyinə əsaslanarsa, xəbərsiz itkin düşmüş, ölmüş hesab edə bilər, habelə ölüm faktını müəyyən edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019 qərarı 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X13 Rasool (X2) ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və müvafiq qeydiyyat şöbəsinin X13 Rasool (X2) barədə ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi X13 Rasool (X2) barədə ölümü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X13 Rasool (X2) xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, buna görə də X13 Rasool-un (X1) xx.xx.2022-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1976-cı ildə tarixdə Kermi (Moğan) anadan olmuş İran İslam Respublikası vətəndaşı X13 Rasool-un (X1) xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar