Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2352/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkməyə müraciət edərək, “Bulgari” brendinin istehsalı olan kolye, ağ qızıl 01 ədəd - 6900 manat (altı min doqquz yüz), “Tiffany” brendinin istehsalı olan tək daş üzük, ağ qızıl, 01 ədəd, 1.3 karat - 7000 manat (yeddi min), “Bulgari” brendinin istehsalı olan 3 qat üzük, ağ qızıl, 01 ədəd - 2480 manat (iki min dörd yüz səksən), “Bulgari” brendinin istehsalı olan sırğa dəsti, ağ qızıl, 01 cüt - 2320 manat (iki min üç yüz iyirmi), “Bulgari” brendinin istehsalı olan qolbağ, ağ qızıl, 01 ədəd - 3800 manat (üç min səkkiz yüz manat), “Vivani” brendinin istehsalı olan sırğa dəsti, ağ qızıl, brillyant başla, 01 cüt - 2800 (iki min səkkiz yüz), “Mujawharat” brendinin istehsalı olan qolbağ, “gold rose” növlü qızıl, 01 ədəd - 2500 manat (iki min beş yüz), ümumilikdə - 27800 manat (iyirmi yeddi min səkkiz yüz) dəyərində zinyət əşyalarının qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qalmış Tiffany modeli, dəyəri 5000 (beş min) manat olan 1 ədəd 750 əyar, ağ qızıl, çəkisi 30 qram olan qolbağı və Chopard modeli, dəyəri 1000 (bir min) manat olan 1 ədəd 750 əyar, ağ qızıl, çəkisi 8 qram nişan üzüyü - qızıl-zinət əşyalarının, bu əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa, onların cəmi dəyəri 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının ikinci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə tərəflərin ərizələrini araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri geri qaytarılmalıdırlar. Tərəflərin iddia ilə məhkəməyə müraciət etmək üçün ödədikləri dövlət rüsumları da tərəflərə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “əmlak tələbi barədə” ilk iddia ərizəsi geri qaytarılsın. İlk iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaytarılsın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş 123,40 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı Cavabdeh İddiaçı qarşı “qızıl-zinyət əşyalarının qaytarılması” barədə qarşılıqlı iddia ərizəsi geri qaytarısın. Qarşılıqlı iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılsın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ödənilmiş 80 manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2352/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2352/2023
12.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver