Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2382/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi barışıq sazişinin təsdiq edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələb və dəlilləri: Ərizəçi mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01160 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, maraqlı şəxs barışıq sazişində nəzərdə tutulmuş öhdəlikləri icra etmişdir. Lakin sazişdə nəzərdə tutulmuş alimenti maraqlı şəxs ərizəçiyə deyil, ərizəçinin yaşadığı evin kirayə haqqı kimi ödəyir. Ərizəçi isə bundan narazıdır. Maraqlı şəxsin etirazının dəlilləri Maraqlı şəxs məhkəmə iclasında ərizəyə etiraz etmədiyini bildirmişdir. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, qarşı tərəf barışıq sazişində nəzərdə tutulmuş maraqlı şəxsin uşaqları ilə görüşməsinə dair öhdəliyi icra etmir. İşin halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01160 saylı barışıq sazişi bağlanılmış, həmin sazişdə tərəflər aşağıda göstərilən şərtlər barəsində razılaşmışdırlar:
1. tərəflər – Maraqlı şəxs ilə X3 arasında 01 iyul 2016-cı il tarixdə Bakı şəhəri 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 494 akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması barədə razılığa gəlirlər;
2. İ tərəf nikahın pozulması barədə məhkəməyə iddia ərizəsi verəcək, İİ tərəf isə nikahın pozulmasına razılıq verməsi barədə məhkəməyə ərizə təqdim edəcək;
3. tərəflərin birgə nikahlarında doğulmuş – 28 may 2017-ci il təvəllüdlü X5 anası Ərizəçi himayəsində qalacaq;
4. tərəflərin birgə nikahlarından doğulmuş - 28 may 2017-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanması üçün İ tərəf - Maraqlı şəxs hər ay 400 manat məbləğində alimenti və uşaq təhsil müddətində hazırlığa getdiyi halda hər ay 60 manat hazırlıq pulunu ödəyəcək;
5. İİ tərəf hazırlıq kursuna ödədiyi 60 manat pulun ödənilməsinə dair İ tərəfə ödəniş çekini göndərəcəkdir;
6. Maraqlı şəxs dövlət büdcəsindən aldığı 80 manat Prezident təqaüd kartını Ərizəçi verəcəkdir və həmin pulu xx.xx.2017-ci il təvəllüdlü X1 və təhsil xərclərinə sərf edəcəkdir;
7. Maraqlı şəxs Ərizəçi ilə birgə nikahları dövründə AAAF X7 aldıqları mənzilin əvəzinə Ərizəçi 13000 manat pulu 1 ay müddətində ödəyəcəkdir.
8. Ərizəçi Maraqlı şəxs 13000 manat pulu aldığı təqdirdə, Maraqlı şəxs ilə birgə nikahları dövründə xx.xx.2018-ci il tarixli M-3168 nömrəli mənzilin alqı-satqı müqaviləsinə əsasən aldıqları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 29 saylı küçəsində inşa edilən bina 3, mərtəbə 13, ümumi sahəsi 62 kv. metr ibarət olan 2 otaqlı 144 nömrəli mənzilə olan pay hüququndan imtina edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmayacağı barədə notarial qaydada təsdiq edilmiş ərizə yazacaq və Maraqlı şəxs verəcəkdir;
9. İİ tərəf uşağın təhsilinə maneçilik törətməmək şərti ilə, həftədə 1 dəfə uşağın istəyi nəzərə alınaraq, İ tərəfin uşaqla ünsiyyətinin təşkilinə razılıq verir. Uşaq atasının yaşadığı evə 1 gecə qalmaq istədikdə İİ tərəf buna maneə törətməyəcəkdir.
10. tərəflər bu barışıq sazişindəki öhdəliklərini yerinə yetirmədikdə məhkəməyə müraciət edəcəklər;
11. ilkin mediasiya xərcini 55 manat və tam mediasiya xərcini 100 manat İ tərəf ödəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər Barışıq Sazişinin 3 və 9-cü bəndlərində göstərilən öhdəlikləri istisna olmaqla, sazişdə nəzərdə tutulmuş bütün öhdəliklərini icra etmişdirlər. Tərəflər arasında yaranmış mübahisə Sazişin 3-cü və 9-cu bəndlərin icrasını ilə bağlı yaranmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 355-23. Ərizənin verilməsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
Maddə 355-26. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Məhkəmənin mövqeyi:
Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01160 saylı Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Lakin Barışıq sazişi 4-cü və 9-cu bəndləri istisna olmaqla, tərəflərin digər bəndlərdə müəyyən edilmiş öhdəliklərini icra etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, sazişin icrası mübahisə yaradan 4-cü və 9-cu bəndlərinin təsdiq edilməlidir. Belə olan halda, tərəflər Barışıq Sazişinin 4-cü və 9-cu bəndləri üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiklərinə görə, sazişin cü və 9-cu bəndləri üzrə öhdəliklərini məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişinin 4-cü və 9-cu bəndləri məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 234.2-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01160 saylı Barışıq Sazişi aşağıdakı bəndləri təsdiq edilsin: -. tərəflərin birgə nikahlarından doğulmuş - 28 may 2017-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanması üçün İ tərəf - Maraqlı şəxs hər ay 400 manat məbləğində alimenti və uşaq təhsil müddətində hazırlığa getdiyi halda hər ay 60 manat hazırlıq pulunu ödəyəcək; İİ tərəf uşağın təhsilinə maneçilik törətməmək şərti ilə, həftədə 1 dəfə uşağın istəyi nəzərə alınaraq, İ tərəfin uşaqla ünsiyyətinin təşkilinə razılıq verir. Uşaq atasının yaşadığı evə 1 gecə qalmaq istədikdə İİ tərəf buna maneə törətməyəcəkdir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Əminə Abbasova