Məhkəmə qərarları › İş №e-2(011)-2430/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2430/2024

07.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2430/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh2 nümayəndəsi (vəkili) X1 Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:

1. xx.xx.2024-cü il tarixdə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və ərazidə tikinti işlərinin dayandırılmasına görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3.Tətbiq edilən hüquq: 43.2. bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3. hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

Məhkəmənin mövqeyi:

4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və ərazidə tikinti işlərinin dayandırılmasına görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(011)-2043/2024 saylı mülki işə birləşdirilməlidir.

5. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə vəsatət təqdim edərək hakim Samirə Eyvazovanın icraatında olan 2(011)-2430/2024 nömrəli və 2(011)-2043/2024 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti əsaslı hesab edir.

6. Belə ki, iş materiallarından aydın olur ki, xx.xx.2024-cü il tarixdə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və ərazidə tikinti işlərinin dayandırılmasına görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi hakim Samirə Eyvazovanın icraatına qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hakim Samirə Eyvazovanın icraatına götürülmüşdür.

7. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməli və hakim Samirə Eyvazovanın icraatında olan 2(011)-2430/2024 saylı mülki iş üzrə iddia tələbi 2(011)-2043/2024 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki 2(011)-2430/2024 saylı mülki iş, 2(011)- 2043/2024 saylı işə birləşdirilməlidir və 2(011)-2430/2024 saylı mülki iş üzrə icraata xitam verilməlidir.

7. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 43.2, 169.3, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair 2(011)- 2430/2024 nömrəli mülki iş İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və ərazidə tikinti işlərinin dayandırılmasına görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 2(011)- 2043/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Mülki işə 2(011)-2043/2024 nömrəsi verilsin.

2. 2(011)-2430/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin.

3. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar