Məhkəmə qərarları › İş №e-2(011)-2435/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2435/2025

07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2435/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. Məlumat üçün bildirir ki, cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə 16 saylı müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən ünvan 1 ünvananda çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzilə (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 108, M10 ünvandakı m1) dair X4 xx.xx.2005-ci il tarixdə bağlanmış müqaviləni öz razılıq ərizəsinə əsasən ləğv etmişdir. Buna uyğun olaraq mənzilin dəyəri (140.000 (yüz qırx min) AZN) İddiaçı tərəfindən X3 ödənmişdir. Belə ki, İddiaçı həmin mənzili əldə etdikdən sonra buna uyğun olaraq Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və xx.xx.2020-ci ildə mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Həmçinin bu mənzil İddiaçı tərəfindən əldə edilərkən tamamilə təmirsiz vəziyyətdə olmuşdur. Buna görə də mənzil İddiaçı tərəfindən tam təmir etdirilmiş və ümumilikdə təmir və yaxşılaşdırma üçün 100.000(yüz min) manat xərc çəkilmişdir. Sözügedən mənzili tam təmir etdirdikdən sonra, İddiaçı və onun ailəsi həmin mənzildə yaşamağa başlamışdırlar. Lakin xx.xx.2023-cü il tarixində icra məmuru ünvan 1 ünvananda çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzilə (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 108, M10 ünvandakı m1) gələrək bu mənzilin 2(001)-2405/2024 saylı, xx.xx.2019-cu il tarixli qətnamə ilə boşaldılaraq Cavabdeh Viladimiroviçin istifadəsinə və sahibliyinə verilməli olduğunu bildirmişdir. Məhz mənzilin xx.xx.2005-ci il tarixli, 47 saylı müqavilə əsasında Cavabdeh Viladimiroviçə satılmasını və bu məsələyə dair məhkəmə mübahisəsinin olduğu İddiaçı yalnız icra məmurları həmin mənzilə gəldikdən sonra məlum olmuşdur. Bundan sonra, Cavabdeh "xxxx" MTK, İddiaçı və Cəfərov Aqilə qarşı xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsin 19 fevral 2024-cü il tarixli, 2(001)- 1029/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Eyni qaydada Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3061/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(102)-3412/2024 nömrəli qərarı ilə 19 fevral 2024-cü il tarixli, 2(001)- 1029/2024 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır.

İddiaçının tələbi:

2. ünvan 1 ünvanındakı çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzilə (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 108, M10 ünvandakı m1) dair çəkdiyi 100.000 (yüz min) manat məbləğində təmir xərclərinin və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzilə (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 108, M10 ünvandakı m1) dair çəkdiyi 100000 (yüz min) AZN məbləğində təmir xərclərinin və ödənilmiş 390 (üç yüz doxsan) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə və ümumi 100390 (yüz min üç yüz doxsan) AZN pul tam şəkildə iddiaçıya ödənilənədək İddiaçı ünvan 1 ünvananda çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı, 37 saylı mənzil üzərində sahiblik və istifadə hüququnun qalmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanındakı mənzilə çəkilmiş 100.000 (yüz min) manat dəyərindəki təmir xərclərinin və ödənilmiş 390 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

Tərəflərin izahatı:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil öz izahatında iddiaçının 5 il əvvəl 180,85 kv.m sahəsi olan mənzil əldə etdiyini və həmin mənzili təmir etdirdiyini bildirmişdir. O mütəxəssis rəyi ilə razılaşmadığını evin təmiri üçün çəkilmiş xərcin ən az məbləğinin 90000 manat olduğunu bildirərək iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, həmin mənzildə hazırda iddiaçı yaşayır və məhkəmə qətnaməsi mövcud olduğu üçün yaxın vaxtlarda mənzildən çıxmalıdır.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. xx.xx.2020-ci il tarixli, № 16 saylı müqaviləyə əsasən Müqavilənin əsas predmeti ünvan 3 ünvanında çoxmərtəbəli yaşayış evinin (1-ci korpus), 1-ci blok, 9-cu mərtəbə ümumi tikinti sahəsi 180,85 kv.m olan, 4 otaqlı 37 saylı mənzildən ibarətdir. Mənzilin dəyəri 140 000 (bir yüz qırx min) manat təşkil edir və yeni "PAYÇİ" İddiaçı bu məbləği əvvəlki payçı X3 ödəyib.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 108, M10 ünvandakı m1) İddiaçı adına qeydiyyata alınmışdır.

10. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli. 2(001)-1029/2024 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdehlər "xxxx" MTK, İddiaçı və X3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər İdarəsini cəlb etməklə) “xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020- ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış ünvan 4 ünvanda çoxmərtəbəli yaşayış evinin (korpus 1), blok 1, 9-cu mərtəbə, ümumi sahəsi 180,85 kv.m olan 4 otaqlı, 37 saylı mənzilinə dair bağlanmış xx.xx.2020-ci il tarixli, 16 nömrəli müqavilə etibarsız hesab olunmuş, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020- ci il tarixli, 16 nömrəli müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş ünvan 1, ev 21, mənzil 37, giriş 1 (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 108, M10, m1), ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış (qeydiyyat) ləğv edilmiş, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu mütənasib olaraq cavabdehlər "xxxx" MTK, İddiaçı və X2 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-3061/2024 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(001)-1029/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-3412/2024 saylı qərarına əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2024-cü il tarixli 2(103)- 3061/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 100/Mİ/25 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21, 37 saylı mənzilin (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 108, M10 ünvandakı m1) təmirinə çəkilmiş xərclərin bazar qiyməti 78100 (yetmiş səkkiz min yüz) manat təşkil edir.

14. Mülki iş materiallarına əlavə edilmiş fotoşəkillər və digər materiallar.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

18. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.

19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

20. İddia tələbi mənzilə çəkilmiş xərclərlə bağlıdır. Məhkəmə iddia tələbinin hüquqi əsasını araşdıraraq hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsasını əsassız varlanma təşkil edir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında hər hansı müqavilə bağlanmamış, cavabdehin hərəkət və ya hərəkətsizliyi əsasında iddiaçıya hər hansı zərər dəyməmişdir. İddiaçının təmir edib, hal-hazırda yaşadığı mənzilin cavabdehə məxsus olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. (§12)Məhkəmə qərarlarının mətnindən də görünür ki, cavabdeh təmirsiz mənzil əldə etmiş, iddiaçı isə onu təmir etdirmişdir. 21.Göründüyü kimi cavabdeh tərəf iddiaçının hesabına əsassız varlanmışdır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. İddiaçının tələbi ünvan 2 ünvanındakı mənzilə çəkilmiş 100.000 (yüz min) manat dəyərindəki təmir xərclərinin və ödənilmiş 390 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsidir. Lakin mülki işin gedişində əldə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 100/Mİ/25 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 21, 37 saylı mənzilin (yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 108, M10 ünvandakı m1) təmirinə çəkilmiş xərclərin bazar qiyməti 78100 (yetmiş səkkiz min yüz) manat təşkil edir. Məhkəmə mütəxəssi rəyinə əsasən iddia tələbini 78100 (yetmiş səkkiz min yüz) manat həcmində əsaslı hesab edir.

23. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 ünvan 2 ünvanındakı mənzilə çəkilmiş 78100 (yetmiş səkkiz min yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq yəni, 324,30 (üç yüz iyirmi dörd manat otuz qəpik) cavabdeh X1 tutularaq İddiaçı ödənilməlidir.

26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. Cavabdeh 78100 (yetmiş səkkiz min yüz manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 324,30 (üç yüz iyirmi dörd manat otuz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar