Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2568/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi X4 Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X10 ilə Maraqlı şəxs olmaqla barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs oğlu ilə Məmmədova (keçmiş soyadı İsaqova) Fatimə Zöhrab qızı arasında mediasiya prosesi nəticəsində imzalanmış 27 noyabr 2024-cü il tarixli, MŞB/13/2024-0185 nömrəli barışıq sazişinin aşağıda qeyd edilən hissələrinin təsdiq edilməsi haqqında qətnamə qəbul edəsiniz. - Məmmədova (keçmiş soyadı İsaqova) Fatimə Zöhrab qızı Maraqlı şəxs ilə nikah dövründə birgə əldə edilmiş və X10 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, Həyat Park yaşayış kompleksində bina 5, giriş 9, mənzil 130 ümumi sahəsi 228 m2 olan 5 otaqlı mənzilini bağışlama yolu ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 mülkiyyətinə (notarial qaydada) keçirəcəyinə (bağışlayacayağına) dair öz üzərinə öhdəlik götürür. - Məmmədova (keçmiş soyadı İsaqova) Fatimə Zöhrab qızı Maraqlı şəxs ilə nikah dövründə birgə əldə olunan qeyri-yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının -1-ci (mənfi birinci) mərtəbəsində, giriş 4-də (dörddə) yerləşən ümumi sahəsi 116 m olan 7b nömrəli zirzəminin (qeyri-yaşayış sahəsi), qeyri-yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının 1-ci (birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 72.8 m olan qeyri-yaşayış sahəsinin və yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının 4-cü (dördüncü) giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172.55 m2 olan 55 saylı mənzilinin tikintisini həyata keçirən "xxxx" MTK-nə yazılı müraciət edərək müqavilə üzrə alınmış əmlakları Birinci və İkinci tərəfin birgə mülkiyyətinə keçirməsinə, həmçinin ikinci tərəf Maraqlı şəxs tərəfindən təmir edilməklə icarəyə veriləcəyinə və əldə olunan gəlirlərin tərəflər arasında 50 faiz olmaqla bölünməsinə razıdır. - Məmmədova (keçmiş soyadı İsaqova) Fatimə Zöhrab qızı Bakı şəhəri, Abşeron rayonu, Fatmayi kəndində yerləşən bir yerdə hasara alınmış hər biri 0,16 ha (**********33 və **********37 dövlət reyestr nömrəli) ümumi sahəsi isə yarımçıq tikili olan bağ evi ilə birlikdə 0,32 ha olan torpaq sahəsinin satılaraq tərəflər arasında bölünməsinə razıdır. - Maraqlı şəxs Bakı şəhəri, Xətai rayon, Gəncə prospekti, ev 45, mənzil 130, 76.33 m ünvanında olan 2 otaqlı mənzildən qeydiyyatdan çıxarılmasına və Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, Həyat Park yaşayış kompleksində bina 5, giriş 9, mənzil 130 ümumi sahəsi 228 m2 olan 5 otaqlı mənzildə yaşayış yeri üzrə qeydiyyata düşməsinə razıdır. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Məmmədova (keçmiş soyadı İsaqova) Fatimə Zöhrab qızı Maraqlı şəxs ilə 10 oktyabr 2009-cu ildə Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha girmiş, nikah 919 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Tərəflərin birgə nikahlarından 2 uşaqları xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Maraqlı şəxs ərizəçi ilə yaşadığı ilk vaxtlarda münasibətləri normal olmuş, adi bir ailə kimi həyatlarını davam etdirmişlər. Lakin, son illər ərzində onların münasibətləri gərginləşməyə doğru getmiş, aralarında soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz-söhbət yaşanmış və hazırda vəziyyət dözülməz həddə çatmışdır. Bundan sonra mediasiya təşkilatı tərəfindən 27 noyabr 2024-cü il tarixində mediasiya prosesi keçirilmişdir. Həmin mediasiya prosesində ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-0185 nömrəli Barışıq sazişi imzalanmışdır. Qeyd olunan barışıq sazişinə əsasən: 1. Birinci tərəf: X1 imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə № 919 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. 2. Birinci tərəf: X1 imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3. Birinci tərəf: X1 imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşağa görə 1000 (bir min) AZN olmaqla ona ümumilikdə 2000 (iki min) AZN aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu ödənişləri İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan Bank kartı hesabına ödəyəcəyi ilə razıdır. 4. Birinci tərəf: X1 imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 orta təhsillərinin illik ödənişlərini İkinci tərəfin qarşılayacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5. Birinci tərəf: X1 imzalandıqdan sonra İkinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə xx.xx.2024-cü il tarixdən etibarən (uşaqların mənafeyi nəzərə alınaraq) vaxt məhdudiyyəti qoyulmadan İkinci tərəf (ataları) Maraqlı şəxs ilə (ananın iştirakı olmadan) ünsiyyətdə olmalarına (telefon əlaqəsi saxlamalarına, görüşmələrinə və s.) şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 6. Birinci tərəf: X1 imzalandıqdan sonra 15 (on beş) gün müddətində İkinci tərəflə birgə nikah dövründə əldə edilmiş və X10 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, Həyat Park yaşayış kompleksində bina 5, giriş 9, mənzil 130 ümumi sahəsi 228 m2 olan 5 otaqlı mənzilini bağışlama yolu ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 mülkiyyətinə (notarial qaydada) keçirəcəyinə (bağışlayacayağına) dair öz üzərinə öhdəlik götürür. 7. Birinci tərəf: X1 imzalandıqdan sonra 15 (on beş) gün müddətində İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah dövründə əldə olunan qeyri-yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının -1-ci (mənfi birinci) mərtəbəsində, giriş 4-də (dörddə) yerləşən ümumi sahəsi 116 m olan 7b nömrəli zirzəminin (qeyri-yaşayış sahəsi), qeyri-yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının 1-ci (birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 72.8 m olan qeyri-yaşayış sahəsinin və yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının 4-cü (dördüncü) giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172.55 m2 olan 55 saylı mənzilinin tikintisini həyata keçirən "xxxx" MTK-nə yazılı müraciət edərək müqavilə üzrə alınmış əmlakları Birinci və İkinci tərəfin birgə mülkiyətə keçirməsinə, həmçinin ikinci tərəf Maraqlı şəxs tərəfindən təmir edilməklə icarəyə veriləcəyinə və əldə olunan gəlirlərin tərəflər arasında 50 faiz olmaqla bölünməsinə razıdır. 8. Birinci tərəf: X10 Bakı şəhəri, Abşeron rayonu, Fatmayi kəndində yerləşən bir yerdə hasara alınmış hər biri 0,16 ha (**********33 və **********37 dövlət reyestr nömrəli) ümumi sahəsi isə yarımçıq tikili olan bağ evi ilə birlikdə 0,32 ha olan torpaq sahəsinin satılaraq tərəflər arasında bölünməsinə razıdır. 9. Birinci tərəf: Bu saziş imzalandıqdan sonra İkinci tərəfin ünvan 1 ünvanında olan 2 otaqlı mənzildən qeydiyyatdan çıxarılmasına və Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, Həyat Park yaşayış kompleksində bina 5, giriş 9, mənzil 130 ümumi sahəsi 228 m2 olan 5 otaqlı mənzildə yaşayış yeri üzrə qeydiyyata düşməsinə razıdır. 10. Birinci tərəf: Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və İkinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Həmçinin, Birinci tərəf F.İsaqova İkinci tərəfin bu saziş üzrə öhdəliklərini icra etmədiyi təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (saziş şərtlərini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. 1.İkinci tərəf: İsaqov X7 imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı X10 ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində xx.xx.2009-cu il tarixdə № 919 qeydi ilə bağlanan nikahın pozulmasına (ləğv edilməsinə) razıdır. 2.İkinci tərəf: İsaqov X7 imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı X10 ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 onun (ananın) yanında (himayəsində) qalmalarına razıdır. 3.İkinci tərəf: İsaqov X7 imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı X10 ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəfə xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 10-dək hər uşağa görə 1000 (bir min) AZN olmaqla ona ümumilikdə 2000 (iki min) AZN aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Bu ödənişləri Birinci tərəfin təqdim edəcəyi və Birinci tərəfə məxsus olan Bank kartı hesabına ödəyəcəyi ilə razıdır. 4.İkinci tərəf: İsaqov X7 imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı X10 ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 orta təhsillərinin illik ödənişlərini qarşılayacağına dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. 5.İkinci tərəf: İsaqov X7 imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı X10 ilə birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə xx.xx.2024-cü il tarixdən etibarən (uşaqların mənafeyi nəzərə alınaraq) vaxt məhdudiyyəti qoyulmadan Birinci tərəfin iştirakı olmadan ünsiyyətdə olmağa (telefon əlaqəsi saxlamalarına, görüşmələrinə və s.) şərait yaradılacağına dair Birinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 6.İkinci tərəf: İsaqov X7 imzalandıqdan sonra 15 (on beş) gün müddətində Birinci tərəflə birgə nikah dövründə əldə edilmiş və Birinci tərəf X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, Həyat Park yaşayış kompleksində bina 5, giriş 9, mənzil 130 ümumi sahəsi 228 m2 olan 5 otaqlı mənzilin bağışlama yolu ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 mülkiyyətinə (notarial qaydada) keçməsinə dair Birinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. 7.İkinci tərəf: İsaqov X7 imzalandıqdan sonra 15 (on beş) gün müddətində Birinci tərəf X10 ilə birgə nikah dövründə əldə olunan qeyri-yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının 1-ci (mənfi birinci) mərtəbəsində, giriş 4-də (dörddə) yerləşən ümumi sahəsi 116 m olan 7b nömrəli zirzəminin (qeyri-yaşayış sahəsi), qeyri-yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının 1-ci (birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 72.8 m olan qeyriyaşayış sahəsinin və yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının 4-cü (dördüncü) giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172.55 m2 olan 55 saylı mənzilinin tikintisini həyata keçirən keçirən "xxxx" MTK-nə yazılı müraciət edərək müqavilə üzrə alınmış əmlakları Birinci və İkinci tərəfin birgə mülkiyətə keçirməsinə, özü tərəfindən təmir edilməklə icarəyə veriləcəyinə və əldə olunan gəlirlərin tərəflər arasında 50 faiz olmaqla bölünməsinə dair öz üzərinə öhdəlik götürür. 8.İkinci tərəf: Maraqlı şəxs Bakı şəhəri, Abşeron rayonu, Fatmayi kəndində yerləşən bir yerdə hasara alınmış hər biri 0,16 ha (**********33 və **********37 dövlət reyestr nömrəli) ümumi sahəsi isə yarımçıq tikili olan bağ evi ilə birlikdə 0,32 ha olan torpaq sahəsinin satılaraq tərəflər arasında bölünməsinə dair öz üzərinə öhdəlik götürür. 9.İkinci tərəf: İsaqov X7 imzalandıqdan sonra ünvan 1 ünvanında olan 2 otaqlı mənzildən qeydiyyatdan çıxmağı və Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, Həyat Park yaşayış kompleksində bina 5, giriş 9, mənzil 130 ümumi sahəsi 228 m2 olan 5 otaqlı mənzildə yaşayış yeri üzrə qeydiyyata düşməyi öz öhdəsinə götürür. Bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını təsdiq edir. Birinci tərəfin bu saziş üzrə 5-ci bəndlərdə əks edilən öhdəliklərini icra etmədiyi təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (saziş şərtlərini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı Birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır və buna etiraz etmir. 10. İkinci tərəf: Bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Birinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Həmçinin, İkinici tərəf Maraqlı şəxs Birinci tərəfin bu saziş üzrə öhdəliklərini icra etmədiyi təqdirdə aidiyyəti məhkəməyə müraciət etmək (saziş şərtlərini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Nikahın pozulması (ləğv edilməsi) ilə bağlı aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. Onu da qeyd edim ki, Maraqlı şəxs qarşı iddiaçı Ərizəçi Xətai rayon Məhkəməsində “nikahın pozulması və birgə nikahdan olan uşağın ananın himayəsində saxlanılması” tələbi ilə iddia qaldırmış və Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-6471-2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş və tərəflər arasında olan nikaha xitam verilmişdir. Hal-hazırda 27 noyabr 2024-cü il tarixli, MŞB/13/2024-0185 nömrəli Barışıq sazişinin məcburi icrası üçün həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər, bununla belə, ərizəçinin nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılması və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesi nəticəsində tərəflər X10 və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli MŞB/13/2024-001805 saylı Barışıq sazişi bağlanmışdır, saziş hər iki tərəf və mediator tərəfindən imzalanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyir, əks halda təsdiqdən imtina edir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 saylı qərarının 47-ci bəndi). X2 Sazişinin təsdiq edilməsini xahiş etdiyindən və maraqlı şəxs də buna etiraz etmədiyindən həmin hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi müəyyən hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X10 və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq sazişi” aşağıdakı məzmunda təsdiq edilsin: - 6. Birinci tərəf: X1 imzalandıqdan sonra 15 (on beş) gün müddətində İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah dövründə əldə edilmiş və X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, Həyat Park yaşayış kompleksində bina 5, giriş 9, mənzil 130 ümumi sahəsi 228 m2 olan 5 otaqlı mənzilini bağışlama yolu ilə xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 mülkiyyətinə (notarial qaydada) keçirəcəyinə (bağışlayacayağına) dair öz üzərinə öhdəlik götürür. - 7. Birinci tərəf: X1 imzalandıqdan sonra 1 5 (on beş) gün müddətində İkinci tərəf Maraqlı şəxs ilə birgə nikah dövründə əldə olunan qeyri-yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının -1-ci (mənfi birinci) mərtəbəsində, giriş 4-də (dörddə) yerləşən ümumi sahəsi 116 m2 olan 7b nömrəli zirzəminin (qeyri-yaşayış sahəsi), qeyri-yaşayış sahəsinin Tikintisinə və Satışına dair xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının 1-ci (birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 72.8 m2 olan qeyri-yaşayış sahəsinin və yaşayış sahəsinin Tikintisinə və Satışına dair 30.06.202 1-ci il tarixli müqaviləsinə əsasən alınmış 7 mərtəbəli yaşayış binasının 4-cü (dördüncü) giriş, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172.55 m2 olan 55 saylı mənzilinin tikintisini həyata keçirən "xxxx" MTK-nə yazıh müraciət edərək müqavilə üzrə alınmış əmlakları Birinci və İkinci tərəfin birgə mülkiyətə keçirməsinə, həmçinin ikinci tərəf Maraqlı şəxs tərəfindən təmir edilməklə icarəyə veriləcəyinə və əldə olunan gəlirlərin tərəflər arasında 50 faiz olmaqla bölünməsinə razıdır. - 8. Birinci tərəf: X10 Bakı şəhəri, Abşeron rayonu, Fatmayi kəndində yerləşən bir yerdə hasara alınmış hər biri 0,16 ha (**********33 və **********37 dövlət reyestr nömrəli) ümumi sahəsi isə yarımçıq tikili olan bağ evi ilə birlikdə 0,32 ha olan torpaq sahəsinin satılaraq tərəflər arasında bölünməsinə razıdır. - 9. Birinci tərəf: Bu saziş imzalandıqdan sonra İkinci tərəfin ünvan 1 ünvanında olan 2 otaqlı mənzildən qeydiyyatdan çıxarılmasına və Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi, Həyat Park yaşayış kompleksində bina 5, giriş 9, mənzil 130 ümumi sahəsi 228 m2 olan 5 otaqlı mənzildə yaşayış yeri üzrə qeydiyyata düşməsinə razıdır. Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2568/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2568/2025
07.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver