Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3188/2023 13.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X4 qızının katibliyi, Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizə və onun dəlilləri: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 9 saylı mediasiya təşkilatında mediasiya reyestrində M-00143 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə bağladıqları 10 fevral 2023-cü il tarixli barışıq sazişinin alimentin tutulması hissəsində məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında rəsmi nikah 08 iyun 2013-cü il tarixdə 913 nömrə ilə Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikahdan 24 oktyabr 2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra bir müddət araları yaxşı olmuş, sonradan 2022-ci ilin may ayında münasibətlər tam pozulmuşdur, onlar hazırda ayrı yaşayırlar. Tərəflər arasında Bakı 9 saylı mediasiya təşkilatında mediasiya reyestrində M-00143 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə 10 fevral 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən tərəflər arasında nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan birgə nikahdan doğulmuş 24 oktyabr 2014cü il təvəllüdlü X3 anasının yanında qalması və uşaq üçün atadan hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq anaya verilməsi barədə razılıq əldə edilmişdir. Bundan sonra Xətai Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli 2(011)-2218/2023 saylı qətnaməsi ilə tərəflərin arasındakı nikahın pozulması qət edilmişdir. 10 fevral 2023-cü il tarixli barışıq sazişində uşaqları üçün hər ay 220 manat sabit pul məbləğində alimentin atadan tutulub anaya verilməsi barədə Maraqlı şəxs öhdəlik götürməsinə, həmin tarixdən xeyli müddət keçməsinə baxmayaraq, o, bu günə qədər alimenti ödəmir, yəni alimentin tutulması hissəsində barışıq sazişinin könüllü icrasından imtina edir. Daha sonra ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 9 saylı Mediasiya təşkilatında bağlanmış 10 fevral 2023-cü il tarixli barışıq sazişinin alimentin tutulması hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. O, izahatında bildirdi ki, Maraqlı şəxs barışıq sazişini icra etmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hal-hazırda birgə nikahdan olan uşaq anasının himayəsində yaşayır. Maraqlı şəxslər Maraqlı şəxs və Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Göründüyü kimi Ərizəçi və Maraqlı şəxs 08 iyun 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 24 oktyabr 2014-cü il təvəllüdlü X5 anadan olmuşdur. Tərəflər arasında mediasiya prosesi nəticəsində 10 fevral 2023-cü il tarixli, MŞB/9/2023- 00183 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, atadan uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin ananın xeyrinə tutulması barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı ərizəçinin vəkili və nümayəndəsinin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından doğulmuş X5 anası Ərizəçi himayəsində yaşayır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Maraqlı şəxs hər ay 220 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında 10 fevral 2023-cü il tarixli, MŞB/9/2023-00183 nömrəli barışıq sazişi alimentin tutulması hissəsində təsdiq edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 10 fevral 2023-cü il tarixli, MŞB/9/2023- 00183 nömrəli Barışıq sazişi alimentin tutulması hissəsində aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1. Tərəflər razılığa gəlirlər ki, Maraqlı şəxs övladları 24 oktyabr 2014-cü il təvəllüdlü X1 üçün 220 (iki yüz iyirmi) manat alimenti Ərizəçi ödəyəcəkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq uşaqlar üçün yaşayış minimumuna uyğun alimentin məbləğinə yenidən baxıla (artırıla, azaldıla, dayandırıla və s.) bilər. Bu barədə müvafiq qaydada məhkəmədə iddia qaldırılana qədər razılaşdırılmış aliment məbləği dəyişdirilə bilməz. 1.2. Maraqlı şəxs alimenti hər ayın birinci həftəsi ödəyəcək. 1.3. Maraqlı şəxs alimenti Ərizəçi poçtla və ya bank hesabına köçürməklə ödəyəcək. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3188/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3188/2023
13.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver