Məhkəmə qərarları › İş №e-2(011)-3286/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3286/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3286/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 24.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 09 iyul 2014-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin 1/7 hissəsi şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus həyət evindən 2021-ci ilin iyul ayından 2023-cü ilin may ayı daxil olmaqla cavabdeh İddiaçı pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması (real zərər), habelə hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində kirayə kimi əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) kimi 21 ay ərzində hər ay 300 manat kirayə pulu əvəzi olaraq vurulmuş ziyana görə 6300 manat pulun tutulub iddiaçıya ödənilməsi, məhkəməyə ödədiyi 83 manat dövlət rüsumunun İddiaçı tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında 2(011)-3286/2023 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına 06 aprel 2023-cü il tarixdə daxil olmuşdur. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evin 1/7 hissəsindən İddiaçı, onun ailə üzvlərinin və digər şəxslərin çıxarılması və evin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi əsasında 2(010)-443/2023 saylı mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatına 02 fevral 2022-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 vəsatət ilə müraciət edərək, hazırkı mülki işlə Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-443/2023 saylı mülki işin birləşdirilməsi və Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 vəsatətin təmin edilməməsini, işə Xətai Rayon Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 vəsatəti təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3286/2023 saylı mülki iş üzrə ilkin və qarşılıqlı iddia tələbi Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2 (010)-443/2023 saylı mülki iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-443/2023 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3286/2023 saylı mülki işlə; Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-443/2023 saylı mülki iş bir icraatda birləşdirilsinlər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar