Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3527/2023 21.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı məhkəmə iclas katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh1,”KAT HOLDİNQ” MMC və Cavabdeh3 qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdeh “Cavabdeh1,”KAT HOLDİNQ” MMC və Cavabdeh3 qarşı Cavabdeh2 MMC-dən, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 28 950 manat maddi zərərin, 5000 (beş min) manat mənəvi zərərin, 2023-cü ilin may ayından başlayaraq, qətnamənin faktiki icra gününədək hər ay üçün 600 manat məbləğin tutularaq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, o, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3133/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina № 29-da yerləşən 34 №-li mənzilin İddiaçı mülkiyyətinə verilməsi üçün zəruri olan əqdin notariat qaydasında bağlanması vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5369/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3133/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(103)-3133/2021 saylı məktubu ilə, icra vərəqəsi verilərək, Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. İcra sənədinin icrasına cavabdehlər tərəfindən süni və qərəzli maneələrin yaradılması və "xxxx" MMCnin qanuni təmsilçisi barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh edilməsi, Xətai rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, № xx/xx-288829/19 saylı məktubu ilə bildirilmişdir ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı "xxxx" MMC-nin hazırkı direktoru Şöbəyə dəvət olunmuş, icra sənədinin icrası ondan tələb olunmuşdur. O, bildirmişdir ki, "xxxx" MMC-nin əvvəlki direktorunun yol verdiyi qanunsuz hərəkətlərə görə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işinin istintaqı aparılmış, bununla əlaqədar möhür prokurorluq tərəfindən götürüldüyündən, məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. O, əlavə olaraq bildirmişdir ki, həmin iş hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.” Bakı Ağır Cinayətlər Məhkəməsinə edilmiş müraciətə cavab olaraq həmin məhkəmənin hakimi Faiq Qəniyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki“..... İş üzrə ittiham və müdafiə tərəfinə aid olan bütün proses iştirakçıları, o cümlədən "xxxx" MMC-nin təsisçiləri olan təqsirləndirilən şəxs Cavabdeh3 və zərərçəkmiş şəxs Cavabdeh1, "xxxx" MMC-nin sabiq direktoru olan təqsirləndirilən şəxs X2 və hazırki direktoru, həm də zərərçəkmiş hüquqi şəxsin qanuni təmsilçisi olan X1 məhkəmə iclasında möhürün qaytarılması ilə bağlı məsələyə münasibətlərini ifadə edərək israrla cəmiyyət tərəfindən hazırda heç bir maliyyə-təsərrüfat fəaliyyəti həyata keçirilmədiyini bildirməklə araşdırılan ittihamlar üzrə yekun qərar qəbul edilənədək "xxxx"MMC-nin möhürünün hər hansı şəkildə qaytarılmasının əleyhinə olmaları ilə bağlı qəti mövqe ifadə etmişlər. Bakı şəhəri Xətai rayon məhkəməsininxx.xx.2022-ci il tarixli, 3(011)-1142/2022 saylı Qərarı ilə vəzifəli şəxs kimi Cavabdeh2 MMC-nin rəhbəri X1 Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edildi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1221/2022 saylı Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 3(011)-1142/2022 saylı qərarı dəyişdirilmədən saxlanıldı. Cavabdehlər tərəfindən hal-hazıradək qanuni qüvvədə olan məhkəmə qətnaməsi qərəzli surətdə icra edilmir, mənzil iddiaçıya təhvil verilmir. Bundan əlavə, Cavabdeh2 MMC-nin fəaliyyəti dayandırılaraq qəsdən bərpa edilmir, təsisçilər tərəfindən cəmiyyətə qanuni təmsilçi təyin edilmir. Belə hərəkətlərin də yeganə məqsədi qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmaqdır. Cavabdehlərin hərəkətsizliyi nəticəsində iddiaçıya böyük miqdarda maddi və mənəvi zərər də vurulmuşdur. Belə ki, 58 aydır ki, iddiaçı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit edilmiş mülkiyyət hüququnu həyata keçirə bilmir. Bu müddət ərzində, iddiaçı həmin mənzili kirayə verməklə və digər formada gəlir əldə edə bilərdi. Əmlak kirayəsinə dair internet resurslardan əldə edilən məlumatlardan da göründüyü kimi, iddiaçının mənzilinin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqı 600 manatdan aşağı deyil. Mülki hüquq münasibətlərinin subyektləri kimi cavabdehlər öz hüquq və vəzifələrini vicdanla həyata keçirmədiyindən, həmçinin onların hərəkət və hərəkətsizliklərinin məqsədi iddiaçıya ziyan vurmaq niyyəti olduğundan və bunların nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulduğundan həmin zərərin əvəzi də cavabdehlərdən tutulmalıdır. 22. İddia verilən tarixə iddiaçıya dəymiş maddi zərər məbləği hər ay üçün 600 manat olmaqla, 4 il üçün (2018-ci ilin iyun ayından 2023-cü ilin aprel ayına kimi) ən azı 34 800 (otuz dörd min səkkiz yüz) manat təşkil edir. (600 AZN x 58 ay =34 800). Cavabdehlərin etirazının dəlilləri Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3133/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin olunaraq, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina № 29-da yerləşən 34 №-li mənzilin İddiaçı mülkiyyətinə verilməsi üçün zəruri olan əqdin notariat qaydasında bağlanması vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5369/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3133/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(103)-3133/2021 saylı məktubu ilə, icra vərəqəsi verilərək, Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Buna baxmayaraq Cavabdeh2 MMC tərəfindən icra vərəqəsi üzrə tələb hələ də icra edilməmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(011)-1142/2022 saylı Qərarı ilə vəzifəli şəxs kimi Cavabdeh2 MMC-nin rəhbəri X1 Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edildi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1221/2022 saylı Qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 3(011)-1142/2022 saylı qərarı dəyişdirilmədən saxlanıldı. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. . Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məhkəmənin mövqeyi Məhkəmə iddiaya vurulmuş maddi zərərin əvəzi olaraq 28950 manat və 2023-cü ilin may ayından qətnamənin faktiki icra gününədək hər ay üçün 600 manat məbləğin tutularaq İddiaçı verilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia iddiasında mübahisəli mənzili kirayə verərək əldə edə biləcəyi gəlirdən məhrum olduğunu iddia edir, halbuki Azərbaycan Respublikası qanunvericiliyi dəymiş maddi zərər dedikdə, iddiaçıya dəymiş real zərər nəzərdə tutulur. İddiaçı sözü gedən mənzili kirayə verməyə hazırlaşdığı, bununla bağlı hər hansı bir şəxslə danışıqların aparıldığı və ya müqavilələrin bağlanıldığına dair hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, formal mülahizələrə əsaslanan maddi zərərin ödənilməsi ilə bağlı hazırkı iddia əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə cavabdehlərdən 5000 manat mənəvi zərərin tutulması və iddiaçıya ödənilməsi ilə bağlı hissəyə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər və mülki iş materiallarında görünür ki, Cavabdeh2 MMC (103)-3133/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə üzərində qoyulan öhdəliyi icra etmir, bununla bağlı cəmiyyətin məsul rəhbəri rəhbəri X1 Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bu işin mübahisəsiz halıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 MMC-nin məsul rəhbər işçiləri tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsini iddiaçının xeyrinə icra etməkdən qərəzli şəkildə yayındığına görə iddiaçı uzun müddətdir ki, mülkiyyətində olan əmlakdan məhrum edilmiş, uzun sürən məhkəmə proseslərinə və qətnamənin icrası ilə bağlı proseslərə cəlb edilmişdir, bunun nəticəsində isə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə zərərin ödənilməsi öhdəliyi Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3133/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh olan hüquqi şəxsə qarşı yönəldilə bilər. Digər cavabdehlərdən təsisçilər Pocius Povilias və Cavabdeh3 hazırkı mülki iş üzrə təqsiri müəyyən edilmədiyinə görə, iddia onlara münasibətdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməli, Cavabdeh2 MMC-dən İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaiti Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3527/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3527/2023
21.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver