Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3595/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı “cehiz əşyalarının və şəxsi əşyaların tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xüsusi mülkiyyətində olan cavabdeh X4 tərəfindən istifadə olunan Xətai rayonu, R.Məmmədov küçəsi, ev 24, mənzil 68 ünvanında cavabdehlər tərəfindən saxlanılan, ona məxsus olan aşağıda qeyd olunan; qonaq dəsti-Artem mebel-Embawood 2018-ci il (2 servant, 1 kamot, 1 televizor altlığı); divan-Madeyra 2018-ci il; masa-Atrem mebel Embawood 2018-ci il; 6 ədəd stul Artem mebel- Embawood 2018-ci il; yataq dəsti 1 taxt, 1 şifoner, 2 tumbuçka, 1 kamot, 2 gecə lampası Artem mebel Embawood 2018-ci il; mətbəx stolu və 4 ədəd stul; tək çarpayı Embawood 2018-ci il; uşaq mebeli 1 beşik, 1 şifoner Türkiyə 2019-cu il; 3 ədəd çilçıraq; 2 otaq üçün pərdə; LG 108 ekran televizor Koreya 2018-ci il; LG 6 kq-lıq paltaryuyan maşın Koreya 2018-ci il; BEKO qapyuyan maşın Türkiyə 2018-ci il; LG soyuducu Koreya 2018-ci il; qaz sobası Türkiyə 2018-ci il; soba Türkiyə 2018-ci il; aspirator xarici istehsal 2018-ci il; mikrodalğalı soba Koreya 2018-ci il; tozsoran WEST Almaniya 2018-ci il; ütü WEST Almaniya 2018-ci il; şirə çəkən WEST Almaniya 2018-ci il; ətçəkən maşın WEST Almaniya 2018-ci il; ütü vurmaq üçün masa İran İslam Respublikası; miksel WEST Almaniya 2018-ci il; qazan dəsti 4 dəst (1 dəst WEST Almaniya, 1 dəst TAC Türkiyə, 2 dəst çuqun Türkiyə); 2 ədəd xarici istehsal balaca xalça; 2 ədəd xarici istehsal böyük xalça; 3 dəst yorğan-döşək; 8 ədəd tük balınc; taxt üçün 1 dəst yorğan-döşək; taxt üçün 2 ədəd tük balınc; 1 nəfərlik çarpayı üçün 6 dəst yorğan üzü-mələfə; 2 nəfərlik taxt üçün 2 dəst yorğan üzü-mələfə; 4 ədəd ədyal Xarici istehsal; 10 ədəd dəsmal dəsti Türkiyə istehsalı; 10 ədəd stol örtüyü dəsti Türkiyə istehsalı; 4 dəst çay dəsmalı; 2 ədəd taxt örtüyü Türkiyə istehsalı; su üçün xrustal qədəh dəsti; şirə üçün qədəh dəsti; şampan üçün qədəh dəsti; 4 ədəd xrustal mürəbbə, 6 ədəd konfet qapı Belarusiya istehsalı; 12 ədəd xrustal armudu stəkan Belarusiya istehsalı; 18 ədəd xrustal taraş stəkan Belarusiya istehsalı; 30 ədəd nəlbəki Belarusiya istehsalı; 4 ədəd xrustal meyvə qapı Belarusiya istehsalı; 2 ədəd xrustal güldan Belarusiya istehsalı; 24 ədəd limon və mürəbbə üçün razetka; “Gəlincik” xörək servisi Türkiyə istehsalı; 5 ədəd xrustal çərəz qabı Belarusiya istehsalı; 12 ədəd tort, 4 ədəd şirniyyat qabı; 2 ədəd podnos Türkiyə istehsalı; 2 ədəd çemodan qaşıq dəsti Türkiyə istehsalı; 55 ədəd əldə işlətmək üçün boşqab; bıçaq dəsti; çömçə dəsti; 5 ədəd çaynik; 3 ədəd qəhvədan; 2 ədəd aşsüzən; 2 ədəd çörək qabı, 4 ədəd tas, 2 oxlov və taxtası; 2 ədəd şüşə külqabı; mətbəxdə işlədilən ələk, tyorka, ədviyyat qapları, 2 ədəd zibil qabı, 2 ədəd taxta qaşıq və sair; 6 dəst plastik mətbəx naboru İran İslam Respublikası istehsalı; gümüş dəst-cehiz əşyalarının (adları qeyd olunmayan, lakin mənzildə saxlanılan əşyalar) və fərdi istifadəsində olan (geyim, ayaqqabı, bəzək əşyaları, kitablar və s. şəxsi əşyalar) cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh X4 ilə xx xxxxx 2018-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində 686 nömrəli qeyd ilə nikahları rəsmiləşdirilmişdir. Birgə nikahdan xx xxxxxx 2019-cu il tarixində X5 anadan olmuşdur. Cavabdeh Elgün Qasımov ilə aralarında münasibətlər gərginləşdiyindən və birgə yaşayış mümkün olmadığından, Lerik Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(048)-577/2019 saylı qətnaməsi əsasında tərəflər arasındakı nikah qeydi pozulmuş, xx xxxxxx 2019-cu il təvəllüdlü X5 iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı 2018-ci ildə nikahları rəsmiləşdirildikdən sonra şəxsiyyət vəsiqəsi əsasında Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda düşmüşdür. Ev həmin vaxt təmir olunduğu səbəbindən qısa müddətdən sonra iddiaçının valideynləri tərəfindən ona hədiyyə şəklində verilmiş cehiz əşyaları və ona hədiyyə olaraq alınmış şəxsi istifadə üçün nəzərdə tutulmuş geyim əşyaları, fərdi istifadə üçün nəzərdə tutulmuş sair əşyalar, habelə kitabları və sair fərdi istifadəsində olan əşyalar ünvan 1 ünvanında yerləşən mənzilə yerləşdirilmişdir. Eyni zamanda bu mənzildə iddiaçı keçmiş həyat yoldaşı ilə birlikdə yaşamışdır. Ailə başçısı Cavabdeh1 Fatmayı kəndində fərdi evi olduğundan, onların ailələrinə məxsus əmlaklar həmin fərdi evdə yerləşdirilmişdir. Cavabdeh1 xüsusi mülkiyyətində olan mənzildə saxlanılan və iddiaçıya məxsus cehiz əşyaları bunlardan ibarətdir: qonaq dəsti-Artem mebel-Embawood 2018-ci il (2 servant, 1 kamot, 1 televizor altlığı); divan-Madeyra 2018-ci il; masa-Atrem mebel Embawood 2018-ci il; 6 ədəd stul Artem mebel- Embawood 2018-ci il; yataq dəsti 1 taxt, 1 şifoner, 2 tumbuçka, 1 kamot, 2 gecə lampası Artem mebel Embawood 2018-ci il; mətbəx stolu və 4 ədəd stul; tək çarpayı Embawood 2018-ci il; uşaq mebeli 1 beşik, 1 şifoner Türkiyə 2019-cu il; 3 ədəd çilçıraq; 2 otaq üçün pərdə; LG 108 ekran televizor Koreya 2018-ci il; LG 6 kq-lıq paltaryuyan maşın Koreya 2018-ci il; BEKO qapyuyan maşın Türkiyə 2018-ci il; LG soyuducu Koreya 2018-ci il; qaz sobası Türkiyə 2018-ci il; soba Türkiyə 2018-ci il; aspirator xarici istehsal 2018-ci il; mikrodalğalı soba Koreya 2018-ci il; tozsoran WEST Almaniya 2018-ci il; ütü WEST Almaniya 2018-ci il; şirə çəkən WEST Almaniya 2018-ci il; ətçəkən maşın WEST Almaniya 2018-ci il; ütü vurmaq üçün masa İran İslam Respublikası; miksel WEST Almaniya 2018-ci il; qazan dəsti 4 dəst (1 dəst WEST Almaniya, 1 dəst TAC Türkiyə, 2 dəst çuqun Türkiyə); 2 ədəd xarici istehsal balaca xalça; 2 ədəd xarici istehsal böyük xalça; 3 dəst yorğan-döşək; 8 ədəd tük balınc; taxt üçün 1 dəst yorğan-döşək; taxt üçün 2 ədəd tük balınc; 1 nəfərlik çarpayı üçün 6 dəst yorğan üzü-mələfə; 2 nəfərlik taxt üçün 2 dəst yorğan üzü-mələfə; 4 ədəd ədyal Xarici istehsal; 10 ədəd dəsmal dəsti Türkiyə istehsalı; 10 ədəd stol örtüyü dəsti Türkiyə istehsalı; 4 dəst çay dəsmalı; 2 ədəd taxt örtüyü Türkiyə istehsalı; su üçün xrustal qədəh dəsti; şirə üçün qədəh dəsti; şampan üçün qədəh dəsti; 4 ədəd xrustal mürəbbə, 6 ədəd konfet qapı Belarusiya istehsalı; 12 ədəd xrustal armudu stəkan Belarusiya istehsalı; 18 ədəd xrustal taraş stəkan Belarusiya istehsalı; 30 ədəd nəlbəki Belarusiya istehsalı; 4 ədəd xrustal meyvə qapı Belarusiya istehsalı; 2 ədəd xrustal güldan Belarusiya istehsalı; 24 ədəd limon və mürəbbə üçün razetka; “Gəlincik” xörək servisi Türkiyə istehsalı; 5 ədəd xrustal çərəz qabı Belarusiya istehsalı; 12 ədəd tort, 4 ədəd şirniyyat qabı; 2 ədəd podnos Türkiyə istehsalı; 2 ədəd çemodan qaşıq dəsti Türkiyə istehsalı; 55 ədəd əldə işlətmək üçün boşqab; bıçaq dəsti; çömçə dəsti; 5 ədəd çaynik; 3 ədəd qəhvədan; 2 ədəd aşsüzən; 2 ədəd çörək qabı, 4 ədəd tas, 2 oxlov və taxtası; 2 ədəd şüşə külqabı; mətbəxdə işlədilən ələk, tyorka, ədviyyat qapları, 2 ədəd zibil qabı, 2 ədəd taxta qaşıq və sair; 6 dəst plastik mətbəx naboru İran İslam Respublikası istehsalı, gümüş dəst. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə qismən etiraz edərək, qismən təmin olunmasını xahiş etdi. O, öz izahatında üç otaqdakı çilçıraq və üç pərdənin onlara məxsus olduğunu, birlikdə aldıqlarını, soyuducunu, paltaryuyanı, qabyuyanı, aspiratoru verməyə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx xxxxx 2018-ci il tarixdə cavabdeh X4 ilə rəsmi nikaha daxil olmuş, ona məxsus olan cehiz əşyaları, fərdi istifadəsində olan əşyalar digər Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 24, 68 saylı mənzilə yerləşdirilmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı və cavabdeh X2 arasında olan nikah pozulmuşdur. İddiaçıya məxsus əşyalar hazırda Cavabdeh1 məxsus mənzildə qalmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə:onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.1-ci maddəsinə əsasən nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ərarvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ərarvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Məhkəmə iclasında müyyən olundu ki, tərəflər arasında nikah müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə cavabdeh tərəfin iddia tələbini qismən etiraf etməsini əsas tutaraq MPM-in 191.3cü maddəsinə istinad edilməsini zəruri hesab edir. Qeyd edilən maddəyə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tələb edilən əmlaklar: qonaq dəsti-Artem mebel-Embawood 2018-ci il (2 servant, 1 kamot, 1 televizor altlığı); divan-Madeyra 2018-ci il; masa-Atrem mebel Embawood 2018-ci il; 6 ədəd stul Artem mebel- Embawood 2018-ci il; yataq dəsti 1 taxt, 1 şifoner, 2 tumbuçka, 1 kamot, 2 gecə lampası Artem mebel Embawood 2018-ci il; mətbəx stolu və 4 ədəd stul; tək çarpayı Embawood 2018-ci il; uşaq mebeli 1 beşik, 1 şifoner Türkiyə 2019-cu il; 1 ədəd çilçıraq; 1 otaq üçün pərdə; LG 108 ekran televizor Koreya 2018-ci il; LG 6 kq-lıq paltaryuyan maşın Koreya 2018-ci il; BEKO qapyuyan maşın Türkiyə 2018-ci il; LG soyuducu Koreya 2018-ci il; qaz sobası Türkiyə 2018-ci il; soba Türkiyə 2018-ci il; aspirator xarici istehsal 2018-ci il; mikrodalğalı soba Koreya 2018-ci il; tozsoran WEST Almaniya 2018-ci il; ütü WEST Almaniya 2018-ci il; şirə çəkən WEST Almaniya 2018-ci il; ətçəkən maşın WEST Almaniya 2018-ci il; ütü vurmaq üçün masa İran İslam Respublikası; miksel WEST Almaniya 2018-ci il; qazan dəsti 4 dəst (1 dəst WEST Almaniya, 1 dəst TAC Türkiyə, 2 dəst çuqun Türkiyə); 2 ədəd xarici istehsal balaca xalça; 2 ədəd xarici istehsal böyük xalça; 3 dəst yorğan-döşək; 8 ədəd tük balınc; taxt üçün 1 dəst yorğan-döşək; taxt üçün 2 ədəd tük balınc; 1 nəfərlik çarpayı üçün 6 dəst yorğan üzü-mələfə; 2 nəfərlik taxt üçün 2 dəst yorğan üzü-mələfə; 4 ədəd ədyal Xarici istehsal; 10 ədəd dəsmal dəsti Türkiyə istehsalı; 10 ədəd stol örtüyü dəsti Türkiyə istehsalı; 4 dəst çay dəsmalı; 2 ədəd taxt örtüyü Türkiyə istehsalı; su üçün xrustal qədəh dəsti; şirə üçün qədəh dəsti; şampan üçün qədəh dəsti; 4 ədəd xrustal mürəbbə, 6 ədəd konfet qapı Belarusiya istehsalı; 12 ədəd xrustal armudu stəkan Belarusiya istehsalı; 18 ədəd xrustal taraş stəkan Belarusiya istehsalı; 30 ədəd nəlbəki Belarusiya istehsalı; 4 ədəd xrustal meyvə qapı Belarusiya istehsalı; 2 ədəd xrustal güldan Belarusiya istehsalı; 24 ədəd limon və mürəbbə üçün razetka; “Gəlincik” xörək servisi Türkiyə istehsalı; 5 ədəd xrustal çərəz qabı Belarusiya istehsalı; 12 ədəd tort, 4 ədəd şirniyyat qabı; 2 ədəd podnos Türkiyə istehsalı; 2 ədəd çemodan qaşıq dəsti Türkiyə istehsalı; 55 ədəd əldə işlətmək üçün boşqab; bıçaq dəsti; çömçə dəsti; 5 ədəd çaynik; 3 ədəd qəhvədan; 2 ədəd aşsüzən; 2 ədəd çörək qabı, 4 ədəd tas, 2 oxlov və taxtası; 2 ədəd şüşə külqabı; mətbəxdə işlədilən ələk, tyorka, ədviyyat qapları, 2 ədəd zibil qabı, 2 ədəd taxta qaşıq və sair; 6 dəst plastik mətbəx naboru İran İslam Respublikası istehsalı cavabdehlər X1 və Cavabdeh1 alınaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iclasında cavabdeh tərəf 3 otaq üçün çilçıraq və 3 otaq üçün pərdənin onlara məxsus olduğunu, həmin əşyaların birlikdə alındığını, həmin əşyaların verilməsinə etiraz etdiyini, lakin 1 çilçıraq və 1 ədəd pərdənin iddiaçıya verilməsinə razı olduğunu bildirmişdir. İddiaçı 3 ədəd pərdənin və 3 ədəd çilçırağın cavabdehdə qalmasını və ona qaytarılmamasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədi və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədi. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, 1 ədəd çilçıraq və 1 ədəd pərdə cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Eyni zamanda, iddiaçı tərəf 120 manat dəyərində olan gümüş dəstin cavabdehdə qalmasını və ona qaytarılmamasını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədi və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədi. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki-prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qonaq dəsti-Artem mebel-Embawood 2018-ci il (2 servant, 1 kamot, 1 televizor altlığı); divan-Madeyra 2018-ci il; masa-Atrem mebel Embawood 2018-ci il; 6 ədəd stul Artem mebel- Embawood 2018-ci il; yataq dəsti 1 taxt, 1 şifoner, 2 tumbuçka, 1 kamot, 2 gecə lampası Artem mebel Embawood 2018-ci il; mətbəx stolu və 4 ədəd stul; tək çarpayı Embawood 2018-ci il; uşaq mebeli 1 beşik, 1 şifoner Türkiyə 2019-cu il; 1 ədəd çilçıraq; 1 otaq üçün pərdə; LG 108 ekran televizor Koreya 2018-ci il; LG 6 kq-lıq paltaryuyan maşın Koreya 2018-ci il; BEKO qapyuyan maşın Türkiyə 2018-ci il; LG soyuducu Koreya 2018-ci il; qaz sobası Türkiyə 2018-ci il; soba Türkiyə 2018-ci il; aspirator xarici istehsal 2018-ci il; mikrodalğalı soba Koreya 2018-ci il; tozsoran WEST Almaniya 2018-ci il; ütü WEST Almaniya 2018-ci il; şirə çəkən WEST Almaniya 2018-ci il; ətçəkən maşın WEST Almaniya 2018-ci il; ütü vurmaq üçün masa İran İslam Respublikası; miksel WEST Almaniya 2018-ci il; qazan dəsti 4 dəst (1 dəst WEST Almaniya, 1 dəst TAC Türkiyə, 2 dəst çuqun Türkiyə); 2 ədəd xarici istehsal balaca xalça; 2 ədəd xarici istehsal böyük xalça; 3 dəst yorğan-döşək; 8 ədəd tük balınc; taxt üçün 1 dəst yorğan-döşək; taxt üçün 2 ədəd tük balınc; 1 nəfərlik çarpayı üçün 6 dəst yorğan üzü-mələfə; 2 nəfərlik taxt üçün 2 dəst yorğan üzü-mələfə; 4 ədəd ədyal Xarici istehsal; 10 ədəd dəsmal dəsti Türkiyə istehsalı; 10 ədəd stol örtüyü dəsti Türkiyə istehsalı; 4 dəst çay dəsmalı; 2 ədəd taxt örtüyü Türkiyə istehsalı; su üçün xrustal qədəh dəsti; şirə üçün qədəh dəsti; şampan üçün qədəh dəsti; 4 ədəd xrustal mürəbbə, 6 ədəd konfet qapı Belarusiya istehsalı; 12 ədəd xrustal armudu stəkan Belarusiya istehsalı; 18 ədəd xrustal taraş stəkan Belarusiya istehsalı; 30 ədəd nəlbəki Belarusiya istehsalı; 4 ədəd xrustal meyvə qapı Belarusiya istehsalı; 2 ədəd xrustal güldan Belarusiya istehsalı; 24 ədəd limon və mürəbbə üçün razetka; “Gəlincik” xörək servisi Türkiyə istehsalı; 5 ədəd xrustal çərəz qabı Belarusiya istehsalı; 12 ədəd tort, 4 ədəd şirniyyat qabı; 2 ədəd podnos Türkiyə istehsalı; 2 ədəd çemodan qaşıq dəsti Türkiyə istehsalı; 55 ədəd əldə işlətmək üçün boşqab; bıçaq dəsti; çömçə dəsti; 5 ədəd çaynik; 3 ədəd qəhvədan; 2 ədəd aşsüzən; 2 ədəd çörək qabı, 4 ədəd tas, 2 oxlov və taxtası; 2 ədəd şüşə külqabı; mətbəxdə işlədilən ələk, tyorka, ədviyyat qapları, 2 ədəd zibil qabı, 2 ədəd taxta qaşıq və sair; 6 dəst plastik mətbəx naboru İran İslam Respublikası istehsalı cavabdehlər X1 və Cavabdeh1 alınaraq iddiaçıya təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, nə gədər ki iddia qismən təmin edilmişdir, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat tərəflər arasında bölüşdürülməlidir. Odur ki, ödənilmiş 30 manatın 10 manatı İddiaçı özünə aid edilməli, 20 manatı isə cavabdehlər X1 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı tələb etdiyi əmlaklar: qonaq dəsti-Artem mebel-Embawood 2018-ci il (2 servant, 1 kamot, 1 televizor altlığı); divan-Madeyra 2018-ci il; masa-Atrem mebel Embawood 2018-ci il; 6 ədəd stul Artem mebel- Embawood 2018-ci il; yataq dəsti 1 taxt, 1 şifoner, 2 tumbuçka, 1 kamot, 2 gecə lampası Artem mebel Embawood 2018-ci il; mətbəx stolu və 4 ədəd stul; tək çarpayı Embawood 2018-ci il; uşaq mebeli 1 beşik, 1 şifoner Türkiyə 2019-cu il; 1 ədəd çilçıraq; 1 otaq üçün pərdə; LG 108 ekran televizor Koreya 2018-ci il; LG 6 kq-lıq paltaryuyan maşın Koreya 2018-ci il; BEKO qapyuyan maşın Türkiyə 2018-ci il; LG soyuducu Koreya 2018-ci il; qaz sobası Türkiyə 2018-ci il; soba Türkiyə 2018-ci il; aspirator xarici istehsal 2018-ci il; mikrodalğalı soba Koreya 2018-ci il; tozsoran WEST Almaniya 2018-ci il; ütü WEST Almaniya 2018-ci il; şirə çəkən WEST Almaniya 2018-ci il; ətçəkən maşın WEST Almaniya 2018-ci il; ütü vurmaq üçün masa İran İslam Respublikası; miksel WEST Almaniya 2018-ci il; qazan dəsti 4 dəst (1 dəst WEST Almaniya, 1 dəst TAC Türkiyə, 2 dəst çuqun Türkiyə); 2 ədəd xarici istehsal balaca xalça; 2 ədəd xarici istehsal böyük xalça; 3 dəst yorğan-döşək; 8 ədəd tük balınc; taxt üçün 1 dəst yorğan-döşək; taxt üçün 2 ədəd tük balınc; 1 nəfərlik çarpayı üçün 6 dəst yorğan üzü-mələfə; 2 nəfərlik taxt üçün 2 dəst yorğan üzü-mələfə; 4 ədəd ədyal Xarici istehsal; 10 ədəd dəsmal dəsti Türkiyə istehsalı; 10 ədəd stol örtüyü dəsti Türkiyə istehsalı; 4 dəst çay dəsmalı; 2 ədəd taxt örtüyü Türkiyə istehsalı; su üçün xrustal qədəh dəsti; şirə üçün qədəh dəsti; şampan üçün qədəh dəsti; 4 ədəd xrustal mürəbbə, 6 ədəd konfet qapı Belarusiya istehsalı; 12 ədəd xrustal armudu stəkan Belarusiya istehsalı; 18 ədəd xrustal taraş stəkan Belarusiya istehsalı; 30 ədəd nəlbəki Belarusiya istehsalı; 4 ədəd xrustal meyvə qapı Belarusiya istehsalı; 2 ədəd xrustal güldan Belarusiya istehsalı; 24 ədəd limon və mürəbbə üçün razetka; “Gəlincik” xörək servisi Türkiyə istehsalı; 5 ədəd xrustal çərəz qabı Belarusiya istehsalı; 12 ədəd tort, 4 ədəd şirniyyat qabı; 2 ədəd podnos Türkiyə istehsalı; 2 ədəd çemodan qaşıq dəsti Türkiyə istehsalı; 55 ədəd əldə işlətmək üçün boşqab; bıçaq dəsti; çömçə dəsti; 5 ədəd çaynik; 3 ədəd qəhvədan; 2 ədəd aşsüzən; 2 ədəd çörək qabı, 4 ədəd tas, 2 oxlov və taxtası; 2 ədəd şüşə külqabı; mətbəxdə işlədilən ələk, tyorka, ədviyyat qapları, 2 ədəd zibil qabı, 2 ədəd taxta qaşıq; 6 dəst plastik mətbəx naboru İran İslam Respublikası istehsalı cavabdehlər X1 və Cavabdeh1 alınaraq iddiaçıya təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manatı onun özünə aid edilsin, 20 manatı isə cavabdehlər X1 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3595/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3595/2020
16.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver