Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3747/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Saeidan Borzuya qarşı “əmlak və ya pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Saeidan Borzuya oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək, 2009-cu il buraxılışlı, **-MF-*** dövlət qeydiyyat nişanlı “BMW 750” minik markalı (Ban nömrəsi: WBAKB810X9CY54258) nəqliyyat vasitəsinin Cavabdeh1 qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq iddiaçıya verilməsi, həmçinin dövlət rüsumu olaraq ödənilən 100 (yüz) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonda iddia tələblərinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 2009-cu il buraxılışlı, **-MF-*** dövlət qeydiyyat nişanlı “BMW 750” minik markalı (Ban nömrəsi: WBAKB810X9CY54258) nəqliyyat vasitəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Saeidan Borzunun qanunsuz sahibliyindən (istifadəsindən) alınaraq iddiaçıya verilməsi, verilmədiyi təqdirdə nəqliyyat vasitəsinin bazar dəyərinin, 17000 (on yeddi min) manatın cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulması, həmçinin dövlət rüsumu olaraq ödənilən 100 (yüz) manatın müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh2 iddiaçının mülkiyyətində olan 2009-cu il buraxılışlı, **-MF-*** dövlət qeydiyyat nişanlı“BMW 750” minik markalı (Ban nömrəsi: WBAKB810X9CY54258) avtomobillə bağlı etibarnamə verilmiş, sonuncu isə 14 aprel 2024-cü il tarixdə Cavabdeh1 sürmək üçün etibarnamə vermişdir. İddiaçı tərəfindən avtomobilinin geri qaytarması ilə bağlı dəfələrlə tələb olmasına baxmayaraq, cavabdeh tərəfindən tələbə əhəmiyyət verilməmişdir. Belə olduqda, iddiaçı tərəfindən müvafiq etibarnamələrə xitam verilsə də, avtomobil hələ də Cavabdeh1 qanunsuz sahibliyində qalmış və o, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsini geri qaytarmaqdan hər vəchlə boyun qaçırır. İddiaçı pozulmuş mülkiyyət hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, iddiaçının mülkiyyətin olan avtomobil son olaraq Cavabdeh1 etibarnamə əsasında verilmişdir. Maşının ona verildiyini Cavabdeh1 özü də etiraf etmişdir. Bundan başqa Cavabdeh1 məhkəmə iclasında qeyd etmişdir ki, hazırda maşın onda deyildir. Bununla bağlı ona sual veriləndə cavabında demişdir ki, maşının kimdə olmasından məlumatlı deyildir, bir gün səhər həyətə daxil olanda maşının həyətdə olmadığını, aparıldığını bildirmişdir. Bununla bağlı isə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir və maşının onda olmamasını sübutları da təqdim etməmişdir. Cavabdeh Həsən Hüseynli özünü vicdanlı alıcı hesab edir. Lakin tərəflər arasında alqısatqı müqaviləsi olmamışdır, maşın ona etibarnamə əsasında verilmişdir. Maşını alma qaydası düzgün olmamışdır. Çünki mediada və digər resurslarda bildirilir ki, nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi bağlansın, etibarnamə onu verən şəxs tərəfindən ləğv edilə bilər. Bundan başqa Saeidan Borzu adlı şəxsi də keçən məhkəmə iclasında cavabdeh kimi qoymuşlar. Hazırda maşın kimdə olması mübahisə mövzusudur. Ona görə maşını hər üçündən tələb edirlər. Cavabdehlər özləri də maşının dəyərinin 17.000 manat olduğunu bildirirlər. Göründüyü kimi maşının dəyəri ilə bağlı mübahisə yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, avtomobil ona həqiqətən verilmişdir. Lakin hazırda maşın onda deyildir. Maşının itməsi ilə bağlı ona köməklik edilməsi üçün maraqlanmış, lakin ona məlumat verilməmişdir. Bundan başqa danışıqlar zamanı iddiaçının qardaşı dediyi sözləri təkrar edərək, nə olursaolsun maşını ondan geri götürəcəyini bildirmişdir. Çünki sənədi olmayan maşın heç kimə lazım deyildir. Hazırkı iddiadan elə başa düşür ki, onlar əsassız olaraq varlanmaq istəyirlər. Əlavə olaraq bildirmişdir ki, məhkəmədən kənar iddiaçının atası ilə danışmağa çalışmış, lakin o, danışığa gəlməmışdir. Maşın vaxtilə faktiki olaraq onda olmuşdur. Maşın həyətdən yoxa çıxandan sonra burda qeyd etdiklərini polis orqanında bildirmiş, lakin cinayət işinin başlanmasından rədd edilmişdir. O, maşını 16.500 manata Cavabdeh2 almışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, o, maşını 16.500 manata Cavabdeh1 satmışdır. Həmin maşın 1 ay evlərində olmuş, sonra ehtiyac olmadığından maşını satmaq üçün elana qoymuşdur. Bundan sonra Cavabdeh1 ona zəng etmiş, maşına baxış keçirmişlər. Həmin zaman Cavabdeh1 maşını 17.000 manata aldığını, 500 manat aşağı qiymət olmaqla, 16.500 manata da ona satacağını bildirmişdir. Bundan sonra halallaşmışlar və oturub çay içmişlər. Sonradan ona məlum olmuşdur ki, etibarnamə ləğv edilib. Bununla bağlı o, Cavabdeh1 məlumatının olmadığını, hətta maşının sahibini tanımadığını bildirmişdir. Daha sonra artıq məhkəmə mübahisəsi başlanılmışdır. Cavabdeh Saeidan Borzu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumunu ödəmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə dair sərəncam hüququ haqqında etibarnamə ilə 2009-cu il buraxılışlı **-MF-*** qeydiyyat nömrəli, “BMW 750” minik markalı nəqliyyat vasitəsi üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları mülkiyyətçi X3 tərəfindən Saeidan Borzuya etibarnamə ilə verilmişdir. Həmin etibanamə xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olmuşdur. “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə dair sərəncam hüququ haqqında etibarnamə ilə 2009-cu il buraxılışlı **-MF-*** qeydiyyat nömrəli, “BMW 750” minik markalı nəqliyyat vasitəsi üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları Saeidan Borzu tərəfindən X2 etibarnamə ilə verilmişdir. Həmin etibanamə xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olmuşdur. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, 2009-cu il buraxılışlı **-MF-*** qeydiyyat nömrəli, “BMW 750” minik markalı nəqliyyat vasitəsi üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə ilə verilmişdir. Həmin etibarnamə xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olmuşdur. “Elektron notariat” X1 çıxarışdan görünür ki,xx.xx.2024-cü il tarixində İddiaçı Bakı şəhəri 11 saylı notariat ofisinə müraciət etmiş və onun müraciəti əsasında xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnaməyə xitam verilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh1 müraciətləri əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasından rədd edilmişdir. Həmin qərarda yer almış Cavabdeh1 izahatından görünür ki, şikayətçi 2 ay bundan qabaq turbo.az saytında BMW markalı 750 seriyalı **-MF-*** d.q.n avtomobil satdıqda görmüşdür. Həmin şəxslə telefon əlaqəsi yaradıb, onunla Binəqədi qəsəbəsəsində yerləşən “Tesla” servisində görüşmüşdür. Söhbət əsnasında satan şəxs özünü Hüseyn kimi təqdim etmişdir. Cavabdeh1 almaq istədiyi avtomobilə baxdıqdan sonra avtomobili deyilən məbləğə yəni, 16.500 manata almağa razılaşdı. Gələcəkdə də aldığı avtomobili öz adına keçirtmək istəyəndə, satan şəxs yəni Fətəli İsmayılov öz razılığını vermişdir. Vət.Cavabdeh1 oğlu qeyd etmişdir ki, BMW markalı 750 seriyalı **-MF-*** d.q.n avtomobili etibarnamə əsasında almışdır. Həmin etibarnamənin müddəti xx.xx.2024-cü il tarixədək qeyd olunmuşdur. Qeyd olunan müddət bitdikdə sonra, vət.Cavabdeh1 avtomobilə məxsus sənədlərdə olan şəxsə yəni İddiaçı qardaşı Rzaxan adlı şəxsi tapıb və ona bu məsələni nəzərinə çatdırdı. Sonuncu bu məsələdən ümumiyyətlə xəbəri olmadığını, avtomobilin bacısı Fidana məxsus olmasını və təmir olunması üçün müvəqqəti digər şəxsə etibarnamə verməsini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya)öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilənməhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəstsurətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli fərmanı ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması” qaydaları təsdiq edilmişdir. Həmin qaydalarda göstərilmişdir ki, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, yaxud konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu şəkildə qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2009-cu il buraxılışlı **-MF-*** qeydiyyat nömrəli, “BMW 750” minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı olmuşdur. O, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə dair sərəncam hüququ haqqında etibarnamə ilə qeyd edilə nəqliyyat vasitəsini üzərinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları Saeidan Borzuya vermişdir. Saeidan Borzu da xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə dair sərəncam hüququ haqqında etibarnamə ilə qeyd edilən nəqliyyat vasitəsi üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları Saeidan Borzu tərəfindən X2 etibarnamə ilə verilmişdir. Həmin etibanamə xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olmuşdur xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə ilə qeyd edilən nəqliyyat vasitəsi üzərində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqları Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə ilə verilmişdir. Həmin etibarnamə xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olmuşdur. xx.xx.2024-cü il tarixində İddiaçı Bakı şəhəri 11 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnaməyə xitam verilmişdir. Hazırda iddiaçı mülkiyyət hüquqlarının pozulduğunu əsas gətirərək, qeyd edilən nəqliyyat vasitəsini, həmin nəqliyyat vasitəsi olmadıqda isə maşının dəyərini cavabdehlərdən tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir və iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Həmin dispoziya şərtləri aşağıdakılarından ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi avtomobilin mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı avtomobilin cavabdehlərin birgə və yaxud onlardan hansınınsa birinin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehlərin avtomobilə sahiblik hüquqları qanunsuz olmalıdır. Nəzərə almaq lazımdır ki, avtomobil daşmar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi özlüyündə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasının, eləcə də mülkiyyət hüququnun həqiqətən adına etibarnamə verilmiş şəxsdə olduğunun sübutu kimi qəbul edilə bilməz. Həmin etibarnamə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir. Belə ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Odur ki, yuxarıda qeyd edilən hallar və Mülki Məcəllənin 164.1-ci maddəsi iş üzrə İddiaçı hüquq verir ki, öz əmlakını tələb etsin. Məhkəmə hesab edir ki, qeyd edilən nəqliyyat vasitəsi məhz Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında mübahisəz şəkildə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi sonuncu dəfə Cavabdeh1 faktiki olaraq verilmiş, nəqliyyat vasitəsinin dair sərəncam hüququ barəsində ona etibarnamə verilmiş və maşının müqabilində 16.500 manat pul vermişdir. Bundan başqa məhkəmə iclasında Cavabdeh1 maşının evinin həyətində aparıldığını və hazırda maşının kimdə olmasından məlumatı olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, bu hissədə sübutetmə yükü Cavabdeh1 üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bundan başqa məhkəmə nəqliyyat vasitəsinin Cavabdeh1 naturada alınmasının qeyri-mümkün olduğu təqdirdə, iddiaçının mülkiyyət hüquqlarının qorunması və qətnamənin gələcəkdə icrasız qalmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, **- MF-*** dövlət qeydiyyat nişanlı “BMW 750” minik markalı dəyəri olaraq 16.500 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, yuxarıda qeyd edilən əsaslardan iddiaçının əmlakından məhrum olması, bununla da ona ziyan dəyməsi öz təsdiqini tapmışdır. Həmçinin maşının dəyəri ilə bağlı tərəflər arasında mübahisə olmadığından maşının dəyərinin 16.500 manat hesablanmasını məhkəmə ədalətli hesab edir. Odur ki, iddia qismən təmin edilməli, iddiaçının mülkiyyətində olan 2009-cu il buraxılışlı, **-MF-*** dövlət qeydiyyat nişanlı “BMW 750” minik markalı (Ban nömrəsi: WBAKB810X9CY54258) nəqliyyat vasitəsi məhz Cavabdeh1 alınaraq İddiaçı verilməli, verilmədiyi təqdirdə nəqliyyat vasitəsinin bazar dəyəri olan 16500 (on altı min beş yüz) manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçının mülkiyyətində olan 2009-cu il buraxılışlı, **-MF-*** dövlət qeydiyyat nişanlı “BMW 750” minik markalı (Ban nömrəsi: WBAKB810X9CY54258) nəqliyyat vasitəsi Cavabdeh1 alınaraq İddiaçı verilsin, verilmədiyi təqdirdə nəqliyyat vasitəsinin bazar dəyəri olan 16500 (on altı min beş yüz) manat iddiaçının xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3747/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3747/2025
29.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver