Məhkəmə qərarları › İş №e-2(011)-3852/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3852/2023

07.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3852/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 24 avqust 1967-cı il təvəllüdlü X4 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum həyat yoldaşı X12 24 avqust 1967-ci il tarixdə Azərbaycan Respublikası, Qax rayonu, Şotavar kəndində doğulmuşdur. O, 19 sentyabr 2022-ci il tarixdə, yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. Həmin vaxt Bakı şəhəri Təcili və X8 xidmətinin 7 saylı Yardımçı Stansiyasının əməkdaşları gəlmiş və vəfat etmə faktı ilə bağlı sənəd təqdim etmişlər. Mərhum 20 sentyabr 2022-ci il tarixdə Qax rayonu, Şotavar kəndinin qəbiristanlığında dəfn edilmiş, Qax RİH Qorağan kənd inzibati ərazi dairəsi və Qorağan Bələdiyyəsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli arayışlar da bu faktı təsdiq edir. Ölüm haqqında şəhadətnamənin əldə edilməsi üçün Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X3 müraciət edilmiş, lakin qeydiyyat şöbəsinin 03 oktyabr 2022-ci il tarixli məktubu ilə şəhadətnamənin təqdim edilməsindən imtina edilmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi X21 Bakı Baş Səhiyyə Mərkəzi X21 6 nömrəli şəhər poliklinikası tərəfindən ünvanlanmış 03 oktyabr 2022-ci il tarixli məktubda mərhumun ölümü haqqında sənədi (forma 106) verilə bilmədiyi göstərilmişdir. Hazırda ölüm haqqında şəhadətnamənin əldə edilməsinə zərurət var. Belə ki, vərəsəlik hüququnun həyata keçirilməsi başda olmaqla, bir sıra sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamə əldə edilməlidir. Bu səbəbdən də ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Ərizəçi vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 6 Saylı Bakı “Asan Xidmət” X9 tərəfindən məhkəməyə ərizə ünvanlaraq, məhkəmə iclasının şöbənin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X7 məxsus olmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1967-ci il tarixdə Qax rayonunun Şotavar kəndində anadan olmuşdur. İş materiallarında olan Təcili və X8 Stansiyasının xx.xx.2022-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X4 həkimə qədər ölümü baş vermişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür k, X19 Nadirova xx.xx.1992-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Babayeva” soyadı verilmişdir. İş materiallarında olan 6 Saylı Bakı “Asan Xidmət” X9 tərəfindən X14 ünvanlanmış 05/Q-2015/15 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materillarında olan QAX RİH başçısının Qorağan kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, mərhum X12 xx.xx.1967-ci ildə Qax rayonu, Şotavar kəndində anadan olmuşdur. O, xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Şotavar kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Qax rayonu, Qorağan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, mərhum X12 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Mərhum Şotavar kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi ərazi X10” X21 “Bakı Baş Səhiyyə Mərkəzi” X21 6 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 222 nömrəli məktubun surətindən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olmuş 1967-ci il təvəllüdlü X7 ölüm haqqında sənəd (forma 106) verilə bilmir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, mərhum X4 qonşusu olmuşdur. X12 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, mərhum X4 qonşusu olmuşdur. X12 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum X4 qardaşıdır. X12 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 24 avqust 1967-cı il təvəllüdlü X4 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı ərizəçinin nümayəndəsinin və vəkilinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1990-ci il təvəllüdlü X6 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Qax rayonunda anadan olmuş X4 19 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar