Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4408/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Abbasova Əminə Rauf qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı əmlakı tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “Skoda Yeti minik” markalı **- LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz E220 minik” markalı, **-GK- *** dövlət qeydiyyat nişanlı avtomobillərin və ödənilmiş dövlət rüsumlarının (100,4 iddia ərizəsinə görə, 10,4 manat MMT-yə görə, 50,4 manat MTT-dən verilmiş şikayətə görə, etibarnaməyə görə 17,25 manat) əvəzi olaraq 178,45 manat məbləğindən pul vəsaitinin cavabdehlərin alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 xx.xx.2022ci il tarixdə vəfat etdiyini qeyd edərək, məhkəmədən həmin şəxsin cavabdehlərin sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni əsaslı hesab etmiş və təmin etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Skoda Yeti minik” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz E220 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil 2018-ci ilin iyul ayından İddiaçı xüsusi mülkiyyətindədir. Həmin avtomobilləri idarə etmək üçün qardaşı Cavabdeh1 və atası Cavabdeh2 etibarnamə vermişdi. Hər iki avtomobil faktiki olaraq qardaşı Cavabdeh1 istifadəsindədir. Hər iki avtomobilin idarə edilməsi üçün qardaşı Cavabdeh1 verdiyi etibarnamələri xx.xx.2022-ci il tarixində ləğv etdirmiş, atası Cavabdeh2 Qəribaxan oğluna verdiyi etibarnamənin isə müddəti bitmişdir. Avtomobillərin qaytarılmasını dəfələrlə şifahi və xx.xx.2022-ci il tarixdə rəsmi qayadada məktub göndərərək qardaşı Cavabdeh1 və atası Cavabdeh2 tələb etməyinə baxmayaraq bu günə kimi ona təhvil verilməmişdir. Cavabdeh1 İddiaçıi təhqir edərək “gör başına nə oyun açaram görərsən” sözləri ilə hədələmişdir. Onlar qonşu olduqlarına görə, hər gün avtomobilləri görür, səbirlə Cavabdeh1 avtomobillərin özünü, açarlarını və texniki pasportlarını qaytarılmasını gözləmişdir. 24 fevral 2022-ci il tarixdə Cavabdeh1 ona kobud ifadələrlə dolu SMS yazmış, və həmin tarixdən etibarən avtomobilləri görməmişdir. Ondan soruşanda isə “Bundan sonra maşınları çətin görərsən”,- dedi. Göründüyü kimi, cavabdehlər tərəfindən onun mülkiyyət hüququm kobud surətdə pozulmuşdur. 17 may 2022-ci il tarixdə tərəfimdən Bakı şəhəri Xətai rayon Məhkəməsinə hazırkı mübahisə predmeti olan maşınların üzrə həbs qoyularaq cərimə meydançasına yerləşdirilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-MTT(011)- 300/2022 nömrəli qərardadı ilə tərəfindən verilmiş ərizənin təmin edilməsi göstərilsə də, ərizə qismən təmin edilmişdir ( Ərizənin verilməsi üçün 10,4 azn dövlət rüsumu tərəfimdən ödənilmişdir.) 26 may 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-MTT(011)-300/2022 nömrəli qərardadından Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət vermişdir (şikayətin verilməsi üçün 50,4 azn dövlət rüsumu tərəfimdən ödənilmişdir). Qarşılıqlı iddia üzrə Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz E220 minik” markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətinə verilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101,0 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Skoda Yeti minik” markalı **-LJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz E220 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillər2018-ci ilin iyul ayınadək Cavabdeh1 xüsusi mülkiyyətində olub. 2018-ci ilin iyul ayında bacısı İddiaçılə münasibətləri yaxşı olduğu dövrdə özünün və atası Cavabdeh2 istifadəsində olan avtomobillərini bacısının adına keçirtmişdir və daha sonra hər ikisi bacısı tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdirlər. Daha sonra bacısı ilə münasibətləri pozulmuş və məhz bu səbəbdən avtomobillərin qarşılıqlı iddia üzrə iddiaçıdan alınması üçün o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia ərizəsini müdafiə edərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ilkin iddia əsaslı hesab edilərək təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, avtomobilə dair xx.xx.2011-ci il tarixdə X2, xx.xx.2012-ci il tarixdə isə İddiaçı etibarnamə verilmişdir (Azərbaycan Respublikası Daxili İşlər Nazriliyi Baş X11 xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş avtomobilə dair qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı). xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitənin alqı-satqı Müqavilə”nə əsasən Cavabdeh1 “Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 manat İddiaçı satmış, sonuncu tərəfindən Cavabdeh1 avtomobili idarə etmək üçün xx.xx.2018-ci il tarixdə etibarnamə verilmişdir (xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Daxili İşlər Nazriliyi Baş X11 xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş avtomobilə dair qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı). “Mercedes Benz E220” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 avtomobili idarə etmək üçün etibarnamə verilmişdir ((Azərbaycan Respublikası Daxili İşlər Nazriliyi Baş X11 xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş avtomobilə dair qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı). 3xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitənin alqı-satqı Müqavilə”nə əsasən Cavabdeh1 “Mercedes Benz E220” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili 8000 manat İddiaçı satmış, sonuncu tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh1, xx.xx.2018-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə X3 avtomobili idarə etmək üçün etibarnamələr verilmişdir (xx.xx.2018-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi, Azərbaycan Respublikası Daxili İşlər Nazriliyi Baş X11 xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş avtomobilə dair qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı). İddiaçı tərəfindən avtomobillərə dair Cavabdeh1 verilmiş etibarnamələrə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bunun üçün 20 manat məbləğində dövlət rüsumu, 3 manat məbləğində xidmət haqqı ödənilmişdir (“Elektron notariat” X1 Çıxarışlar, “Elektron Məhkəmə” İnformasiya sisteminin məlumatları). İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə hazırkı iddia ərizəsinin verilməsi üçün, həmçinin avtomobillərin üzərinə həbsin qoyulması barədə müvəqqəti təminat tədbiri ilə bağlı ərizələrin verilməsi üçün 160 manat məbləğində dövlət rüsumu ödəmiş, ödənişlər üzrə komissiya haqqı 1,20 manat təşkil etmişdir (xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli qəbzlər). mülki iş üzrə vəkilə verilmiş etibarnamənin rəsmiləşdirilməsi üçün notariusda 17,25 manat məbləğində haqq odəmişdir (AR-İİ seriyalı 683410 nömrəli etibarnamə). Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsini vermək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir ("xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qəbzi). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Adişrin oğlun məhkəmə iclasında verdiyi ifadəsində göstəmişdir ki, o, 18 ildir ki, İbadovlar ailəsinə məxsus obyektdə işləyir, Cavabdeh1 və İddiaçıi də həmin vaxtdan tanıyır. O, “Skoda Yeti mini” markalı, ağ rəngli avtomobili, avtomobil, təxminən 10 il əvvəl, alındığı vaxtdan Nadirdə görüb. Avtomobilin sənədlə kimə məxsus olduğunu bilməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, İddiaçıin və Cavabdeh1 qardaşıdır. “Mercedes E 220” markalı avtomobili, təxminən, 2008-ci ildə qardaşına alıblar. Daha sonra atası üçün alınan maşın onun ürəyincə olmadı, və o, “Mercedes E 220” markalı avtomobili atasına verdi ki sürsün. Cavabdeh1 isə 2010-cu ildə “Skoda” markalı avtomobil aldı və avtomobilə görə Nadirin adına krediti başladılar ödəməyə. Yəni, hər iki avtomobil qardaşının olub. Bundan sonra 2013-cü ildə o “Niva” markalı avtomobil aldı, daha sonra da satmışdır. Həmin adam başqasına satmış, o adamda avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və avtomobili Ağcabədidə gizlətmişdir. İşin vaxtı bitdiyinə görə bəzi əmlakları həbs qoymuşdular, onu isə 10 gün həbs verdilər. Bundan anası narahat oldu ki digər avtomobillərin üzərinə də həbs qoyula bilər, və anasının məsləhəti ilə avtomobilləri Nadirin adından çıxarıb Sevinci adına rəsmiləşdirdilər. Orada hər hansı pul məbləği ödənilməyib. O avtomobillərin dəyəri də o qədər olmayıb. “Skoda Yeti” markalı avtomobil ilə ciddi nəqliyyat hadisəsi baş vermiş və avtomobilə heç kim o qədər pul verməzdi. Məhkəmə qeyd edir ki, X6 tərəfindən X7 barəsində “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarları və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(011)-1862/2022 nömrəli Qərarı işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmadığına görə sübut kimi nəzərə alınmır. Məhkəmə İddiaçı Cavabdeh1 qarşı “Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz E220 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması tələbinə dair ilkin iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Yuxarıda istinad edilən qanunvericilik normasının mətnindən aydın olur ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması, əmlakın naturada mövcud olması və başqasının qanunsuz sahibliyində olması hallarında mümkün olur. Məhkəmə hesab edir ki, Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ilkin iddia üzrə iddiaçıya məxsus olduğu, həmin avtomobillərin hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığına görə iddia əsaslı hesab edilərək təmin edilməli, ilkin iddia üzrə iddiaçıya məxsus olan “Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh1 alınara İddiaçı qaytarılmalıdır. Məhkəmə ilkin iddiaya ödənilmiş dövlət rüsumlarının (100,4 iddia ərizəsinə görə, 10,4 manat MMT-yə görə, 50,4 manat MTT-dən verilmiş şikayətə görə, etibarnaməyə görə 17,25 manat) əvəzi olaraq 178,45 manat məbləğindən pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz E220 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətinə verilməsi barədə iddia tələbinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia bu hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən “Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısı barədə Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış, müvafiq olaraq xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən avtomobillər İddiaçı satılmış və onun mülkiyyəti kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyata alınmışdır. Mübahisəli avtomobillər hal-hazırda İddiaçı mülkiyyətindədir. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz E220 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətinə verilməsi barədə iddia tələbinə əsassızdır və rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101,0 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq X4 odənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia qalan hissədə təmin edilmədiyinə görə ödənilmiş dövlət rüsumu da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, ilkin iddia əsaslı hesab edilərək təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğuna görə rədd edilməlidr. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. “Skoda Yeti minik” markalı **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz E220 minik” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılsın. İddianın məhkəmə verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 178,45 (yüz yetmiş səkkiz manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə Cavabdeh1 cavabdeh İddiaçı qarşı “Skoda Yeti minik” markalı **- LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Mercedes Benz E220 minik” markalı, **-GK- *** dövlət qeydiyyat nişanlı avtomobillərin qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətinə verilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101,0 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-4408/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4408/2022
29.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver