Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-460/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4” Bakı filialının cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi və tələbin girov qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X4” Bakı filialı cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin 9.736,44 manat (bundan 9.231,13 manat vaxtı keçmiş borcu, 505.31 manat faiz borcu təşkil edir) məbləğində 25 oktyabr 2021-ci il tarixinə olan kredit borcunun və ödənilmiş 117.36 manat dövlət rüsumunun tutularaq “X4” Bakı filialına verilməsi, həmin tələbin kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilə yönəldilərək açıq hərrac vasitəsilə satılması, mənzilin qiymətləndirilməsi, hərrac vasitəsilə satıldıqdan sonra “X4” Bakı filialına olan borcunun ödənilməsi və satıldıqdan sonra bir ay müddətinə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4” Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 18 oktyabr 2018-ci il tarixli, 82 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 21 faiz ödəmək şərti ilə 36 ay müddətinə 14.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Zamin arasında 18 oktyabr 2018-ci il tarixli, 249 saylı zaminlik müqaviləsi və Cavabdeh arasında 18 oktyabr 2018-ci il tarixli, 82 saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan cədvəl üzrə 25 oktyabr 2021-ci il tarixə banka kredit borcu üzrə ödəniş olaraq 30.647,26 manat ödəniş yerinə yetirməli olmuş, lakin 25 oktyabr 2021-ci il tarixinə kimi borcalan tərəfindən banka 11.659 manat ödəniş həyata keçirilmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Cavabdeh ilə bağlanmış 18 oktyabr 2018-ci il tarixli, 82 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə öz öhdəliklərinin icra olunmasının təminatı kimi Cavabdeh ipoteka qoyana məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzili ipoteka olaraq təqdim etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin 11.119,56 manat (bundan 9.231,13 manat əsas, 1.888,43 manat faiz borcu təşkil edir) məbləğində borcu və ödənilmiş 117.36 manat dövlət rüsumunun tutulması, mənzilin qiymətləndirilməsi, həmin tutulmanın kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilə yönəldilərək hərrac vasitəsi ilə satılması, hərrac vasitəsi ilə satıldıqdan sonra “X4” Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra “X4” Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan bir ay sonra mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh və Zamin 11.715,75 manat (bundan 9.231,13 manat əsas, 2.484,62 manat faiz borcu təşkil edir) məbləğində borcu və ödənilmiş 117.36 manat dövlət rüsumunun və mənzilin qiymətləndirilməsi ilə əlaqədar "xxxx" MMC şirkətinə ödənilmiş 350 manat rüsumun tutulması, həmin tutulmanın kreditin qaytarılmasının təminatı kimi Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilə yönəldilərək hərrac vasitəsi ilə satılması, hərrac vasitəsi ilə satıldıqdan sonra “X4” Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan sonra “X4” Bakı filialına olan kredit borcunun ödənilməsi və satıldıqdan bir ay müddətinə mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “X4” Bakı filialı ilə Cavabdeh arasında imzalanmış 18 oktyabr 2018-ci il tarixli, 82 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 21 faiz ödəmək şərti ilə 36 ay müddətinə 14.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Zamin arasında 18 oktyabr 2018-ci il tarixli, 249 saylı zaminlik müqaviləsi və Cavabdeh arasında 18 oktyabr 2018-ci il tarixli, 82 saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən öhdəlik tam və vaxtında icra olunmamış, bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə digər cavabdehin (zamin) mülki məsuliyyəti ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh “X4” Bakı filialı ilə arasında bağlanmış kredit müqaviləsi əsasında kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Digər cavabdeh Zamin isə zaminlik müqaviləsi əsasında Cavabdeh ilə “X4” Bakı filialı arasında bağlanmış kredit müqaviləsi üzrə onun bank qarşısında öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, “X4” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış 18 oktyabr 2018-ci il tarixli, 82 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə bitən müddətə, yəni 18 oktyabr 2021-ci il tarixə banka olan əsas borcu 8.581,09 manat, faiz borcu isə 290.33 manat müəyyən edilmişdir. Məhkəmə cavabdehlərdən tutulmalı olan əsas və faiz borc məbləğlərini müəyyən edərkən iş materiallarında olan ekspert rəyini sübut qismində qəbul edərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçı “X4” Bakı filialının xeyrinə 8.581,09 manat əsas borc, 290.33 manat faiz borcu tutulmalıdır. Məhkəmə tələbin mənzilin qiymətləndirilməsi, ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin “X4” Bakı filialına ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Məhkəmə iclasında müəyyən edildi ki, “X4” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin kreditin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzil ipoteka ilə yüklü etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17 may 2022-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilin likvid dəyəri 47.000 manat müəyyən edilmişdir. Yuxarıda adı çəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qərardadına əsasən ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Odur ki, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş mənzilin likvid dəyəri ilə bağlı rəyin sübut qismində qəbul edilməsini, həmin rəydə müəyyən edilmiş likvid qiymətin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin və digər şəxslərin çıxarılmaqla yaşayış sahəsinin boşaldılması hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Beləliklə, yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, eyni zamanda oturuşmuş məhkəmə praktikasına əsasən ipoteka qoyulmuş əmlaka tutma yönəldildikdə həmin əmlak bir ay ərzində boşaldılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 117.36 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəyindən görünür ki, xidmət haqqı iddiaçı “X4” Bakı filialı tərəfindən ödənilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, 117.36 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçı “X4” Bakı filialına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ipoteka predmetinin qiymətlənidirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 manat cavabdehlərdən alınaraq iddiaçı “X4” Bakı filialına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada iddiaçı “X4” Bakı filialının xeyrinə 8.581,09 manat əsas borc, 290.33 manat faiz borcu olmaqla, cəmi 8.871,42 manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 117.36 manat pul vəsaiti tutulmalı, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzil açıq hərracda satılmalı və borc mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına “X4” Bakı filialına ödənilməli, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilin ilkin satış qiyməti 47.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh, Zamin və digər şəxslər çıxarılmaqla həmin mənzil boşaldılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 8.581,09 (səkkiz min beş yüz səksən bir manat doqquz qəpik) manat əsas borc, 290.33 (iki yüz doxsan manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 8.871,42 (səkkiz min səkkiz yüz yetmiş bir manat qırx iki qəpik) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 117.36 (bir yüz on yeddi manat otuz altı qəpik) manat pul vəsaiti və iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat tutularaq iddiaçı “X4” Bakı filialına ödənilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzil açıq hərracda satılsın və borc mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına “X4” Bakı filialına ödənilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilin ilkin satış qiyməti 47.000 (qırx yeddi min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 37, 54 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh, Zamin və digər şəxslər çıxarılmaqla həmin mənzil boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-460/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-460/2022
05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver