Məhkəmə qərarları › İş №e-2(011)-4673/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4673/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4673/2022 21.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh MTK-nın rəhbəri X1 iştirakları ilə İddiaçı cavabdeh “X4” MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh “X4” MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə müqavilə bağlamışdır. Bu müqaviləyə əsasən o, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın A1 blokunun asma katında, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsinin dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra mülkiyyət hüququ əldə etmişdir. Həmin qeyri-yaşayış sahəsinin dəyərini ödəməsi ilə bağlı ona xx.xx.2014-cü il tarixli Maliyyə arayışı verilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli Maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən binanın A1 və A2 bloklarınının orta hissəsində yerləşən 2-ci mərtəbə 162 kv/m dəyəri onun tərəfindən tam ödənmişdir (268,500 manat), borcu yoxdur. xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MTK qeyriyaşayış sahəsinin dəyərini tam ödədikdən sonra ona təhvil veriləcəyini öz üzərinə götürür. Lakin Cavabdeh bu günədək obyekti təhvil verməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi ilə mülkiyyətində olan A1 blokunun asma katında, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsinə onun sahiblik və istifadə hüquqlarının tanınması və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi ilə bağlı Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın rəhbəri X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, ərizə təqdim edərək, müqavilə üzrə 162 kv/m olan qeyriyaşayış sahəsini iddiaçıya təhvil verəcəyini ərizəsində qeyd etmişdir. Eyni zamanda ərizədə bildirmişdir ki, 162 kv/m olan 11 nömrəli obyekti 2015-ci ildə təhvil (xx.xx.2015) verilmişdir, təkrar təhvil verəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilənin surətindən məlum olur ki, Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmış və həmin müqaviləyə görə Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocali prospekti, 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokun asma katında __ kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1-ci maddəsinin e bəndinə əsasən tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş Xocalı prospektinə baxan hissəsində yerləşən A1 blokun asma katında __ kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsini “Payçı” ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən təhvil veriləcək sahə A1 blokun asma katında __ kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m,cəmi dəyəri 268.500 təşkil edən qeyri-yaşayış sahəsi məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 22 sentyabr 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən yaşayış binasındakı ev İddiaçı məxsusdur və A1 və A2 bloklarının orta hissəsində yerləşən 2-ci mərtəbədə 162 kv/m 268.500, vəmi dəyəri tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK-nın rəhbəri X2 tərəfindən verilmiş ərizədən görünür ki, H.Yiğitdöl cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, müqavilə üzrə 162 kv/m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verəcəyini ərizəsində qeyd etmişdir. Eyni zamanda ərizədə bildirmişdir ki, 162 kv/m olan 11 nömrəli obyekti 2015-ci ildə təhvil (xx.xx.2015) vermiş, təkrar təhvil verəcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 52.2-ci maddəsi müəyyən edir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, İddiaçı ilə cavabdeh “X4” MTK arasında xx.xx.2014-cü il tarixli müqavilə imzalanmış, həmin müqavilənin 1.3-cü bəndinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən ‘’Hom-Paş Prestij’’ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokun asma katında A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilə ilə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, qeyri-yaşayış sahəsinin dəyərini tam olaraq cavabdehə ödəmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh MTK-nın rəhbəri X2 iddianı etiraf edərək, bildirmişdir ki, mübahisənin predmeti olan ’Hom-Paş Prestij’’ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın A1 blokun asma katında __ kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsi 04 yanvar 2014-cü il tarixli müqavilə əsasında İddiaçı satılmışdır, həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil veriləcəkdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və mülki işdə olan sübutları nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün və cavabdeh tərəfindən etiraf edildiyi üçün təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə İddiaçı təhvil verilməli olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın A1 blokun asma katında __ kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınmalı, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi cavabdeh ‘’Hom-Paş Prestij’’ MTK-ya həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh “X4” MTK-ya qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə İddiaçı təhvil verilməli olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın A1 blokun asma katında __ kv.m, A1 və A2 blokunun orta hissəsində yerləşən 11 nömrəli ofis ön hissəsi 97 kv/m, arxa hissəsi 65 kv/m, cəmi 162 kv/m təşkil edən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı sahiblik və istifadə hüquqları tanınsın. Həmin qeyri-yaşayış sahəsinin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi cavabdeh ‘’Hom-Paş Prestij’’ MTK-ya həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar