Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4845/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə Kamal oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh2 arasında bağlanmış nikah 27 iyul 2019-cu il tarixdə 3 saylı ASAN Xidmət Mərkəzi qeydiyyat Şöbəsində qeydə alınmışdır. Birgə nikahdan 27 iyul 2020-ci il tarixdə X8 doğulmuşdur. Ailə qurulduqdan bir müddət sonra nikah formal xarakter almışdır. Belə ki, o, 26 aprel 2020-ci il tarixindən cavabdehdən faktiki olaraq ayrı yaşamaqdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(011)- 5029/2020 saylı qətnaməsi ilə 08 sentyabr 2020-ci il tarixindən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin, həmçinin uşaq üç yaşına çatanadək onun xeyrinə hər ay 70 manat alimentin Cavabdeh2 tutulması qət edilmişdir. Daha sonra Neftçala Rayon Məhkəməsinin 2(053)-43/2022 saylı, 07 aprel 2022-ci il qətnaməsi ilə onunla Cavabdeh2 arasında bağlanmış nikah pozulmuşdur. Yuxarıda qeyd olunan faktda əksini tapan hadisə zamanı - 26 aprel 2020-ci il tarixində cavabdehdən faktiki olaraq ayrılan zamanı o, yəni İddiaçı özünə məxsus qızıl-zinət əşyalarını və həmçinin cehiz əşyalarını özü ilə apara bilməmişdir. Onun əri ilə faktiki ailə münasibətləri kəsilərkən həmin əşyaları götürmək imkanı mövcud olmamışdır. Yəni, öz əşyalarına sahib çıxmaq və onları özü ilə götürmək imkanı onun iradəsindən asılı olmayaraq məhdudlaşdırılmışdır. Belə ki, cavabdehlər ona məxsus qızıl-zinət əşyalarını zorla ondan almışlar. Daha sonra Neftçala Rayon Məhkəməsinin 2(053)-44/2022 saylı, 04 mart 2022-ci il qətnaməsi ilə qət edilmişdir ki, ona, yəni İddiaçı məxsus cehiz əşyalar ona təhvil verilsin. Onunla cavabdehlərdən biri olan Cavabdeh2 arasında mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabehdən alınaraq ona təhvil verilməsi barədə dəfələrlə danışıqlar olsa da, həm nikah pozulmadan öncə, həm də sonrasında cavabdeh tərəf könüllü şəkildə ona məxsus qızıl-zinət əşyalarının iddiaçıya qaytarılmasından imtina etmişdir. O, hesab edir ki, cavabdehlərdən Cavabdeh2 passiv, digəri Cavabdeh1 isə aktiv şəkildə onun mülkiyyətində olmalı olan qızıl-zinət əşyalarının onun sahibliyində və istifadəsində olmasına maneəçilik törətmişlər. O, son istinad yeri olaraq məhkəmə yolu ilə pozulmuş hüququnu bərpa etməyə qərar vermişdir. Ona məxsus qızıl-zinət əşyaları onlar birgə nikaha daxil olmazdan əvvəl ona bağışlanmışdır. Bu bağışlama faktları onunla cavabdeh arasında gələcək ər-arvad münasibətlərinin təməli atılandan sonra xalqın mentalitetinə uyğun, milli adət-ənənələrə uyğun həyata keçirilmişdir. Məsələn, “elçilik məclisi”, “bayramlaşma”, “nişan”, “qız toyu” kimi el adətində özünə yer etmiş xoş tədbirlər zamanı ona mübahisə predmetini təşkil edən qızıl-zinət əşyaları bağışlanmışdır. Qızıl-zinət əşyalarının ümumi dəyəri – 15700 manat təşkil edir. Belə ki, 1. 10.000 manatlıq ağ qızıl komplet (750 əyyar) – 06 avqust 2019-cu ildə alınmış – 10 avqust 2019cu ildə bağışlanmışdır 2. 1200 manatlıq sarı qızıl qolbaq (750 əyyar) – cavabdehin nənəsi tərəfindən bağışlanmışdır. 3. 1000 manatlıq Pandora kulon boyunbağı (750 əyyar) – Toy zamanı bağışlanmışdır. 4. 1000 manatlıq Pandora sırğa (750 əyyar) - cavabdehin anası tərəfindən bağışlanmışdır. 5. 500 manatlıq, elçilik mərasimində hədiyyə verilən üzük (585 əyyar) - 16 fevral 2019-cu ildə bağışlanmışdır. 6. 2000 manatlıq nişan üzüyü (750 əyyar) – 09 mart 2019-cu ildə bağışlanmışdır. Qızıl-zinət əşyaları ona cavabdeh və onun ailəsi tərəfindən hədiyyə edildiyi üçün ər-arvadın birgə mülkiyyəti rejiminin təsiri dairəsinə düşmür. İddia ərizəsinə əlavə edilmiş foto-video şəkillər tələbin faktiki əsasını təşkil edən halları tam olaraq təsdiqləyir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi, qızıl-zinət əşyalarının - 10.000 manatlıq ağ qızıl komplektin (750 əyyar), 1200 manatlıq sarı qızıl qolbağın (750 əyyar), 1000 manatlıq Pandora kulon boyunbağının (750 əyyar), 1000 manatlıq Pandora sırğanın (750 əyyar), 500 manatlıq üzüyün (585 əyyar), 2000 manatlıq nişan üzüyünün (750 əyyar) cavabdehlərdən alınaraq ona verilməsi, həmin əşyalar özgəninkiləşdirildiyi və itirildiyi halda isə həmin əşyalarının dəyərinin, yəni 15700 manat pul məbləğinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə Kamal oğlu iddia tələbini müdafiə etməklə yanaşı, cavabdeh tərəfindən 10.000 manatlıq ağ qızıl komplektin (750 əyyar) artıq təqdim edilməsini nəzərə alaraq, iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 1200 manatlıq sarı qızıl qolbağın (750 əyyar), 1000 manatlıq Pandora kulon boyunbağının (750 əyyar), 1000 manatlıq Pandora sırğanın (750 əyyar), 500 manatlıq üzüyün (585 əyyar), 2000 manatlıq nişan üzüyünün (750 əyyar) cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, həmin əşyalar özgəninkiləşdirildiyi və itirildiyi halda isə həmin əşyalarının dəyərinin, yəni 5700 manat pul məbləğinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 138 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qismən qəbul etməklə yanaşı, iddia ərizəsində göstərilən qızıllardan yalnız ağ qızıl komplektin (750 əyyar) cavabdehlərdə olmasını, qalan qızıllardan ancaq nişan və elçilik üzüyünün həqiqətən mövcud olduğunu, iddiaçıya hədiyyə edildiyini, lakin iddiaçı tərəfindən evdən gedərkən aparılmasını bildirmişdir. Məhkəmə iclasında nümayəndə ağ qızıl komplekti (750 əyyar) iddiaçının nümayəndəsinə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin yazılı izahatlarını məhkəməyə təqdim edərək, iddia ərizəsinə münasibətlərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin izahatını dinləyərək və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Whatsapp” yazışmalarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında yazışmalar aparılmış və həmin yazışmalarda “qızıl-zinət əşyalarının cavabdehdə olması” təsdiq edilmişdir. İş materiallarında olan “Foto-şəkillər”dən görünür ki, Pandora sırğa (750 əyyar), üzük (585 əyyar), nişan üzüyü (750 əyyar) iddiaçı X6 hədiyyə edilmişdir və onun istifadəsində olmuşdur. İş materiallarında olan 03 noyabr 2022-ci il tarixli Aktdan görünür ki, tərəflərin nümayəndələri, yəni İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə Kamal oğlu və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəmənin inzibati binasında bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən də, İddiaçı iddiası üzrə Cavabdeh2 olan ağ qızıl komplekt (1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd sep, 1 ədəd cüt şəkildə sırğa) təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh2 yazılı izahatından görünür ki, o, yəni Cavabdeh2 Səbirəddin oğlu Bakı şəhərində yaşayır və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşıdır. Anası Cavabdeh1 Neftçala rayonu Beştalı kəndində atası X1 ilə birlikdə yaşayır. O, İddiaçı ilə nikahlarını xx.xx.2019-cu ildə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində rəsmi qeydə aldırmışdır. 1 övladları var: xx.xx.2020-ci il təvəllüdlü Aida. Ailədaxili söz-söhbətlər 2020-ci ilin mart ayının 27-də Novruz bayramından sonra onların arasında yaranandan sonra atasının evinə gəldikdən sonra bacısı ilə birlikdə evinə çıxıb getmişdir. Eyni vaxtda atası Azər də ona mesaj yazaraq “qızımı necə aparmısan elə də evimə qaytar”. Bununla da aralarında mübahisə düşmüşdür. Beləcə atasının evinə çatanda aralarında yaranan mübahisənin anası şahidi olmuş və onları sakitləşdirməyə çalışmışdır. Biraz keçmişdir ki, böyük bacısı Mailə gəlmiş və Aygül ilə gedəcəklərini bildirmişdir. O, Mailəyə burdan çıxıb getsə bir daha geri qayıtmayacağını bildirmiş və özünün və valideynlərinin dalınca getməyəcəyini demişdir. Mailə gələndə atası Azər də maşın tutmuşdur və qapıda gözləyirdi, getməzdən öncə Aygül otağa girdi və əşyalarını yığışdırmağa başladı. Sonra isə o, otağa girmiş və görmüşdür ki, əşyaları dağınıq şəkildə ortalığa tökərək ayırıb yığırlar. O, da getsən bir də geri dönüşün olmayacaq demiş və xəbərdarlıq etmişdir. Onlar iki bacı otaqdan çıxanda 7 ədəd dolu şəkildə zənbillə çıxdılar və onlara heç bir şey deyən olmadı. Aygül bacısı Mailə ilə birlikdə 1 iri yol sumkası və 6 ədəd sellofan sumkalarla özünün cehizləri olan otaqdan çıxıb getdi. Və ona həmin zaman heç bir söz deməmişdir. Hirsli olduğundan evdən çıxıb getmişdir. İddiaçı getdikdən sonra uşaqları anadan oldu, aliment iddiası etdi və yaşadığı iş yeri üzrə əmək haqqından tutulmaqla aliment müəyyən edildi. O, nikahın pozulması və uşaqla ünsiyyət barədə Neftçala Rayon Məhkəməsində iddia qaldırmış və daha sonra həmin əşyaları götürdüyü evdən cehizlərin çıxarılması barədə atası X1 iddia qaldırmış və özünün də iddia ərizəsində bu barədə qeyd etmişdir və özləri gələrək bütün cehiz əmlakları götürüb aparmışlar. İddiaçı iddia ərizəsində göstərdikləri hallar əsassızdır. İddia ərizəsində qeyd olunan “mənimlə faktiki ailə münasibətləri kəsilərkən həmin əşyaları götürmək imkanı mövcud olmamışdır” heç bir əsasla sübuta yetirilmir. Həmçinin “belə ki cavabdehlər iddiaçıya məxsus qızıl zinət əşyalarını zorən ondan almışlar” bildirmiş və bu barədə heç bir sübut əsaslandırılmamışdır. Qızıllardan yalnız qaytardığını çıxılmaqla 800 manata aldığı nişan və 500 manat dəyərində elçilik üzüyü həmişə özündə istifadəsində olub və işə, gəzməyə gedərkən həmişə üzərində olub, ona qızıllar barədə heç vaxt hardadı, hara qoymusan deyə soruşmamışdur. Bundan əlavə qızılların hansının onda, hansının anası Cavabdeh1 tələb etdiyini əsaslandırılmamışdır. Buradan da görünür ki, qızıl tələbi tamamilə əsassızdır və iddianı sübut etmək öhdəliyi iddiaçının üzərinə düşür. Həmçinin onun göstərdiyi qiymətin göründüyü kimi özü tərəfindən şişirdilmiş şəkildə göstərilmişdir. 2000 manat dəyərində göstərdiyi nişan üzüyü 800 manata alınmış və 750 əyar olmuşdur. Elçi üzüyü də göstərdiyi kimi 585 əyar olmaqla 500 manata alınmışdır. Təqdim etdiyi şəkillərdən göründüyü kimi qızıllar daim onun istifadəsində olmuşdur. 2019cu ildə təqdim etdiyi şəkil X7 çəkdirdiyi şəkildir və həmin vaxt karatı, əyarı və çəkisi və qızıl olduğu müəyyən olunmayan əşyaların onun istifadəsində olduğu açıq görünür. Şəkillərdə isə həmin əşyaların konkret olaraq hədiyyə edildiyi görünmür və üzərində olduğu şəkillər isə görünüş üçün çəkilmiş şəkillərdir və sübut əhəmiyyəti yoxdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 iddiaçı X5 iddiasının ona aid olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 yazılı izahatından görünür ki, o, yəni Cavabdeh1 Neftçala rayonu Beştalı kəndində əri X1 ilə birlikdə yaşayır. Oğlu Cavabdeh2 Səbirəddin oğlu Bakı şəhərində yaşayır və orada işləyir. Oğlunun İddiaçı xx.xx.2020-ci il təvəllüdlü Aida adlı bir övladı vardır. 2020-ci ilin mart ayında Novruz bayramından sonra oğlu ilə gəlini oğlu şəhərdə işlədiyi üçün razılaşmaqla Bakıya getmişlər. Oğlu ilə Aygül arasında söz-söhbət yaranandan sonra martın 27-də o, evdə olarkən Nicat zəng eləmiş və Aygülün atası evinə getmək istədiyini və atası Azərin də oğluna mesaj yazaraq “qızımı necə aparmısan elə də evimə qaytar” hədələdiyini bildirmişdir. O, telefonda sakit olmağı və mübahisə etməmələrini tapşırmış, Aygülün ağzında olan dişlərini düzəltdirməsini, ondan sonra gəlməsini demişdir. Çünki gəldikdən sonra sakitləşdirəcəyini bilirmiş. Evə çatanda aralarında yaranan mübahisənin şahidi olmuş və onları sakitləşdirməyə çalışmışdır. Təqribən bir saat, bir saat yarım keçmişdi ki, Aygülün böyük bacısı Mailə gəlmiş, həmin vaxt Aygül divanda oturmuş və Mailə Aygül ilə gedəcəklərini bildirdi. X11 bu evdən çıxıb getsə bir daha geri qayıtmayacağını bildirdi və gedəcəyi halda nə özünün nə də valideynlərinin dalınca getməyəcəyini dedi. Mailə gələndə ataları Azərdə maşın tutmuşdu, evə girməmişdi, qapıda maşında qalmışdı orada gözləyirdi. Getməzdən öncə Aygül yaşadıqları evdə gəlin gələrkən köçdüyü və cehizlərini yığdığı və bütün əşyalarının olduğu otağa girdi və əşyaları yığışdırmağa başladı. Sonra;isə oğlu Nicat otağa girdi. Aygül otaqdan çıxanda əlində bacısı Mailə ilə birlikdə 7 ədəd dolu şəkildə zənbillə çıxdılar və onlara heç bir şey deyən olmadı. Mailə ilə birlikdə bir iri yol sumkası və 6 ədəd göy sellofan sumkalarla özünün cehizləri olan otaqdan çıxdı və qapıda dayanan atası Azərin gözlədiyi maşına minib çıxıb getdilər. O, və oğlu ona həmin zaman heç bir söz deməmişlər. Nicat hirsli olduğu üçün evdən çıxıb getmişdir. İddiaçı getdikdən sonra o, axşamçağı yoldaşı Səbirəddinə demişdir ki, gəl otağa baxaq görək nə var nə yox. İçəri girdikdə şoka düşmüş, şifonerdə nə paltarı var idisə götürdüyün götürmüş və göstürmədiklərini isə pis şəkildə otağın ortasına tökmüş, əşyaları dağıtmış, çıxıb getmişdir. Şkafın gözündə təkcə Nicatın nişan üzüyünün qutusu və qiyməti olan yarlıq qalmışdır. O, yoldaşına gəlin qızıllarını da götürüb demiş və yoldaşı “özünündü, bizə nə aidiyyatı var ” demiş və otağı yığışdıraraq səliqəyə salmağını bildirmişdir. Daha sonra uşaq anadan olmuş, aliment iddiası etmişdir. Nicat nikah və uşaqla ünsiyyət barədə, yoldaşı İmanquliyev Səbirəddin isə evdən cehizlərin çıxarılması barədə Neftçala rayon Məhkəməsində iddia qaldırmışlar və daha sonra həmin əşyaları götürmüş və özünün də iddia ərizəsində bu barədə qeyd etmiş və özləri gələrək cehiz əmlakları, hətta Nicatın nişan üzüyünün qutusu və qiyməti olan yarlığı da götürüb aparmışlar. O, izahatında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində göstərdikləri hallar əsassızdır. İddia ərizəsində qeyd olunan “belə ki cavabdehlər iddiaçıya məxsus qızıl zinət əşyalarını zorən ondan almışlar” fikri barədə heç bir sübut əsaslandırılmamışdır. Qızıllardan yalnız oğlunun qaytardığı qızılları çıxılmaqla nişan və elçilik üzüyü həmişə özündə istifadəsində olub və işə, gəzməyə gedərkən həmişə üzərində olub. İddia ərizəsində göstərilən qızılların ona heç bir aidiyyatı yoxdur və iddianı heç bir halda qəbul etmir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh2a qaytarılmış qızılların həcmi azaldığından qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-ci maddəsi təsbit edir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddianın təmin edilməsi üçün iddiaçı tələb etdiyi əmlakın mövcudluğunu, birgə nikah dövründə əldə edildiyi və ya hədiyyə edildiyini, həmçinin tələb olunan qızıl-zinət əşyalarının iddia ərizəsində göstərilən dəyərdə olduğunu və hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunu, habelə ona göstərilən məbləğdə maddi zərər vurulduğunu sübuta yetirməlidir. Cavabdeh tərəf məhkəmə iclasında iddiaçı tərəfindən irəli sürülmüş ilkin tələbə münasibətdə onlarda olan Ağ qızıl komplektin (1 ədəd üzük, 1 ədəd qolbağ, 1 ədəd sep, 1 ədəd cüt şəkildə sırğa) iddiaçı tərəfə verilməsinə etiraz etməmişlər və həmin qızıl-zinət əşyaları tərtib edilmiş akta əsasən iddiaçının nümayəndəsi tərəfindən qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi tərəfindən iddia tələbi dəyişdirilmiş və 1200 manatlıq sarı qızıl qolbağın (750 əyyar), 1000 manatlıq Pandora kulon boyunbağının (750 əyyar), 1000 manatlıq Pandora sırğanın (750 əyyar), 500 manatlıq üzüyün (585 əyyar), 2000 manatlıq nişan üzüyünün (750 əyyar) cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, həmin əşyalar özgəninkiləşdirildiyi və itirildiyi halda isə həmin əşyalarının dəyərinin, yəni 5700 manat pul məbləğinin cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi ərizədə qeyd edilmiş qızıl-zinət əşyaları Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Belə ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının mövcudluğu mülki işdə olan fotoşəkillərlə təsdiq edilməklə, cavabdehlərin nümayəndəsi tərəfindən nişan və elçilik üzüyünün mövcudluğu məhkəmə iclasında etiraf edilmişdir, lakin nümayəndə iddiaçı tərəfindən həmin qızıl zinət əşyalarının aparıldığını bildirmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən evdən gedərkən dəyəri daha az olan qızıl-zinət əşyalarını aparması və ən bahalı qızıl-zinət əşyasını qoyub getməsi dəlili ağlabatan deyil və hər hansı mötəbər sübutla təsdiq edilmir. Əksinə ən bahalı qızıl-zinət əşyasının aparılmaması digər qızıl-zinət əşyalarının da aparılmamasına dəlalət edir və iş materialları ilə təsdiq edilir. Qızıl-zinət əşyalarının qiymətinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf həmin əşyaların mövcudluğunu təkzib etdiyinə və qiymətlərini mübahisələndirmədiyinə görə həmin qiymətlər ağlabatan hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin məcəllənin 106.2-ci maddəsinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 qarşı əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh2 1200 manatlıq sarı qızıl qolbaq (750 əyyar), 1000 manatlıq Pandora kulon boyunbağı (750 əyyar), 1000 manatlıq Pandora sırğa (750 əyyar), 500 manatlıq üzük (585 əyyar), 2000 manatlıq nişan üzüyü (750 əyyar) alınaraq iddiaçıya verilməli, həmin əşyalar özgəninkiləşdirildiyi və itirildiyi halda isə həmin əşyalarının dəyəri, yəni 5700 manat pul məbləği həmin cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı iddia tələbi digər Cavabdeh1 qarşı əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 77.1-ci maddəsi müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 1200 manatlıq sarı qızıl qolbaq (750 əyyar), 1000 manatlıq Pandora kulon boyunbağı (750 əyyar), 1000 manatlıq Pandora sırğa (750 əyyar), 500 manatlıq üzük (585 əyyar - elçilik mərasimində hədiyyə verilən), 2000 manatlıq nişan üzüyü (750 əyyar) alınaraq İddiaçı verilsin. Həmin əşyalar özgəninkiləşdirildiyi və itirildiyi halda isə həmin əşyalarının dəyəri, yəni 5700 manat pul məbləği və 138 manat ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər.
Hakim: İlahə Abbasova