Məhkəmə qərarları › İş №e-2(011)-4875/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4875/2025

19.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4875/2025 19.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X5 Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair və iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia İddiaçı1 iddia tələbi: İddiaçı1 Cavabdeh qarşı cavabdeh - Cavabdeh etinasız hərəkətləri nəticəsində ona məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 40-cı mənzilindən axan su sızması nəticəsində iddiaçı – İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-cimənzilinə dəymiş maddi zərərin əvəzi olaraq 8000 manar məbləğində pul vəsaitinin və mənəvi zərərin əvəzi olaraq 2.000 manat məbləğində pul vəsaitinin; iddiaçı – İddiaçı1 tərəfindən onun mənzilinə vurulan zərərin məbləğinin müəyyən edilməsi məqsədilə qiymətləndirici rəyin verilməsi müstəqil ekspertlərə ödənilmiş 200 manat və 400 manat xidmət haqqının, 125 manat vəkil xidməti xərcinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumu olmaqla, cəmi 10.848 manat məbləğində pul vəsaitinin birdəfəlik şəkildə Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh etinasız hərəkətləri nəticəsində ona məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 40-cı mənzilindən axan su sızması nəticəsində İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə dəymiş maddi zərərin əvəzi olaraq 7.441,48 manat məbləğində pul vəsaitinin və mənəvi zərərə görə 2.000 manat məbləğində pul vəsaitinin İddiaçı1 tərəfindən onun mənzilinə vurulan zərərin məbləğinin müəyyən edilməsi məqsədilə qiymətləndirici rəyin verilməsi müstəqil ekspertlərə ödənilmiş 200 manat və 400 manat xidmət haqqının, həmçinin məhkəmənin müvafiq qərardadı əsasında mütəxəssis rəyinin alınması üçün "xxxx" MMC-yə ödənilmiş 400 manat xidmət haqqının, 125 manat vəkil xidməti xərcinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumu olmaqla, cəmi 10.689,48 manat məbləğində pul vəsaitinin birdəfəlik şəkildə Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddianın dəliləri: 15 dekabr 2024-cü ildə – bazar günündə səhər saat 07:30-08:00 radələrində ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsində topdansatış fəaliyyəti göstərən mağazanın işçilərinin qapını döyməsi ilə yuxudan oyanmışdırlar. Belə ki, işçilər günün erkən saatlarında işə başlayarkən mağazada olan bütün topdansatış məhsullarının, ümumiyyətlə mağazanın içinin su ilə dolması ilə qarşılaşıblar. Bundan sonra həmin işçilər ardıcıl olaraq 1-ci mərtəbədən başlayaraq 5-ci mərtəbəyə qədər olan bütün mənzillərin qapısını döyərək suyun mağazaya haradan axdığını müəyyən etmək istəyiblər. Qeyd edim ki, işçilərin evimin qapısını döyməsi ilə yuxudan oyandığında bütün əşyaların su içində üzdüyünü, başqa sözlə yuxarı mərtəbədən axan su nəticəsində evində bir gölün yarandığını gördü. İddiaçı dərhal üst mərtəbədə yerləşən 40 nömrəli mənzilin qapısını döyərək hadisəni aydınlaşdırmağa çalışdı. O, qapını dəfələrlə döysə də içəridə olan şəxslər onu açmadılar. Bu zaman məcbur qalıb 102 xidmətinə və ərazi üzrə sahə müvəkkili, eləcə də mənzilin sahibi Cavabdeh və onun iddiaçı ilə eyni binada yaşayan qaynatası Zahid Əliyevə zəng etdi. Yalnız qayınata Zahid Əliyev gəldikdən sonra həmin evdə 2 uşağı ilə kirayə yaşadığını söyləyən Şəhanə adlı bir xanım qapını açdı. O, bildirdi ki, bəli, gecə saat 04:00-05:00 radələrində evin mətbəxində olan su şlanqı partlayıb və təzyiqli su səhərə qədər də axmağa davam edib, bir az əvvəl onlar su axan şlanqı bağlayıblar. Su o qədər təzyiqlə və saatlarla dayanmadan axmışdı ki, binanın bütün bloku, lift şaxtası, liftin qarşısı və binanın ana qapısından çölə çıxışı tamamilə su basmış vəziyyətdə idi. Hətta iddiaçını mənzilinin yerləşdiyi hissədə bütün mərtəbələrdən üzü aşağı olaraq binanın çöl divarı bütövlükdə islanmışdı və binanın divarlarında artıq su sızmaları bariz bir şəkildə özünü göstərirdi (bu barədə foto və video görüntülər mövcuddur və bəziləri əlavə edilir). Vəziyyət və bu durumu yaradan şəxsin münasibəti o qədər qeyriinsani idi ki, 40 nömrəli mənzildə kirayə yaşayan Şəhanə adlı xanım aşağı mərtəbəyə düşərək evimin nə vəziyyətdə olmasını görmək belə istəmədi. Hadisə baş verən gün iddiaçının bütün ailəsi evə axan suyu qurutmağa çalışmışlar, mətbəx, orada olan mebel, elektrik avdanlıqları, dəhliz, hamam və tualet bütövlükdə sıradan çıxdı, eyvanın bütün divarları tamamilə nəm içində idi. Evə təmizlikçi də çağırıb mənzili çirkab sularından birlikdə təmizləməyə çalışsalar da, hamam və tualetdə olan kafellərin arasından su mütəmadi olaraq axmağa davam edirdi. Ertəsi gün, yəni 16 dekabr 2025-ci ildə (bazar ertəsi günü) səhər tezdən ailə üzvlərim işə, məktəbə getməyə hazırlaşanda, yataq otağında küncdə yığılmış ehtiyat yorğan döşək xurcununun üstündə uzanıqlı saxlanan gündəlik paltarları geyinmək üçün götürmək istədikdə onların hamısının və altındakı bütün yorğan döşəyin tamamilə su içində olduğunu gördüm. Təəssüflər olsun ki, mətbəxə axan su mətbəxlə yataq otağı arasında olan divardan yataq otağına da keçib, buradakı bütün yorğan döşək və paltarlar islanaraq tamamilə yararsız vəziyyətə düşüb. İddiaçı sığorta şirkətini çağırdı. Belə ki, iddiaçının mənzili "xxxx" ASC tərəfindən əmlak sığortası ilə sığortalanıb, hər il ərzində təxminən 500 manat civarında sığorta haqqı ödəyir. Bununla yanaşı, iddiaçı, təkrardan sahə müvəkkilinə zəng edərək mənzilinin vəziyyətini bir daha izah etdi və onu hadisə yerinə çağırdı. Eyni zamanda Xətai rayon 82 saylı Mənzil Kommunal İstismar Sahəsinə (bundan sonra mətndə - MKİS adlandırılacaq) gedərək hadisə barədə ətraflı məlumat verdi. Bundan sonra MKİS-in mühəndisi Əfqan Məhərrəmov hadisə yerinə gələrək baxış keçirdi və dərhal evə dəymiş ziyan barədə 16 dekabr 2024-cü tarixli Akt tərtib etdi. Həmin aktda iddiaçının mənzilinə necə ciddi ziyan dəydiyi, mebelinin, elektronik avadanlıqlarının və məişət əşyalarının, yorğan döşəyinin yararsız vəziyyətdə olması və yüksək təzyiqli su axıntısının hansı otaqlara zərər vurduğu ətraflı şəkildə əks olunub (həmin aktın əsli iddia ərizəsinə əlavə olunur). İlk su daşmasından 1 (bir) gün keçməsinə baxmayaraq iddiaçının evi hələ də bərbad vəziyyətdə idi, damcılar və nazik sızıntılar axmaqda davam edirdi, hətta binanın blokundakı su belə qurumamışdı və binanın çöl divarlarında su axıntısı olduğu kimi qalırdı. İddiaçının mənzilinə vurulan ziyanı və bu ziyanı aradan qaldırmaq üçün təmir xərcini ən azı13.000-14.000 manat həcmində müəyyən edildi. Bir neçə ekspertin rəyinə əsasən iddiaçının mənzilinə dəyən ümumi zərər təxminın 11.000 manat civarındadır. Bura mətbəxin (tam), koridorun (tam), yataq otağının (bir divar və tavan), qonaq otağının (tavan), tualet və hamamın (tam) təmiri, sıradan çixmış elektronik əşyalar və mətbəx mebelinin əvəz edilməsi və ümumi işlərin görülməsi üçün çəkilən xərclər daxildir. Bu zərərin təxminən 3.000 manat məbləği sığorta şirkəti tərəfindən ödənildiyi üçün, yerdə qalan təxminən 8.000 manat maddi ziyan tam və birdəfəlik şəkildə iddiaçıya ödənilməlidir. İddiaçı mənzilinə dəyən zərərdən başqa, bu məhkəmə işi üzrə öz hüquqlarımı müdafiə etmək və sübut əldə etmək üçün digər maddi xərclərlə üzləşmişdir. Belə ki, 2 ayrı ayrı müstəqil ekspertdən rəy almaq üçün göstərdikləri xidmətə görə onlara müvafiq olaraq 200 manat və 400 manat ödəniş etmişdir. Həmçinin hüquqi yardım almaq üçün 5 saylı vəkil bürosuna müraciət edərək vəkil xidmətləri üçün 125 manat məbləğində ödəniş etmişdir. Eyni zamanda iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən Xətai rayon Məhkəməsinin hesabına123 manat məbləğində dövlət rüsumu ödənilib. Mövcud qanunvericiliyin tələblərinə görə cavabdehin təqsiri üzündən iddiaçının düşdüyü bu xərclər ondan tutularaq iddiaçıya ödənilmədlidir. Əfsuslar olsun ki, cavabdehin bu qanunsuz və saymazyana hərəkəti iddiaçının və onun üzvlərinin əsəbləşməsi, əsəb sarsıntısı və güclü həyəcan keçirməsinə səbəb olub. Belə ki, illərlə min bir əziyyətlə ipoteka əsasında əldə etdiyi mənzilinin hər hansı bir şəxsin etinasız və saymazyana hərəkətləri nəticəsində bərbad vəziyyətə düşməsi iddiaçını mənəvi cəhətdən kəskin şəkildə sarsıdıb. Belə ki, evinin təmirli və gözəl görünüşü gözünün önünə gəldikcə və bu barədə düşündükcə mənəvi iztirablar keçirir. Eyni zamanda cavabdehin sığorta ödənişlərinin verilməsinə münasibətdə etdiyi qanunsuz və xoşagəlməz hərəkətləri, həmçinin evinə dəfələrlə, hətta bayram gecəsi su və ya kanalizasiya axıntısı axıdılması iddiaçıda ciddi ruh düşkünlüyü yaradıb. Həmçinin, hamam və tualetim ailəsi üçün çox ciddi təhlükə mənbəyidir. Belə ki, hamam və tualetdə divara vurulan kafellər su sızıntısı nəticəsində o qədər qabarıb ki, qopub-tökülmə həddinə çatıb. Əgər yüngülvari su axıntısı olsa və ya kimsə divara toxunsa övladı, bütün ailə üzvləri çox ciddi və ağır bədən xəsarətləri ala bilər. Məlum məsələdir ki, hamam otağı və tualet ən zəruri ehtiyac yeridir. Bu da onu göstərir ki, onların sağlamlıqları necə böyük bir təhlükə ilə üz-üzədir. İddiaçının ailəsinin sağlamlığına dəyən zərəri isə heç bir maddi vəsaitlə ödəmək olmaz. Öz evində onu təhlükə gözlədiyi barədə düşünmək hər bir insan kimi iddiaçı üçün də çox çətindir. Ümumiyyətlə, 2011-ci ildən indiyə kimi hazırkı mənzilində yaşayır və həmin mənzili bir neçə dəfə əsaslı təmir etdirmişdir. Lakin keçən 14 il ərzində ən az 14 dəfə iddiaçının mənzilinə cavabdehə məxsus mənzildən su tökülüb. Cavabdehin bu dəfə ki səhlənkarlığı nəticəsində isə tək iddiaçının mənzilinə deyil, bütün binaya ziyan dəyib. İşin ən pis tərəfi isə cavabdehin etinasızlığı, qonşuluq qaydalarını heçə saymasıdır. Belə ki, o hesab edir ki, su basma nəticəsində evə dəyən maddi ziyanın miqdarı ən yaxşı halda 500 manatdır. Halbuki hər dəfə onun evindən su basma hadisəsi olduqda o, öz evini əsaslı şəkildə təmir etdirir. Lakin hər dəfə iddiaçıya daxil olmaqla bütün qonşularının haqlarını heçə sayır. Beləliklə, bu proseslərin hər biri iddiaçı və ailəsinə mənfi təsir göstərməklə yanaşı, mənəvi sarsıntı və ağır iztirablarının daha da artmasına səbəbiyyət verib. Evdə yaşlı anası, abituriyent qızı yaşayır, özü də işləyir. Bu durumda mənzilinin təmir etdirmək üçün ən azı 1-2 ay ərzində bütün ailə başqa yerdə kirayədə yaşamağa köçməlidir. Həmin kirayə mənzilin axtarılması, tapılması, evindəki əşyaların oraya və geri köçürülməsi, mənzilin təmiri üçün zəruri olan materialların alınması üçün ticarət mərkəzlərinə çoxsaylı səfərlərin edilməsi, mənzilin təmirindən sonrakı təmizlik işləri və yenidən düzənin qurulması və sair edilməsi gərərkən zəruri hərəkətlərin insanı necə yormasını, işindən, qazancından, normal sosial həyatından ayırmasını anlamaq çətin deyil. Halbuki, bu su sızma olmasaydı iddiaçının evinin belə bir təmirə ehtiyacı qalmazdı, ehtiyac olduğu zaman isə onu ailəsinin həyat şərtlərinə uyğun planlı şəkildə icra etmək həyatlarında pis iz buraxmazdı. Yuxarıda qeyd olunan bütün faktlardan da məlum olduğu kimi cavabdehin səhlənkarlığı və saymazyana hərəkətləri nəticəsində iddiaçı və ailəsinə həm maddi, həm də mənəvi ziyan dəyib. Dəyən mənəvi zərəri 2000 manat həcmində qiymətləndirir. Göründüyü kimi, cavabdehin uzun müddətli etinasız və saymazyana hərəkətləri iddiaçı üçün arzu olunmaz və çıxılmaz vəziyyətin yaranmasına səbəb olub. İddiaçı "xxxx"xxxx"xxxx" ASC Cavabdeh qarşı Cavabdeh 3269,52 manat məbləğində sığorta ödənişi, 52,70 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının, cəmi 3322,62 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə sığortalı İddiaçı1 arasında bağlanmış 04 sentyabr 2024-cü il tarixli VHİ 152/23-s nömrəli könüllü əmlak sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış ünvan 2 ünvanında yerləşən mənzilə sığorta müddətində xx.xx.2024-cü il il tarixlərində Cavabdeh yaşadığı ünvan 3 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 3269,52 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Xətai rayon İcra Hakimiyyəti 82 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdeh yaşadığı ünvan 3 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən sığorta hadisəsi nəticəsində sığortalıya 3269,52 manat məbləğində maddi zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 393/25 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində sığortalanmış ünvan 2 ünvanına dəymiş zərərlə bağlı ödənilməli olan 3269,52 manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı1 və iddiaçı "xxxx" ASC-nin iddialarına etiraz edərək məhkəmədən hər iki iddianın rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 36 ünvanında yerləşən mənzil İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Vİİİ 152/23 nömrəli Əmlak Sığortası Şəhadətnaməsinə əsasən ünvan 5 ünvanında yerləşən mənzil əmlakın yanğından və digər risklərdən sığortası növü üzrə 12945,09 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan "xxxx"xxxx"xxxx" ASC tərəfindən İddiaçı1 3269,52 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan Xətai rayonu 82 saylı MKİS-nin rəisi R.Eldarzadə, 82 saylı MKİS-nin mühəndisi Ə.Məhərrəmov tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli akta əsasən ünvan 1 mənzil 38-in sahibinin müraciəti əsasən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində üst mərtəbədə yerləşən 40 saylı mənzildən (sahibi Cavabdeh) gecə saatlarından başlayaraq su axıntısı olmuşdur. Uzun müddətli, davamlı su axıntısı aşağı mərtəbələrinin hamısına, hətta binanın fasadına və binanın bütün blokuna, lift girişinə və həmçinin həyətə qədər yayılıb. Alt mərtəbədə yerləşən 38 saylı mənzilin girişi, vanna otağı və tualet, yataq otağı, mətbəxi bərbad vəziyyətə düşmüş, orada olan mətbəx mebeli, elektronik və məişət əşyaları, həmçinin yataq otağındakı yorğan-döşək və paltarlar yararsız vəziyyətə düşüb, mənzilə ciddi maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin İddiaçı1 ünvanlanmış xx.xx.2025-ci il tarixli 114/25 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-də “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə sığortalanmış ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka xx.xx.2024-cü il tarixində baş vermiş subasma hadisəsi nəticəsində maddi zərər dəymişdir. Baş vermiş sığorta hadisəsi üzrə sığortalı daşınmaz əmlaka 3080 manat zərər müəyyən olunmuşdur. İş materiallarında olan sifarişçi "xxxx" MMC-nin müraciəti əsasında tərtib edilmiş “X4 Mərkəzi” MMC-nin “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabat”a əsasən ünvan 1, mənzil 38 ünvanında yerləşən mənzilə dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən təmir tikinti xərcləri 3269,52 manat təşkil edir. İş materiallarında olan sifarişçi İddiaçı1 müraciəti əsasında tərtib edilmiş “X4 Mərkəzi” MMC-nin “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə Hesabat”a əsasən ünvan 1, mənzil 38 ünvanında yerləşən mənzilə dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən təmir tikinti xərcləri 10351,10 manat təşkil edir. Mənzilin kirayə haqqı isə 750 manat məbləğində müəyyən edilir. İş materiallarında olan “X4 Mərkəzi” MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli 099-026/2025 nömrəli maliyyə arayışından görünür ki, “X4 Mərkəzi” MMC-nin hesabına sifarişçi İddiaçı1 tərəfindən 400 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan İddiaçı1 müraciəti əsasında aparılmış araşdırma nəticəsində "xxxx" MMC tərəfindən tərtib edilmiş “Təmir bərpa işlərinə çəkiləcək xərcin müəyyən edilməsi barədə” xx.xx.2025-ci il tarixli 02-27/25 nömrəli hesabata əsasən ünvan 1, mənzil 38 ünvanında yerləşən mənzilə su basma nəticəsində dəymiş zərərin məbləği (işçilik və material xərci daxil olmaqla) 11156,3 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 38-324/25 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı1 xx.xx.2025-ci il tarixli müraciətinə uyğun olaraq ünvan 8 ünvanında yerləşən mənzilə su basma nəticəsində dəymiş zərərin qiymətləndirilməsi məqsədi ilə 200 manat məbləğində xidmət haqqı dəyəri "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin “Bərpa dəyərinin qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli Hesabata əsasən ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilə xx.xx.2025-ci il tarixə bərpa dəyərinin həcmi 10711 manat təşkil edir. Analoji mənzil üzrə bir aylıq kirayə haqqı 750 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(011)- 4875/2025 nömrəli qərardadının icrası ilə əlaqədar İddiaçı1 tərəfindən 400 manat məbləğində ödəniş edilmişdir. İddia tələbinin hüquqi əsası: İddiaçı1 iddiası üzrə: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. İddiaçı "xxxx" ASC-nin iddiası üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 925.2-1. İcbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[561] 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.[562] 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər, habelə qiymətləndiricilər (qiymətləndirici təşkilatlar) bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.[563] 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. 925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. Maddə 925-1. Zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi 925-1.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 925-1.2. Müstəqil ekspert sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin təklif etdiyi üç müstəqil ekspertin sırasından seçilərək 3 (üç) iş günü ərzində sığortaçı tərəfindən təyin edilir. 925-1.3. Sığortaçı bu Məcəllənin 925-1.2-ci maddəsində müəyyən edilmiş müddət ərzində müstəqil eksperti təyin etmədikdə sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin qiymətləndirilməsi üçün özünün seçdiyi müstəqil ekspertə müraciət etmək hüququna malikdir. 925-1.4. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs bu Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. 925-1.5. Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. 925-1.6. Zərərin qiymətləndirilməsinə çəkilən xərc aşağıdakı şəxslər tərəfindən ödənilir: 925-1.6.1. müstəqil ekspert bu Məcəllənin 925-1.2-ci və 925-1.3-cü maddələrinə uyğun olaraq təyin edildikdə - sığortaçı; 925-1.6.2. müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə uyğun olaraq təyin edildikdə - təkrar qiymətləndirməni tələb edən şəxs. Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, İddiaçı1 iddiası qismən əsaslıdır və qismən təmin edilməli, iddiaçı "xxxx" ASC-nin iddiası isə əsaslıdır və təmin edilməlidir. Məhkəmə İddiaçı1 ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 40-cı mənzilindən axan su sızması nəticəsində İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə dəymiş maddi zərərin əvəzi olaraq 7.441,48 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları əsasən müəyyən olunmuşdur ki, sonuncu dəfə 2024-cü ilin dekabr ayında olmaqla, İddiaçı1 məxsus olan ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin 40 saylı mənzilindən davamlı olaraq suyun axıdılması nəticəsində zərər dəymişdir. Cavabdeh, daha əvvəllər, ona məxsus mənzilin yerləşdiyi mərtəbədən üst mərtəbədə yerləşən mənzildən onun mənzilinə suyun axıdıldığı və nəticə etibarı ilə onun mənzilindən alt mərtəbədə yerləşən iddiaçıya məxsus mənzilə suyun axıdılması halının baş verdiyini bildirsə də, sonuncu dəfədən əvvəl iddiaçıya məxsus mənzilə suyun axıdılması səbəbinin onun mənzilində deyil, üst mərtəbə yerləşən mənzillərdə olan nasazlıqlardan yarandığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya məxsus əmlaka cavabdehin etinasız təqsirli hərəkətləri nəticəsində zərər dəydiyinə görə iddiaçı mənzilində dəymiş maddi zərərin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin və mütəxəssisin məhkəmə iclaslarında verdikləri izahatlarının və məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatlarının müqayisəli təhlili nəticəsində belə qənaətə gəlir ki, mənzilə dəymiş ümumi zərərin həcmi məhkəmə tərəfindən cəlb edilmiş "xxxx" MMC-nin “Bərpa dəyərinin qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli Hesabatına əsasən 10711 manat məbləğində müəyyən edilməlidir. İddiaçı1 maddi ziyanın qarşılanması üçün "xxxx" MMC-yə müraciət etmiş və sığorta şirkəti baş vermiş son su basma hadisəsi nəticəsində dəymiş zərərə görə İddiaçı1 3269,52 manat məbləğində sığorta ödənişi etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə dəymiş 10711 manat məbləğində ziyandan 3269,52 manat məbləğin sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyi nəzərə alınaraq, sığorta şirkəti tərəfindən dəymiş ziyanın qarşılanmayan hissəsi, yəni 7441,48 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı1 ödənilməlidir. Məhkəmə İddiaçı1 mənəvi zərərə görə 2000 manat məbləğində vəsaitin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətində olan mənzildən su sızması nəticəsində ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilində yaranmış problemlərlə bağlı mənzilin sakini olan iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, keçirtdiyi stress, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, məhkəmə dəymiş ziyanın həcmini, hadisədən sonra iddianın verildiyi tarixədək 5 aya yaxın müddətin keçdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mənəvi zərərin həcmi 2000 manat məbləğində deyil, 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, iddia mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək, Cavabdeh 500 manat məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh 3269,52 manat məbləğində sığorta ödənişinin iddiaçını xeyrinə tutulması tələbinə dair iddiasına qiymət verərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda göstərilən sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş verdiyindən və, sığortalıya dəymiş ziyan iddiaçı “"xxxx" ASC tərəfindən aradan qaldırıldığından, sonuncunun cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia təmin edilməli, 3269,52 manat məbləğində pul vəsaiti subroqasiya qaydasında Cavabdeh alınlaraq "xxxx" ASC-yə ödənilməlidir Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı1 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddiası qismən əsaslıdır və qismən təmin edilməli, iddiaçı "xxxx" ASCnin iddiası isə əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcləri: İddiaçı1 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddiası qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, məhkəmə xərclərinə daxil olan mütəxəssis rəylərinin əldə edilməsi məqsədi ilə "xxxx" MMC-yə ödənilmiş 200 manat, “X4 Mərkəzi” MMC-yə ödənilmiş 400 manat, "xxxx" MMC-yə ödənilmiş 400 manat xidmət haqqı, hüquqi yardıma görə vəkilə ödənilmiş 123 manat və 99,41 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı subroqasiya qaydasında pulun tutulması tələbinə dair iddiası təmin edildiyinə görə, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 52,70 manat məbləğində dövlət rüsumu və dövlət rüsumunun ödənilməsi xidməti ilə bağlı 0,40 manat bank xidmət haqqı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı1 Cavabdeh qarşı iddiası qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 7741,48 (yeddi min yeddi yüz qırx bir manat qırx səkkiz qəpik) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat, mütəxəssis tədqiqatlarının dəyərinə görə ödənilmiş 1000 (bir min manat), hüquqi yardıma görə vəkilə ödənilmiş haqqın əvəzi olaraq 123 (yüz iyirmi üç manat), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99,41 (doxsan doqquz manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddiası təmin edilsin. Cavabdeh subroqasiya qaydasında 3269,52 (üç min iki yüz altmış doqquz manat əlli iki qəpik), ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52,70 (əlli iki manat yetmiş qəpik), bank xidmət haqqına görə 0,40 (qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar