Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-4915/2021 24.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehin birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyət sayılan ünvan 1 ünvanında yerləşən əmlaka iddiaçının ½ hissədə və cavabdehin ½ hissədə paylarının müəyyən edilməklə aralarında bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 14 iyun 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. İddiaçı tərəfindən nikahın pozulması tələbinə dair iddia qaldırmaq zərurəti yaranmışdır. İddiaçı ilə cavabdeh birgə nikah dövründə 2015-ci ildə Cavabdeh adına ünvan 1 ünvanında yerləşən əmlak əldə etmişlər. Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı cavabdehlə razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmumuna uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh 14 iyun 2014-cü il tarixdə nikahlarını bağlamışlar. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzil 26 yanvar 2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda iddiaçı Cavabdeh mülkiyyətindədir. Belə ki, iddianın hüquqi əsasını təşkil edən hal tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsidir. İddiaçı mübahisələndirdiyi əmlakın birgə nikah dövründə əldə edilməsinə istinad edərək əmlakın ½ hissəsinə pay hüququnun tanınmasını tələb etmişdir. Bu kateqoriya işlərdə 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad olunmalı və işin halları həmin qərarda təsbit edilmiş qaydalara uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən mənzil tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Belə ki, iddiaçı və cavabdeh 14 iyun 2014-cü il tarixdə nikahlarını bağlamışlar, mübahisəli mənzil 26 yanvar 2018-ci il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra məhkəmə həmin mənzilin əvəzli və ya əvəzsiz şəkildə əldə olunmasına qiymət verərək belə hesab edir ki, tərəflərin izahatlarından və iş materiallarından görünür ki, mənzil alğı-satqı müqaviləsi əsasında mülkiyyətə keçmişdir. Daha sonra məhkəmə mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına əldə olunub olunmaması məsələsini araşdıraraq, məhkəmə qeyd edir ki, nə gədər ki əksi məhkəmə araşdırması zamanı müəyyən edilməyib, sözügedən əmlak birgə vəsait hesabına əldə edilmiş əmlak kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarəlrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı tərəfindən üzərində payların müəyyən edilməsini tələb etdiyi əmlak- Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzildir. Həmin mənzil tərəflərin birgə nikah dövründə və birgə vəsait hesabına alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzil tərəflərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş həmin əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından onların birgə nikah müddətində əldə etdikləri göstərilən əmlakda tərəflərin hər birinin payı bərabər hesab edilməli və birgə nikah müddətində əldə edilmiş həmin əmlak məhkəmə tərəfindən bölünməlidir. Odur ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzil üzərində İddiaçı 1/2 hissədə, 1/2 hissədə isə Cavabdeh payları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, qanunvericilikdə ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması prinsipi nəzərdə tutulmuşdur. Lakin ayrı-ayrı hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin payını başqasının hesabına azaldıb-çoxalda bilər. Bunun üçün yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, ərin və ya arvadın diqqətəlayiq mənafeyi, eləcə də ər-arvadın biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar olmalıdır. Bu üç əsas şərtlər hər biri ayrılıqda ərarvadın ümumi əmlakının qeyri-bərabər bölünməsi üçün əsas rol oynayır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. (Ailə Məcəlləsinin 37.1., 37.2. maddələri). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzil üzərində İddiaçı 1/2 hissədə, 1/2 hissədə isə Cavabdeh pay hüququ tanınmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunduğundan cavabdehdən 40 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 66B, 152 saylı mənzilin üzərində İddiaçı 1/2 hissədə, 1/2 hissədə isə Cavabdeh pay hüququ tanınsın. Cavabdeh 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-4915/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-4915/2021
24.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver