Məhkəmə qərarları › İş №e-2(011)-5063/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5063/2023

01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5063/2023 01.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 27200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh ilə sinif yoldaşı olmaqla uşaqlıqdan tanış olmuşlar və eyni binada yaşayırlar. Cavabdeh əvvəldən mövcud olan tanışlıqdan istifadə edərək İddiaçı ona sonradan qaytarmaq bəhanəsi ilə xx.xx.2022-ci il tarixində 300 manat borc pul istəmiş, iddiaçı isə onu uzun müddətdir tanıdığına görə inanaraq həmin pulu ona vermişdir. Lakin Cavabdeh sonradan müxtəlif bəhanələrlə İddiaçı yenidən pul istəmişdir. İddiaçı tərəfindən ən son xx.xx.2023-cü il tarixində cavabdehə pul verilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 13915 AZN və 8200 ABŞ dolları olmaqla Cavabdeh ümumilikdə 27200 manat verilmiş, lakin cavabdeh aldığı pulu iddiaçıya geri qaytarmamışdır. İddiaçı borcun qaytarılmasını cavabdehdən dəfələrlə tələb etmiş, bunun bir nəticə verməyəcəyini və cavabdeh tərəfindən aldadıldığını anladıqdan sonra polis idarəsinə şikayət ilə müraciət etmiş, Cavabdeh Xətai RPİ-də verdiyi izahatında İddiaçı 27200 manat məbləğində pulu borc aldığını və qaytaracağını bildirmişdir. Xətai RPİ işdə cinayət tərkibi olmadığını və işin mülki xarakterli olduğunu nəzərə alaraq İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sonda iddiaçının nümayəndəsi və vəkili qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan Xətai rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli Cinayət işi başlanmasının rədd edilməsi barədə Qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı qeyd olunan xüsusatla bağlı mülki qaydada məhkəməyə müraciət etmə hüququnun olması izah edilməsi qərara alınmışdır. Həmin Qərar ilə işin müəyyən olunmuş hallarından görünür ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, “İddiaçı ilə bir sinifdə oxumuşuq. Məktəbi bitirdikdən sonradan mənim Nərmin ilə münasibəm yaranmışdır və biz görüşürdük. Biz görüşdüyümüz vaxt mən biznes qurmaq və kafe açmaq istəyirdim. Həmin vaxt mənim pulum olmadığından mən quracağım iş barəsində Nərminə danışdım və ondan xahiş etdim ki, mənə pul vəsaiti ilə köməklik etsin. Nərmin də razılaşdı və hissə-hissə ümumilikə mənə 27200 manat pul vermişdir. Mənim işlərim alınmadı, lakin Nərminin pulunu qaytara bilmədim. Hal-hazırda Nərminə 27200 manat pul borcum var və həmin pulu işləyərək qaytaracam”. Həmin Qərardan görünür ki, araşdırma zamanı bütün xüsusatlar yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı tələbi mülki xarakterlidir. Yəni Cavabdeh sinif yoldaşı və qonşusu olan, uşaqlıqdan tanıdığı İddiaçı inamını qazanaraq ondan müxtəlif bəhanələrlə hissə-hissə 2022-ci ilin avqust ayından 2023-cü ilin yanvaq ayına kimi ümumilikdə 27200 manat pul götürmüş və tezliklə qaytaracağına söz verməsinə baxmayaraq pulu qaytarmamışdır. İddiaçı 27200 manat pul borcu olmasını etiraf etmişdir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 171.60 manat (bir yüz yetmiş bir manat, altmış qəpik) məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 27200 manat məbləğində borc pul almış, aldığı borcu iddiaçıya qaytarmamışdır, iddiaçı borcun qaytarılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq etsə də müsbət nəticə əldə edilməmişdir. Bununla belə, cavabdehin borc öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü massəinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 27200 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.13-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, İddiaçı tərəfindən ödənilmiş 171.60 manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 27200 (iyirmi yeddi min iki yüz) manat və dövlət rüsumu qismində ödənilmiş 171 (yüz yetmiş bir) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar