Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-525/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi, bağlanmış pəncərə boşluqlarının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan manələrin aradan qaldırılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarşısında və üstündə Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş pilləkən sahəsinin sağ və sol tərəflərinin (hər iki tərəfdən eni 2 metr, uzunluğu 3 metr, hündürlüyü 1 metr ölçüdə olan meydançanın) Cavabdeh hesabına sökülməsi və İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyri-yaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinin qarşısında və üstündə Cavabdeh tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın Cavabdeh hesabına sökülməsi və İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri- yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyri-yaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Bu barədə ona xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı qeyd edir ki, qeyriyaşayış sahəsi 842.4 kv metrdən ibarət olmaqla binanın zirzəmisində yerləşir. Bu yaxınlarda iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yuxarısında yerləşən qeyri-yaşayış sahəsinin sahibi Cavabdeh tərəfindən qanunsuz olaraq obyektin girişində pilləkən sahəsinin sağ və sol tərəflərində mişar daşı ilə hörmüş və nəticədə iddiaçıya məxsus obyektin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqları bağlanılmışdır. Bu barədə iddiaçı tərəfindən müvafiq orqanlara müraciət olunmuşdur. Həmin orqanlar tərəfindən təqdim edilmiş rəsmi sənədlərdən də görünür ki, ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyriyaşayış obyektinin girişində pilləkən sahəsinin sağ və sol tərəfləri mişar daşı ilə hörülərək inşa olunduğu müəyyən olunmuş və yaşayış sahəsinin zirzəmi sahəsi təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqları bağlanılmışdır. Hazırda iddiaçı mülkiyyətində olan əmlakdan sərbəst istifadə edə bilmir. Bu da onun mülkiyyət hüququnu pozur. Dəfələrlə cavabdehə qanunsuz olaraq tikilmiş tikilinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi barədə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Onların məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1an Vəzirov küçəsi 11F saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvan 1an Vəzirov küçəsi 11F saylı mənzil ünvanına qeyri yaşayış sahəsi barədə texniki pasport verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən Fövqəladə Hallar Nazirliyinin X1 Mərkəzinə ünvanlanan məktubdan görünür ki, 27 09 2022-cı il tarixli. xx/xx-01278 nömrəli məktubu ilə X2 Xidmətinə daxıl olmuş ünvan 2 ünvanında yaşayan İddiaçı müraciəti tərəflərindən araşdırılaraq müraciətlə əlaqədar qeyd olunan ünvanda əməkdaşları tərəfindən yanğın-texnıkı müayinə keçirilmiş və mövcud vəzıyyəti səciyyələndirən akt tərtib olunmuşdur Baxış zamanı aparılan tikinti işlən də bağlı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdınlmadan ünvan 3 ünvanında yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin girişində pilləkən sahəsinin sağ və sol torəftən mişar daşı ilə hörülərək (hər iki tərəfdən eni 2 metr, uzunluğu 3 metr, hündürlüyü 1 metr ölçüdə olan meydança) inşa olunduğu müəyyən olunmuş və yaşayış binasının zirzəmi sahəsi təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlan bağlanılmışdır Bununla bağlı yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə FHN-nın Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Xətai Rayon İcra Hakimiyyətinə və Xətai Rayon Polis İdarəsinə müvafiq məzmunlu məktublar ünvanlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidməti 3-cü ərazi X2 İdarəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda yaşayan İddiaçı tərəfindən Fövqəladə Hallar Nazirliyinin X1 Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinə daxil olmuş və baxılması məqsədilə X2 Xidmətində qeydiyyata alınmış 29 sentyabr 2022-ci ıl tarixli müraciəti tərəflərindən araşdırılan zaman məlum olmuşdur ki, ünvan 6 ünvanda yerləşən yaşayış binasının 1-cı mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin girişində pilləkən sahəsinin sağ və sol tərəfləri mişar daşı ilə hörülərək (hər ıkı tərəfdən 2 metr em 3 metr uzunluğu 1 metr hündürlüyündə meydança) artırılmışdır Nəticədə yaşayış binasının zirzəmı sahəsi təbii havalandırma və işıqlandırmaq uçun quraşdırılmış pəncərələri bağlanılmışdır Aparılan tikinti işləri ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə razılaşma sənədləri təqdim olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-525/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/692 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, 1-ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qarısında və üstündə inşa edilmiş meydança tikilisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq: olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğuları yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə ünvan 1an Vəzirov küçəsi 11F saylı qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş (pilləkən sahəsinin sağ və sol tərəflərində) meydança qeyri yaşayış sahəsinin təbii havalandırıma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarını qismən bağladığı müəyyən edilir. xx.xx.2022-ci ill tarixli ********** №-li mədaxil qəbzindən görünür ki, məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13 (l hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7.Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, sübutları məcmu halında qiymətləndirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********25-05301-083001 reyestr nömrəli Çıxarış sənədinə əsasən, verilmiş ünvan 1an Vəzirov küçəsi 11F ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasında yerləşən ümumi sahəsi 842.4 kv metr olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixində tərtib olunmuş, 04/2940 invertar nömrəli Texniki Pasport sənədindən görünür ki, qeyri-yaşayış sahəsi 1 mərtəbəli binanın zirzəmisində yerləşməklə ümumi sahəsi 842.4 kv.metr təşkil edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi yerləşir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən onun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkan meydançasının sağ və sol tərəfində, hündürlüyü 1.3 metr olan əlavə meydança inşa edildiyi aşkarlanmışdır. Göründüyü kimi cavabdehin mülkiyyətçi kimi iddiaçının hüquqlarının həyata keçirilməsinə mane törətməsi qanunsuzdur. İddiaçı mükiyyətində olan əmlakdan sərbəst surətdə istifadə edə bilmir və bu iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehin mübahisələndirilən əmlaka mülkiyyət hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/692 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə razılaşaraq və onu mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddia ərizəsi verilən tarixə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh tərəfindən inşa edilmiş pilləkan sahəsinin sağ və sol tərəfi tamamilə bağlı olmuş, məhkəmə gedişində pilləkan sahəsinin sağ və sol sahəsi qismən sökülmüşdür. Hətta həmin sahə söküldükdən sonra da cavabdeh tərəfində inşa edilmiş tikili iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin anbarında yerləşən iki pəncərəyə kölgə salır, oraya hava daxil olmasını qismən məhdudlaşdırır, anbarın birbaşa günəş işığı almasına mane olur. Məhkəmə hesab edir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda sözügedən ünvanda cavabdeh tərəfindən inşa edilmiş tikili iddiaçının mülkiyyətindən sərbəst şəkildə istifadə etməsinə maneə yaradır. Əksinə həmin tikilinin orada mövcud olması iddiaçının qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadəsi ilə bağlı qanunla qorunun mənafeyinin pozulmasına şərait yaradır. Anbarda yerləşən həmin pəncərələrin qanuni məqsədi anbarın havalandırılması və işıqlandırılmasından ibarət olmaqla həmin sahədən sağlam şəraitdə istifadə etmək hüququnu ehtiva edir. Belə ki, həmin tikilinin sökülməsində iddiaçının mənafeyi vardır və iddiaçının müvafiq iddia tələbi üzrə düzgün nəticəyə gəlinməsi üçün, həmin mənafe ilə cavabdehin mənafeyi arasında ədalətli balansın uzlaşıb-uzlaşmadığının müəyyənləşdirilməsi zəruridir. Cavabdehin mənafeyi ilə iddiaçının mülkiyyət hüququnun qorunması mənafeyi arasında ədalətli balans mövcud deyildir və inşa edilmiş özbaşına tikilinin iddiaçıya yaratdığı narahatçılıq (diskomfort), onun mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri- yaşayış sahəsinin qarşısında və üstündə Cavabdeh tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın Cavabdeh tərəfindən sökülməli və İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyriyaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmalıdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri- yaşayış sahəsinin qarşısında və üstündə Cavabdeh tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın Cavabdeh tərəfindən sökülsün və İddiaçı mülkiyyətində olan ünvan 1an Vəzirov küçəsi 11F saylı ünvanda yerləşən qeyri- yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyri-yaşayış sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-525/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-525/2023
05.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver