Məhkəmə qərarları › İş №e-2(011)-5578/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5578/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5578/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il təvəllüdü X1 xx.xx.2017-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi xx.xx.1950ci il təvəllüdü anası X6 13 il xərçəng xəstəliyindən əziyyət çəkərək, xx.xx.2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. İddiaçının X1 vəfatından sonra onun ölüm haqqında şəhadətnaməsini almamışlar. Belə ki iddiaçının anasının ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Binəqədi Rayon Şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilən 16 may 2025-ci il tarixli cavab məktubunda ölüm faktının qeydə alınmasının mümkün olmaması və faktın müəyyən olunması ilə əlaqədar iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Çünki iddiaçının X1 ölüm haqqında şəhadətnaməsini almaq üçün iddiaçıdan ölüm haqqında tibbi şəhadətnamə - forma 106 tələb edilir. Bununla bağlı o, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 9 nömrəli şəhər poliklinikasına müraciət etmişdir və həmin 9 nömrəli şəhər poliklinikası tərəfindən iddiaçıya verilən 17 iyun 2025ci il tarixli cavab məktubunda iddiaçının X1 2017-ci ildə vəfat etdiyinə və poliklinikaya heç bir müraciəti olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə (forma 106) verilməsinin mümkün olmadığı bildirilmişdir. 9 nömrəli şəhər poliklinikasının məktubu məhkəməyə təqdim edilir. Mərhum X1 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmək iqtidarında deyildir. Bunun üçün də Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Onu da qeyd edir ki, ölüm faktının müəyyən olunması və qeydə alınması ona anasının sonuncu dəfə qeydiyyatda qaldığı mənzildən qeydiyyatdan çıxarılması üçün lazımdır. Həmçinin qeyd edir ki, X1 vəfatından sonra xəstəxanadan ölüm haqqında tibbi şəhadətnamə almamaqlarının səbəbi məlumatsızlıq olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun rəfiqəsi Vəfanın xalası oğludur. Vəfat edən Fatma Paşayeva rəfiqəsi Vəfanın xalasıdır. Fatma Paşayevanın vəfatının dəqiq tarixini xatırlamır. Yas mərasimində iştirak edib. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçinin xalası qızı - Vəfanın iş yoldaşıdır. Fatma Paşayeva 2017 və ya 2018-ci ildə vəfat etmişdir. Tarixi dəqiq olaraq xatırlamır. Yas mərasimində iştirak edib. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi Bakı şəhərində anadan olmuş, atası X5, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Sahiyyə Mərkəzi” X15 9 nömrəli şəhər poliklinikasının Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəyə cavab məktubun surətindən görünür ki, anası mərhum X6 2017-ci ildə vəfat etdiyinə və poliklinikaya heç bir müraciəti olmadığına görə ölüm haqqında tibbi şəhadətnamə (Forma 106) verilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, ev 100, 55 saylı mənzilində Ərizəçi 12 fevral 2007-ci il tarixdən etibarən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə hazırda təmin edilə bilinmir. İş materiallarında olan Təcili və X8 Stansiyasının xx.xx.2017-ci il tarixli “ölüm haqqında xəbərdarlıq vərəqəsindən” görünür ki, həmin tarixdə saat 20:05-də Bakı şəhəri, Xətai rayonu, Salamzadə 593, blok 2c-13-72 ünvanında qadın cinsinə məxsus meyit aşkar edilmişdir. Xəstənin adı X6 olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi X1 xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş üzrə təqdim edilən sənədlərlə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 193.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd edilən Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2017-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi ölümün qeydə alınması üçün qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar