Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6003/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2024-cü il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması, 10 iyun 2024cü il tarixindən başlayaraq qətnamə icra olunan günədək hər ay üçün 1 800 (bir min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə işin aidiyyəti üzrə göndərilməsi barədə ərizə təqdim edərək, işin aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nümayəndə ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı nümayəndəsi və vəkili X1 tərəfindən məhkəməyə ərizə verilərək iddianın əsasını dəyişib ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyriyaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh2 istifadəsində olmasını və sonuncunun qeyriyaşayış sahəsini təhvil verməkdən imtina etməsini nəzərə alaraq Cavabdeh2 cavabdeh kimi tanınması və cavabdehlər Cavabdeh1 və Ağdam rayonu, Xıdırlı ə/d, Xıdırlı kəndində qeydiyyatda olan Cavabdeh2 üzərinə sözügedən qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin qoyulması və 10 iyun 2024-cü il tarixdən başlayaraq qətnamə icra olunan günədək hər ay üçün 1800 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahış olunmuşdur. ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin 40 kv/m-nə 22 iyun 2022-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında icarə müqavilə bağlanmışdır. 1. Həmin müqavilənin 6-ci bəndinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi hər ay 200 manat icarə haqqı növbətti ayın 10-a kimi nəğd və ya köçürmə yolu ilə İcarə verənə ödənilməklə Cavabdeh2 istifadəsinə verilmişdir. Qeyd edilməlidir ki, bu bəndin icrasını İcarəçi Cavabdeh2 hər ayın 10-13 arası təmin etmiş, üstəlik 200 manat əvəzinə beş illik icarə haqqını hər ay icarə haqqından artıq 400-500 manat pulu əksər halda icarəyə verənin əri Tural Gülgəzlinin **********848262 bank kartına Milton: aparat vasitəsi ilə və ya az miqdarını əlbə-əl nəğd şəkilində ödəmişdir. Daha sonra, müqavilənin 8-ci bəndində Cavabdeh2 icarəyə götürdüyü sahənin kommunal xərcələrini və ödəmə mənbəyindən tutulan 1479 verginin ödənilməsini öz öhdəsinə götürmüş və bü günə kimi həmin öhdəliyi yerinə yetirmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinə aid icarə müqaviləsini vergi orqanına təhvil verib kassa aparatı əldə etmiş və vergi orqanı onun icarəyə götürdüyü yeri qeydiyyata alaraq hər ay icarə haqqından 14 96 faiz tutmuşdur. Həmçinin, müqavilənin 9cu bəndinə əsasən Cavabdeh2 icarəyə götürdüyü qeyri-yaşayış sahəsində cari təmir işləri görüb və kafe üçün lazım olan masalar, oturacaqlar, digər ləvazımatlar alıb xeyli mıqdarda xərc çəkmişdir. Müqavilənin 11-ci bəndinə əsasən icarəyə verilən müddət ərzində icarəyə verən icarəçinin fəaliyyətinə maneəçilik etməməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən özəlləşdirmə məsələsində özəlləşdirmə üçün birinci olaraq İcarəçiyə yazılı təklif olunacağını da öz öhdəsinə götürmüşdür. Bu cümlənin mahiyyəti odur ki, gələcəkdə qeyd olunan qeyri-yaşayış obyekti satmaq niyyətində olduqda birinci olaraq almaq təklifi icarəçi Cavabdeh2 olunmalıdır. Lakin İcarəyə verən icarə müddəti bitməmiş, qeyd olunan qeyri-yaşayış yerini satışa çıxararkən icarəçiyə bu haqda təklif verməmiş, alıcıya qeyriyaşayış sahənin 2027-ci ilə kimi icarədə olmasına dair məlumat verməmişdir. Müqavilənin müddəti 2027-ci ilin 22 iyun tarixdə bitir. Hər iki tərəf müqavilənin şərtlərini bəyənmiş və imzalamışlar. İki ildən artıqdır ki, bağlanmış müqavilə asasında İcarəçi qeyd olunan qeyri-yaşayış sahəsini istifadə edir, üzərinə düşən öhdəlikləri yerinə yetirir və qeyd olunan müqavilədən irəli gələn vergi rüsumlarını ödəyir. Obyekti icarəyə götürən şəxs vicdanlı icarəçi olmuş, üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirmiş, icarəyə verən ər-arvad arasında paylı mülkiyyət hesab olunan sözügedən qeyri - yaşayış obyektin icarəçi Cavabdeh2 qalmasına nəinki etiraz etməmiş, ondan hər ay icarə müqaviləsində nəzərdə tutulan icarə haqqından iki qat artıq kart vasitəsi ilə göndərilən pulu qəbul edib şəxsi ehtiyaclarına xərcləmişlər. Beləliklə, hər iki tərəfin icarə müqaviləsində göstərilən şərtlərlə razılaşıb bəyənməsini və müqaviləni imzalamalarını, dövlət orqanı hesab olunan vergi orqanı tərəfindən həmin müqaviləni tanıyıb müqavilədən irəli gələn hüquqi nəticələri dəstəklənməsini, müqaviləni reyestrdə qeydə alıb, kassa aparatını həmin ünvanda istifadəsinə icazə verilməsini, icarə mənbəyindən 14920 vergi tutulmasını nəzərə alaraq müqavilənin hüquqi qüvvəyə malik olması və Cavabdeh2 qeyd olunan qeyri-yaşayış sahəsində fəaliyyət göstərməsi qanuni hesab olunmalı və icarə müqaviləsindən irəli gələn hüquqlar ona şamil olunmalıdır. İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsini almaq istərkən həmin obyektə gəlmiş, otaqlara baxmış və obyektin icarədə olmasını bilmişdir. Alqı-satqı zamanı həmin fakta münasibət bildirmədiyindən hesab etmək olar ki, o, mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olmuşdur. Həmçinin, qeyd olunur ki, iddiaçının mübahisəli obyektin icarəyə verib 1800 manat icarə haqqının hər aya görə cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi tələbi qanunsuzdur və mülki qanunvericiliyin tələbiçrinç cavab vermir. Belə ki, İddiaçı aldığı əmlaka tam sahiblik edə bilmədiyi halda və həmin obyektin başqa şəxsdə icarəsində olduğu halda yeni İcarəçiyə obyekti təhvil vermədən gələcəkdə alınacaq icarə haqqının cavabdehlərin öhdəsinə qoyması tam qanunsuzdur və uydurma əqd kimi qiymətləndirilməlidir. Cavabdeh2 Ağdam qaçqınıdır, müvvəqqəti olaraq Bakı şəhərində məskunlaşıb, üç uşaq atasıdır. Yeganə qazanc yeri icarəyə götürdüyü obyektdən əldə etdiyi mənfəətdir. Göründüyü kimi İcarə Müqaviləsi hüquqi nəticələr yaratmışdır. Bu səbəbdən icarəçi Cavabdeh2 icarəyə götürdüyü obyektə çəkdiyi xərci, ona əvvəlcədən xəbərdarlıq edilmədən obyektin satılması səbəbdən maddi cəhətdən ona yetirilən zərəri, qabaqcadan ödədiyi beş illik icarə haqqını tələb etmək, kompensasiya hüququndan istifadə etmək məcburiyyətindədir və icarə müqaviləsindən irəli gələn pul tələbinə dair mübahisələr daşınmaz əmlakın olduğu ərazi üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Hazırki iddia tələbinnin predmeti daşınmaz əmlaka dair sahib və istifadə hüququna aid olmaqla müstəsna aidiyyətlə bağlıdır. Hazırki mübahisənin predmetini nəzərə aldıqda mübahisə predmeti olan əmlak Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşir və yaranmış mübahisələr, yəni ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi, həmin obyektlə bağlı icarə müqavilənin mübahisələndirilməsi, 2027-ci ilə kimi icarə haqqının tam ödənildiyini və ödənilən pulların geri qaytarılması məsələlərin həlli üçün Mülki Prosessual Məcəlləsinin 39 və 40-cı maddələrinin tələbinə əsasən müstəsna aidiyyəti üzrə işin Nərimanov rayon məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə iclasında Vəkil2 işin aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87.5 kv/m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi ilə bağlı olmaqla daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddiadır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mülki iş, ərazi aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair e-2(011)-6003/2024 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün ərzində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6003/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6003/2024
11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver