Məhkəmə qərarları › İş №e-2(011)-6071/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6071/2024

12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6071/2024 12.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Ərizəçi mərhum X4 əmisidir. X8 xx.xx.1970-ci il tarixdə Azərbaycan SSR Horadiz qəsəbəsində doğulmuşdur. Tofiq İsmayılovun atası X9 xx.xx.2024-cü il tarixdə, anası

2. Ərizəçi qardaşı oğlunun ölümü haqqında şəhadətnamə almaq üçün müraciət etsə də, AR TƏBİB “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 38 nömrəli Poliklinikasının xx.xx.2023-cü il tarixli, 134 nömrəli arayışla X2 poliklinikada qeydiyyatda olmadığı üçün ölüm haqqında şəhadətnamənin (106 nömrəli forma), habelə Azərbaycan Respublikası Fizuli rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-310/2024 saylı məktubu ilə ərizəçinin qardaş oğlunun ölümünün qeydə alınmasından imtina edilmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

3. Ərizəçi qardaşı X5 ölvadı (oğlu) X4 ölümü faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Ərizəçi ərizəsində qeyd etmişdir ki, onun qardaşı X9 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu ilə vəfat etmiş və ölüm faktı Füzuli Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ № 142929 nömrəli, 11 yanvar 2024-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Ərizəçinin qardaşı X.İbrahimovun həyat yoldaşı X3 isə xx.xx.2023-cü il tarixdə ağ ciyər - ürək çatışmazlığı diaqnozu ilə vəfat etmiş və ölüm faktı Füzuli Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ № 347742 nömrəli, 28 aprel 2023-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Ərizəçinin anası X12 xx.xx.1997-ci il tarixdə vəfat etmiş və ölüm faktı AZ-İİ № 415236 nömrəli, 07 mart 2024-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Ərizəçinin atası X16 xx.xx.1969-cu il tarixdə hipertoniya İİİ ST diaqnozu ilə vəfat etmiş və ölüm faktı 6 saylı Bakı “ASAN xidmət” Mərkəzinin AZ-İİ № 410013 nömrəli, 03 fevral 2024-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Ərizəçinin qardaşı X17 xx.xx.2004-cü il tarixdə vəfat etmiş və ölüm faktı Füzuli Rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 064186 nömrəli, 20 iyul 2004-cü il tarixli ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Ərizəçinin qardaşı X11 xx.xx.2007-cü il tarixdə vəfat etmiş və ölüm faktı Füzuli Rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 244399 nömrəli, 15 may 2007-ci il tarixli ölüm haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Ərizəçinin qardaşı X9 vəfat edərkən mülkiyyətində ünvan 1 ünvanında yerləşən mənzil olmuşdur. Sonradan məlum olmuşdur ki, ərizəçinin mərhum qardaşı X.X1 adında övladı olmuşdur. Lakin, AR Milli Arxiv İdarəsinin AR X22 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, Füzuli Rayon Qeydiyyat Şöbəsinin 1970ciilə aid doğum aktlarının qeydiyyat kitabı arxivə təhvil verilməmişdir. Ona görə də X4 Horadiz qəsəbəsində doğulması ilə bağlı heç bir məlumatın olmadığı qeyd edilmişdir. Əldə olan məlumatlara əsasən, ərizəçinin mərhum qardaşı X.İbrahimovun oğlu X8 xx.xx.1970-ci il tarixdə anadan olmuş, cəmi 6 ay yaşamış və sonradan ölmüşdür. Ölüm faktı şahid ifadələri ilə təsdiq edilə bilər. X4 vəfatı ilə bağlı Füzuli Rayon Qeydiyyat Şöbəsinə ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı müraciət edilsə də, həmin idarənin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X4 ölümü dövlət qeydiyyatına alınmayıb və məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Bu səbəbdən də həmin şəxsin ölüm faktının məhkəmə qaydasında təsdiq edilməsi zərurəti ortaya çıxmışdır. Belə ki, ərizəçi qardaşı X6 məxsus ünvan 1 ünvanında yerləşən **********22- 05101-093006 dövlət reyestr nömrəli mənzil üzərində qanun üzrə vərəsəlik hüququnun yaranması üçün X4 ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır. Hazırda ərizəçinin qardaşının birinci növbə vərəsələrinin hamısı vəfat etdiyindən və ikinci növbəli vərəsələrdən yalnız onun (Ərizəçi) sağ olduğumu nəzərə alaraq, Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün onun qardaşı oğlu X4 ölüm faktı məhkəmə qaydasında təsdiq olunmalıdır.

Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:

5. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. Ərizəçi, məhkəmədə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.

7. Maraqlı şəxs Fizulu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında şahid X13 izahat verərək bildirdi ki, ərizəçi ilə qohumdurlar. Tofiq 1970-ci ildə doğulmuşdu, 6 ay yaşadıqdan sonra vəfat etdi və Fizuli rayonu Əhmədağa qəbirstanlığında da dəfn olunub.

9. Məhkəmə iclasında şahid X15 izahat verərək bildirdi ki, ərizəçi onun xalasıoğludur, həmçinin bacısının əridir. Tofiq öləndə anasının ağlamağı yadındadır. Tofiq öləndə uşaq idi, hansı səbəbdən öldüyü yadında deyil.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

11. Maddə 307.2.3. Məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.

12. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”

13. Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

15. Belə ki, ərizəçinin və şahidlərin izahatı və iş materiallarında olan sübutlar əsasında X4 xx.xx.1971-ci il tarixində ölməsi faktı tam sübuta yetirilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

17. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə onun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.1971-ci il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixində Fizuli rayonunda doğulmuş X4 xx.xx.1971-ci il tarixində Fizuli rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar