Məhkəmə qərarları › İş №e-2(011)-6116/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6116/2024

12.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6116/2024 12.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs, Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/16/2024-00718 saylı barışıq sazişinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs, Ərizəçi ilə 07 sentyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin ailə vəziyyətləri yaxşı olsada, bir müddət sonra tərəflər ailə münasibətlərini davam etdirə bilmədiyindən boşanmaq qərarına gəlmişlər. Bununla bağlı olaraq tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mediasiyaya muraciət etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən mediasiya prosesində tərəflər aşağıdakı şərtlərlə MŞB/16/2024-00718 saylı barışıq sazişini bağlamışlar: 1. Tərəflər arasında bağlanmış nikahın pozulması barədə razılığa gəlirlər. Hər hansı tərəf nikahın pozulmasına etirazetmir və barışıq üçün əlavə vaxt istəməyəcəkdir. 2. Tərəflər qəbul edirlər ki, bir-birinə qarşı hər hansı əmlak tələbləri olmayacaqdır. 3. Tərəflər razılaşır ki, Maraqlı şəxs adında olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 4041-ci məhəllə, 16A ünvanında yerləşən 29 saylı mənzil Maraqlı şəxs müstəsna mülkiyyəti olaraq qəbul edilir. 4. Tərəflər razılaşır ki, Ərizəçi adında olan ünvan 2 ünvanında yerləşən 84 saylı mənzil Ərizəçi müstəsna mülkiyyəti olaraq qəbul edilir. Barışıq sazişinin imzalanmasından artıq 10 gün müddəti keçmişdir və sazişdə göstərilən öhdəliklər icra edilməmişdir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi ilə bağlıməhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş lakin tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatı, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Maraqlı şəxs və Ərizəçi arasında mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Bakı şəhəri, Suraxnı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16A, 29 saylı mənzil Maraqlı şəxs mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi Ərizəçi və Maraqlı şəxs tərəflərindən icra olunduğu üçün və tərəflər barışıq sazişinin icrasından yayınmadıqlarından barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Maraqlı şəxs və Ərizəçi arasında mediator X1 tərəfindən təsdiq edilmiş xx.xx.2024cü il tarixli MŞB/16/2024-00718 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar