Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6119/2025 24.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə xüsusi icraat qaydasında ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin mahiyyəti: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediaisya qaydasında bağlanılmış barışıq sazişinin 1-ci, 2-ci və 3-cü bəndinin icra edilməsi məqsədi ilə məhkəmə qaydasında təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2004-cü il tarixində Maraqlı şəxs ilə rəsmi nikah bağlayaraq nikaha daxil olmuşlar. Tərəflərin bu nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında nikah xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5094/2016 saylı qətnaməsi ilə pozulmuşdur. Maraqlı şəxs ilə qanunvericiliyin tələbinə görə tərəflər mediasiya sessiyasından keçərək, mediasiya prosesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilə və xx.xx.2025-ci il tarixli Barışıq Sazişi imzalayaraq aşağıdakılar barədə razılığa gəlmişlər. xx.xx.2010-cu il təvəllüdlü X3 atası Ərizəçi himayəsinə verilməsi, Ərizəçi və Maraqlı şəxs razılığı ilə birgə nikahdan olan övladı xx.xx.2010-cu il təvəllüdlü X3 atası Ərizəçi ilə ölkə hüdudlarından kənara çıxmasına Maraqlı şəxs heç bir etirazının olmaması barədə razılıq vermişdir. Tərəflərin mövqeləri: Ərizəçinin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə onların iştirakı olmadan baxılmasını və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs da notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Sumqayıt şəhər Nikah Evi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ № 475713 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Ərizəçi, anası X2r. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5094/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhər Nikah Evində bağlanmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 anası X1 himayəsində qalması qət edilmişdir. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi arasında olan nikah ləğv edilmişdir. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri belədir; 1.Tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladı xx.xx.2010-cu il təvəllüdlü X3 atası Ərizəçi himayəsinə veriməsinə ana Maraqlı şəxs razılıq vermişdir. 2.Tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahından olan övladı xx.xx.2010-cu il təvəllüdlü X3 atası Ərizəçi ilə ölkə hüdudlarından kənara çıxmasına Maraqlı şəxs heç bir etirazı yoxdur və könüllü olaraq razılıq vermişdir. 3.Barışıq sazişi Binəqədi Rayon Məhkəməsi tərəfindən təsdiqlənsin. İşin müəyyən edilən halları: Tərəflər xx.xx.2004-cü il tarixində nikaha daxil olmuşlar, onların birgə nikahlarından iki övladları doğulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5094/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş uşaqların X1 himayəsinə verilməsi qət edilmişdir. Sonradan, tərəflər arasında xx.xx.2025-ci il tarixində mediasiyada barışıq sazişi bağlanmış, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X3 ərizəçinin himayəsinə verilməsi, yetkinlik yaşına çatmayan uşağın ərizəçi ilə birlikdə ölkədən kənara getməsinə maraqlı şəxsin etiraz etməməsi barədə razılığa gəlmişlər. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəllləsi: Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin məhkəməyə ünvanlandığı ərizələri, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşağın ərizəçinin himayəsinə verilməməsi və uşağın atası ilə birlikdə ölkədən xaricə getməsinə maraqlı şəxsin razılıq verməməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 1-ci və 2-ci bəndlərinin şərtlərini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2025-ci il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur və ərizə barışıq sazişinin 1-ci və 2-ci bəndlərinin təsdiq edilməsi hissəsində təsdiq edilməldir. Eyni zamanda məhkəmə hesab edir ki, barışıq sazişinin 3-cü bəndinin təsdiqinə lüzum yoxdur. Çünki, tərəflər barışıq sazişinin Bakı şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən təsdiq edilməsi barədə razılığa gəlsələr də, sonradan mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ərizəçi öz yaşadığı yer üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də, barışıq sazişinin təsdiq olunması məsələsinə Bakı şəhər Xətai Rayon Məhkəməsi tərəfindən baxıldığı üçün həmin sazişin 3-cü bəndinin ayrıca təsdiq edilməsinə zərurət yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahından olan övladı xx.xx.2010-cu il təvəllüdlü X3 atası Ərizəçi himayəsinə veriməsinə ana Maraqlı şəxs razılıq vermişdir.
2. Tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahından olan övladı xx.xx.2010-cu il təvəllüdlü X3 atası Ərizəçi ilə ölkə hüdudlarından kənara çıxmasına Maraqlı şəxs heç bir etirazı yoxdur və könüllü olaraq razılıq vermişdir. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Nağıyev