Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6129/2024 15.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1255 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahından bir övladları – xx.xx.2018-ci il təvəllüdlü X2 doğulmuşdur.
2. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi ilə birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün maraqlı şəxsdən hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyi ilə bağlı tərəflər razılığa gəlmişlər.
3. Maraqlı şəxs tərəfindən Barışıq sazişinin 1.3-cü bəndində qeyd edilən aliment ərizəçiyə ödənilmir.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri
4. Ərizəçi maraqlı tərəflə aralarında mediasiya prosesi nəticəsində bağlanılmış, Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş MŞB/9/2023-01327 saylı, xx.xx.2023-cü il tarixli Barışıq sazişinin aliment tutulmasına dair hissəsinin, yəni 1.3-cü bəndinin sazişdə nəzərdə tutulduğu qaydada və müddətdə könüllü icra edilmədiyi üçün məcburi icra edilməsi məqsədi ilə bağlı təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdır ki, ərizəçi maraqlı tərəflə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından bir övladları doğulmuşdur. Tərəflər arasında nikah Bakı şəhəri Xətai rayon məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Belə ki, həmin vaxt tərəflər arasında məhkəməyə qədər keçirilmiş ilkin Mediasiya Sessiyasında tərəflər arasında barışıq Sazişi bağlanmış, tərəflər nikahın pozulmasında təkiq etsələr də, birgə nikahdan doğulan uşaqların ərizəçinin yanında saxlanması və alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Bununla bağlı Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilmişdir. Həmin Sazişin 1.3-cü bəndinə əsasən maraqlı tərəf birgə nikahdan doğulmuş uşağın saxlanması üçün hər ay 220 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən Barışıq Sazişinin 5-ci bəndinə əsasən maraqlı tərəf Saziş üzrə öhdəliyini sazişi imzaladıqdan sonra 10 gün müddətində icra etməli idi. Lakin maraqlı tərəf həmin vaxtdan başlayaraq indiyə qədər aliment ödəmək ilə bağlı öhdəliyini lazımınca icra etməmişdir. Bu müddət ərzində yalnız 2023 dekabr ayında 220 manat və aprel 2024-cü il üçün 220 manat aliment ödəmişdir. Maraqlı tərəf fərdi əmək fəaliyyəti ilə məşğul olur, fəaliyyət sferası fotoqraf olmaqla, sabit yaxşı gəlir əldə edir. Lakin mediasiya prosesində bağlanmış Barışıq Sazişi üzrə aliment öhdəliyini qəsdən icra etmir. Bu səbəbdən də, qeyd edilən Barışıq Sazişininməcburi icrası məqsədi ilə təsdiq edilməsinə zərurət yaranmışdır.
b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:
6. Maraqlı şəxs məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizəyə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir.
8. Maraqlı şəxs məhkəmə iclası zamanı bildirdi ki, hal-hazırda rəsmi olaraq daimi gəliri yoxdur.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəllləsi:
9. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
10. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
11. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
18. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
19. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
21. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə maraqlı şəxsin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır.
23. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşağın saxlanılması üçün alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır.
24. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.
25. İşin faktiki hallarından da göründüyü kimi, tərəflər aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin 1.3-cü bəndində maraqlı şəxsin ərizəçiyə övladları xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 220 manat alimenti ödəməyi öhdəsinə götürməsi nəzərdə tutulmuşdur.
26. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.3-cü bəndi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin həmin bəndi ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 1.3-cü bəndini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.3-cü bəndi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin 1.3-cü bəndinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
27. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.3-cü bəndi qanunvericiliyə uyğun olduğundan, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişinin 1.3-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: 1.3. Tərəflər razılaşdılar ki, Maraqlı şəxs1 birgə nikahdan dünyaya gəlmiş övladları X1 (doğum tarixi: 15 iyun 2018-ci il) saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi manat) manat aliment məbləğini Ərizəçi ödəyəcək. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı