Məhkəmə qərarları › İş №e-2(011)-6563/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6563/2024

30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6563/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “doğum və ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, babası Əliheydər Süleyman oğlunun X4, həmçinin Böyükağa, Ağamehti və Xanımana adlı övladları olmuş, Umuxanım Süleyman qızı isə onun bacısı olmuşdur. X4 xx.xx.1982-ci ildə vəfat etmiş, həmçinin digər bacı-qardaşları da hamısı XİX əsrin sonlarında müxtəlif vaxtlarda rəhmətə getmişlər. Ərizəçinin babasının bacısı X12 1890-cı il tarixdə Bakı şəhərində anadan olmuş və 1935-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, keçmiş Qoqol (indiki Mərdanov Qardaşları) küçəsi, dalan 1, ev 7 (əvvəllər həmin küçə Yasamal rayonu ərazisinə aid olmuşdur) ünvanında rəhmətə getmişdir. X5 övladı olmamış, qardaşı, yəni ərizəçinin babası Əliheydərin himayəsində yaşamışdır. Babasının bacısı X12 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Dağüstü 1-ci qəbirstanlığının 1-cisektorunda rəhmətə getmiş digər ailə üzvlərinin yanında dəfn edilmişdir. X5 barəsində ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi barədə qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, keçmiş Qoqol (indiki Mərdanov Qardaşları) küçəsi, dalan 1, ev 7 (əvvəllər həmin küçə Yasamal rayonu ərazisinə aid olmuşdur) ünvanının aid olduğu Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaəretmə Birliyi” X33 “Bakı Baş Səhiyyə Mərkəzi” X33 3 nömrəli şəhər Poliklinikasına müraciət etmişdir. Həmin Poliklinika tərəfindən ərizəçiyə yazılı şəkildə xx.xx.2024-cü il tarixli, 18-1-1-1-1/2-168/2024 saylı məktubla bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamənin saxlanma müddəti xx.xx.2016-cı il 100 nömrəli əmrə əsasən 3 ildir. Həmçnin ərizəçi ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Həmin orqandan vətəndaşlıq vəziyyəti barədə məlumatlar ailə həyatına dair məlumat hesab edildiyindən, onların əldə edilməsinə məhdudiyyət qoyulduğunu, bu məlumatarın yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edildiyini bildirilərək sorğuya imtina məktubunu vermişlər. X5 ölüm faktını və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Dağüstü 1-ci qəbirstanlığının 1-ci sektorunda dəfn edilməsi faktını təsdiqləyən şahidləri var. Ölüm faktının müəyyən olunması və qeydə alınması ona babasının bacısı X5 ünvan 2 ünvanına olan 3/1 payını vərəsəlik yolu ilə qəbul etməyi üçün lazımdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, babasının bacısı X5 1935-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin babasının bacısı X5 1935-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini, babasının bacısı X9 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Aşumova”, adı “Ummixanım”, ata adının “Süleyman”, doğum tarixinin “XX.XX.1890-cı il”, doğum yerinin “Bakı şəhəri”, ata qrafasında “atası Süleyman Əliheydər oğlu, milliyəti azərbaycanlı”, ana qrafasında “anası Qızana Nəcəf qızı, milliyəti azərbaycanlı” kimi qeydiyyat aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin və nümayəndəsinin izahatına, şahid ifadələrinə və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 083914 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 03 aprel 1940-cı il tarixdə anadan olmuşdur, atası X13, anası X1r. İş materiallarında olan АЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx xxxxxx 1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, X4, anası isə Elmira Aşumovadır. İş materiallarında olan İV-ЖГ seriyalı, 318098 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 20 dekabr 1982-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İİ-ИЕ seriyalı, 182631 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 15 avqust 1964-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X26 şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X33 3 nömrəli Şəhər Poliklinikası tərəfindən Bakı şəhəri 18 saylı Vəkil bürosuna ünvanlanmış 10 may 2024-cü il tarixli 18-1-1-1/2-168/2024 nömrəli məktubun surətindən görünür ki, “Ölüm haqqında tibbi şəhadətnamə” nin saxlama müddəti xx.xx.2016-cı il 100 nömrəli əmrə əsasən 3 ildir. İş materiallarında olan Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 08 may 2024cü il tarixli 663 nömrəli arayışın surətindən görünür ki, X12 (1890-1935) qəbirdaşına əsasən Bakı şəhəri, yasamal rayonu, X27 küçəsində yerləşən Dağüstü 1-ci qəbirstanlığının 1-ci sektorunda dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 17 iyul 2024-cü il tarixli 3-16-5/8-15-750/24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınması imkan xaricindədir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Bakı şəhəri 18 saylı Vəkil bürosuna ünvanlanmış 17 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, “İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu” nun 38.3-ci maddəsinin 38.3.2-ci bəndi, 38.6.3-cü maddəsi, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə edilmiş əlavəyə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Göstərilənlərə əsasən sorğuya cavab verilməsi imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Sovet Sosialist Respublikası Rayon İcra Komitəsinin, Şəhər Zəhmətkeş Deputatları X2 bürosu tərəfindən X10 verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qoqol küçəsi, dalan 1, ev 7 xüsusi mülkiyyət kimi X6 adına qeydiyyatdan keçmiş, həmin mənzil üzrə payçılardan biri X7r. İş materiallarında olan qəbirdaşı fotoşəklindən görünür ki, X11 1890-1935 ci illərdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aşumov X23 izahatında bildirmişdir ki, o, ərizəçinin əmisi oğludur. Ummixanın onun atasının bibisidir. Qəbri onun babasının qəbrinin yanında yerləşir. Həmişə qəbiristanlığa gedəndə onun doğum tarixini orda görmüşdür. Hazırda babasından qalan evə dair hüquqların rəsmiləşdirilməsi lazımdır. Atası vəfat edəndə o, 1 yaşlarında olmuşdur. Əmisi, bibisi ona Ummixanımın babasının bacısı olduğunu demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında bildirmişdir ki, o, ərizəçinin əmisi oğludur. Ummixanın onun atasının bibisidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla və şahid ifadələri ilə təsdiq edilir ki, X11 1890-cı il tarixində Azərbaycan Respublikası Bakı şəhərində doğulmuş, 1935-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X3 XX.XX.1890-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydində adı “Ummixanım”, soyadı “Aşumova”, ata adı “Süleyman qızı”, doğum tarixi “XX.XX.1890-cı il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “X22”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X14”, atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum faktı qeydə alınmalı və ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, XX.XX.1890-cı il təvəllüdlü X3 1935-ci il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduöundan onun ölüm faktı da müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. XX.XX.1890-cı il təvəllüdlü X3 1890-cı il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində doğulması faktı müəyyən edilsin. X8 doğum haqqında akt qeydində adı “Ummixanım”, soyadı “Aşumova”, ata adı “Süleyman qızı”, doğum tarixi “XX.XX.1890-cı il”, doğum yeri “Azərbaycan Respublikası Bakı şəhəri”, anası qrafasında “X22”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X14”, atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. XX.XX.1890-cı il təvəllüdlü X3 1935-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar