Məhkəmə qərarları › İş №e-2(011)-6602/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6602/2025

16.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6602/2025 16.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nümayəndəsi və vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia tələbi üzrə iddiaçı Mirzoyev Jamilin Cavabdeh qarşı “payın naturada ayrılması və mənzilin hərracdan satılması” tələbinə, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Mirzoyev Jamilə qarşı “payların kompensasiya edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlkin iddia tələbi: İddiaçı Mirzoyev Jamil Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı Jamil Mirzoyev ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçı Jamil Mirzoyevin və Cavabdeh paylarına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin paylarına uyğun olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nümayəndəsi və vəkili Nümayəndə daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı Jamil Mirzoyev ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin paylarına uyğun olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nümayəndəsi və vəkili Nümayəndə daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə görə 152 500 manat məbləğində kompensasiya Cavabdeh tutularaq iddiaçı Jamil Mirzoyev-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi: İddiaçı Cavabdeh Mirzoyev Jamilə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, X2 Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 ünvanda yerləşən mənzilin üzərində ½ hissədə payı Cavabdeh tərəfindən 152 500 manat ödəməklə kompensasiya olunması və X2 Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 ünvanda yerləşən mənzilin üzərində ½ hissədə paylı mülkiyyət hüquqlarına, kompensasiya aldığı andan, xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin dəlilləri: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2024-cü ildə boşanmışlar. İddiaçı Jamil Mirzoyev oğlu ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixində Bakı Nikah Evində (Səadət Sarayı) nikah bağlanmış və 2113 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-779/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. Hər birinin mənzildə ½ hissədə payı müəyyən edilib. Birgə nikah dövründə və birgə gəlir hesabına tərəflər 2019-cu il tarixində Bakı şəhəri, Xətai rayonu, ünvan 3, 46 saylı mənzili alqı-satqı yolu ilə əldə etmişdir və mənzil arvadın, yəni Cavabdeh adına rəsmiləşdirilmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2745/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, sözügedən mənzilin Mirzoyev Jamil və Cavabdeh arasında payları bərabər olmaqla bölünəməsi və qeyd edilən əmlak üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə minmiş və nəticə etibarı ilə, tərəflərin hər birinin ½ hissədə pay hüququnu təsbit edən daşınmaz əmlakın dövlər reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı haqlı olaraq, mübahisəli mənzildən naturada bölünməsini, bu, mümkün olmadıqda isə, əmlakın açıq hərracdan satılaraq, əldə olunan vəsaitdən ona düşən paya uyğun olaraq verilməsini istəyir. Qarşılıqlı iddia tələbinin dəlilləri: Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Jamil Mirzoyev cabvabdeh Cavabdeh qarşı iddia ilə Xətai rayon Məhkəməsinə müraciət edərək " iddiaçı Jamil Mirzoyev ilə Cavabdeh ümumi mülkiyyətində olan Bakı şəhəri, Xətai ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçı Jamil Mirzoyevin və Cavabdeh paylarına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin mənzilin aşıq hərracdan satılaraq əldə olunan vəsaitlərin tərəflərin paylrına uyğun olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsi" ni xahiş etmişdir. Bununla bağlı Xətai Rayon Məhkəməsinin e-2(011)-6602/2025 saylı, xx.xx.2025- ci il tarixli Qərardadı ilə mühəndis -texniki ekspertizası təyin olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazırləyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri, Xətai Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 mülkiyyətçilərinin paylarına uyğun şəkildə (1/2 hissədə) naturada bölgüsü mümkündürmü? Əgər mümkündürsə bu hansı qaydada mümkündür? Eyni zamanda həmin qəradadla Bakı şəhəri, Xətai Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 nömrəli mənzilin bazar dəyərinə uyğun ilkin satış qiymətinin müəyyən edilməsinə dair mütəxəssis rəyinin alınması qərara alınmışdır. Bununla əlaqədar, təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6715 saylı 15 oktyabr 2025-ci il tarixli Ekspert Rəyinə əsasən: Bakı şəhəri, Xətai Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 ünvanda yerləşən mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən aparılan 02-333/25 saylı 31 oktyabr 2025-ci il tarixli "Daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabat"a əsasən Bakı şəhəri, Xətai Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 ünvanda yerləşən mənzilin bazar dəyəri 320 000 (üç yüz iyirmi min ) manat, ilkin satış qiyməti 305 000 (üç yüz beş min) manat müəyyən olunmuşdur. Bundan conra Jamil Mirzoyevin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək " Bakı şəhəri, Xətai Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 ünvanında yerləşən mənzilin aşıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin paylarına uyğun olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsi"n\ Xahiş etmişdir. Xətai rayon məhkəməsinin 2(004)- 2745/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xətai Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 ünvanda yerləşən mənzil Mirzoyev Jamil və Cavabdeh həmin əmlak üzərində onların hər birinin payı ½ hissədə müəyyən edilmişdir. Nəticədə , müəyyən olunur ki, qeyd olunan əmlakdan Jamil Mirzoyeva 'A hissə üzrə ona düşən payın miqdarı 152 500 (305 000 : 2) manat təşkil edir. İddiaçı Jamil Mirzoyevin Cavabdeh qarşı iddia ilə Xətai rayon məhkəməsinə müraciət edərək "Bakı şəhəri, Xətai ünvan 2 ünvanında yerləşən mənzilin iddiaçı Jamil Mirzoyevin və Cavabdeh paylarına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda isə həmin mənzilin aşıq hərracdan satılaraq əldə olunan vəsaitlərin tərəflərin paylrına uyğun olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə iddiasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6715 saylı 15 oktyabr 2025-ci il tarixli Ekspert Rəyinə əsasən: Bakı şəhəri, Xətai Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 ünvanda yerləşən mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı və ən əsası Cavabdeh Nadir qızının mülkiyyət hüququnun qorunub saxlanmasını əsas tutaraq, - dəyəri 305 000 manat olan iddiaçı Jamil Mirzoyevin ona çatası payın, yəni 152 500 manat vəsaitin onun ½ hissədə olan payına kompensasiya olunmasından ibarətdir. Tərəflərin izahatları: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, bildirdi ki, tərəflər arasında razılıq əldə olunduğundan, mübahisəli mənzilə görə 152 500 manat məbləğində kompensasiya Cavabdeh tutularaq iddiaçı Jamil Mirzoyev-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, bildirdi ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsin ilə tərəflər arasında əmlaka dair ½ hissələrdə payları tanınmışdır, qeyd olunan mənzilin naturada bölünməsi mümkün olmadığına görə, X2 Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 ünvanda yerləşən mənzilin üzərində ½ hissədə payı Cavabdeh tərəfindən 152 500 manat ödəməklə kompensasiya olunması və X2 Babək prospekti, 1131 -ci məhəllə, ev 10 D, mənzil 46 ünvanda yerləşən mənzilin üzərində ½ hissədə paylı mülkiyyət hüquqlarına, kompensasiya aldığı andan, xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-2745/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, birgə nikah dövründə əldə olunmuş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil Mirzoyev Jamil və Cavabdeh arasında payları bərabər olmaqla bölünməsi və qeyd edilən əmlak üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi qət edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-779/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Mirzoyev Jamil ilə Cavabdeh arasında Bakı Nikah Evi (Səadət Sarayında) xx.xx.2013-cü il tarixdə 2113 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3, 46 saylı mənzil üzərində Mirzoyev Jamil və Cavabdeh ½ hissədə payları xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli, MŞB/6-01290 saylı Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmişlər, iddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/6715 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Bbək Prospekti, 1131-ci məhəllə, ev 10D, 46 saylı mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02-333/25 saylı mütəxəsis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 103.20 kv.m olan üç otaqlı 46 saylı mənzilin 2025-ci ilin oktyabr ayına bazar dəyəri 320 000 manat, likvid dəyəri 305 000 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, **********07 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən, tərəflərindən 50 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi verilərkən, tərəflərindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddia tələbləri əsaslı hesab edilərək, təmin edilməlidirlər. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-2(004)-2745/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, birgə nikah dövründə əldə olunmuş və Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil Mirzoyev Jamil və Cavabdeh arasında payları bərabər olmaqla bölünməsi və qeyd edilən əmlak üzərində onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər hal-hazırda məhkəməyə müraciət etməkdə haqlıdırlar. Belə ki, məhkəmə ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyünü müəyyən etmək üçün ekspertiza təyin etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/6715 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Bbək Prospekti, 1131-ci məhəllə, ev 10D, 46 saylı mənzilin tərəflərin paylarına uyğun naturada bölünməsinin AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 və 220.4-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02-333/25 saylı mütəxəsis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 103.20 kv.m olan üç otaqlı 46 saylı mənzilin 2025-ci ilin oktyabr ayına bazar dəyəri 320 000 manat, likvid dəyəri 305 000 manat təşkil edir. Odur ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Jamil Mirzoyevin ½ hissədə paylı mülkiyyət hüquqlarına 152 500 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməlidir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə görə 152 500 manat məbləğində kompensasiya Cavabdeh alınaraq iddiaçı Jamil Mirzoyevə ödənilməli və Jamil Mirzoyevin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil üzərində ½ hissədə payı Cavabdeh tərəfindən 152 500 manat ödənilməklə kompensasiya olunmalı və Jamil Mirzoyevin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil üzərində ½ hissədə paylı mülkiyyət hüquqlarına kompensasiya alındığı andan xitam verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Tərəflərin məhkəmə xərcləri ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri tərəflərin ayrı-ayrılıqda özlərinə aid edilməlidir. Məhkəmə həmçinin işə baxılması ilə əlaqədar məsrəflər olan ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat və mütəxəssis rəyinin dəyəri 500 manat məbləğində pul vəsaiti də tərəflərdən müştərək qaydada tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilə görə 152 500 (yüz əlli iki min beş yüz) manat məbləğində kompensasiya Cavabdeh alınaraq iddiaçı Jamil Mirzoyevə ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. Jamil Mirzoyevin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil üzərində ½ hissədə payı Cavabdeh tərəfindən 152 500 (yüz əlli iki min beş yüz) manat ödənilməklə kompensasiya olunsun və Jamil Mirzoyevin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzil üzərində½ hissədə paylı mülkiyyət hüquqlarına kompensasiya alındığı andan xitam verilsin. 50 (əlli) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Mirzoyev Jamil və Cavabdeh müştərək qaydada tutularaq Dövlət Büdcəsinə ödənilsin. 500 (beş yüz) manat məbləğində mütəxəssis rəyinin dəyəri Mirzoyev Jamil və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar