Məhkəmə qərarları › İş №e-2(011)-6636/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6636/2022

09.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6636/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul tələbinə dair” mülki iş üzrə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat maddi, 20000 manat mənəvi zərərin və dövlət rüsumu kimi ödədiyi 165 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində cəlb edilməsini, 2500 manat maddi, 20000 manat mənəvi zərərin, dövlət rüsumu kimi ödədiyi 165 manat vəsaitin və Yardımlı rayonunun Pirembel kəndində yerləşən sahəsi 98.9 kv/m olan qeyriyaşayış binasının özəlləşdirilməsi zamanı tərəfindən ödənilmiş 2500 manat vəsaitin 25 %-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, Yardımlı rayonunun Pirembel kəndində yerləşən sahəsi 98.9 kv/m olan qeyriyaşayış binasının özəlləşdirilməsi zamanı tərəfindən ödənilmiş 2500 manat vəsaitin 75 %-nin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayonu, Pirembel kəndində yerləşən sahəsi 98.9 kv/m-dən ibarət qeyri-yaşayış binası- Pirembel kənd klubu Azərbaycan Respublikası Əm'ak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixində keçirilmiş hərracın qalibi kimi ona satılmışdır, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında xx.xx.2019-cu il tarixli, 4328 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2004-cü il tarixdən Pirembel kənd klubunda müdir vəzifəsində işləmiş X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 «a» maddəsinə əsasən müəssisə ləğv olunduğu üçün klubun müdiri vəzifəsindən azad edilmişdir. Lakin bundan bir müddət sonra X3 Bakı şəhəri, Xətai rayon Məhkəməsinə «hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair» iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(011)- 2040/20 saylı qətnaməsi ilə iddiaçı iddia tələbi təmin edilərək Yardımlı rayonu, Pirembel kənd klubunun hərracda satılmasına dair xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokol və hərracın nəticəsində onunla Azərbaycan Respublikası ƏMDK arasında bağlanmış xx.xx.2019cu ıl tarixli, 4328 saylı müqavilənin etibarsız hesab edilməsi, adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Xətai rayon Məhkəməsinin qətnaməsindən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi və onun tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasıya Məhkəməsinin xx.xx.2021-cu İl tarixli, 2(103)-1269/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci ıl tarixli, 2(011)-2040/20 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla belə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hüquqi varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Bakı Apeliyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1269/2021 saylı qətnaməsindən tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3872/21 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı. Buna görə də aldığı qeyri-yaşayış binasını geri qaytarmağa məcbur olmuşdur. Bütün bunlar onda sarsıntılar yaratmış və bununla bağlı keçirdiyi həyəcan və iztirab nəticəsində onkoloji xəstəliyə düçar olmuşdur. Rusiya Federasiyasının Moskva səhərində və Türkiyə Respublikasında uzun müddət müalicələr almış, sonda İstambul səhərində aqır cərrahiyyə əməliyyatı olunmuşdur. Hazırda da müalicəsi davam etdirilir. Həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 2500 manata satın almış, çıxarış verilərkən 300 manatdan artıq vəsait ödəmişdir. Həmçinin əmlakı aldığı dövrdə Masallı, Cəlilabad və Bakı şəhərlərinə bir neçə ay ərzində dəfələrlə gedibgəlməyə 2500 manata yaxın vəsait sərf etmiş, keçirilmiş hərracın nəticələrinin təqsiri olmadan etibarsız hesab edilməsi və adına verilmiş çıxarışın ləğvi ilə bağlı Xətai rayon Məhkəməsinin müvafiq qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsilə dəyişdirilmədən saxlanıldıqdan sonra dərin sarsıntı keçirərək ağır xəstəliyə düçar olmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının yekun qərarı verildikdən sonra isə xəstəliyi getdikcə daha da kəskinləşmiş, nəticədə ağır cərrahiyyə əməliyyatı olunmuşdur. Bununla ona həm də mənəvi zərər vurulmuşdur. Bundan başqa, Yardımlı rayonunun Pirembel kəndində yerləşən sahəsi 98.9 kv.mdən ibarət qeyri-yaşavıs binasını rəsmi qaydada alarkən tərəf olaraq üzərinə düsən bütün vəzifələri icra etmiş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (keçmiş) binanın adına rəsmiləşdirilməsi ilə baqlı hüquqi prosedurları doğru-dürüst verinə yetirmədiyi ücün ona 5.000 manat məbləğində maddi və 20.000 manat məbləğində mənəvi zərər dəymişdir. xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəhbərliyinə rəsmi müraciət olunaraq qanuna müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. Lakin xidmətin rəis müavini Elçin Yusubov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********641 saylı cavab məktubunda göstərilir ki, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində tərəfindən dövlət büdcəsinə ödənilmiş 2500 manat pulun qaytarılması qərara alınmamışdır. Eyni məsələ ilə bağlı nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinə və Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş, sonuncu ünvandan daxil olmuş xx.xx.2022-ci il tarixli, **********93 saylı cavab məktubunda göstərilir ki, məhkəmə qətnaməsində əmlakın özəlləşdirilməsi ləğv edilsə də, həmin əmlaka görə dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması qərara alınmamışdır. Eləcə də həmin cavabda məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti vurulmuş maddi və mənəvi ziyanı ödəməkdən əsassız olaraq imtina etmişdir. İşin məhkəmə hazırlıq iclası zamanı məlum olmuşdur ki, Yardımlı rayonu, Pirembel kəndində yerləşən sahəsi 98.9 kv/m-dən ibarət qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixində müvafiq qaydada keçirilmiş hərrac zamanı tərəfindən özəlləşdirilərkən ödədiyi 2500 manat vəsaitin yalnız 25%-i cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına keçirilmiş, digər vəsait isə dövlət büdcəsinə ödənilmişdir. Ona görə də cavabdehlər tərəfindən vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsaslı olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığını tənzimləyən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərin hər bırı əqd üzrə aldıqlarının hamısını digər tərəfə geri qaytarmağa alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (O cümlədən alınanlar əmlakdan istifadədə görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərim pulla ödəməlidir. Yuxarıda qeyd olunan maddədən də aydın görünür kı söhbət tərəflərdən gedir. Burada da tərəflər İddiaçı və Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı, Maliyyə Nazirliyi hərracı təşkil etmədiyi və həmçinin iddia ərizəsinə təkcə müqavilə tərəfi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olduğu halda, iddianın Maliyyə Nazirliyinə qarşı yönəldilməsi anlaşılan deyildir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 10 08 2000-cı ıl tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-ı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bır orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. İş materiallarından tam aydın görünür kı, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş əsasnaməsinin 1.1-ci yarımbəndində Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının idarə edilməsi onun özəlləşdirilməsi daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması ünvan reyestrinin aparılması dövlət torpaq kadastrı yerquruluşu torpaqların dövlət idarəetməsi torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra müvafiq sahə) dövlət nəzarətim həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum olması qeyd olunur. Dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatı üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. “Budcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar cıddı şəkildə oz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə budcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişlərı əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bır təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X4 iddianı qismən qəbul edərək izahatında bilidirdi ki, Yardımlı rayonu, Pirembel kəndində yerləşən sahəsi 98.9 kv/m-dən ibarət qeyri-yaşayış binası alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən özəlləşdirilmiş, iddiaçı qeyd edilən əmlakın özəlləşdirilməsi zamanı 2.500 manat ödəmişdir. Həmin vəsaitin 25%-i AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin, qalan 75%-i Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına köçürülmüşdür. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Qeyri-yaşayış sahələrinin açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 2.500 manat vəsaitin 25%-i AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və 75%-i Azərbaycan Respublikası Maliyyə Nazirliyindən geri qaytarılaraq iddiaçının hesabına ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hebir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci ıl tarixli, 2(011)-2040/20 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair” iddiası təmin edilərək Yardımlı rayonu, Pirembel kəndində yerləşən ümumi sahəsi 98,9 kv.metr olan kənd klubunun hərracdan satılmasına dair xx.xx.2019-cu ii tarixli “hərracın yekunları barədə" protokolun və həmin hərracın nəticəsində İddiaçılə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 27 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış binasına dair Reyestr Xidməti tərəfindən İddiaçı adma verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1269/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci ıl tarixli, 2(011)-2040/20 saylı qətnaməsindən üçüncü şəxs İddiaçı və cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 3872/21 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1269/2021 saylı qətnaməsindən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Vəkil ünvanladığı xx.xx.2021-ci il tarixli və 07.0.2022-ci il tarixli məktublarından göründüyü kimi, iddiaçının vəkilinin Yardımlı rayonu, Pirembel kəndində yerləşən 98,9 kv.m qeyri-yaşayış binasının İddiaçı tərəfindən özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi məhkəmə qərarı itə ləğv edildiyindən, həmin əmlakın özəlləşdirilməsi ilə bağlı ödənilmiş 5000 manatın maddi ziyan kimi, 20 000 manatın isə mənəvi ziyan kimi M Fətiyevə ödənilməsinə dair müraciətlərə baxılmış, bununla əlaqədar bildirilmişdir ki, qeyd edilən əmlakların özəlləşdirilməsi ilə bağlı ödənilmiş pul vəsaitinin ona qaytarılması məhkəmə qərarında qeyd edilməmişdir. Eyni zamanda, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti döviət büdcəsinə köçürülür. Həmin Qanunun 30-cu maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Göstərilənləri nəzərə alaraq, müraciətdə qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etməsinin məqsədəuyğun olması bildirilmişdir. İş materiallarına əlavə olunmuş Milli Onkologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli xəstəlik tarixindən çıxarışın (epikriz) surətindən görünür ki, İddiaçı “C 16.2-Mədə cisminin bədxassəli yenitörəməsi pT3N1M0 mərhələ İİB GX” diaqnozu qoyulmuşdur. Anamnezdən məlum olur ki, Türkiyədə mədə xərçəngi diaqnozu ilə xx.xx.2021-ci il tarixdə “Total qastroektomiya” cərrahi əməliyyatı aparılmışdır. 2001-ci ildə Moskva şəhərində Sağ tərəfli nefrektomiya cərrahi əməliyyatı icra edilmişdir. 2011-ci və 2019-cu illərdə Almaniyada Ürəyin stenləşməsi icra edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ozəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə Qaydaları"nın 2-ci bəndinə əsasən özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edllmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 13-cü bəndinə əsasən özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumlann ödənilməsindən əldə edilən pul vəsaiti və daxilolmalardaxil olur. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə daxil olur. Dövlət əmiakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili və müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinln ödənilməsl məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Qeyd olunan normativ hüquqi aktların tələblərindən göründüyü kimi, özəlləşdirmə nəticəsində əldə edilən pul vəsaitinin 25 faizinin Azərbaycan Respublikası Dövİət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (Əmlak Məsələləri Dövlət Xidmətinin) hesabına, 75 faizinin isə dövlət büdcəsinə keçməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Əsasnaməsində müəyyən ediimişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edilməlidir ki, iş üzrə iddiaçı iiə bağlanmış və sonradan məhkəmə tərəfindən etibarsız hesab edilmiş xx.xx.2019-cu il tarixli, 4328 saylı alqı-satqı müqaviləsinin digər tərəfi dövlət olmuş, qanunvericiliyin təiəblərinə əsasən həmin əqddən əldə olunən vəsaitin 75 faizi dövlət büdcəsinə köçürülmüşdür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respubiikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxsiər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respubiikasının səlahiyyətlərini onun hüquqi şəxsiər olmayan orqanları həyata keçirirlər. Bu baxımdan konkret əqd üzrə hüquq münasibətlərində dövlətin səlahiyyətlərini hansı orqanının həyata keçirilməsindən asılı oimayaraq, etibarsız əqd üzrə dövlət büdcəsinə ödənilmiş vəsait həmin pulu ödəmiş şəxsə qaytarılmalıdır. Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlərə restitusiyanın tətbiqi tərəflərin hər hansı təqsirli hərəkətərinin olub-olmamasından asılı edilməmişdir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Yardımlı rayonunun Pirembel kəndində yerləşən sahəsi 98.9 kv/m olan qeyri-yaşayış binasının özəlləşdirilməsi üzrə hərracın qanunla müəyyən edilmiş qaydada icra olunmaması nəticəsində İddiaçı 2500 manat məbləğində maddi ziyanın vurulması işin mübahisəsiz halıdır. Odur ki, məhkəmə gəldiyi qənaətə görə, iddia tələbi qeyri-yaşayış binasının açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 2.500 qaytarılması hissəsində əsaslı və qanuni olduğundan təmin edilməli, göstərilən məbləğin 25%-i, yəni 625 manatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-i, yəni 1875 manatı isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə iddia tələbinin 2500 manat maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli əmlakın dövlət qeydiyyatına alınması üçün iddiaçı tərəfindən 80 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməsi təsdiq edildiyindən, tələb həmin hissədə qismən təmin edilərək, 80 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MM-nin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X8 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. İddia ərizəsində iddiaçı əmlakı aldığı dövrdə Masallı, Cəlilabad və Bakı şəhərlərinə bir neçə ay ərzində dəfələrlə gedib-gəlməyə 2500 manata yaxın vəsait sərf etməsi nəticəsində ona cəmi 2500 manat maddi zərərin dəyməsini, keçirilmiş hərracın nəticələrinin təqsiri olmadan etibarsız hesab edilməsi və adına verilmiş çıxarışın ləğvi ilə bağlı Xətai rayon Məhkəməsinin müvafiq qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsilə dəyişdirilmədən saxlanıldıqdan sonra dərin sarsıntı keçirərək ağır xəstəliyə düçar olması, Ali Məhkəmənin Mülki Kollegiyasının yekun qərarı verildikdən sonra isə xəstəliyinin getdikcə daha da kəskinləşməsi, nəticədə ağır cərrahiyyə əməliyyatı olunmasını göstərsə də, bu barədə onun tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin, yuxarıda qeyd olunan məhkəmə qərarlarının qəbul edilməsi ilə ağır xəstəliyə düçar olması arasında səbəbli əlaqənin olmasına dair iddiaçının gətirdiyi dəlillər məntiqə uyğun olmamaqla, məhkəməyə inandırıcı görünmür. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi zərərin tutulması hissəsində əsaslandırılmadığından, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Yardımlı rayonunun Pirembel kəndində yerləşən sahəsi 98.9 kv/m olan qeyri-yaşayış binasının açıq hərrac yolu ilə əldə olunması üçün ödənilmiş 2.500 (iki min beş yüz) manat pulun 25%-i, yəni, 625 (altı yüz iyirmi beş) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75 %-i, yəni, 1875 (min səkkiz yüz yetmiş beş) manat hissəsi və 80 (səksən) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb İddiaçı qaytarılsın. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, ödənilmiş dövlət rüsumunun 17 (on yeddi) manat hissəsi alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar