Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6795/2024 16.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə pul tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 781 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323264 ban nömrəli, qara rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 27 yanvar 2022-ci il tarixdə X2, X1 və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 04 fevral 2022-ci il tarixdə X1, X3 və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T.Abbasov öz üzərinə götürmüşdür. 02 noyabr 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(011)-104/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 1.939.91 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” minik markalı, **-PC- ***dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X8 İdarəsi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. İXP ******* saylı protokola görə 64 manat;
2. İXP ******* saylı protokola görə 160 manat; 3. İXP ******* saylı protokola görə 160 manat; 4. İXP ******* saylı protokola görə 80 manat; 5. EQ 12029367 saylı protokola görə 80 manat; 6. EQ 12427383 saylı protokola görə 96 manat; 7. EQ 12502430 saylı protokola görə 45 manat; 8. İXP ******* saylı protokola görə 96 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 781 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inspektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323264 ban nömrəli, qara rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 27 yanvar 2022-ci il tarixdə X2, X1 və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS- 4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 04 fevral 2022-ci il tarixdə X1, X3 və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS- 4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T.Abbasov öz üzərinə götürmüşdür. 02 noyabr 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-104/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamədən görünür ki, xx.xx.2021-ci il tarixli MAS-4294 saylı Daxili lizinq müqaviləsi üzrə 102,30 manat əsas borc, 431,61 manat mükafat borcu, 20 manat cərimə borcu, 1386,0 manat lizinq obyektinə vurulmuş zərər olmaqla, ümumilikdə 1939,91 manat qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39,40 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir. İş materiallarınada olan xx.xx.2024-cü il tarixli, 1338 saylı pretenziya məktubunun surətindən müəyyən olunur ki, “Azərmaş MMC tərəfindən ödənilmiş AR DYP- nin cərimələrinə görə 781 manat məbləğində pulun ödənilməsi, əks təqdirdə həmin pulun məhkəmə qaydasında tələb ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən və hesab üzrə çıxarışdan görünür ki, İXP ******* saylı protokola görə 64 manat; İXP ******* saylı protokola görə 160 manat, İXP ******* saylı protokola görə 160 manat, İXP ******* saylı protokola görə 80 manat, EQ 12029367 saylı protokola görə 80 manat, EQ 12427383 saylı protokola görə 96 manat; EQ 12502430 saylı protokola görə 45 manat; İXP ******* saylı saylı protokola görə 96 manat, cəmi 781 manat cərimə məbləğləri "xxxx" MMC tərəfindən Daxili İşlər Nazirliyi BDYPİ-ə ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən "zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21,2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər. əmlakından məhrum olması və ya əmlakının zədələnməsi( real zərər ), habelə hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1 maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarana təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir.( hərəkət və ya hrəkətsizlikdir)”. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən “hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən. mexanizmlərindən istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s nəticəsində mülki hüquq pozuntusu törətmiş və fiziki hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME323264 ban nömrəli, qara rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 27 yanvar 2022-ci il tarixdə X2, X1 və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 04 fevral 2022-ci il tarixdə X1, X3 və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri T.Abbasov öz üzərinə götürmüşdür. 02 noyabr 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4294 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 28 avqust 2021-ci il tarixli MAS-4294 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Sonuncu öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə borcun tutulmas barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddia qismən təmin edilmişdir. İnzibati xəta haqqında protokollara görə AR DYP-nin cərimələrinə görə 781 manat məbləğində pul İddiaçı MMC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, İnzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş 781 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC –nin xeyrinə ödənilməlidir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra- MPM) 119.1-ci maddəsinə əsasə məkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi: İddia təmin edilsin. Cavabdeh 781 (yeddi yüz səksən bir) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC–nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aynur Abdullayeva