Məhkəmə qərarları › İş №e-2(011)-7039/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7039/2023

22.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7039/2023 22.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ilə Maraqlı şəxs arasındamediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/6-4288 saylı Barışıq Sazişinin 2.1.7-ci hesab edilən bəndində (Sazişdə həmin bənd yanlışlıqla 2.1.5-ci bənd kimi qeyd olunub) təsbit edilmiş Maraqlı şəxs Ərizəçi “15000 (on beş min) manat məbləğində kompensasiya ödəməsi”nə dair öhdəliyinin könüllü icra müddəti keçdiyinə görə, məcburi icra edilməsi üçün təsdiq edilməsi və icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirdi ki, keçmiş ər-arvad olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixində MŞB/6-4288 saylı Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq Sazişi Bakı şəhəri şəhəri 6 saylı X1 mediasiya reyestrində M- 00032 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X6 tərəfindən təsdiq edilmiş və mahiyyətcə keçmiş ər və arvad arasında uşaqla ünsiyyət və əmlak məsələlərini tənzimləyir. Maraqlı şəxs Barışıq Sazişinin 2.1.7-ci bəndini icra etmir. X8 2.1.7-ci hesab edilən bəndinə əsasən (Sazişdə həmin bənd yanlışlıqla 2.1.5-ci bənd kimi qeyd olunub), “Maraqlı şəxs (Saziş üzrə “Birinci Tərəf”) "xxxx" Mənzil-Tikinti Kooperativində alınmış 1 (bir) otaqlı mənzili 6 (altı) ay ərzində övladı X4 adına keçirməyi, 6 ay ərzində həmin mənzili öz övladının adına keçirə bilməsə, Maraqlı şəxs Ərizəçi (Saziş üzrə “İkinci Tərəf”) 15000 (on beş min) manat məbləğində kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür. Barışıq Sazişinin bağlanmasından bir il keçməsinə baxmayaraq, Maraqlı şəxs həmin bəndini bu günə kimi icra etməmişdir. Bundan əlavə, maraqlı şəxsin Barışıq Sazişi bağlanan zaman iddiaçını aldatdığı ortaya çıxmışdır. Belə ki, "xxxx" MTK tərəfindən daxil olmuş xx.xx.2023cü il tarixli 18 saylı cavab məktubuna əsasən, "xxxx" MTK tərəfindən inşa edilən binada Maraqlı şəxs adına bu günə kimi heç bir daşınmaz əmlak qeydiyyata alınmamışdır. Beləliklə, Barışıq Sazişi bağlanarkən Maraqlı şəxs ərizəçini aldatmış, "xxxx" MTK-da mənzilin olmasını iddia etmiş, həmin mənzili oğlunun adına keçirməyi öz öhdəsinə götürmüş, lakin bu öhdəliyi icra edə bilməmişdir. Bundan əlavə, Barışıq Sazişinin sözügedən bəndinə əsasən, əgər Maraqlı şəxs 6 ay ərzində mənzili öz övladının adına keçirə bilməsə, ərizəçiyə, yəni Ərizəçi 15000 (on beş min) AZB məbləğində kompensasiya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər barışıq Sazişində icra müddətini – 6 ay göstərmişlər. X11 bağlanmasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, maraqlı şəxs, Ərizəçi 15000 AZN kompensasiya ödəməmişdir. Göründüyü kimi, bir ildən çox müddətin keçməsinə baxmayaraq, Maraqlı şəxs mediasiyada bağlanılmış Barışıq Sazişinin bəndini bu günə kimi icra etmir. Buna görə də ərizəçi öz pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sonda ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün aşağıdakı məzmunda çıxış göndərmişdir: ərizəçi hazırlıq iclasından sonra maraqlı şəxs tərəfindən ona edilmiş təklifi lazımınca qiymətləndirmədi. Bir tərəfdən ərizəçi uşağın mənzillə təmin edilməsini istədiyini deyir, digər tərəfdən isə bunun üçün tədbir görməkdən imtina edir, kompensasiya məbləğini tələb edir. Mediasiya sazişində nəzərdə tutulmuş mənzil uçağın babasına məxsusdur, bunu ərizəçi əvvəlcədən bilirdi, sazişdə də mənzilin Maraqlı şəxs məxsus olduğu qeyd edilməyib. Uşağın babası ilə danışıqlarda o, yeni mediasiya sazişini özü ilə bağlamağa, sazişdə mənzili uşağın 18 yaşına çatması ilə onun adına keçirmək şərtini nəzərdə tutmağı təklif etmişdi. Maraqlı şəxsin nümayəndəsi və vəkili bu təklifi verib, yeni Mediasiya sazişi ilə yanaşı əlavə olaraq digər təminat vasitələrini də (notariat təsdiqli ilkin müqavilə, vəsiyyatnamə) ərizəçinin nümayəndəsinə təklif etmiş, lakin bu təkliflər qəbul edilməmişdir. Hazırda ərizəçi kompensasiya məbləğini tələb edir. Lakin bununla da, uşağa gələcəkdə mənzil vermək ehtimalı minimuma düşür. Bu pulu Maraqlı şəxs ödəyə bilmək imkanlarını hələ kənara qoyuram. Amma 10 yaşın içində olan uşağın adı ilə tələb edilən pulun onun özü üçün xərclənməsi ehtimalı da çox aşağıdır. Yəni hazırda ərizəçinin hərəkətləri uşağın maraqlarına ziddir. Mediasiya sazişini bu hissədə təsdiq edilməsini yetkinlik yaşına çatmamış uşağın qanuni maraqlarına uyğun olmadığını bildirir və ərizənin təmin edilməsini xahiş edirik. Məhkəmə, ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyərək, maraqlı şəxsin məhkəmə çıxışını nəzərdən keçirib işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər Maraqlı şəxs (bundan sonra “Birinci tərəf”) və Ərizəçi (bundan sonra “İkinci tərəf”) (bundan sonra “Birinci tərəf” və “İkinci tərəf” birlikdə ismin müvafiq hallarında “Tərəflər” adlanacaq) “03” sentyabr 2022-ci il tarixində aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, Saziş imzalamışlar, həmin sazişə əsasən, Birinci tərəf Fərhad 7 Mtk-da alınmış bir otaqlı mənzili 6 ay ərzində övladı X4 adına keçirsin. 6 ay ərzində keçirə bilməsə ikinci tərəfə 15000 (on beş min) manat kompensasiya ödəsin. X4 18 yaşı olanadək anasının o mənzil üzərində hüququ olmasın. Mənzili X4 18 yaşınadək yalnız birinci tərəf Maraqlı şəxs kirayə verə və ya yaşaya bilər. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış məktubdan görünür ki, ünvan 1 ünvanında inşa edilmiş hündür mərtəbəli yaşayış binasında xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs adına bu günə kimi heç bir daşınmaz əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesi nəticəsində tərəflər Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli Barışıq sazişi bağlanmışdır, saziş hər iki tərəf və mediator tərəfindən imzalanmışdır, sazişə əsasən, Maraqlı şəxs "xxxx" MTK-da alınmış bir otaqlı mənzili 6 ay ərzində övladı X4 adına keçirsin. 6 ay ərzində keçirə bilməsə Ərizəçi 15000 (on beş min) manat kompensasiya ödəməsi, X4 18 yaşı olanadək anasının o mənzil üzərində hüququ olmamaqla mənzili X4 18 yaşınadək yalnız Maraqlı şəxs kirayə verə və ya yaşaya biləcəyi barədə razılığa gəlmişlər, lakin məhkəmə tərəfindən iş materiallarından Maraqlı şəxs bu öhdəliyini həyata keçirərək mənzili oğlunun adına keçirməsi və ya kompensasiya kimi 15000 manatı Ərizəçi ödəməsini təsdiq edən hər hansı bir hal müəyyən olunmadı. Bununla belə, tərəflər arasında bağlanmış barışıq sazişinin qanuna zidd olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə tərəfi olaraq Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü qaydada icra etməkdən yayındığından, ərizəçi məhəkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, narışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasındamediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/6-4288 saylı Barışıq Sazişi “Maraqlı şəxs Ərizəçi 15000 (on beş min) manat məbləğində kompensasiya ödəməsi” hissədə təsdiq edilsin və məcburi icra edilməsi üçün icraya yönəldilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar