Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7084/2024 19.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK-ya və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4rşı “çıxarışın ləğv edilməsi, sənədlərin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 iyun 2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli Cavabdeh2 Mənzil Tikinti Kooperativinin adına verilmiş ƏMDK DƏDKR-ın çıxarışının 700 kv.m hissəsində etibarsız hesab edilməsi, 20 iyun 2018-ci ildə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyriyaşayış sahəsinin alğı-satqısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə alınmış ünvan 1 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsinə dair müvafiq sənədlərin verilməsi öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 iyun 2018-ci ildə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə ünvan 1 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyriyaşayış sahəsinin dəyəri tam ödənilərək satılmışdır. İddiaçı tərəfindən alınmış əmlakın hüquqi vəziyyəti ilə maraqlandığı zaman "xxxx" X1 öhdəliklərinin Cavabdeh2 Mənzil Tikinki Kooperativinə keçdiyi məlum olmuşdur. Kooperativə müraciət zamanı müxtəlif səbəblər, o cümlədən təhvil-təslim əməliyyatlarının bitməməsi ilə əlaqədar çıxarış alınması üçün müvafiq sənədlər verilməmişdir. Sonradan təkrar müraciət zamanı əlavə olaraq bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə dair zamanında məlumat olmadığından belə növ əmlakların hər birinə dair kooperativin adına çıxarış alınmışdır. Müəssisələr arasında aparılan hər-hansı təhvil-təslim əməliyyatlarının İddiaçı dəyərini tam ödədiyi əmlakına dair sənədləşmə prosesinin dayandırılmasına səbəb ola bilməz. Həmçinin kooperativ mülkiyyət vəziyyəti tam araşdırılmayan əmlakı özadına rəsmiləşdirə bilməzdi. Bu səbəbdən kooperativ İddiaçı mülkiyyət hüququnun qeydiyyatı üçün tələb olunan sənədləri təqdim etməli və alınmış çıxarış etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən müvafiq müraciət Cavabdeh2 MTK-ya ünvanlanmış və yuxarıda qeyd olunan eyni səbəblər gətirilən cavab alınmışdır. Bu da öz növbəsində mübahisənin məhkəmədən kənar şəkildə həll olunmasını istisna edir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək 28 iyun 2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli Cavabdeh2 Mənzil Tikinti Kooperativinin adına verilmiş ƏMDK DƏDKR-ın çıxarışının 700 kv.m hissəsində ləğv edilməsi, 20 iyun 2018-ci ildə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə alınmış ünvan 1 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsinə dair müvafiq sənədlərin verilməsi öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək 28 iyun 2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli Cavabdeh2 Mənzil Tikinti Kooperativinin adına verilmiş ƏMDK DƏDKR-ın çıxarışının 700 kv.m hissəsində ləğv edilməsi, 20 iyun 2018-ci ildə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alqı-satğısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə alınmış ünvan 2 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsinə dair müvafiq sənədlərin verilməsi öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ididaçıya geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini cavabdeh qismində cəlb etməklə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək 28 iyun 2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli Cavabdeh2 Mənzil Tikinti Kooperativinin adına verilmiş ƏMDK DƏDKRnın çıxarışının 700 kv.m hissəsində ləğv edilməsi, 20 iyun 2018-ci ildə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə alınmış ünvan 1 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsinə dair müvafiq sənədlərin verilməsi öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması, 20 iyun 2018-ci ildə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə alınmış ünvan 1 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinə dair müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 MTK-nın nümayəndəsi iddia tələbini qəbul edərək onun təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, hazırkı Cavabdeh2 MTK əvvəl "xxxx" MMM adı ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarından görünür ki, 20 iyun 2018-ci il tarixdə "xxxx" MMM-in təsisçisi E.M.Ələkbərovla İddiaçı arasında ünvan 2 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin alğı-satqısına dair 76/QY saylı müqavilə bağlanmışdır. İş materiallarında olan 20 iyun 2018-ci il tarixli maliyyə arayışından görünür ki, həmin qeyri-yaşayış sahəsinin ümumi məbləği İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçının Cavabdeh2 MTK-ya ünvanladığı məktuba cavab olaraq kooperativdən bildirilmişdir ki, Cavabdeh2 MTK-da qeyd edilən əmlakla bağlı əvvəlki mülkiyyətçilərlə təhvil-təslim zamanı hər hansı sənəd aşkar olunmadığından digər belə növ əmlaklarda olduğu kimi şirkətin adına müvafiq çıxarış alınmışdır. Zamanında İddiaçı ilə müvafiq müqavilə imzalamış qanuni təmsilçi ilə müəyyən dəqiqləşdirmə məqamları davam etməkdədir. Məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1795,30 kv.m təşkil edənn qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07 iyun 2006-cı il tarixli sərəncamına əsasən "xxxx" MMM-ə verilmişdir. ünvan 1 (Yeni qaydalarla: ünvan 3 ünvanında inşa edilmiş qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 MTK-ya 28 iyun 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh2 MTK-nın nümayəndəsi iddia tələbini qəbul edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi ilfərətxoç) əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir iklüM) Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 405-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi əsaslıdır. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə "xxxx" MMM arasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlanmış, ididaçı tərəfindən müqavilə üzrə ödənilməli olan məbləğ tam şəkildə ödənilmişdir. Daha sonra "xxxx" MMMin öhdəlikləri Cavabdeh2 MTK-ya keçmişdir. İddiaçının müqavilə üzə öhdəliklərini tam şəkildə yerinə yetirməsinə baxmayaraq "xxxx" MMM-in təhvil-təslim əməliyyatlarının bitməməsi və iddiaçıya məxsus sənədlərin mövcud olmaması əsası ilə qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməmiş və Cavabdeh2 MTK-nın adına çıxarış alınmışdır. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Odur ki, məhkəmə iddia tələbinin 28 iyun 2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli Cavabdeh2 Mənzil Tikinti Kooperativinin adına verilmiş ƏMDK DƏDKR-nın çıxarışının 700 kv.m hissəsində ləğv edilməsi hissəsinə qiymət verərək hesab edir ki, nə qədər ki, müqavilə üzrə adı çəkilən qeyri-yaşayış sahəsinin 700 kv.m olan hissəsi iddiaçıya satılmışdır, iddia bu hissədə təmin edilməli və çıxarış 700 kv.m hissəsində ləğv edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 20 iyun 2018-ci ildə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə alınmış ünvan 1 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsinə dair müvafiq sənədlərin verilməsi öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin müvafiq sənədləri təqdim etməməsi nəticəsində iddiaçının əmlak hüquqları pozulur və o, qeyri-yaşayış sahəsini öz adına dövlət qeydiyyatına ala bilmir. Odur ki, iddia bu hissədə də əsaslıdır. Həmçinin, məhkəmə iddia tələbinin 20 iyun 2018-ci ildə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə alınmış ünvan 1 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinə dair müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin üzərinə qoyulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin bu hissəsi əsas tələbdən törəmədir. Nə qədər ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədədir və cavabdeh tərəfindən müqavilə əsasında üzərinə götürdüyü öhdəlik tam olaraq könüllü şəkildə icra edilməyib, iddiaçının iddiası bu hissədə də təmin edilməlidir. Lakin məhkəmə qeyd edir ki, məqsəd inzibati orqanın üzərinə öhdəlik qoyulması yox, qətnamənin icrasını təmin etməkdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh2 MTK-dan alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 28 iyun 2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli Cavabdeh2 Mənzil Tikinti Kooperativinin adına verilmiş ƏMDK DƏDKR-nın çıxarışı 700 kv.m hissəsində ləğv edilsin. 20 iyun 2018-ci il tarixdə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə alınmış ünvan 1 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin rəsmiləşdirilməsinə dair müvafiq sənədlərin verilməsi öhdəliyi Cavabdeh2 MTK-nın üzərinə qoyulsun. 20 iyun 2018-ci ildə "xxxx" X2 ilə İddiaçı arasında bağlanmış “qeyri-yaşayış sahəsinin alğı-satqısına dair” 76/QY saylı müqavilənin şərtlərinə görə alınmış ünvan 1 ünvanında yerləşən 700 kv.m sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış sahəsinə dair müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin üzərinə qoyulsun. Cavabdeh2 MTK-dan 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-7084/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7084/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver