Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7330/2022 21.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi X5, onun nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakları ilə Ərizəçi X5 "xxxx" MMC maraqlı şəxs qismində cəlb edilməklə barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X8 ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya prosesi nəticəsində iş üzrə maraqlı şəxs "xxxx" MMC ilə hüquqlarını müdafiə etdiyi X11 arasında bağlanılmış 30 iyun 2022-ci il tarixli, MŞB/5-01762 nömrəli barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş dövlət rüsumu kimi 100 manat və hüquqi xidmətə görə ödənilmiş 110 manat məbləgində pulun maraqlı şəxs "xxxx" MMC-dən alınaraq iş üzrə ərizəçi X10 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi M.Y.Ayyıldızın nümayəndəsi və vəkili Nümayəndə ərizəyə uyğun izahat verərək bildirdi ki, ərizəçi maraqlı şəxsin Gürcüstan filialında direktor vəzifəsinə təyin olunmuşdur, əmək haqqı məsələsində tərəflər arasında problemlər olmuş, ərizəçi dəfələrlə bu barədə təsisçilərə şikayət edib, onlardan xahiş etmişdir ki, onu işdən azad etsinlər və ödəmədikləri məbləği geri qaytarsınlar, bu səbəbdən X11 iş üzrə maraqlı şəxs "xxxx" MMC-nə qarşı “əmək müqaviləsinin ləğv edilməsi, son haqq-hesabın və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi ilə bağlı ilk öncə Bakı 5 saylı Mediasiya Təşkilatına etibarnamə üzrə nümayəndəsi vasitəsilə müraciət etmiş və ilkin mediasiya sessiyasında hər iki tərəf razılıga gələrək barışıq sazişi baglamaq qərarına gəlmişdirlər, mediator X16 oglunun iştirakı ilə xx.xx.2022-ci il tarixdə tərəflər arasında barışıq sazişi baglanmışdır, Barışıq sazişinin şərtlərinə əsasən, ikinci tərəf yəni-iş üzrə maraqlı şəxs barışıq sazişinin 2-ci maddəsinin 2.1.1, 2.1.2 və 2.1.3-cü bəndlərində nəzərdə tutulan və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir, üzərinə götürdüyü öhdəliyi ən son olaraq xx.xx.2022-ci il tarixədək icra etməli oldugu halda Təsisçilərin qəbul etdiyi qərarı Gürcüstan Respublikasında dövlət qeydiyyat orqanlarında bu günədək qeydiyyatdan keçirməmiş və bunula da üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir, bununla da, maraqlı tərəf ərizəçiyə həm maddi, həm də mənəvi zərər vurmuşdur, şəxs üstəlik məhkəməyə müraciət etməklə baglı əlavə olaraq hüquqi xidmətə görə vəkil haqqı ödəmiş və həmçinin, ona olan iş təkliflkərini də hal-hazırki vəzifəsindən rəsmi olaraq tam şəkildə Gürcüstan Respublikasının dövlət qeydiyyat orqanlarından qeydiyyatdan çıxarlmadıgı üçün dəyərləndirə bilməmişdir ki, bu hal da şəxsin maddi zərər çəkməsinə bir sübutdur, qarşı tərəf ərizəçidən 2 ay vaxt istəmişdir, lakin barışıq sazişinin 2.1.3-cü bəndində qeyd edilən sazişin son icra müddətindən, yəni 30 avqust 2022-ci il tarixdən 2 aydan çox vaxt keçməsinə baxmayaraq maraqlı tərəf barışıq sazişini yerinə yetirmir, 2022-ci ilin 6 avqust tarixində ərizəçinin işdən azad edilməsi barədə qərarı veriblər, lakin qərarı qeydiyyatdan keçirməyiblər, direktor təsisçilərə müraciət edir, təsisçilər də lazımi qərarı qəbul edir, ərizəçi artıq neçə illərdir ki, Bakıda yaşayır, ona işlər də təklif olunub, amma qəbul edə bilmir, maraqlı şəxs isə ərizəçinin yerinə yeni şəxs tapa bilmədiyi üçün onu işdən azad etmir, maraqlı şəxsə dəfələrlə ərizəçinin əmək müqaviləsinin verilməsi üçün müraciət etmişdir, lakin verməmişdirlər, əgər AGT-nin bir əlaqəsi yox idisə, o barışığa gəlməməli, sazişi imzalamamlı idi, o zaman məhkəməyə müraciət edərdilər, təsisçilər barışıq sazişinə öz fikirlərini bildirib, razı olublar, əgər filialda vergi, maliyyə və s. məsələrində bir problem olarsa ərizəçi məsuliyyət daşıyacaqdır, qərarda qeyd olunmuşdur ki, başqa bir şəxs təyin olunmalı, bu sənədi o təqdim etməlidir, bağlanmış barışıq sazişinin 2.4-cü bəndində qeyd olunur ki, saziş könüllü icra ediləcəkdir, saziş könüllü icra edilmədikdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər və bu məqsədlə Tərəfin çəkdiyimüvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Sonda Nümayəndə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi M.Y.Ayyıldız nümayəndəsi və vəkilinin izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, artıq neçə müddətdir ki, direktor vəzifəsindən azad olmaq istəyir, lakin bunu edə bilmir, heç ona maaş da verilmir, həmçinin ona başqa şirkətlərdən iş təklifləri gəlir, lakin bu təklifləri qəbul edə bilmir, çünki direktor olaraq vəzifədədir, qeyd olunan şirkətdən başqa direktor da işdən çıxmaq istəmişdir, lakin onu həbs etmişdirlər, özü Gürcüstana gedə bilməz, bunu istəmir, onun yerinə kim keçməlidirsə, o getməlidir, özü vəzifədən çıxsa belə, əgər yerinə kimsə gəlməsə, məsuliyyət öz üzərində qalır. Sonda ərizəçi M.Y.Ayyıldız ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Ç.Y.Nağıyev ərizəyə etiraz edərək bildirdi ki, ərizəçinin əmək müqaviləsi yoxdur, o, "xxxx" MMC-nin müavini olaraq fəaliyyət göstərmişdir, onun təsisçilərindən biri də "xxxx" MMC-dir, 2016-cı ildə ərizəçiyə Gürcüstan filialının direktoru olması təklif olunmuşdur, lakin o, oraya getməmişdir, özü də bunu bildirmişdir, idarəetmədə iştirak etməmişdir, ona görə də onunla təsisçilər arasında müqavilə bağlanmamışdır, Gürcüstandakı işlər natamam, başlı-başına qalmışdır, "xxxx" MMC-nin bir təsisçisi də fransızlardır, onlar onun müqaviləsinə xitam vermişdirlər, əmək müqaviləsi olmadığı üçün ərizəçi əmək haqqı barədə tələb irəli sürə bilməz, "xxxx"-yə dəfələrlə hazırki mübahisə üzrə məktublar gəlmişdir, bu barədə Ayyıldıza bildirmişdir ki, təsisçilərə qarşı iddia qaldırmalıdır, ona da demişdir ki, “AGT“-nin bu işlə əlaqəsi yoxdur, doğrudur, mediasiya prosesində barışıq sazişi bağlamışdır, həmin sazişə qol çəkmişdir, çünki başqa yolu qalmamışdır, lakin özü həmin bəndi yerinə yetirə bilməz, buna səlahiyyəti yoxdur, təsisçilər başqa şəxslərdir və onların adları qərarda yazılmışdır, onlara bildirmişdir ki, əgər başqa tələbləri yoxdursa, məhkəməyə getməyəcəksə, sazişi bağlaya bilər, məqsədi bu barədə qərarı ərizəçiyə vermək olmuşdur, təsisçilərin hər birini yığıb qərarı almış, ərizəçiyə vermişdir, ərizəçi Gürcüstana gedib, qərarı qeydiyyatdan keçirib işdən azad ola bilər, sənədləri ora təqdim etmək vəzifəsi ərizəçinindir. Sonda maraqlı şəxsin nümayəndəsi Ç.Y.Nağıyev qeyd etdiklərinin nəzərə alınmasını, ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Resbublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, X1 Respublikası vətəndaşıdır. İş materiallarında olan "xxxx" MMC-nin X2 08 yanvar 2016-cı il tarixli Qərarından görünür ki, "xxxx" MMC-nin təsisçiləri “MDM” İnşaat, Taahhüt, Mühendislik, Danışmanlık hizmetleri Ticaret LTD” şirkəti adından X20, X13, X14, Manmar Unipessoal LDA ənd Comandita Kommandit ortaqlığı adından Eckard Weber 08 yanvar 2016-cı il tarixində yığıncağa dəvət olunmuş, onlar tərəfindən "xxxx" MMC-nin təsisçilərinin adından X10 Gürcüstan filialının təsis edilməsi barədə istənilən qərarları qəbul etmək səlahiyyəti verilmiş, Gürcüstan filialının direktoru təyin edilmiş şəxsə X10 rəhbərlik səlahiyyəti verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Nizamnaməsinin surətindən görünür ki, Nizamnamənin 4.2-ci bəndinə əsasən, cəmiyyətin təsisçilərinin hər birinin cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək, onlara secilmək və səsvermədə (şəxsən) iştirak etmək hüquqları vardır, onların bu hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və hərəkət etibarsızdır, Nizamnamənin 4.3-cü bəndinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq, onların səlahiyyət müddətini müəyyənləşdirmək cəmiyyətin X2 müstəsna səlahiyyətlərinə daxildir. Nizamnamənin 4.4-cü bəndinə əsasən, cəmiyyətin iştirakçılarının ümumi yığıncağında hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Nizamnamənin 4.5-ci maddəsinə əsasən, icra orqanlarının üzvlərini təyin etmə və geri çağırmaq, onların səlahiyyət müddətlərini müəyyənləşdirmək, cəmiyyətin yenidən təşkil və ləğv edilməsi barədə qərarlar ümumi yığıncaqda iştira edən bütün təsisçilərin yekdil qərarı ilə qəbul edilir. İş materiallarından görünür ki, birinci tərəf X8 və ikinci tərəf "xxxx" MMC arasında 5 saylı Mediasiya təşkilatının mediatoru X7 iştirakı ilə 30 iyun 2022-ci il tarixində MŞB/5- 01762 saylı Barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2.1.1-ci bəndinə əsasən, ikinci tərəf, X3 08 yanvar 2016-cı il tarixli qərarı ilə təyin edilmiş "xxxx" MMC-nin Gürcüstan filialının direktoru vəzifəsindən Birinci tərəfin azad edilməsi barədə X3 qərarının qəbul edilməsini təmin edir. Sazişin 2.1.2-ci bəndinə əsasən, Sazişin 2.1.1-ci bəndində göstərilən, X4 qəbul edəcəyi qərarın rəsmiləşdirilməsi və Gürcüstan Respublikasında dövlət qeydiyyat orqanlarında qeydiyyatının həyata keçirilməsi İkinci Tərəf həyata keçirəcəkdir, Sazişin 2.1.3-cü bəndinə əsasən, Sazişin 2.1.1-ci bəndində göstərilən qərarın 2.1.2-ci bəndində göstərilən qeydiyyat işlərinin aparılması, Bu saziş qüvvəyə mindikdən sonra 2 (iki) ay müddətində həyata keçirilməsini İkinci Tərəf öhdəsinə götürür; Sazişin 2.2-ci bəndinə əsasən, Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün, yalnız bu Sazişin şərtləri etibarlı olur. Sazişin 2.3-cü bəndinə əsasən sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkiidə və birdəfəlik azad edirlər. Sazişin 2.4-cü bəndinə əsasən, Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə Azərbaycan Resbublikası Mülki Prosessual Məcəlləsinin 40-7-ci Fəslində müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd oluna- tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Sazişin 2.5-ci maddəsinə əsasən, əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. Sazişin 2.6-də maddəsinə əsasən, Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. İş materiallarından görünür ki, Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMCnin Təsisçilərinin (“MDM” İnşaat, Taahhüt, Mühendislik, Danışmanlık hizmetleri Ticaret LTD” şirkəti adından X20, X13, X14, Manmar Unipessoal LDA ənd Comandita Kommandit ortaqlığı adından Eckard Weber) Ümumi Yığıncağının 08 yanvar 2016-cı il tarixli qərarına əsasən ərizəçi X8 maraqlı şəxsin Gürcüstandakı filialının direktoru vəzifəsinə təyin edilmişdir, mediasiya prosesi nəticəsində tərəflər arasında 30 iyun 2022-ci il tarixli Barışıq sazişi bağlanmışdır, sazişin 2.1.1-ci bəndinə əsasən, tərəflər maraqlı şəxsin X3 08 yanvar 2016-cı il tarixli qərarı ilə ərizəçinin təyin edildiyi "xxxx" MMC-nin Gürcüstan filialının direktoru vəzifəsindən azad edilməsi barədə X3 qərarının qəbul edilməsini təmin etməyi, 2.1.2-ci bəndinə əsasən, qərarın rəsmiləşdirilməsi və Gürcüstan Respublikasında dövlət qeydiyyat orqanlarında qeydiyyatının həyata keçirilməsinin maraqlı şəxs tərəfindən həyata keçirilməsi barədə razılığa gəlmişdirlər, maraqlı şəxsin nizamnaməsinə əsasən cəmiyyətin təsisçilərinin hər birinin cəmiyyətin ümumi yığıncağında iştirak etmək, səsvermədə (şəxsən) iştirak etmək hüquqları vardır, onların bu hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və hərəkət etibarsızdır, cəmiyyətin, icra orqanının üzvlərini təyin etmək və geri çağırmaq cəmiyyətin X2 müstəsna səlahiyyətlərinə daxildir, ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır, icra orqanlarının üzvlərini təyin etmə və geri çağırmaq və s. barədə qərarlar ümumi yığıncaqda iştirak edən bütün təsisçilərin yekdil qərarı ilə qəbul edilir. Bununla belə, tərəflər arasında mülki və əmək hüquq münasibətlərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ərizəyə münasibətdə qeyd edir ki, əvvəla, ərizəçi maraqlı şəxsin təsisçilərinin qərarı əsasında direktor vəzifəsinə təyin olunduğundan, onun işdən azad olunmasına dair məsələlər də həmin şəxslərdən asılıdır ki, bu da hazırkı iş üzrə mediasiya icraatının təsisçilərlə aparılmasını şərtləndirir. Lakin iş materiallarından görünur ki, mediasiya prosesində hüquqi şəxsin nümayəndəsi Ç.Nağıyev iştirak etmiş, barışıq sazişi M.Y.Ayyıldız və təsisçilər arasında deyil, hüquqi şəxs və M.Y.Ayyıldız arasında bağlanmışdır. İkincisi, qanunvericiliyə əsasən, filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərir, hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçilərin öhdəlikləri üçün cavabdeh deyildir, bununla belə, hazırki iş üzrə M.Y.Ayyıldız hüquqi şəxs tərəfindən deyil, onun X2 qərarı əsasında bu vəzifəyə təyin olunmuşdur, bu da onun hüquqi şəxs tərəfindən filialın direktor vəzifəsindən azad edilməsini (təsisçilərin öhdəliklərinin hüquqi şəxsin üzərinə qoyulmasını) mümkünsüz edir. Belə olan halda məhkəmə hesab edir ki, Sazişin bəndlərinin yerinə yetirilməsi qanunvericiliklə və ya nizamnamə ilə hüquqi şəxsə aid edilmədiyindən, bu barədə M.Y.Ayyıldız və "xxxx" MMC arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci bəndinə əsasən, Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, ərizə təmin edilmədiyindən, ərizəçinin nümayəndəsi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu, habelə hüquqi xidmətə görə ödənilmiş 110 manat məbləgində pul ərizəçi tərəfin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: "xxxx" MMC ilə X11 arasında bağlanılmış 30 iyun 2022-ci il tarixli, MŞB/5-01762 nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Məhkəmə xərcləri ərizəçi X5 özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7330/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7330/2022
21.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver