Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-734/2023 15.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən satın aldığı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş 11.4 (hazırkı 11C) saylı çozmənzilli yaşayış binasının 1-ci mərtəbəsində 340 kv.m qeyri yaşayış sahəsinin ona təhvil verilməsi və ona məxsus olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə qarşı yönəlmiş əsassız, süni maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə "xxxx" MMC-nin cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" MMC-dən satın aldığı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş 11.4 (hazırkı 17C) saylı çozmənzilli yaşayış binasının 1-ci mərtəbəsində 340 kv.m qeyri yaşayış sahəsinin ona təhvil verilməsi və ona məxsus olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə qarşı yönəlmiş əsassız, süni maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İsa Mamedovla iddiaçı Mohsen arasında 2013-cü ildə notariusda təminat müqaviləsi bağlanılıb, həmçinin iddiaçı, "xxxx" MMC ilə çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında bağladığı 24 may 2013-cü il tarixli, 970 saylı müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində podratçının inşa etdiyi 11.4 saylı çozmənzilli yaşayış binasının 1-ci mərtəbəsində 340 kv.m qeyri yaşayış sahəsini satın almışdır, həmin müqaviləyə uyğun olaraq 24 may 2013-cü il tarixdə "xxxx" MMC-nin xəzinəsinə ******* AZN pul ödəmişdir, elə həmin gün ona müvafiq maliyyə arayışı verilmişdir, 11.4 ünvanı elə 17C ünvanıdır, eynilik təşkil edir, 17c əmlakı təminat kimi iddiaçı Mohsenə verilib, həmin bənd – ikinci bənd təminat kimi müqaviləyə salınıb, hazırda müəyyən olunmuşdur ki, həmin qeyri yaşayış sahəsi heç kimin istifadəsində deyildir, buna baxmayaraq Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş 11.4 saylı çozmənzilli yaşayış binasının idarəçiliyini həyata keçirən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə qarşı əsassız olaraq süni maneələr yaradılır, qeyri-yaşayış sahəsi başqa şəxsə satılıb, onun mülkiyyətindədir, 11C müqavilədə texniki səhv olaraq yazılmışdır, iddiaçı həmin sahəni qanuni əsaslarla almışdır, ünvan verilmədən əvvəl tikinti özü ünvanlar verib, həmin sənədlər də məhkəməyə təqdim edilmişdir, müqavilə bağlananda həmin bina yarımçıq tikilmişdir, Cavabdeh1 MTK həmin ünvanda yerləşən binalara idarəçiliyi həyata keçirir, halhazırda Cavabdeh1 MTK-a həmin ünvanda yerləşən əmlakdan istifadəyə maneələr yaradır, bu səbəbdən da cavabdeh kimi qoyulmuşdur. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil3 bildirdi ki, mübahisəli ünvana 2017-ci ildən gəlmişdirlər, orada təsərüffat xidmətləri göstərirlər, "xxxx" MMC-nin rəhbərləri olmuş şəxslər hal-hazırda həbsdədirlər, onlar barəsində hökm çıxarılmışdır, mübahisələndirilən “11.4” deyilən hissə Kat-la bağlı olan ərazidir, hazırki iş üzrə cavabdeh kimi cəlb olunmamalıdırlar, çünki iddiaçı ilə aralarında hər hansı bir müqavilə yoxdur, hər hansı bir müqavilə üzrə heç bir öhdəlikləri yoxdur, müqavilə digər cavabdehlədir, sadəcə iddiaçı tərəfindən cavabdehə 2022-ci ildə sorğu - məktub ünvanlanmış, onlar da həmin məktuba rəsmi cavab vermişdirlər, iddiaçı ilə Cavabdeh2 arasında müqavilə vardır, özlərinin də "xxxx" MMC ilə podrat müqavilələri olmuş, podratçı-sifarişçi münasibətləri olmuşdur, "xxxx" MMC onlar üçün bina tikmişdir. Sonda cavabdehin nümayəndəsi Vəkil3 qeyd etdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, üçüncü şəxs və MMC arasında bağlanmış əmlakla bağlı olan müqaviləyə baxış keçirmiş və 2019-cu ildə "xxxx" MTK-nın qanuni təmsilçisi olan Rasim adlı şəxsin yanına getmişdir, ona özünü təqdim etmiş, müqaviləni onlara verdikdə, bildirmişlər ki, burada qeyri-yaşayış sahəsi var, həmin yeri ona göstərmişdirlər, oraya baxmışdır, sözügedən obyekt hazırda üçüncü şəxsin nəzarətindədir, ondan istifadə edir, həmin obyektə gedib-gəlirlər, üçüncü şəxs həmin əmlaka dair müqavilə bağlamışdır, onun dəyərini də ödəmişdir, bu barədə arayış da verilmişdir, əmlak qanuni əsaslarla üçüncü şəxsindir, iddia ərizəsində qeyd edilən ünvanın isə onlara aidiyyatı yoxdur. Sonda üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi – qanuni təmsilçisi X11 izahatında bildirmişdir ki, 2017-ci ildən Cavabdeh1 MTK-nın direktoru vəzifəsini icra edir, işlədiyi dövrdən Süleyman Vəzirov 17C-nin qeyri-yaşayış sahəsinin hazırki iş üzrə üçüncü şəxs İbrahim İbrahimova məxsus olduğunu bilir, gəldiyi dövrdən orada yerləşən qeyri-yaşayış sahələrinin sənədlərini yığmışdır, iddiaçını da şəxsən tanıyır, 2017-ci ildə avqust ayında Cavabdeh2 MMC-nin rəhbərləri mənzilləri bir neçə nəfərə satdıqlarına görə həbs olunublar, bu barədə hökm çıxarılmışdır, iddiaçı Mohsen İsa ilə dəfələrlə əlaqə saxlayıb, onların arasında kommersiya müqaviləsi olmuşdur, belə ki, Binəqədi rayonunda zavodları olub, həmin zavodun tikilməsi barəsində aralarında müqavilə olub, amma dəqiq nə barədə olduğuna dair məlumatı olmayıb, halhazırda şahid kimi gələn şəxs X19 2023-cü ildə ona yaxınlaşmış, o da onda heç bir məlumat olmadığını demişdir, sonra həmin şəxs və vəkil Telman ikisi bir yerdə ona yaxınlaşmış, yeri görmək istədiklərini demişdir, onlara həmin sahənin yerini göstərmələrini demiş, lakin həmin şəxslər o yeri göstərə bilməmişlər, daha sonra 4-cü binanı göstərməsini demişlər, o da işçisinə demiş, işçi həmin binanı onlara göstərmişdir, həmin bina 2012-ci ildən tam hazırdır, vətəndaşlar da orada yaşayır, onlarda 11 barədə məlumat yoxdur, amma S.Vəzirov 11 ünvanı vardır, həmin ünvan KAT-LTD-nin ərazisidir və İdeal İnşaatla arasında podrat müqaviləsi var, 11F-də isə "xxxx" MMC-nin öz binası qeydiyyatdadır, hazırda ora satılıb, İsa əvvəl orada olurdu, 17C ünvanı 836 m2 –dır, "xxxx" həmin yeri 925 m2 adı ilə satıb, həmin ünvanla bağlı 2004-cü ildə sərəncam var, 2007-ci ildə isə oraya ünvan verilmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin və üçüncü şəxsin nümayəndə-vəkillərinin izahatlarını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında xx.xx.1971-ci il təvəllüdlü X19 şahid qismində ifadə verərək bildirmişdir ki, özü 26 ildir ki burada – Azərbaycanda yaşayır, iddiaçı Mohseni tanıyır, onunla əlaqə saxlayır, yaxın dostudur, mübahisəli qeyri-yaşayış sahəsi S.Vəzirov 11.4-də yerləşir, Rasimi də tanıyır, 2-3 ay əvvəl müqavilə ilə onun yanına getmişdirlər, Rasim komendanta demiş, komendant onları aparıb həmin yeri göstərmişdir, binaya gedib baxmışdırlar, böyük həyətdir, komendant bildirmişdir ki həmin ünvan başqa adama satılıb, binanın nömrələri dəyişib, 17C olmuşdur, müqavilə bağlananda – 2013-cü ildə özü orada olmamışdır, iddiaçı bu adamlarla sement zavodu tikmiş, ona həmin yeri təminat kimi vermişdirlər, həmin dövrdəki söhbətlərdən tam xəbəri olmamışdır, iddiaçı Mohsen özü ünvanı tam yaxşı tanıyır, çünki ünvanı ona Möhsen demiş, o da həmin ünvan üzrə oraya getmişdir. İş materiallarında olan bir tərəfdən X17 Hasan (İran tərəfi) və X22 (Azərbaycan tərəfi) arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə görə tərəflər 1292,02 MO saylı xx.xx.2013-cü il tarixli, sement istehsalı xəttinin quraşdırılması və istehsalının təşkilinə dair müqaviləyə əsasən inşa ediləcək həmin sement istehsalı xəttinin maliyyələşdirilməsi barədə razılıq əldə etmişdirlər, sərmayə qoyuluşunun ümumi dəyəri 1,621,310 ABŞ dolları təşkil edir, 2.3-cü bəndinə görə isə iddiaçının qoyduğu sərmayənin əlavə təminatı olaraq İ.Ə.Məmmədovun mülkiyyətində olan Bakı şəhəri, Süleyman Vəzirov küçəsi, bina 17C-də yerləşən 340 m2 qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürur İş materiallarında olan "xxxx" MMC və X17 Hasan arasında bağlanmış 24 may 2013cü il tarixli 970 №-li “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi” haqqında müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə görə “iddiaçının Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında qeyri-yaşayışın tikilməsi sifarişinə əsasən "xxxx" MMC Bakı şəhəri Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi 11.4 saylı çoxmənzilli yaşayış binasının İ mərtəbəsində 340 m2 qeyri-yaşayış sahəsini tikib sifarişçiyə təminat olaraq müqavilə bağlanmışdır”, müqavilənin 3.1-ci bəndinə görə qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin təsisçisi İ.Ə.Məmmədov ilə X17 Hasan arasında bağlanmış 1292,02 MO saylı xx.xx.2013-cü il tarixli müqavilənin əlavə təminatı olaraq verilir, göstərilən iş birliyi üzrə tərəflərin razılığına əsasən müqaviləyə xitam verildiyi təqdirdə təminat üzrə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi geri qaytarılacaqdır. Tikilən qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 3000 manat həcmindədir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 340 m2-dir, müqavilənin qiyməti ******* manat olmaqla dəyişməz olaraq qalır. İş materiallarında olan "xxxx" MMC AXU 501 №-li 24 may 2013-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X17 Hasan tərəfindən xx.xx.2013 tarixli 970 saylı müqavilə üzrə bir milyon iyirmi min manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Maliyyə arayışdan görünür ki, X17 Hasanın 970 saylı müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan "xxxx" MMC və X3 arasında bağlanmış 03 iyun 2014-cü il tarixli 1214 №-li “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi” haqqında müqavilənin 1.1-ci bəndinə görə, podratçı Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi 17C saylı çoxmənzilli yaşayış binasının İ mərtəbəsində 1 №-li, 925 m2 qeyri-yaşayış sahəsini tikilib sonuncuya təhvil verilməsini və sifarişçi isə onun sifarişi ilə tikilən qeyri yaşayış sahəsini qəbul edib haqqını ödəməsini öz öhdələrinə götürmüşdürlər. Tikilən qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 1800 manat həcmindədir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 925 m2-dir, müqavilənin qiyməti ******* manat olmaqla dəyişməz olaraq qalır. İş materiallarında olan "xxxx" MMC AXU 357 №-li 03 iyun 2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, X3 tərəfindən 03 iyun 2014-cü il tarixli 1214 №-li müqavilə üzrə bir milyon altı yüz altmış beş min manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Maliyyə arayışdan görünür ki, X1 03 iyun 2014-cü il tarixli 1214 №-li müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan təcümə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə doğulmuşdur. Problemlərin Həlli üzrə Komissiyanın qərarına əssən, sənəd sahibinin soyadı Ghiasvand-dən Ghiasvand olaraq dəyişdirilmişdir. Onun adı isə Khodadad-dan Mohsen-ə dəyişdirilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 MTK-ya xəbərdarlıq məktubu ünvanlayaraq qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini və istifadəsinə yönəlmiş əsassız, süni maneələrin aradan qaldırılmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 MTK tərəfindən 14 saylı vəkil bürosuna ünvanlanmış məktubdan görünür ki, X17 Hasan ilə "xxxx" MMC arasında çoxmənzilli yaşayış binasında qeyri-yaşayış tikintisi haqqında hər hansı bir müqavilənin olması barədə onlarda heç bir məlumat yoxdur. Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində "xxxx" MMC-nin inşa etdiyi 11.4 saylı çoxmənzilli yaşayış binasının İ mərtəbəsində 340 kv.m. qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən tamamilə başqa bir şəxsin adına sənədləşdirilmişdir. Qeyd olunan ünvanda Cavabdeh1 MTK sakinlərlə təsərrüfat xidməti müqaviləsi bağlamaqla onlara xidmət edir. İş materiallarında olan Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən "xxxx" MMCyə ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubun surətindən görünür ki, Süeyman Vəzirov 1157-ci məhəllədə Cavabdeh1 MTK və "xxxx" MMC tərəfindən tikilmiş yaşayış binalarına aşağıdakı poçt ünvanları təyin edilmişdir: Tik. № 1- ünvan 1həri, S.Vəzirov küçəsi ev № 17A, Tik. № 3 - Bakı şəhəri, S.Vəzirov küçəsi ev № 17B, Tik. № 4- Bakı şəhəri, S.Vəzirov küçəsi ev № 17C, Tik. № 5 - Bakı şəhəri, S.Vəzirov küçəsi ev № 17D. İş materiallarında olan Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********478300 saylı məktubdan görünür ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2004-cü il tarixdə 0104-P75- 41139 nömrə ilə dövlət qeydiyyatından keçməsi, qeydiyyata alındığı tarixdən xx.xx.2012-ci il tarixədək X14, xx.xx.2012-ci il tarixdən hazırki dövrədək X4 Cəmiyyətin rəhbəri olması barədə məlumat mövcuddur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-92/2019 saylı Hökmündən görünür ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 308.2 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) aymüddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddiməsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən X16 həmin maddə ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4 maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılsın və X16 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-cü maddəsinin tələblərinə müvafiq olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla X22 qəti olaraq 03 (üç) ilmüddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İ.Ə.Məmmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-cı il tarixli hökmü ilə cəza çəkməsi və hazırda həbsdə olması nəzərə alınması, İ.Ə.Məmmədov cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2017-ci il tarixdən hesablanmaqla İ.Ə.Məmmədov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İ.Ə.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsi ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 308.2 -ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən X5 həmin maddə ilə cəza təyin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4 maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılsın və X5 02 (iki) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-cü maddəsinin tələblərinə müvafiq olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla X20 oğlu qəti olaraq 03 (üç) ilmüddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Həmin hökmlə işin müəyyən olunmuş hallarından görünür ki, məhkəmə prosesində iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X22 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özü təqribən 2002-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Təqribən 2002-2004- ci illərdə o, Rauf Kərimov və Rüfət İbrahimov "xxxx" MMC-ni təsis etmişlər. Lakin cəmiyyətin faktiki sahibi o, olmuşdur. 2004-cü ildə Cavabdeh2 MMC-nin direktoru özü olmuşdur. 2006-cı ildə isə həmin Cəmiyyətin direktoru kimi dayısı oğlu Çingiz Məmmədovu təyin etmişdir. Cəmiyyətin əsas fəaliyyəti tikinti işlərinin həyata keçirilməsindən ibarət olmuşdur. Cəmiyyət ilkin olaraq ünvan 2 ünvanında 3 giriş, 11 mərtəbəli və 1 giriş, 7 mərtəbəli binaları inşa etmişdir. “İdeal» MMC Vergillər Nazirliyi Bakı şəhər departamentində qeydiyyatdadır və əlavə dəyər vergisi ödəyir. Cəmiyyətdə 2004-2012-ci illərdə baş mühasib Vəliyev Şahin, 2012-ci ilin noyabr ayından 2017-ci ilə kimi, yəni müəssisə bağlananadək baş mühasib vəzifəsində Hüseyn Musayev olmuşdur. Səhv etmirsə bütün işçilərlə əmək müqavilələri bağlanmışdır. Cəmiyyətdə xəzinədar olmamışdır. "xxxx" MMC-nin hesablaşma hesabları, həm manat həm də xarici valyuta dollarla «Kapitalbank» Rabitə filialında, «Unated Kredit» bankın baş ofisində, və «Azinvest» bankında olmuşdur. 2005-2007-ci illərdə «Kapitalbank»-dan 2 mln dollar kredit götürüb, 2005-ci ildə «Azinvest»bankdan 2 mln manat kredit götürüb. Kredit götürərkən özünə məxsus daşınmaz əmlakları girov kimi qoymuşdur. Həmin ərəfədə özünə yeni tikinti üçün ərazi axtarmış, tanışı Tərlan Qədirov ona Xocalı prospekti 29 və Süleyman Vəzirov 17 ünvanlarında "xxxx" səhmdar cəmiyyətinə aid ərazilərin satıldığını bildirmişdir. Özlərini həmin cəmiyyətin təmsilçiləri kimi təqdim edən Araz Mehdiyev, Nəriman Ramazanov və Rasim Nərimanov ilə tanış olmuşdur. Onlar ona bildirmişlər ki, həmin ərazini icarəyə götürmüşlər və o dövrdə mövcud olan qanunvericiliyə əsasən həmin ərazidə ev tikintisi aparmaq olar. "xxxx" şirkətinin səhmlərinin 30 faizi onun yaxın tanışı Rauf Kərimova məxsus olmuşdur. Rauf Kərimova böyük inamı olduğu üçün, həmin şəxslərlə iş birliyinə başlamasına və özünə məxsus sərmaya qoymasına razılıq vermişdir. Razılığa gəldikdən sonra aralarında 14 oktyabr 2004-cü il tarixli 05 saylı podrat müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin səhmlərinin 91 faizi Cavabdeh1 MMC-yə məxsus olmuş, lakin torpaq sahəsinin mülkiyyət sənədi olmamışdır. Cavabdeh1 MMC Bakı şəhər icra hakimiyyətinə sərəncam üçün bir neçə dəfə müraciət etmiş, amma tikintiyə icazə sərancamı ala bilməmişdir. İnşaat şirkəti olaraq aralarında olan podrat müqaviləsini əsas gətirib Bakı şəhər icra hakimiyyətinə müraciət etmiş və sərancam almışdır. Tikintiyə yeni başladıqları zaman Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən ərazi özəlləşmədiyinə görə inşaatın davam etdirilməsinə qadağa qoyulmuşdur. Rasim Nərimanov ona müraciət edərək bildirmişdir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ondan 2.500.000 ABŞ dolları pul istəyir onda həmin vəsait yoxdur, həmin pulu o versin, sonra ev tikiləndən sonra böyük gəlir götürülərək, həmin pul vəsaiti gəlirlə birlikdə ona qaytarılacaqdır. Rasimin həmin təklifi ilə razılaşmış və 2.500.000 ABŞ dollarını 2007ci ildə bir neçə mərhələyə şəxsən Rasim Nərimanova vermişdir. Qeyd etmək istəyir ki, həmin pulun böyük hissəsini, yəni 1.300.000 ABŞ dollarını tanışı Aida Yeqanovadan notariat qaydada təsdiq olunmuş borc müqaviləsinə əsasən sonuncudan borc götürərək, öz mühasibi Şahin Vəliyevin yanında ofisdə Rasim Nərimanova vermişdir. Lakin bu barədə heç bir sənədləşmə aparılmayıb və "xxxx" MMC-nin mühasibat sənədlərində həmin məbləğin verilməsi əks olunmayıb. Səhv etmirsə bu barədə Şahin Vəliyevin apardığı jurnalda qeydiyyat aparılmışdır, lakin imzalarla təsdiq olunub-olunmamasını xatırlamır. Bundan başqa özünə məxsus 1.200.000 ABŞ dollarını Şahin Vəliyev, Elmira Qardaşova, Çigiz Məmmədov və Rüfət İbrahimovun yanında Rasim Nərimanova bir neçə dəfəyə vermişdir. Lakin bu barədə heç bir təsdiqedici sənəd almamışdır.Tikintinin davamı və ərazinin özəlləşməsi üçün tələb olunan 2.500.000 ABŞ dollarında vəsaiti Cavabdeh1 MMC-nin direktoru Rasim Nərimanova verdikdən sonra həmin ərazidə tikintinin aparılmasına dair Bakı İcra Hakimiyyətinin sərəncamı verilmişdir. Podrat müqaviləsinə əsasən Cavabdeh1 MMC tikiləcək ərazini təqdim etməli, Cavabdeh2 MMC isə tikinti üçün çəkiləcək xərcləri təmin etməli olmuşdur. Bunun qarşılığında tikintidən gələn gəlirin 25%-i Cavabdeh1 MMC-nin, 75% isə Cavabdeh2 MMC-nin payı nisbətində müəyyənləşdirilmişdir. Bakı şəhəri Xətai rayonu ünvan 4 ünvanında inşa olunan 200000 kv.m. yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinə və işlərin görülməsinə sərf edilmiş bütün pullar onun şəxsi vəsaiti və Cavabdeh2 MMC-nin vəsaiti hesabına xərclənmişdir. Xarici ölkədə olduğu zaman Cavabdeh2 MMC-nin direktoru Çingiz Məmmədov tikinti işlərinin dayanmaması üçün Cavabdeh1 MMC-nin payına düşən 25 faiz hissəsinin satışından əldə olunmuş pul vəsaitini tikinti işlərinin aparılmasına xərcləmişdir. Satılmış sahənin pulu Cavabdeh1 MMC-yə ödənilmədiyi üçün Cavabdeh2 MMC-nin payında olan mənzil sahələri həmin pulun əvəzində X13 ilə əvəzləşdirilmişdir. Cavabdeh1 MMC-nin nümayəndələri tərəfindən ona və ya Çingiz Məmmədova nağd pul vəsaiti verilməmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MMC heç bir vəsait ödəmədən ümumi inşa olunmuş tikinti sahəsinin təqribən 50000 kv.m. sahəsini götürmüş, Cavabdeh2 MMC-nin müqavilələri əsasında satıb pul vəsaitini götürmüşdür. Faktiki olaraq inşa olunan sahə Cavabdeh1 MMC-yə məxsus olmamışdır. Həmin ərazi səhmdarların və səhmdar kimi təqribən 1 faiz onun əmlakı olmuşdur. Torpaq sahəsi onlara aid olmamışdır. Sonradan həmin torpaq sahəsi öz vəsaiti hesabına Cavabdeh1 MMC-nin adına özəlləşdirilmişdir. Cavabdeh1 MMC tərəfindən ona və Cavabdeh2 MMC-yə hər hansı bir məbləğdə pul ödənilməmişdir. xx.xx.2015-ci il tarixdə aralarında tərtib olunmuş aktda göstərilən 5.000.000 manat pul vəsaiti Cavabdeh1 MMC-nin kassasında, bank hesabında olmamış və nağd qaydada onlar tərəfindən, nümayəndələri tərəfindən Cavabdeh2 MMC-yə, Cəmiyyətin təsisçisi kimi ona və ya Çingiz Məmmədova verilməmişdir. Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında tərtib olunmuş xx.xx.2015-ci il tarixli 5.000.000 manat pulun borc olaraq verilməsi və 2.889.000 manatının ödənilməsi, 2.111.000 manatının borc qalması Cavabdeh2 ilə Cavabdeh1 MMC mülki mübahisə qaydasında məhkəmədə baxılmış heç bir sübuta əsaslanmadan məhkəmə tərəfindən Cavabdeh2 MMC-dən 5.000.000 manat pul tələbi ilə bağlı qətnamə çıxarılmışdır. Tərəflər arasında olan münasibətlər bağlanmış müqavilə üzrə işlərin görülməsi, öhdəliklərin icrası ilə əlaqədar olduğundan cinayət xarakterli olmamışdır. Akt tərtib olunmuş hesab olunsada sübut kimi qiymətləndirilməməlidir, çünki aktda Cavabdeh1 MMC nümayəndələri kimi imzalayan şəxslərin heç bir səlahiyyətləri olmamış, Cəmiyyətin möhürü və direktorun imzası ilə təsdiq edilməmişdir. O, Rasim Nərimanovdan heç bir qəpik olsa da pul almamış və 2.111.000 manat onun borcu yoxdur. Həmin aktı nəzərdən keçirib bildirir ki, imza ona məxsusdur, lakin aktın əsli ona təqdim olunmur. Həmin aktı ola bilər ki, cəmiyyətin direktoru Çingiz Məmmədova görə imza atıb. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində inşa edilmiş 11.4 (hazırkı 11C) saylı çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində olan 340 kv.m qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Müalicə Müəssisəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən və müalicə olunan məhkum X22 ərizəsi ilə bildirmişdir ki, “Qeyd olunan şəxs ilə mənim aramda biznes münasibətləri olmuş və buna dair aramızda müqavilələr imzalanmışdır. Lakin qeyd olunan şəxs üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və aramızda olan münasibətlər bitmişdir. Belə ki, onun məhkəməyə təqdim etdiyi qeyri-yaşayış sahəsinə görə olan müqavilə ilə qiyabi olaraq tanış olmuşam. Məlum olur ki, əslində həmin müqavilə, qeyd olunan biznes münasibətlərini pərdələmək adı ilə bağlanmış müqavilədir. Belə ki, səhv etmirəmsə, həmin müqavilədə də bu qeyd vardır. Yəni müqavilənin təminat məqsədi ilə imzalandığı qeyd olunur. Ona görə də hesab edirəm ki, iddiaçının təqdim etdiyi müqavilə və onun əsasında verilmiş maliyyə arayışı və ödəniş qəbzi özü-özündə etibarsız əqddir. İddiaçının bu qədər zaman keçməsindən sonra da həmin müqaviləni ortaya çıxarması özü-özlüyündə şübhəli məqamdır, belə ki, iddia tələbini qəbul etmirik və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edirik.” İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 04 may 2023-cü il tarixli 3-35-1/2-1115/2023 nömrəli məktubdan görünür ki, "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində 11.4 saylı çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı sərəncam verilib-verilməməsinə dair məlumatın verilməsi barədə müraciətə baxılmış, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov, 11C ünvanının Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 17C ünvanı ilə eyni olması barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, X6 Cavabdeh1 MTK-nın qanuni təmsilçisidir. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, X12 "xxxx" MMC-nın qanuni təmsilçisidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən görünür ki, Vəkil1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MTK-nın nümayəndəsi X7, Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 MTK-nın iş icraçısı X2 iştirakları ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda binanın həyətinə bir giriş, bir çıxış vardır, sahədə hündür mərtəbəli eyni rəngli (qırmızı-sarı rəngli) bir-birinə oxşar binalar vardır, həyətə girişin olduğu hissədən daxil olarkən solda 1-ci bina yerləşir, həmin binanın 2 girişi var, giriş qapılarının birincisinin üzərində S.Vəzirov 17 İ - blok mənzil 1-60, ikinci giriş qapısının üzərin 17 İİ (ikinci) - blok mənzil 61-120 qeyd edilmişdir, ondan sonra 2-ci bina yerləşir, həmin binanın da iki girişi vardır, birinci giriş qapısının üzərində S.Vəzirov 17 a İ - blok mənzil 1-60, ikinci giriş qapısının üzərində 17 a İİ - blok mənzil 61-120 qeyd edilmişdir, üçüncü binanın da 2 girişi vardır, birinci giriş qapısının üzərində S.Vəzirov 17 b İ - blok mənzil 1-60, ikinci giriş qapısının üzərində 17 b İİ - blok mənzil 61-120 qeyd edilmişdir, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 4-cü binanın da 2 girişi vardır, birinci giriş qapısının üzərində S.Vəzirov 17 c İ - blok mənzil 1-60, ikinci giriş qapısının üzərində 17 c İİ - blok mənzil 61-120 qeyd edilmişdir, 4-cü binanın - S.Vəzirov 17 C-nin altında sol tərəfdə qaraj vardır, həmçinin binanın altında təmirsiz vəziyyətdə olan qeyri-yaşayış sahəsi vardır, binalarda yaşayış vardır, “S.Vəzirov küçəsi 11.4” ünvanı ilə tikilinin olması müəyyən olunmur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir, onun rəhbəri qeydiyyata alındığı tarixdən xx.xx.2012-ci il tarixədək X22, xx.xx.2012-ci il tarixdən hazırki dövrədək X8r, iddiaçı və İsa Məmmədov arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır, həmin müqavilənin 1.1-ci bəndinə görə tərəflər 1292,02 MO saylı xx.xx.2013-cü il tarixli, sement istehsalı xəttinin quraşdırılması və istehsalının təşkilinə dair müqaviləyə əsasən inşa ediləcək həmin sement istehsalı xəttinin maliyyələşdirilməsi barədə razılıq əldə etmişdirlər, sərmayə qoyuluşunun ümumi dəyəri 1,621,310 ABŞ dolları təşkil edir, 2.3-cü bəndinə görə isə iddiaçının qoyduğu sərmayənin əlavə təminatı olaraq İ.Ə.Məmmədovun mülkiyyətində olan Bakı şəhəri, Süleyman Vəzirov küçəsi, bina 17C-də yerləşən 340 m2 qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürür. Bununla belə, müqavilənin əlavə təminatı kimi nəzərdə tutulan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 17C ünvanında 340 m2 sahəsi olan qeyri-yaşayış sahəsinə dair müqavilə tərəfi olan İ.Məmmədovun mülkiyyət hüququ müəyyən olunmur. Bundan başqa məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı və "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixli 970 №-li müqavilə bağlanmışdır, müqavilənin obyekti “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi”dir, müqavilə üzrə "xxxx" MMC-nin direktoru Ç.Ə.Məmmədov “podratçı” kimi bir tərəf, İddiaçı isə “sifarişçi” kimi digər tərəfdir, həmin müqavilənin 1.1-ci bəndinə görə “iddiaçının Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında qeyri-yaşayışın tikilməsi sifarişinə əsasən "xxxx" MMC Bakı şəhəri Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi 11.4 saylı çoxmənzilli yaşayış binasının İ mərtəbəsində 340 m2 qeyri-yaşayış sahəsini tikib sifarişçiyə təminat olaraq müqavilə bağlanmışdır”, müqavilənin 3.1-ci bəndinə görə qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin təsisçisi İ.Ə.Məmmədov ilə X17 Hasan arasında bağlanmış 1292,02 MO saylı xx.xx.2013cü il tarixli müqavilənin əlavə təminatı olaraq verilir, göstərilən iş birliyi üzrə tərəflərin razılığına əsasən müqaviləyə xitam verildiyi təqdirdə təminat üzrə nəzərdə tutulmuş qeyriyaşayış sahəsi geri qaytarılacaqdır, iddiaçı tərəfindən müqavilə üzrə ******* manat ödənilmişdir, ona müqavilə üzrə borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Həmçinin iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" MMC və üçüncü şəxs İ.Q.İbrahimov arasında xx.xx.2014-cü il tarixli 1214 saylı müqavilə bağlanmışdır, müqavilənin obyekti “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi”dir, müqavilə üzrə "xxxx" MMC-nin direktoru Ç.Ə.Məmmədov “podratçı” kimi bir tərəf, “sifarişçi” kimi İ.İbrahimov digər tərəfdir, müqavilənin 1.1-ci bəndinə görə, podratçı Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi 17C saylı çoxmənzilli yaşayış binasının İ mərtəbəsində 1 №-li, 925 m2 qeyri-yaşayış sahəsini tikilib sonuncuya təhvil verilməsini və sifarişçi isə onun sifarişi ilə tikilən qeyri-yaşayış sahəsini qəbul edib haqqını ödəməsini öz öhdələrinə götürmüşdürlər, İ.Q.İbrahimov tərəfindən müqavilə üzrə ******* manat ödənilmişdir, hazırda müqavilədə nəzərdə tutulan sahə onun istifadəsində və sahibliyindədir. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-92/2019 saylı Hökmünə əsasən, "xxxx" MMCnin rəhbərləri olmuş İ.Ə.Məmmədov və Ç.Ə.Məmmədov Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdirlər, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində inşa edilmiş 11.4 saylı çoxmənzilli yaşayış binasının tikintisinə dair hər hansı məlumat aşkar edilməmişdir, hazırki tələb “Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş 11.4 (hazırkı 17C) saylı çozmənzilli yaşayış binasının 1-ci mərtəbəsində 340 kv.m qeyri yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və qeyri-yaşayış sahəsindən istifadə etməyinə qarşı yönəlmiş əsassız, süni maneələrin aradan qaldırılması” barədədir, iddiaçı, İ.İbrahimlinin qanuni istifadəsində və sahibliyində olan və Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 17C ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirir, iddiaçının müqavilə üzrə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11.4) ünvanı, üçüncü şəxs İ.İbrahimova aid qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 17C) ünvanı ilə eynilik təşkil etmir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, iddiaçı və İ.Ə.Məmmədov arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, sonuncu, iddiaçının qoyduğu sərmayənin əlavə təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Süleyman Vəzirov küçəsi, bina 17C-də yerləşən 340 m2 qeyri-yaşayış sahəsini iddiaçıya verməyi öhdəsinə götürsə də, həmin tarixdə onun "xxxx" MMC-yə məxsus əmlaklara (habelə müqavilədə qeyd edilən əmlaka) dair müqavilə bağlamaqda subyektiv hüquqa malik olmamış (İ.Ə.Məmmədov xx.xx.2012-ci il tarixədək müəssisənin rəhbəri olmuşdur), o cümlədən belə əmlaka dair mülkiyyət hüququ müəyyən olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış həmin müqavilənin 2.3-cü bəndi etibarlı hesab oluna bilməz. İkincisi, alğı-satqı qaydalarına (müqaviləsinə) əsasən, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür, lakin iddiaçı və "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi” barədə müqavilə təminat qismində çıxış edir, müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən deyil, sifarişçi tərəfindən ******* manat ödənilməsi qarşılığında podratçı tərəfindən əmlakın iddiaçıya verilməsi məzmunda hər hansı bənd (şərt) müqaviləyə daxil edilməmişdir, əksinə, müqavilənin təminat olaraq bağlandığı (1.1-ci bəndi), göstərilən iş birliyi üzrə tərəflərin razılığına əsasən müqaviləyə xitam verildiyi təqdirdə təminat üzrə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin geri qaytarılacağı (3.1-ci bəndi) nəzərdə tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mübahisəli müqavilə alqı-satqı qaydalarına uyğun olmamaqla, başqa müqavilənin təminatı kimi bağlandığından, habelə xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən “Bakı şəhəri, Süleyman Vəzirov küçəsi, bina 17C-də yerləşən 340 m2 qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi” nəzərdə tutulmasına baxmayaraq, xx.xx.2013-cü il tarixli müqavilədə “ünvan 11 ünvanının İ mərtəbəsində yerləşən 340 m2 qeyri-yaşayış sahəsinə dair olduğundan və 17C və 11.4 ünvanlarının eyni olmaması halı məhkəmə tərəfindən müəyyən olunduğından, həmin müqavilə xx.xx.2013-cü il tarixli də iddiaçının iddia etdiyi əmlakda mülkiyyət hüququnun yaranmasının qanuni əsası kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Üçüncüsü, "xxxx" MMC və üçüncü şəxs İ.Q.İbrahimov arasında iddiaçının onun olduğunu iddia etdiyi sahə ilə bağlı xx.xx.2014-cü il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa etdiyi 17C saylı çoxmənzilli yaşayış binasının İ mərtəbəsində 1 №-li, 925 m2 qeyri-yaşayış sahəsini tikilib sonuncuya təhvil verilmiş və İ.Q.İbrahimov tərəfindən həmin sahə üçün ******* manat ödənilmişdir, hazırda həmin sahə onun qanuni istifadə və sahibliyindədir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin müqavilə üzrə nəzərdə tutulan əmlaka dair mülkiyyət hüququ müəyyən olunmadığından hazırki iddia tələbi əsassızdır və ona görə də məhkəmə tərəfindən təmin edilə bilməz. Bununla belə məhkəmə hesab edir ki, hazırki halda iddiaçının cavabdehdən müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinə deyil, həmin sahəyə görə ödədiyi pulun və ona dəymiş zərərin tələb edilməsi hüququ yaranmış olur və iddiaçı bu barədə cavabdehə qarşı ümumi qaydada tələb irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəlləsinin 560.3.1-ci maddəsinə əsasən, qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi hüquqdan sui-istifadədir. Həmin Məcəllənin 567-ci maddəsinə əsaəsn, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 575.2-ci maddəsinə əsasən satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “İddiaçı "xxxx" MMC-dən satın aldığı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş 11.4 (hazırkı 17C) saylı çozmənzilli yaşayış binasının 1-ci mərtəbəsində 340 kv.m qeyri yaşayış sahəsinin ona təhvil verilməsi və ona məxsus olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə qarşı yönəlmiş əsassız, süni maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “İddiaçı "xxxx" MMC-dən satın aldığı Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində inşa edilmiş 11.4 (hazırkı 17C) saylı çozmənzilli yaşayış binasının 1-ci mərtəbəsində 340 kv.m qeyri yaşayış sahəsinin ona təhvil verilməsi və ona məxsus olan qeyri-yaşayış sahəsindən istifadə etməyinə qarşı yönəlmiş əsassız, süni maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-734/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-734/2023
15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver